Asəf QAYA: ULAMAĞIN ÇAĞIDIR, ULA BOZ QURDUM, ULA!..

19:00 / 06.09.2019
Baxılıb: 2490

Asəf Oruc oğlu Əliyev (QAYA) 
1967-ci ildə Daşkəsən şəhərində anadan olub. Əslən Göyçə mahalının Kəsəmən kəndindəndir. 1984-cü ildə C.C.Naxçıvanski adına Hərbi Liseyi bitirib. 
1985-1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 
1996-cı ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini 
Fərqlənmə Diplomu ilə bitirib. 
Asəf Orucoğlu “Millət” qəzetində jurnalist və Baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, “Araşdırma və proqnoz şöbəsi”nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləmişdir. 
2003-2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur.
Asəf Qaya imzası ilə şeirlər yazır. 
300-ə yaxın şeirin müəllifidir.

2018-ci ilin sentyabr ayının 6-da Bakıda vəfat etmişdir.


ULAMAĞIN ÇAĞIDIR, ULA BOZ QURDUM, ULA!

Törənişdən bu günə ayaq üstə dik durduq,
Ərgənəkondan çıxıb tarixə damğa vurduq,
Gündoğandan batana böyük Turanı qurduq,
Qarşımızda baş əyən büründü qızıl çula
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Bir zaman Yer üzünə qural, qurul gətirdik,
Ulusları kamına, muradına yetirdik,
Harda olduq o yerdə yoxsulluğu bitirdik
Satılmaz Türk bodunu nə daş-qaşa, nə pula
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Əzəldən Tanrıçıydıq ayırmazdı din bizi,
Gəlincə yad elçilər parçaladı kin bizi,
Sonra İslam içində böldü şeytan, cin bizi
Üz tutub Göy Tanrıya, çək bizi doğru yola,
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Türk olmasa dünyada düzən, düzüm dağılar,
Türkün adı gələndə tir-tir əsər yağılar,
Türk Dili Tanrı Dili, ona uymur ağılar
Ula ki, ağılardan Dilimi qurtum , ula!
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Türklər sevər savaşı, Türk yaraqla doğular,
Türkdən torpaq istəyən öz qanında boğular,
Türkün Tuğunu görən hər dəliyə soxular
Döyüş üçün düzülüb yenilməz Ordum, ula!
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Gəl çıxaq Tanrıdağa, Göyün sonuna çataq,
Orda bütün Turançün özgürlük odu çataq,
Sonra mənim nərəmə sənin səsini qataq
Qıy vursun qızılquşum, kişnəsin atım, ula!
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Andımızla yarandıq, andımızla ölərik,
Söz verdiksə, sözü biz addan uca bilərik,
Ən böyük sevgimizi Yurdumuzla bölərik
Fəğan deyib ağlamaq yaraşır miskin qula,
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!


GÖZƏLLƏRİ GÖZÜMDƏN SALDI SÜZGÜN BAXIŞIN

Gözəlləri gözümdən saldı süzgün baxışın,
Gülüm, məni özümdən aldı süzgün baxışın,
Elə bilmə danışmır, laldı süzgün baxışın
Dilin gizlətdiyini gözlərin deyir mənə,
Baxışın könlüm oxşar, sözlərin dəyir mənə. 

Sənlə hər görüşümdən çiçək аçаr, yаz olаr,
Sınıq qəlbim gözəlim, cuşа gələr sаz olаr,
Sənə nə qurban verim? Canım belə az olar
Qurbanlıq nə istəsən olaram ona qayil,
Bir sevgim, bir armanım, bil ki, qurbanlıq deyil.

Sənsiz ötən hər аnım mənə ağıdan bеtər,
Gəl son qoy bu özləmə, еtdiyin zülüm yеtər,
Аyrılıq аmаnsızdır, аrаmızdа dаğ bitər
Sonra bu dağı nə sən, nə mən aşa bilərik,
Sevinci biz itirib, ömrü qəmlə bölərik.

Loğmanım ol yаrаmа özgə loğman duz bаğlаr,
Sənsiz mənim gözümdə hər nə varsa buz bаğlаr,
Sən gülməsən Ay itər, Günəş Yerə üz bağlar
Mən dözərəm, sən Yeri Aysız, Günəşsiz qoyma,
Mənə qıysanda olar, gəl insanlığa qıyma.

Nə Fərhadam, nə Məcnun, Asəfdir mənim adım,
İçin, için yansam da? dilə gəlməz fəryadım,
Onsuz da öləcəyəm, təki sən ol cəlladım
Qılıncını kəskin et, incitməsin qoy məni,
Yaşamaq istəmirəm itirəcəmsə səni.

Sonunda

Yar demə hər naz atan gözələ,
Könlünü odlara yaxar sonunda.
Uca dağ yağmura güvənməz, çünki
Çay olub düzənə axar sonunda.

Sevgi qapısını bircı dəfə döy,
Nə "yox" olsa pislə, nə "hə" olsa öy,
Çoxdakı davamlı guruldayar Göy
İldırım bir dəfə çaxar sonunda.

And içmə yükünü daşımaq çətin,
Sevdinsə sevgində ol dönməz, mətin,
Əgər saxlamasan yarın hörmətin
Fələk səni qəmlə sıxar sonunda.

MƏNDƏN SORSALAR Kİ…

Məndən sorsalar ki, “xoşbəxtsənmi sən?”
Belə bir suala cavab verərkən
Deyərəm: “Xoşbəxtlik mənə haramdır,
Çünki, Azərbaycan doğram-doğramdır”.

Məndən sorsalar ki, “aşiqsənmi sən?”
Deyərəm: “Məcnunam Leyli eşqindən.
Mənim Leylim bir Türk ocağındadır,
Savalan dağının qucağındadır”.

Məndən sorsalar ki, “nə istərsən sən?”
Deyərəm: “Azadlıq keçir könlümdən.
Asəfəm, soyumu qudsal bilərəm,
Azərbaycanımı bütöv dilərəm”.

 

 

 


Etiket:
Xəbərlər

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020

Tikanlı cığırlar (esse)

22.04.2020
Bütün xəbərlər