Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

20:00 / 12.09.2019
Baxılıb: 416

Həyatın imperiya və inqilab arasında qalan yenidən kəşf edilmiş xatirəsi

1990-cı illərin sonlarında Gürcüstanın paytaxtı Tbilisidə yaşayırdım və tez-tez Azərbaycanın paytaxtına, Xəzər dənizinin sahilindəki Bakıya baş çəkirdim. Bu, postsovet süstlüyü (xumarlığı), üstündən elə də çox keçməyən etnik müharibələr, qaçqınlar və dalğalanan iqtisadiyyatlar dövrü idi. Tbilisidə günün yalnız dörd saatı elektrik verilirdi, istilik isə yox idi; Bakıda, yeni neft bumu başlanğıc götürmüşdü. Həmin dövrdə Qafqazdakı kiçik xarici mətbuat korpuslarında, biz, bir neçə qurama adı olan müəmmalı müəllif, Qurban Səid tərəfindən keçən əsrin 30-cu illərində yazılmış “Əli və Nino” adlı çox da məşhur olmayan romana yerli İncil və ədəbi cəvahirat kimi ehtiram göstərirdik.

“Əli və Nino” Rus İnqilabı zamanı Bakıda gürcü şahzadəsi ilə nəcib bir azərbaycanlı oğlan arasındakı sevgi hekayəsindən bəhs edir. “Əli və Nino”nun müəllifi, Qurban Səidə Çar Bakısından İstanbul, Almaniya və İtaliyaya qədər şöhrət və sürgün dolu bir çox kimlik və sərgüzəştlər vasitəsilə yoldaşlıq edən Tom Reissin “Orientalist” adlı romantik bioqrafiyasının mövzusu olmuşdur. Mən bu kitabları ona görə yada salıram ki, bunlar, heç şübhəsiz, ilk dəfə 1945-ci ildə fransız dilində çap edilmiş və Anna Tompson-Əhmədova tərəfindən ingilis dilinə tərcümə olunmuş azərbaycanlı bir immiqrantın köhnə Bakı memuarına – Baninin “Qafqaz Günləri”nə rəfdə yoldaşlıq ediblər.

Qafqaz burada da imperiyalar və dövrlər arasında – Xristian qərb ilə Müsəlman şərq arasında; Çar mütləqiyyəti, yeni meydana çıxan millətçilik ilə Bolşevik inqilabı arasında; qədim dövrlərin ənənəsi, xurafat və klan dövrü ilə modern mühəndislik dövrü, fransız romanları və qadın azadlığı arasında – qalmış bir region kimi təsvir edilib.

Banin, fırlanan qapıların bu sehirli dövründəki uşaqlığından yazır. Onun bəxti yaxşı gətirən və torpağında neft tapan fermer babası Bakıda bir gecənin içində milyonçu olan adamlardan biri idi. Baninin ailəsi çəkişən dayılar, yolagetməz xalalar, satqın və pozğun əmi uşaqları ilə əhatə olunmuşdu. Sərvət Xəzər dənizinin sahillərində yerləşən neft yataqları kimi sərhədsiz idi və onun təsvir etdiyi həyat şərq detalları ilə zəngin şəkildə bəzədilmişdir: hamamlar və çöl bağçaları, nağılçılar və ikinci arvadlar, uşaqlıq sevgiləri və oğrun öpüşlər, qızılgül suyu və bağışlanan tənbəllik.

Banin, dörd qızın ən kiçiyi, yarı-unudulmuş, kitabsevər, xəyalpərəst bir uşaqdır, "xəyallar və duyğular içində" əylənməyə meyllidir. Kitabın ilk yarısı itirilmiş cənnətə mədhiyyədir. " Klassik ifadə ilə desək, şampan sərbəstcə axırdı" – o yazır – "beləcə dünyamız fəlakətə doğru addımlayırdı".

Kəskinlik ilk səhifədən bəllidir: biz, kommunizm gəldiyini və onunla hər şeyin bitdiyini bilirik. Uşaqlıq yetkinliyə keçir. Ailə skandalları – bacısının öz məşuqu ilə qaçması, dul atasının osetiyalı qadınla ikinci nigahı – qaynayıb daşan tarixə – müharibə, sürgün və atasının nazir işlədiyi Azərbaycanın qısa müddətli müstəqillik dövrü – qarışır. Bolşeviklər gəldikdə, Banin və əmisi qızı üçün tək münasib yol, cəsur bir komissara vurulmaq və atası həbsdə olsa da, tarixi materializmin bütün həyəcanını dəstəkləmək idi.

Dil, sərbəst axan çaydır – macəra onilliklər sonra yazılır. Banin, sürgündəki həmkarı Nabokov kimi, xatirələrini, demək olar ki, fikşn tərzində yazır, sanki bunlar başqasının da başına gəlib. Banin məhəbbət üçbucağından çıxır və atasına pasport almaq üçün yaxşı əlaqələri olan münasib bir qumarbazla nigaha girir.

Yeni əriylə qeyri-müəyyən sürgünə çıxmazdan əvvəl, o, ailəsinin Tətil Düşərgələri Qurma Kommisiyası tərəfindən müsadirə edilən yay evini ziyarət edir. Burada, uşaqlıqda xarakterləri canına çəkdiyi meynə və qovaqların arasında, Banin özünə itkinin daha çox daxilə istiqamətlənmiş hesabatını verir.

O yazır: “İndi başa düşdüm ki, şeylər, insanlar, hisslər bir-birinin ardınca yox olmağa məhkumdur; həyat xoşbəxtlik yerinə ayrılıq və peşmançılıqdır”.

Banin İstanbulda darıxdırıcı ərini tərk edir və Parisdə özünə yazıçı olaraq – Qurban Səid kimi – yeni bir həyat və yeni bir xarakter yaradır. “Qafqaz Günləri” hadisələrlə zəngin həyatın 20-ci əsrin qarmaqarışıqlığına qarşı tərtib edilmiş məftunedici memuarıdır. Bu həyat onları zər-zibalı evlərə yerləşdirdiyi və brilyantlarla bəzədiyi kimi, sürgünə və səfalətə də salır.

Baninin özü, taleyini müəyyən etməyə can atan intellektual və müstəqil ruh kimi işıq saçır. Mən, daha sonra nə baş verdiyini bilmək üçün onun ardını –hələ tərcümə olunmamış – “Paris günləri”ni oxumağı çox istərdim.

The Financial Times

Bilgə.az


Etiket:
Xəbərlər

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020

Nazilə Gültacın şeirləri

21.01.2020

"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"

21.01.2020

Deputatlığa namizəd Möhsüm Aslanov Göygöldə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirinə qatıldı. 

20.01.2020

Azərbaycan şeirinin imperatoru

20.01.2020

Dünya şöhrətli akademik növbəti dəfə seçkilərə qatıldı.

20.01.2020

"Vətən üçün ölməliyik" - deyən Ülvi Bünyadzadə

20.01.2020

20 Yanvar və matəm - arxiv şəkilləri

20.01.2020

Ermənilər gözəllər gözəlini də Qarabağdan didərgin saldılar...

19.01.2020

NAĞILLAŞAN MÜDHİŞ GECƏ…

18.01.2020

“Tərəqqi” medallı diaspor lideri Göygöl və Daşkəsən sakinlərinə müraciət etdi-Möhsüm Aslanova görə

18.01.2020

“Qara qutu” nun sirri nədədir? - ARAŞDIRMA

17.01.2020

Qarabağın tarixi ərazisi və sərhədləri

16.01.2020

Xristianlarla müsəlmanların birlikdə bayramlaşdığı qeyri-adi müqəddəs yer

15.01.2020

İbrahim Köçkünün şeirləri

14.01.2020

Doxsan il əvvəl baş vermiş üsyan

14.01.2020

AZƏRBAYCANI ÖLKƏ HÜDUDLARINDAN KƏNARDA LƏYAQƏTLƏ TƏMSİL EDƏN BÖYÜK ALİM

13.01.2020

1956-cı ilin inanılmaz olayı: Üçrəngli bayrağımızı Qız qalasında kim dalğalandırmışdı?

13.01.2020

Alqayıt Xəlilovun şeirləri

09.01.2020

Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO

09.01.2020

Sıfırı dünyaya tanıdan alim: XARƏZMİ

08.01.2020

Ta­rix­də iz bu­ra­xan­lar: Ər­toğ­rul Qa­zi

07.01.2020

Zəngəzur dağlarında

06.01.2020

QORXU
( Hekayə)

05.01.2020

Qacarlar nəslinin qəhrəman oğlu - CAVAD XAN

04.01.2020

Altayda türk mücadiləsi və Osman Batur (1940-1951)

04.01.2020

Hələ gec deyil, onları qoruya bilərik

03.01.2020

Doğumu da, ölümü də sirli qalan Barış Manço

02.01.2020

Həmrəylik günü necə yarandı?

31.12.2019

Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix

30.12.2019

BEYNƏLXALQ KİNO GÜNÜ 

28.12.2019

Qars şəhərini salmış qədim türk boyu - BULQARLAR

28.12.2019

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

27.12.2019

Yalnız bir dəfə sevdi və heç vaxt ailə qurmadı – Qeyb olan şair

26.12.2019

"Ədəbiyyat Üfüqündə Doğan Günəş" adlı ədəbi-bədii gecə keçirilib.

26.12.2019

"Yeni nəfəs" qiraət müsabiqəsi təşkil olunub

25.12.2019

Elçibəyin iki müavini 22-ci dairədə rəqib olacaq...

24.12.2019

Prezident İlham Əliyevin doğum günüdür

24.12.2019
Bütün xəbərlər