Andranikin qoşunları Zəngəzur qəzasına soxulandan sonra Şuşa qəzasında ermənilərin düşmənçilik mövqeyi daha da möhkəmləndi 

14:31 / 05.09.2019
Baxılıb: 706

1917-ci ildən sonra ermənilər daha güclü silahlanmağa başladılar. Öz milli ideyalarını həyata keçirmək və Azərbaycanlıların maddi rifahını tamamilə dağıtmaq üçün Daşnaksütyun partiyası Azərbaycanlılar arasında toqquşmalar törədirdilər.

Kəndlilər tərəfindən Fərrux bəy Vəzirovun bir neçə malikanəsi dağıdılmışdı. Ermənilər Levon Sergeyeviç Vartapetovu qəza komissarı seçərək tamamilə ermənilərdən ibarət olan milis dəstəsi təşkil etmiş, Şuşa ilə Qaryagin və Şuşa ilə Əsgəran arasında gözətçi məntəqələri yaratmış, Azərbaycanlıları tərk-silah etmişdi. Tədrijən ermənilər Azərbaycanlıların adı göstərilən istiqamətdə yollarını bağladılar.

Andranikin qoşunları Zəngəzur qəzasına soxulandan sonra Şuşa qəzasında ermənilərin düşmənçilik mövqeyi daha da möhkəmləndi. Andranik Gorusa gələn kimi Qarabağın bütün ermənilərini səfərbərliyə aldığını elan etdi. Bu vaxtdan etibarən Andranikin silahlı əsgərləri Zəngəzur qəzasının Azərbaycanlı kəndlərini məhv etməyə başladılar. Andranik üç dəfə Zabux dərəsi vasitəsilə Şuşaya getməyə jəhd göstərdi. Lakin onun bütün jəhdləri Azərbaycanlılar tərəfindən dəf edildi. Andranik böyük itki verərək Gorusa qayıdır. Şuşa qəzasının ümumi vəziyyətini təsvir edərək onu əlavə etmək lazımdır ki, Şuşa şəhərinin özü və ətrafında yerləşən Azərbaycan kəndləri 175 erməni kəndi tərəfindən əhatəyə alınmışdır. Bax buna görə də içməli sudan, ərzaq məhsullarının gətirilməsindən məhrum olan Azərbaycanlıların vəziyyəti doğrudan da faciəli olmuş, bu vəziyyət səkkiz ay, türklər gələnə qədər davam etmişdir.

Şahidlər göstərirlər ki, Şuşa şəhərinin və kəndlərinin erməniləri Azərbaycan Respublikasının hakimiyyətini tanımaq istəmir, Qarabağı Azərbaycandan ayırıb Ermənistan Respublikasına birləşdirmək istəyirlər. Həmin vaxtda da Qarabağın erməni əhalisi Azərbaycan Respublikasına heç bir vergi vermir, heç bir mükəlləfiyyət yerinə yetirmir, Şuşa qəzasının 1-ci və 2-ci polis məntəqəsində Sokrat Məlik Şahnazarovun və Aranzəminli Kovxa Karapetin erməni dəstələri cinayətlərini davam etdirir. Ağdam, Qaryagin şose yolları bağlanmışdır. Belə ki, Qarakənd erməniləri Azərbaycanlıları yenə güllələməkdə və soymaqda davam edir. Qəzanın 2-ci polis məntəqəsi tam, 1-ci polis məntəqəsi qismən, 3-cü və 4-cü polis məntəqələri bir sıra hallarda dağıdılmışdı.

Şahidlərin ifadələrinə görə 2-ci polis məntəqəsində aşağıdakı cinayətlər baş vermişdir: “1918-ci il dekabrın ortalarında ermənilər Qoqa kəndində 55 Azərbaycanlı evini dağıtmış, mülkədar Cavanşirin malikanəsini yandırmış, ailə başçısı Əsəd ağa Cavanşiri, onun oğlu Sultan ağanı, qızı İyanə bəyimi, qardaşı qızı Fatma bəyimi, qulluqçusu İnci Abış qızını və Vəli Kərbəlayı Ələsgər oğlunu öldürmüş, dərilərini soyub xənjərlə doğramışlar. Onların bütün əmlakı, heyvanları və kənd təsərrüfatı aləti aparılmış, ev və tikililəri yandırılmışdır. Tuğ kəndinin Azərbaycanlılar yaşayan evləri dağıdılmış və Azərbaycanlıları həbs edib onlardan tələb edirlər ki, Ermənistanın hakimiyyətinə tabe olsunlar. Tuğ kəndinin mülkədarı Ağabəy Məlik Aslanovu ermənilər öldürüb və əmlakını qarət etmişlər.

1918-ci ilin payızında ermənilər 33 evdən ibarət olan Salakətin kəndini tamamilə yandırmışlar. Onların əmlakını, mal-qarasını qarət etmişlər”. 1918-ci ilin yayında ermənilər Zarıslı kəndinin 300 iribuynuzlu mal-qarasını aparmışlar. Yenə həmin vaxtı ermənilər Şuşadan Cəbrayıl qəzasına un almağa gedən 12 Azərbaycanlını “Molla Nəsrəddin yolu”nda öldürmüşlər.

1-ci və 3-cü polis məntəqələrində ermənilər aşağıdakı cinayəti törətmişlər: 1918-ci ilin avqustunda Ətyeməzli, Keşməzli, Quzanlı kəndlərindən olan Azərbaycanlıların heyvan və ev əşyalarını qarət etmiş, 240 evlik Gülablı kəndini dağıtmışlar. Mərzili kəndinin sakinlərini məjbur etmişdilər ki, öz evlərini tərk etsinlər.

1918-ci ilin martında erməni dəstələri Sokrat bəy Məlik Şahnəzərovun rəhbərliyi altında Abdal kəndini dağıtmış, kəndin bütün ev əmlakını və mal-qarasını qarət etmişlər. 1982-ci ildə 1918-1920-ci illərdə erməni vəhşiliklərini öz gözü ilə görmüş 95 yaşlı Xankəndi sakini Məcid Həsənov ata-anasının və kənd jamaatının başına gətirilən müsibətləri mənə belə söylədi: “Ermənilər 1918-ci ilin martında Xankənddən 10 km aralıda yerləşən Kosalar kəndinə hücum etdilər. Kosalar 6 kənddən ibarətdir. Düşmənin ilk hədəfi Canhəsən kəndi oldu. Onlar kənddəki qojalardan sakinlərin harada olduğunu soruşur. Məşədi Əbdül kişi arvadı Növrəstə ermənilərlə duz-çörək kəsdiklərini xatırladıb, sakinlərin yerini bilmədiklərini söyləyir. Azğınlaşmış düşmən əvvəl Növrəstənin sağ və sol qolunu, sonra isə Məşədi Əbdüllə birgə başlarını kəsir. Sonra da digər kəndlərə hücum edib qanlı cinayətlər törədir. Vəhşiləşmiş düşmən kəndi belə yandırmaqdan çəkinməmişdir.

1918-ci ilin avqustunda ermənilər Qaradağlı, Xojavənd kəndlərini dağıtmış və yandırmış, həmin kəndlərin adamlarının ev əmlakını və mal-qarasını qarət etmişlər. Ermənilər Xojalı kəndinin Azərbaycanlılarını öz yerlərini tərk etməyə məjbur etmişlər. Göstərilən faktlar ermənilərin törətdikləri zorakılıqları, soyğunçuluğu, hələ tam şəkildə əks etdirmir. Məlum olmuşdur ki, ermənilərin hücumları nətijəsində 100-dən çox Azərbaycanlı öldürülmüş və yaralanmışdır. Lakin bu rəqəm də əsl reallığı əks etdirmir. Çünki Şuşa qəzasında özbaşınalıq hökm sürdüyündən, erməni zorakılığının qurbanı olmuş Azərbaycanlıların sayını dəqiq müəyyənləşdirə bilmədik və bu ayrıja istintaq proseslərində aydınlaşdırılajaqdır.

Şuşa qəzasında Azərbaycan kəndlərinə hücum etmiş ermənilərin və erməni dəstə başçılarının adları şahidlərin verdikləri məlumatlara əsasən müəyyən edilmişdir: Çanaxçı kəndinin sakini Sokrat bəy Məlik Şahnəzərov, Qaybalı kəndinin sakini Akop Verdiyev, Armenak Xaçaturov, Gorus şəhərinin sakini Nikolay Osipov, Damğalı kəndinin sakinləri Amparsum Kyukyuev, Nerses Markasov, Asatur Petrosov, Cambat kəndinin sakinləri Artaşes bəy Ter-Mixaylov, İsbahançı kəndinin sakinləri Arşak Keşişev, Şuşa şəhərinin sakinləri Tiqsan bəy İşxanov, Xosrov bəy, Çiraquz kəndinin sakinləri Aleksan Cavadov, Astan Ayrapetov, Qoğa kəndindən Markar Qriqorov, Ağa bəy Ohajanov, David Ohajanov, Edilli kəndindən Baxşı Naxapetov, Movses Bağırov, Tuğ kəndindən Kosta Akopov, Saka Atayev, Pavel Asriyev, Siqorlu kəndindən Bəylər Usubov, Moqez kəndindən Ağa Prum bəy Şahnazarov, Tuğ kəndindən starşina Arsen Ağajanov, Sergey Bağdasaryan, Sos kəndindən Aruşan Sarkisov və Ağa bəy Poqosyants. Ziyana məruz qalmış mülkədarların və kəndlilərin təqdim etdiyi məlumatlardan və bağlanmış aktlardan məlum olur ki, Şuşa qəzasının Azərbaycanlı əhalisinə 100 milyon manat məbləğində zərər dəymişdir. Azərbaycanın ən varlı vilayətlərindən biri olan Şuşa qəzası o dərəjədə dağıdılmışdı ki, o özünün iqtisadi vəziyyətini uzun müddət bərpa edə bilməmişdir. (1905.az)

Məmmədova Həvva. “Azərbaycan xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920) kitabından”.Bakı, “Nağıl Evi” nəşriyyatı, 2006

 

 


Etiket:
Xəbərlər

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020
Bütün xəbərlər