Tağıyevin qızı Saraya katib Hacıyev nələr etdi?

13:56 / 09.09.2019

“Taundan qaçan kimi qaçırlar məndən”

Və yaxud milyonçu qızıyla partiya katibinin görüşü

1961-ci ilin oktyabr günlərindən birində Mərkəzi Komitənin ideologiya üzrə katibi Nazim Hacıyevə qəbula bir qadının gəldiyini deyirlər. Gələnin Bakı milyonçusu Zeynalabdin Tağıyevin qızı olduğunu bilən katib dərhal, növbəsiz onu qəbul edir.

Leninqraddan qayıtdıqdan sonra bir müddət işləsə də, Saranın “burjuy qızı” olduğunu bilən kimi işdən çıxarıbmışlar. Məşəqqətli günləri daha da ağırlaşıbmış.

Heç kim onu yaxına buraxmırdı. Nəinki kömək etmək, onunla ünsiyyət belə təhlükəliydi. Sara xanımı qəbul etməklə Nazim Hacıyev özünü riskə atırdı. Bu görüş karyerasına son qoya bilərdi. Amma proletariat partiyasının katibi milyonçu qızını gülər üzlə qarşılayır, qucaqlayır, hal-əhval tutur, dinləyir.

Nazim Hacıyevin anası Sara xanımla Tağıyevin açdığı qızlar məktəbində bir oxuyub, rəfiqəlik edibmişlər. Babası Kərib bəyi Tağıyev məktəbin yaradılması işinə cəlb edibmiş. “Xruşşov dövrünün Qarabağ şəhidi” adlı məqalədə Nazim Hacıyev haqda ətraflı yazmışam deyə, burada geniş tanıtmağa lüzum görmürəm. Bircə onu deyim ki, 60-cı illərdə şübhəli şəkildə ölən vətənpərvər gənc rəhbər işçilərdən biri də o idi. Maraqlansanız, dediyim məqaləni bloqumda oxuya bilərsiniz.

Aydın Hacıyev atasına həsr etdiyi “Hər şeyi anlamaq, amma bağışlamamaq” (“Все понять, но не все простить”) kitabında Sara xanımın Nazim Hacıyevlə görüş xatirəsinə də yer ayırıb. Dünən sosial şəbəkələrdə ömrünün son 6 ilində ona dayaq olmuş Şəmsəddin Əliyevin müsahibəsini oxuyanda həmin kitab yadıma düşdü. O xatirəni oxucu dostlarımla bölüşmək istədim.

Sara xanım Nazim Hacıyevin onu doğma adamı kimi qarşılamasından çox təsirlənibmiş. Kitabdan onların söhbətinin bir hissəsini belə tərcümə elədim:

- Sara xanım, nə kömək edə bilərəm? Deyin, utanmayın, mən də sizin oğlunuz.

- Sağ olun, Nazim Mamedoviç, – adət etmədiyi isti münasibətdən çaşqın halda dedi, – Siz ki, mənimlə görüşdünüz, bu məndə bir ümid yaratdı. Mənim ali təhsilim var, fəlsəfə oxumuşam. Amma Leninqraddan qayıdandan bəri məni heç yanda işə götürmürlər. Fəlsəfəyə dair elmi işimi özümlə gətirmişəm. “İstismarçı” qızı olduğumu bilən kimi hamı məndən qaçır. Heç kim atamın elədiyi yaxşılıqları xatırlamaq istəmir… Taundan qaçan kimi qaçırlar məndən”.

Nazim Hacıyev elə onun yanındaca universitetin rektoru Şəfayət Mehdiyevə zəng vurur. Rektor kitabxanada vakansiya yeri olduğuna, onu işə götürəcəyinə söz verir.

Xeyli söhbət edirlər, ideologiya katibi onun yaşayışı, dolanışığı ilə maraqlanır. Ayrılanda yenə qucaqlaşırlar. “Sara xanım, siz mənə sutkanın 24 saatı zəng vura bilərsiniz. Nə işiniz olsa, birbaşa mənə müraciət edin. Daha heç kim sizi incitməyəcək… İndi gedin, rektor sizi gözləyir”.

Sara xanım rektorun yanına dərhal getmir. Bulvara gəlir, üzü Xəzərə oturub gözünü uzaqlara dikir. Son 40 ildə ilk dəfəydi ki, kimsə onunla insan kimi davranırdı. Zarafat deyil, bu qədər alçaltmalardan, məşəqqətli illərdən sonra onun problemlərini həll edəcək adam tapılmışdı.

Gözünün yaşını silmək üçün plaşın cibindən dəsmalını çıxarır. Yaxınlıqda “klas-klas” oynayan bir qız uşağı qaça-qaça ona sarı gəlir: “Nənə, cibinizdən pulunuz düşdü”. “Nə pul? Mənim cibimdə pulum yoxdur ki”.

Əyilib yerdən pulu götürən uşaq deyir: “Cibinizdən dəsmal çıxaranda gördüm düşdüyünü”.

O vaxtın ən iri əsginazıymış. Ayrılarkən onu qucaqlayanda ehmalca cibinə qoyubmuş. Bu pula nə qədər ehtiyacı olduğunu bilsə də milyonçu qızının qüruruna toxunacağından ehtiyat edib, açıqda verməyib.

Elm, mədəniyyət adamlarının hamisi kimi ad çıxaran Nazim Hacıyev bir neçə aydan sonra şübhəli tibbi əməliyyatdan sonra ölməsəydi, bəlkə Sara xanım ömrünün sonunacan zillət içində yaşamayacaqdı.

Mən hələ də bilmirəm, alın yazısı varmı, ya həyat təsadüflərdən ibarətdir!

Nazim Hacıyevlə birlikdə Sara xanımın ümidləri də gömülür.(axar.az)


Etiket:
Xəbərlər

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

01.10.2019

FƏTƏLİ XAN XOYSKİNİN İNGİLİS GENERALINA DEDİKLƏRİ

30.09.2019

İrəvan şəhəri

28.09.2019

Haylar necə erməni oldu?

27.09.2019

Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

27.09.2019

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

26.09.2019

Basarkeçər
(Basatkeçən)

25.09.2019

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

24.09.2019

Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR

24.09.2019

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

23.09.2019

ADAM YAŞAMAQDAN QORXUR

23.09.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

20.09.2019

Goyce.az saytı Rüstəm Dastanoğlu ilə müsahibəni təqdim edir.

20.09.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019
Bütün xəbərlər