Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12:22 / 12.09.2019

Goyce.az modern.az -ın “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edir.
Rubrikada vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 
Vətəni sevmək imandandır. Millət üçün çalışmaq isə müqəddəs bir vəzifədir. Əgər bu fədakarlıq elm yolundadırsa, sadə dillə desək, o şəxsin axirətdə yeri cənnətdir. Çünki, dinimiz İslama görə, öyrənmək və öyrətmək ibadətlərin ən gözəlidir. Həzrəti Məhəmməd Salavatullah belə buyurmuşdu: ”Elm öyrənmək hər bir müsəlmana vacibdir. Eşidin! Allah elmə məhəbbət bəsləyənləri sevər”.
Əgər elm ziyadırsa, elmi öyrədən təbii ki, ziyalıdır. Bu gün belə insanlardan biri olan Mirzə Həsən Rüşdiyyə haqqında danışmaq istəyirik.

Mirzə Həsən 1851-ci ildə Təbriz şəhərində, dövrün alimlərindən olan Molla Mehdinin ailəsində dünyaya gəlib. İlk təhsilini doğma şəhəri Təbrizdə alıb. Təhsilini davam etdirmək üçün o Nəcəf şəhərinə getməli və buradan mükəmməl bir ruhani olaraq qayıtmalı idi. Çünki, bu dövrdə təhsil ocaqları ancaq mollaxana və mədrəsələrlə məhdudlaşırdı. İranda da digər müsəlman məmləkətlərindəki kimi əsasən din xadimlərinin hazırlanmasına fikir verilirdi. Mövcud təhsil sistemi ölkənin kadr hazırlığı sahəsindəki təlabatı ilə ayaqlaşa bilmirdi. İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəlixan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan “Əxtər” (farsca “ulduz” deməkdir) qəzetində yazılmış bir məqalədə deyilirdi ki, “Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurdan irəli gəlir… İranda da Avropasayağı məktəblər olmalıdır”.

Məhz bu fikir, gənc Mirzə Həsənin gələcək məqsəd və məramını müəyyənləşdirən əsas amil oldu. Atasının razılığı ilə Türkiyəyə səfər etdi. İstanbul, Beyrut və digər şəhərlərin təhsil sistemi ilə maraqlandı. Burada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb etdi və özünə təxəllüs götürdü – Rüşdiyyə. Beyrutdakı Darülmüəllimində (Pedaqoji Universitetində) təhsil aldığı zaman üsuli-cədid (ərəbcə “yeni tərz” deməkdir) məktəblərinin təsisini və idarə edilməsini öyrəndi.

Mirzə Həsən Rüşdiyyə ilk pedaqoji fəaliyyətini Şimali Azərbaycanın şəhərlərindən biri olan İrəvanda başlamağa qərara aldı. 1883–cü ildə burada yaşayan qardaşı Mirzə Əli ilə birgə özünün ilk üsuli-cədid məktəbini açdı. Bu məktəb Şimali Azərbaycanda heç də ilk təhsil ocağı deyildi. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundovun milli təhsil uğrunda apardığı gərgin mübarizənin nəticəsi olaraq, Şamaxı (1870) və Şəkidə (1877) yeni tipli milli məktəblər açılmışdı.  Rusiyada elmi pedaqogika və xalq məktəblərinin banisi olan Konstantin Uşinskinin layihəsi əsasında 1876–cı ildə Qori Müəllimlər Seminariyası təsis edilmişdi. Üç il sonra isə (1879) Seminariyanın türk (rusların təbirincə “tatar”) bölməsi açılmışdı. Bölmənin təsisində görkəmli ədib M.F.Axundovun da böyük rolu olduğunu qeyd etmək lazımdir.
Heç şübhə yoxdur ki, Şimali Azərbaycanın, eləcədə bütün Qafqazın milli burjuaziyasının təşəkkülündə Qori Müəllimlər Seminariyasının xüsusi xidmətləri olub. Məzunlarının adını sadalamaqla bunu sübut edə bilərik: Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə, Rəşidbəy Əfəndiyev, Nəriman Nərimanov, Fürudinbəy Köçərli, Sultan Məcid Qənizadə və başqaları. Hər biri Azərbaycanın və həm də Qafqazın ictimai-siyasi həyatında, o cümlədən elm, mədəniyyət, maarif və mətbuat sahəsində xidmətləri danılmaz dahilərdir.

XIX əsrin ikinci yarısında Qafqazda milli maarif sahəsində başlanmış intibah Cənubi Azərbaycan ziyalılarının da nəzər – diqqətini cəlb etmişdi. İsmayıl Kazımzadə və Mirzə Kazım Əsgərzadənin İrəvanda açdıqları yeni üsul ana dili məktəbləri bu prosesdə iştirakın sübutu idi. Mirzə Həsən Rüşdiyyənin də müəllimlik fəaliyyətinə məhz İrəvan şəhərində başlaması heç də təsadüfi deyildi.

Gənc müəllimin pedaqoji fəaliyyətində atdığı ilk addım uğurlu alınmışdı.  İran şahı Nəsirəddin Qacar İrəvan şəhərinə səfər edərkən bu təhsil ocağını da ziyarət etmişdi. Məktəbin fəaliyyəti çar hökümətinin də diqqətindən kənarda qalmamışdı. Dövlət idarələrinə savadlı yerli məmurlar hazırlamaq istəyən çar dövləti M.H.Rüşdiyyənin fəaliyyətindən məmnun idi. Təsadüfi deyildi ki, M.H.Rüşdiyyə dövlət tərəfindən mükafatlandırılmış və hətta ona maddi yardımda göstərilmişdi. Uğurlu pedaqoji fəaliyyətə baxmayaraq, Mirzə Həsən Rüşdiyyə İrəvanda çox qalmadı. 1888-ci ildə zəngin təcrübə toplayan gənc müəllim doğma Təbrizə qayıtdı.

XIX əsrin ikinci yarısında İranda formalaşan milli burjuaziya dövlətdən təhsil sistemində ciddi islahatlar tələb edirdi. Bunlar yeni üsul məktəblərinin artırılması, ibtidai təhsil ilə əlaqədar əlifbada dəyişikliklər edilməsi və təlim-tərbiyə metodlarının muasirləşdirilməsi idi. Məhz bu tələblərin həyata keçirilməsi üçün savadlı və təcrübəli müəllimlərdə lazım idi. Mirzə Həsən Rüşdiyyə bu tələblərə cavab verə biləcək müəllimlərdən idi.

Təcrübəli pedaqoq İrana qayıdan kimi, ilk işi doğma Təbrizdə “Dəbistani–Rüşdiyyə” və “Mədrəseyi-Rüşdiyyə” adlı məktəblərini açmaq oldu. Mirzə Həsən  Rüşdiyyə məktəblərini məktəbxana formasında saxlasada, tədris işini fars dilindəki asan kitablardan sövti (səs) üsulu ilə aparırdı.

Mirzə Həsən Rüşdiyyənin gördüyü işlərdə müvəffəqiyyət qazanması köhnə fikirli  məktəbdarları və mürtəce ruhaniləri qıcıqlandırırdı. İşində nə qədər ehtiyatlı olsada, cəhalət yenə öz işini görürdü. Tədris işini sövti üsulu ilə aparmasını bəhanə gətirərək, onun məktəblərini qarət edirdilər. Bu fitnəkar qəsdlər zamanı məktəblilərdən  ölən və yaralananlarda olurdu. Hətta Rüşdiyyə özü belə bir neçə dəfə ağır yaralanmışdı.

Mənəvi, maddi və fiziki zərbələr alan mübariz müəllim müvəqqəti də olsa, Təbrizi tərk etməli oldu. O, Xorasana, Misirə və Qafqaza səyahət etdi. 1893–cü ildə yenidən Təbrizə qayıdan Mirzə Həsən Rüşdiyyə əsasən ana dilinin tədrisinin yer aldığı  “Rüşdiyyəye – Müzəffəriyyə“ məktəbini təsis etdi.
Məktəbin tədrisinin doğma türk (Azərbaycan) dilində təşkil olunması Güney Azərbaycan üçün mühüm tarixi bir hadisə idi. Çünki bu təhsil ocağı Səfəvilər dövründən sonra ana dilində açılan ilk milli məktəb idi. Bəlkə elə buna görədə bu təhsil ocağına “Rüşdiyyəye-Milli“ məktəbi deyilirdi.

“Rüşdiyyəye-Müzəffəriyyə“ məktəbində tarix, coğrafiya, fizika, riyaziyyat, təbiətşünaslıq və digər elmlərlə yanaşı fars, ərəb, fransız və rus dillərinin tədrisi də əsas yer tuturdu. Dərslər sövti üsulu əsasında aparılırdı. Dövrün bir çox ziyalıları, o cümlədən Məhəmmədəli Tərbiyət, Əhməd Müdərris, Hüseyn Kamal Təbibzadə və başqaları bu məktəbin müəllimləri olmuşlar. Məktəbdə 200-dən çox şagird təhsil alırdı. Əksəriyyəti yoxsul uşaqları olan bu şagirdlər pulsuz təhsil alırdılar.

1894–сü ildə Mirzə Həsən Rüşdiyyə özünün ilk  “Vətən dili” adlı əsərini yazdı. “Rüşdiyyəye-Müzəffəriyyə”də tədris olunan ana dili dərsləri məhz bu kitab üzrə aparılırdı. Təbrizdə çap olunan “Vətən dili” öz dövrünün ən mükəmməl dərsliyi idi. Sadə və aydın dil ilə yazılan dərslik onu qavramaqda məktəblilər üçün heç bir çətinlik yaratmır və sövti üsulu ilə ərəb əlifbasının öyrənilməsini xeyli asanlaşdırırdı. Altı ay ərzində yazıb-oxumağı öyrədən bu dərslik bütün İran Azərbaycanında yayılmışdı.

Mirzə Həsən Rüşdiyyə “Vətən dili” kitabından başqa türk (Azərbaycan) və fars dillərində bir çox əsərlərin müəllifidir. “Bədayət-üt-təlim”, “Kefayət-üt-təlim”, “Nehayət-üt-təlim”, “Təkmelət-üs-sərf”, “Ana dili”, “Əlifbaye-Rüşdiyyə”, “Üsule əqaid və ya ittihade bəşər” və s. əsərləri bütün İranda oxunur və bir çox məktəblərdə dərs vəsaiti kimi istifadə olunurdu.

1896–cı ildə Nəsirəddin şahın oğlu 43 yaşlı Müzəffərəddin taxta çıxdı. Azərbaycan vilayətinin hakimi (valisi) olmuş Müzəffərəddin xan, özündən sonra hakimlik etmiş Mirzə Əlixan Əminüddövləni sədr-əzəm (baş nazir) təyin etdi. Əminüddövlə Azərbaycan hakimi olduğu zaman Rüşdiyyənin maarif sahəsində gördüyü işləri təqdir və müdafiə edirdi. Onun Tehrana çağrılması Təbrizdəki mürtəcelərin Rüşdiyyəyə qarşı olan fitnəkar hücumlarının yenidən alovlanmasına səbəb oldu. Bu sıxıntılı günlərdə Rüşdiyyə yenə də Əminüddövlə tərəfindən müdafiə edildi. Sədr-əzəm onu Müzəffərəddin şahın əmri ilə Tehranda üsuli-cədid məktəbi açmağa dəvət etdi. Bu dəvət ilə M.H.Rüşdiyyə apardığı maarifçilik mücadiləsinin yeni mərhələsinə qədəm qoydu. O, Tehrandakı pedaqoji fəaliyyətinə başladığı zaman Mirzə Nəsrulla Məlikülmütəkəllimin, Yəhya Dövlətabadi və Şeyx Mehdi Kaşani kimi maarifçi ziyalılarla əməkdaşlıq edirdi.

1898–ci ildə təşkil edilən Maarif Əncüməni və Ali Maarif Şurası yaradıcılarından biri olan M.H.Rüşdiyyənin tədris metodu artıq özünü doğrultmuşdu. İranda açılan bütün üsuli-cədid məktəbləri bu metodla işləməyə üstünlük verirdilər. Ancaq  Təbrizdən fərqli olmayaraq, mürtəce qüvvələr Tehranda da öz işini görürdü. 1898-ci ilin iyul ayında yeni maarifçi hərakatın hamisi olan Əminüddövlə sədr-əzəm vəzifəsindən kənarlaşdırıldı. Bu hadisə M.H.Rüşdiyyə və digər maarifpərvər ziyalıların vəziyyətini pisləşdirdi. Əgər əvvəllər fitnəkar qüvvələr mürtəce ruhanilərdən ibarət idisə, indi onlara saray məmurları da qoşulmuşdu. Bu təhlükəli vəziyyətdən qurtulmaq üçün M.H.Rüşdiyyə 1900–cü ildə Hicaz, Şam və Qafqaza səfərə çıxdı. 1902–ci ildə Tehrana qayıdan Mirzə Həsən Rüşdiyyə müəllimlik fəaliyyəti ilə yanaşı, naşirliklə də məşğul olmağa başladı. Tehranda nəşr etdirdiyi  “Tehran” və “Məktəb” adlı qəzetlərində həm elmi-metodiki tövsiyələrlə, həm də inqilabi məqalələrlə çıxış edirdi. Çünki, o XX əsrin əvvəllərində İranda cərəyan edən inqilabi hərakatın fəallarından idi. Məhz bu fəaliyyəti onun həbs olunub Xorasana sürgün edilməsi ilə nəticələnir.            

Sürgündən azad olduqdan sonra Tehrana qayıdıb yenidən elmi-pedaqoji fəaliyyətini davam etdirib. Qafqazın və İranın bir çox şəhərlərində üsuli-cədid məktəbləri açmış-dır.

1933–cü ildə təqaüdə çıxan Mirzə Həsən Rüşdiyyə Qum şəhərinə köçərək, ömrünün sonunadək burada yaşayıb. Qocaman müəllim təqaüdə çıxmasına baxmayaraq, maarif sahəsində yeniliklər üzərində çalışmaqdan yorulmurdu. Doxsan üç illik keşməkeşli həyatın altmış ildən çoxunu vətəninin və millətinin maarif sahəsində tərəqqisi uğrunda sərf etmiş Mirzə Həsən Rüşdiyyə 1944–cü ilin dekabrında dünyaya gözlərini əbədi yumdu.

Qocaman müəllim Mirzə Həsən Rüşdiyyənin elmi-pedaqoji fəaliyyətini, həyat və yaradıcılığını tədqiq edərkən, heç şübhəsiz dahi rus pedaqoqu K.D.Uşinskinin bu sözləri yada düşür:
“Əgər biz həkimlərə öz sağlamlığımızı etibar ediriksə, müəllimlərə uşağımızın əxlaqını, ruhunu, bütün bunlarla bərabər, öz Vətənimizin gələcəyini etibar edirik. Şəxsiyyətin inkişafına və müəyyənləşməsinə yalnız şəxsiyyət təsir göstərə bilər. Xarakteri yalnız xarakter yarada bilər”.


Etiket:
Xəbərlər

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

01.10.2019

FƏTƏLİ XAN XOYSKİNİN İNGİLİS GENERALINA DEDİKLƏRİ

30.09.2019

İrəvan şəhəri

28.09.2019

Haylar necə erməni oldu?

27.09.2019

Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

27.09.2019

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

26.09.2019

Basarkeçər
(Basatkeçən)

25.09.2019

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

24.09.2019

Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR

24.09.2019

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

23.09.2019

ADAM YAŞAMAQDAN QORXUR

23.09.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

20.09.2019

Goyce.az saytı Rüstəm Dastanoğlu ilə müsahibəni təqdim edir.

20.09.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019
Bütün xəbərlər