Müsavatın əleyhinə yazılan aşıq şeirləri

12:32 / 03.09.2019

Siz heç aşıq şeirində inqilabdan, konstitusiyadan, qadın hüquqlarından bəhs olunduğunu eşitdinizmi?

Elə isə başladıq.

Bu gün Azərbaycan Cümhuriyyətinin rus ordusu tərəfindən işğal edilməsinin 94 ili tamam olur. Hansı ki, bu işğal sonucunda Cümhuriyyəti quranların bəziləri öldürüldü, imkan tapanlar mühacirətə getdi, bəziləri yeni hökumətlə razılaşdı. Azərbaycanda Sovet hökuməti quruldu, yeni hökumətin liderləri qarşıdakı illər ərzində bütün vasitələrlə təbliğ olunmağa, hətta sakrallaşdırılmağa başladıldı.

Əgər bir yanda Ruhulla Axundov tərəfindən Marks və Leninin əsərləri ilk dəfə Azərbaycan dilinə çevrilib ciddi təbliğat gedirdisə, digər tərəfdən xalqın içində olan aşıqların ifalarında leninizm təbliğ olunur, keçmiş hökumətlər tənqid olunurdu.

…Bu yaxınlarda isə bu mövzu ilə bağlı bukinistdən bir kitab aldım. “Lenin və Stalinə yazılan aşıq şeirləri”. 1937-ci ildə nəşr olunan bu toplunun bir il sonra təkmilləşmiş variantı da çap olunur. Toplunu hazırlayan isə daha öncə Azərbaycan folklorunun toplanmasında xüsusi xidmətləri olmuş ədəbiyyatçı Hümmət Əlizadədir.

Bu kitab imperiyanın zorakı təbliğat mexanizminin bir parçası idi, bu qəbildən həmçinin “Din və mövhumat əleyhinə el şeirləri” adlı kitab da nəşr olunmuşdu.

Yazımızda təqdim edəcəyimiz həmin şeirlər əsla Azərbaycan aşıq sənətini qınamaq deyil, sadəcə tariximizdəki acınacaqlı bir dönəmin aşıq şeirini nə hala gətirdiyini göstərməkdir. Bu barədə Azad Yaşar maraqlı bir fikir işlətmişdi:

“Sovet vaxtı bizim aşıqlar Stalin kitelinə oxşar paltarlar geyinib xarici qonaqların, Moskvadan gələn qonaqların qarşısına çıxıb sırf ideoloji şeirlər oxuyurdular. Bunlar yaltaq şeirlər idi. Aşıq ədəbiyyatını məhv eləyən əsas məqamlardan biri bu yaltaq şeirlərdir”.

Deməli, əsasən, Göyçə, Tovuz, Qazax aşıqlarının yaradıcılıq nümunələrindən ibarət olan kitabda Müsavat hökuməti tənqid olunur, yeni hökumət tərənnüm edilir.

Kitabın ön sözündə verilən bir hissəyə diqqət edək:

“Azərbaycanda sosialist revolyusiyasından sonra aşıqlar öz mahnılarında çarizmin yıxılmasından, zülmün və istismarın aradan qaldırılmasından danışır, hər cür xalq düşmənlərini, alçaq trotskistləri, nasional-uqlonistləri, müsavatçıları, menşevikləri, daşnaqları ifşa edir, xalqların dostluğunu, sosializm quruluşunun müvəffəqiyyətlərini, kolxozlarımızın, sovet xalqının nəşəli və varlı həyatını tərənnüm edirlər”.

Beləliklə, aldı sazı görək nə dedilər.

Müsavat “ifşa”ları

Qazaxdan Aşıq Əli “Lenin” şeirində Müsavatı xoş sözlərlə yad edir:

Müsavat, menşevik, daşnaq

Axıdıldı selə, Lenin!

Soruşdu məzlumların

Halın gülə-gülə Lenin!

Göyçənin Ağbulaq kəndindən olan Şair Kazım isə müsavatçıların ölkədən mühacirət etməsinə ironiya ilə yanaşır:

Müsavatın halın deyim:

Çox yana-yana getdilər.

Ayaq alıb üz tutdular

Çöl, biyabana getdilər.

Yaponiyaya, İtaliyaya,

Firəngistana getdilər.

Mən ki yanında deyildim,

Bəlkə, İrana getdilər.

Hamısını qərq elədi

Dərya, ümmana, yoldaşlar!

Şeyda Əziz adlı aşıq isə “Stalin” şeirində Stalinin müsavatçıları əzməsindən bəhs edir:

Qoç kimi meydanda mərdana durdun,

Daşnaq, müsavata zərbələr vurdun.

Çalışdın, axırda xoş həyat qurdun,

Məhv elədin kəc düşmanı, Stalin!

Bahar etdin zimistanı, Stalin!

Göyçəli Aşıq Məmməd də öz növbəsində Müsavat və eyni zamanda daşnaq və menşeviklərin dönəmini zillət kimi qeyd edir:

Ay yoldaşlar, qulaq asın,

Sizə hekayət danışım:

İstibdaddan, Nikolaydan,

Acı şikayət danışım;

Müsavatdan, menşevikdən,

Daşnaqdan zillət danışım;

Gözümüzlə odlar götürdük,

Batmışdı millət danışım;

İndi azadə yaşarıq

Hökmü ədalət danışım.

Kəlbəcərin Çərli kəndindən olan Aşıq Məmməd isə müsavatçıları, keçmiş xanları xain hesab edir:

Getdi kulak, kontur, müsavat tamam,

Məhv oldu xainlər, gəldi xoş əyyam,

Verildi xalqlara bu gözəl məqam,

Stalinçi nocavanlar yaşasın!

Nərimanlı kəndindən olan Aşıq Bəhmən isə tarixə müraciət edir, şeirində I Dünya müharibəsindən, Nikolayın taxtından danışır, eyni zamanda isə müsavatçıları tənqid edir:

Min doqquz yüz on dörddə

Oldu cahan müharibəsi,

On beşdə, on altıda

Çəkildi qovğanın bəhsi.

Min doqquz yüz on yeddidə

Ucaldı Sovetin səsi;

Nikolay taxtdan salındı,

Kəsildi bəy, xan nəfəsi;

Müsavat, daşnak, menşevik

Hər cürə düşmanı gördük.

İyirminci ilə gəldik

Azərbaycan Sovetləşdi.

Bəy, xan, ağalar məhv oldu,

Müsavat, daşnaklar qaçdı;

Xarabalar, vətənimiz

Yenidən abadlaşdı.

Ölkəni abad eyləyən

Beşillik planı gördük.

Leninin tərifi

Təbii ki, aşıq şeirində əsas məsələ keçmişin tənqidindən daha çox yeniliyin təbliğ olunması idi. Yenilik isə Leninlə başlayırdı. Ona görə də aşıqlarımız Leninin körpəliyindən tutmuş, inqilabçılığına qədər olan dönəmə şeir qoşublar.

Məsələn, İrəvandan Muxtar Babaoğlunun “Lenin” şeirinə diqqət edək:

Anan səni təvəllüdə varanda,

Gün kimi aləmə doğan sən oldun!

Qız-gəlinlər xoş laylanı çalanda,

Xumarlanıb şirin yatan sən oldun!

Arvadlara öz haqqını öyrədən,

İşçilərə, kəndlilərə bildirən.

Rəhbər olub yollarını göstərən,

Doğru yolu doğru tutan sən oldun!

Düşmənlər əlindən çəkdilər haşa,

Məzlum millətləri sən saldın başa,

Ay həzərat, əhsən belə yoldaşa!

Axır məqsədinə çatan sən oldun!

Lenin haqqında kifayət qədər şeirlər var, amma Qazaxdan Aşıq Əlinin bir şeiri onun fəaliyyətini tam əhatə etdiyi üçün onu paylaşmaqla kifayətlənirik:

…Mat qalıram mahaldakı

Qurhaqura, hayhahaya;

Gəmilər dəryada üzür,

Motorlar salınır çaya;

Elektrik lampa yanır,

Şöləsi bənzəyir aya;

Ayroplanlar qanad açıb

Uçurlar ərşi səmaya.

Tor qurub tərlanların

Düşmənlərə, sara, Lenin!

Bakıda, Moskvada

Fabrika, zavod qurulur;

Yerlərin bağrın dəlib

Əcəb tunellər vurulur;

Görəndə elə büsatı

Düşmənin bağrı yarılır;

Köhnə zamanda bulanmış

Çaylar, bulaqlar durulur;

Durnalar, yaşılbaşlar

Qonur göldən-gölə, Lenin!

Stalin dühası

Şübhəsiz, aşıqlarımızın əsas fəaliyyəti Stalinlə bağlıdır. Zamanla geyimlərini, bığlarını da Stalinə oxşadan aşıqlarımız onun hünərini vəsf etməkdən doymayıblar.

Məsələn, Göyçənin Ağkilsə kəndindən olan Aşıq Nəcəf iddia edir ki, Stalin qadınlara hüquq bəxş edib:

Lenin bayrağını göyə qaldıran,

Məzlumları cəlladlardan saldıran,

Arvadlara hüququnu aldıran,

Eyləyən dərdinə çara sən oldun!

Dilicanın Göyərçinli kəndindən Hüseyin Sani isə şeirində Stalin konstitusiyasından bəhs edir:

Yaratdın Konstitusiya,

Millətləri yad eylədin.

Bu zəhmətkeş xalqımızın

Ürəyini şad eylədin.

Zülmkara zərbə çaldın,

Dağıtdın, bərbad eylədin.

Qovdurdun ölkəmizdən,

Onlarla inad eylədin.

Düşməninə ağır zərbə

Çaldın üst-üstə yazıram.

Göyçəli Aşıq Talıb isə Almaniya və Yaponiyanın Stalin qarşısında qorxudan titrədiyini deyir:

Düşmənlərdən qisasını alıbsan,

Qəvvas kimi dəryalara dalıbsan.

Siyasətdə min qorxuya salıbsan

Germaniyanı, Yaponiyanı, Stalin!

Beləliklə, aşıqlarımızın necə sovet propaqandasına alət edildiklərinin qısaca şahidi oldunuz. Necə ki, bu aşıq şeirlərini toplayan müəllif açıq şəkildə yazırdı:

“Azərbaycan aşıq poeziyası son zamanlarda tamamilə yeniləşmiş, siyasi bir poeziyaya çevrilmişdir. Aşıq bir şair, artist olmaqla bərabər eyni zamanda bir siyasi agitator, propaqandandist və sovet patriotudur. O, sovet vətənini sevir və sevdirir. Aşıqların səsində xalq düşmənlərinə qarşı tükənməz bir nifrət və qəzəb vardır”.

Dilqəm Əhməd

 

 


Etiket:
Xəbərlər

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

01.10.2019

FƏTƏLİ XAN XOYSKİNİN İNGİLİS GENERALINA DEDİKLƏRİ

30.09.2019

İrəvan şəhəri

28.09.2019

Haylar necə erməni oldu?

27.09.2019

Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

27.09.2019

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

26.09.2019

Basarkeçər
(Basatkeçən)

25.09.2019

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

24.09.2019

Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR

24.09.2019

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

23.09.2019

ADAM YAŞAMAQDAN QORXUR

23.09.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

20.09.2019

Goyce.az saytı Rüstəm Dastanoğlu ilə müsahibəni təqdim edir.

20.09.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019
Bütün xəbərlər