Haqq aşığı Novrəs İmanın sirli dünyası

19:44 / 02.09.2019

Vaxtı ilə İmanla mollaxanada oxuyan Aşıq Bəhman sonralar danışarmış ki, İman öz zəkası ilə, hamını heyran qoyarmış. Aşıq Ələsgərin şeirlərini əzbər bilən İman yeniyetmə yaşlarından şeir yazmağa başlayır.

 

İslam Ələsgər: “Növrəs İman böyük bir dəryadır ki, ondan bir damla bizə gəlib çatıb”

Üstündən uzun illər keçsə belə Azərbaycan aşıq ədəbiyyatının klassiklərindən sayılan Növrəs İmanın uğursuz və müəmmalı taleyi insanları hələ də kədərləndirməkdədir. Bu nakam taleli şairin həyatı niyə sirlər, müəmmalarla doludur? Suallara cavab tapmaq üçün zamanın gəldiyi yolla ötən əsrin əvvəllərinə qayıdırıq.

Növrəs İman kimdir sualına cavab tapmaq üçün Aşıq Ələsgərin nəvəsi, folklorşünas alim İslam Ələsgərə müraciət etdik.
- Növrəs İman aşıq sənəti tariximizdə özünün yeri olan sənətkarlardan biridir. O, 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgərin qardaşı oğlu Məşədi Salehin oğludur. İman uşaqlıqdan çox zəkalı bir uşaq olduğuna görə Məşədi Saleh oğlunu mollaxanaya qoyur. Vaxtı ilə İmanla mollaxanada oxuyan Aşıq Bəhman sonralar danışarmış ki, İman öz zəkası ilə, hamını heyran qoyarmış. Aşıq Ələsgərin şeirlərini əzbər bilən İman yeniyetmə yaşlarından şeir yazmağa başlayır. Rəhmətlik Aşıq Nəcəf danışırdı ki, Növrəs İmanın yazdığı şeirlər o vaxt dilimizdə əzbər idi.

“Bu təb səni puç edəcək”

Aşıq Talıb söhbət eləyir ki, bir gün Nəcəf əlində bir kağız gətirdi, Aşıq Ələsgər dedi a bala, o nə kağızdır? Nəcəf deyir ki, İmanın şeiridir. Nəcəf şeiri oxuyur, dədəm (Aşıq Ələsgər) şeirə qulaq asandan sonra deyir, a bala, gedin, İmanı tapın, deyin, şeirlər yazdığı dəftəri də götürüb bura gətirsin. İman gəlir, bir şeir, iki şeir oxuyandan sonra görürlər ki, Aşıq Ələsgərin gözündən yaş axır. İman soruşur ki, dədə, niyə ağlayırsan? Aşıq Ələsgər deyir ki, oğul, sənin halına ağlayıram. Bu təb ki, səndə var, bu səni axırda puç eləyəcək, ona indidən ağlayıram.
İman da deyir ki, ay dədə, səndə olan təb heç kəsdə yoxdur. Bəs o təb səni niyə puç eləmədi? Aşıq Əlsəgər deyir ki, a bala, mənə də bax, özünə də bax. Mənim bədənim səndən iki-üç dəfə böyük olar. Bir də mən səbirli olmuşam, özüm-özümün həkimi olmuşam, özümü istidən-soyuqdan gözləmişəm, amma sən bunu eləməyəcəksən. Zəmanə bəd gəlir, sən zəmanə ilə düz gəlməyəcəksən.
Deyir, dədəm bunu dedi, sonra dəsmalla gözünün yaşını sildi.

Növrəs İman nadir istedad sahibi olduğundan tezliklə Ələsgər ocağının ən istedadlı nümayəndələrindən biri kimi ad qazanır.

Yaralı gəlmişəm fani dünyaya,
Mənim sağalmağa dərmanımmı var?
Əzrayıl gələndə canım almağa,
Onu verməməyə fərmanımmı var?

İti yaddaşa, coşqun təbə və bədahətən şeir demək qabiliyyətinə malik olan Növrəs İman haqqında məlumatlara ötən əsrin 20-30-cu illərindəki dövrü mətbuatda rast gəlinir.
“Yeni kənd” jurnalı 1927-ci ildə İman haqqında çox qısa məlumat verir. Məlumatda deyilir: “İmanın yaşı hələ çox cavan olub, özünün də savadı vardır. Bunun gələcəyindən istedadlı el şairi çıxacağını gözəlmək olar”.
Göyçə mahalının Hüseynquluağalı kəndində molla məktəbində oxuyan Növrəs İman sovet hakimiyyəti qurulduqdan sonra bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləyir, eyni zamanda, aşıq şeirinin bütün janrlarında gözəl sənət nümunələri yaradır.

İmanın həyatındakı faciə

- Zaman keçdikcə çox əhvalatlar baş verdi. Çar hakimiyyəti yıxıldı, sovet hakimiyyəti quruldu. O vaxtlar idarələrdə işlətmək üçün savadlı adamlar axtarırdılar. İmanı Kəlbəcər rayonunun Seyidlər kəndində kənd şurasının sədrinin katibi vəzifəsinə qoyurlar.
Sovet hakimiyyətinin ilk illərində İman da yeni quruluşa şeirlər yazır. Amma bir qədər sonra görür ki, onlar adət-ənənələrimizə çox xor baxırlar, məscidləri təhqir eləyirlər, o zaman İmanda bu quruluşa qarşı bir etiraz yaranır. Başa düşür ki, bu quruluşa qulluq eləmək olmayacaq. O vəzifədən imtina eləyir, 1925-ci ildən saz götürüb aşıqlıq eləməyə başlayır.

İman qələm çalır, nə xoş səfadır,
Nə nizam qoyulub, nə xoş səfadır,
Pərişan xəyalım nə xoş səfadır,
Xain bəd qandırar a yara məndən.

Növrəs İmanın həyatı barədə məlumatlar olduqca azdır. Şeirlərində nakam bir məhəbbət yaşamış şairin iztirabları duyulmaqdadır. Bəs əslində Növrəs İmanın sevgisi barədə nə bilirik?
- İmanın həyatında başqa bir faciəvi hadisə də baş verir. İman qonşularında yaşayan bir qıza nişanlanır. Amma İmanın böyük qardaşı Aşıq Qurban bu zaman vəfat edir. Aşıq Ələsgərin qızı Gülnisə də Qurbanın yoldaşı imiş. Bir neçə il keçəndən sonra Saleh məsləhət görür ki, İman nişanlısından ayrılsın, Qurbanın arvadı Gülnisə ilə ailə qursun. Bu fikri Aşıq Ələsgərə deyəndə Aşıq Ələsgər razılaşmır. Deyirlər, Məşədi Saleh ağladı, gözünü silə-silə dedi ki, ay qardaş, Qurban öldü, bir evim yıxıldı, istəmə ki, Gülnisə də evimdən çıxıb getsin, bir də evim yıxılsın. Həmin vaxtı Gülnisənin iki uşağı varmış. İman bu xəbəri eşidəndə ipə-sapa yatmaq istəmir. Danlamaqla, öyüd-nəsihətlə birtəhər onu yola gətirib kəbin kəsdirirlər. Bu hadisədən sonra İman çox sarsılır. Ona elə gəlir el içində hamı onu qınayır ki, adam da qardaşı arvadı ilə evlənərdimi? İman bu xəcalətə görə kəndin içinə çıxıb heç kimlə görüşmək istəmir. Həm quruluş-dövran, həm də ailə daxilində olan bu faciəvi əhvalat İmanı tamamilə sarsıdır.
Növrəs İman 1932-ci ildə müəmmalı şəkildə itkin düşür. Onun müəmmalı şəkildə yoxa çıxması haqqında isə bu günə qədər müxtəlif fikirlər mövcuddur.
- Deyilənlərə görə, İman şeirlərini çox vaxt gecələr yazarmış. Məlum hadisələrdən sonra İman gecələr yazdığı şeirləri səhər cırıb atarmış. Səbəbini soruşanda deyərmiş ki, şeirə qiymət verən yoxdur. Bir dəfə də yazdığı dəftərləri - deyilənə görə içində dram əsəri də varmış - alovlu təndirə töküb yandırmışdı.
Bəziləri onun bu hərəkətini dəli olmaq kimi yozurdular. Amma İman dəli olmamışdı, onu zəmanə dəli etmişdi.
1927-1928-ci illərdə İman bir neçə dəfə evdən getməyə təşəbbüs göstərir. Ələsgərin oğlu Aşıq Talıb, Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Nəcəf, bir də İmanın qardaşı Aşıq Musa onu axtarıb Azərbaycanın ayrı-ayrı kəndlərindən tapıb gətirirlər. Onun itkin düşməsi barədə bir neçə mülahizə var. Belə deyilir ki, İman haradasa qəzaya uğrayıb, meyitini basdırıblar. Bəziləri hesab edirdi ki, onun paxıllığını çəkən aşıqlar onu öldürtdürüblər. Ən axırıncı mülahizə odur ki, İman ölkədən baş götürüb gedib. Əvvəlki variantlar səhvdir, çünki düşmən də olsa İman kimi vücuda qıymazdı. Amma ölkədən getməsi inandırıcıdır.
1935-ci ildə Hümbət Əlizadə “Ədəbiyyat” qəzetində Növrəs İman barədə belə bir məlumat verir: “Aşıq İmana son zamanlar bədbəxt hadisə üz vermiş, o, dəli olaraq evlərindən qaçıb getmiş, harada olması indi də məlum deyildir”.
- İman qeyri-adi istedad sahibi olmaqla yanaşı, həm də onda elə qüdrət varmış ki, söhbət etdiyi adamın fikrindən keçənləri bilirmiş, hətta gələcəkdən xəbər verirmiş. O, itkin düşəndən sonra belə haqqında rəvayətlər, xatirələr dildə-ağızda dolaşır.

Tarixin ən böyük silahı faktdır

Tarixin yaddaşında Növrəs İmanla bağlı faktlar hələ də qalmaqdadır. Aşıq Məsim 1966-cı ildə bir xatirəsində danışır ki, 1928-ci ildə Qazaxda Azərbaycan aşıqlarının toplantısı keçirilirmiş. Məclisə 100 aşıq dəvətli olur, Növrəs İman da xüsusi olaraq çağırılır. Tədbirin sədri Aşıq Əsəd, müavini (katibi) Aşıq İmirzə Bayramov imiş. Səməd Vurğun isə kənd müəllimi olaraq o tədbirdə iştirak edirmiş. Məclis başa çatanda yerdən deyirlər ki, kim bu gün - 30 mayda Qazaxa bir şeir deyə bilər. Sədr də, müavin də, eləcə də bir çoxları çiyinlərini çəkir ki, hazır deyilik. Növrəs İman ayağa qalxıb, bədahətən Qazaxın şəninə bir şeir deyir. Alqışlar zalı titrədir, ona qızıl saat hədiyyə verirlər. O vaxtlar Cahandar ağanın oğlu Qiyas bəy Şıxlinski Qazax qəzasının milis rəisi işləyirmiş, o da orada imiş. Növrəs İmanın istedadı onu heyran edir, aşığı evinə dəvət edir, onun şəninə təzədən bir məclis başlayır...

Növrəs İmanın şeirləri qanadlı, ruhla, ilhamla yazılmış şeirlərdir.

Bir tanrı nurudur hüsnü-kənanın,
Söylə, dərd əhlinə varmı dərmanın?
Növrəs İman kimi qəmli cavanın,
Yaralı könlünə yar olan dağlar.

Eyni zamanda Növrəs İmanın şeirləri kədərli şeirlərdir. Sanki şair sonrakı taleyini duyurmuş kimi o nisgili, kədəri, ayrılığı, qəmi şeirinə köçürüb.
“Var” adlı qifılbəndinin sonunda Növrəs İman deyir.

Mən istərəm, bu gün açam ər aşıqlar meydanı,
Pirim mənə nüsrət versə, tək alaram dünyanı.
Toxunmayın, incitməyin, siz bu Növrəs İmanı,
Tifil vaxtdan qəm əhliyəm, canda qəm dəryası var.

- Bayaq dedim ki, İman yazdıqlarını sonradan cırıb atırmış. Xoşbəxtlikdən Tovuz rayonunun Aşağı Ayıblı kəndində Məşədi Qədim adlı bir nəfər İmanın şeirlərini qoruyub saxlamışdı. İman o tərəflərə gedəndə Məşədi Qədimin qonağı olarmış. Hətta İmanı görmədən onun şeirlərini ondan-bundan oxuyub yazırmış. İman ora gedəndən sonra xahiş eləyir ki, İman bu şeirləri öz xətti ilə yazsın. İllər keçir, Məşədi Qədim ömrünün son illərində oğluna deyir ki, a bala, mən dünyadan köçürəm, bu əmanəti Aşıq Ələsgərin qohumlarına çatdır. Mənim qardaşım Haqverdi o vaxt Gəncədə oxuyurdu. Həmin adamlar gəlib Haqverdini tapıb şeirləri ona verirlər. Haqverdi də o şeirləri mənə çatdırdı. Növrəs İmanın yüz illiyində bu şeirləri kitab halında çap etdirdim.
İman ən çox qoşmalar yazıb, 35-dək təcnisi, 10 divanisi, 7 qəzəli əlimizə gəlib çatıb.
İmanın 22 yaşı olanda şeirləri dillər əzbəri imiş. O çox yaşamadı, cəmi 27 il ömür sürdü. İman böyük bir dəryadır ki, ondan bir damla bizə gəlib çatıb.
Növrəs İmanın müəmmalı yoxa çıxmasından çox illər keçir, lap çox... Ancaq Növrəs İmanın nakam taleyi, kədərli şeirləri dildən-dilə, eldən-elə dolaşıb onu unudulmağa qoymur...


Təranə Vahid


Etiket:
Xəbərlər

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

01.10.2019

FƏTƏLİ XAN XOYSKİNİN İNGİLİS GENERALINA DEDİKLƏRİ

30.09.2019

İrəvan şəhəri

28.09.2019

Haylar necə erməni oldu?

27.09.2019

Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

27.09.2019

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

26.09.2019

Basarkeçər
(Basatkeçən)

25.09.2019

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

24.09.2019

Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR

24.09.2019

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

23.09.2019

ADAM YAŞAMAQDAN QORXUR

23.09.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

20.09.2019

Goyce.az saytı Rüstəm Dastanoğlu ilə müsahibəni təqdim edir.

20.09.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019
Bütün xəbərlər