Yaşamaq üçün özgə həyatını yeyirik - Vislava ŞİMBORSKAYA

12:44 / 22.08.2019

DƏBİYYAT ÜZRƏ 1996-CI İLİN NOBEL MÜKAFATÇISI:  Vislava ŞİMBORSKAYA

(Polşa)

Polyak şairəsi, tərcüməçi. 2 iyul 1923-cü ildə Poznan yaxınlığında, Bnin şəhərciyində anadan olub. 1931-ci ildən etibarən Krakovda yaşayıb. 1945-1948-ci illərdə Yaqellon Universitetində polyak ədəbiyyatı və sosiologiya ixtisası üzrə təhsil alıb. 1953-cü ildən 1981-ci ilə qədər Krakovda nəşr olunan "Zycie Literackie" ("Ədəbi həyat") qəzeti redaksiyasında işləyib.

"Söz axtarıram" adlı ilk şeiri 1945-ci ilin martında "Dziennik Polski" ("Polşa gündəliyi") qəzetində çap olunub. "Yaşamaq səbəbi" adlı ilk şeirlər toplusu isə 1952-ci ildə işıq üzü görüb. Fəlsəfə və əxlaqi-mənəvi problemlər Şimborskaya yaradıcılığı üçün xarakterik mövzulardır. Şeirlərində qroteskə yaxın ironiya, lakonik metafora, poetik rasionallıq diqqət çəkir. Məhz yaradıcılığındakı bu xüsusiyyətlərinə görə Vislava Şimborskaya 1996-cı ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Mükafat şairəyə "poeziyasında insanın mahiyyətini onun bioloji və tarixi reallığı kontekstində mütləq dəqiqliklə əks etdirə bildiyinə görə" təqdim edilib. Nobelli şairə 2012-ci ilin 1 fevral tarixində Krakovdakı evində vəfat edib.

Zəncirlər

Gün qızıb, it damı - zəncirdə bir it,

Önündə suqabı ləbələb dolu.

Di gəl ki,

            bu zəncir gödəkdir yaman.

Ağzı suya çatmır, yanıb qovrulur.

Gəl bu mənzərəni biz tamamlayaq:

bizim zəncirimiz uzundur axı,

bu uzun zəncirlə sərbəstcə, azad

yanından ötürük, it bizı baxır... 

 

Hava limanında

Açıb qollarını yana, qaçırlar üz-üzə

çığırtı, gülüş qarışıb bir-birinə:

            - Axır ki! Axır ki, gəldin!

Hər ikisi ağır qış paltosu geyib,

            isti papaq,

                        şərf,

                                    çəkmə,

                                                əlcək...

bu, sadəcə, gözümüzə görünən gerçək.

Öz aləmlərində sarılıblar bir-birinə...

İstər-istəməz

Yaşamaq üçün özgə həyatını yeyirik.

Mərhum üçün ehsan -

                        duza qoyulmuş kələm.

Menyu - nekroloq.

Hətta ən yaxşı adamın da

ehsanını yeyib həzm etmək lazımdır,

yemək lazımdır ki, həssas ürəklər

döyünməkdən qalmasın.

 

Hətta ən ilhamlı şairlər də,

hətta ən çılğın asketlər  də

nəsə çeynəyib udmalıdır ki,

yaşaya bilsin.

 

Lakin bütün bunlar

xeyirxah,

            etibarlı və 

                        sadəlövh Tanrıların

iradəsindən uzaqdır.

Çünki Tanrıların bütün qüdrəti

            təbiətdə əks olunur.

Və bizi cənnətdən qovan olmasaydı

            günahlarımızla baş-başa qalar,

                        aclıq nədir bilməzdik...

 

Aclıq varsa - hisslər acizdir:

            dad,

                        qoxu,

                                    toxunuş,

                                                görmək...

Ac adam nə yediyinin fərqinə varmaz,

            boşqabda nə var - baxmaz.

Aclıq - qulaqları da kar edər,

            bütün ziyafətlər

                     bir qarın yeməkdən ötrüdür -

                                    bu qədər...    

Əlin qüdrəti

İyirmi yeddi sümük,

            otuz beş əzələ,

                        təxminən 

                        iki minə qədər neyron var

beş barmağımızın hər birinin ucunda.

Bu,

            "Mayn Kampf"ı, ya da

                        "Vinni Pux"u yazmağa

                                    bəs edir sonunda.

Polyak dilindən tərcümə edəni: Əyyub QİYAS(edebiyyatqazeti.az)


Etiket:
Xəbərlər

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

01.10.2019

FƏTƏLİ XAN XOYSKİNİN İNGİLİS GENERALINA DEDİKLƏRİ

30.09.2019

İrəvan şəhəri

28.09.2019

Haylar necə erməni oldu?

27.09.2019

Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

27.09.2019

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

26.09.2019

Basarkeçər
(Basatkeçən)

25.09.2019

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

24.09.2019

Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR

24.09.2019

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

23.09.2019

ADAM YAŞAMAQDAN QORXUR

23.09.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

20.09.2019

Goyce.az saytı Rüstəm Dastanoğlu ilə müsahibəni təqdim edir.

20.09.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019
Bütün xəbərlər