NİL ADAM

19:43 / 16.09.2019
Baxılıb: 874

Bir az aralıda görsənən Nilə tərəf tələsirdim. Uşaqlıqdan indiyə qədər özümlə daşıdığım Nili görmək arzusunu gerçəkləşdirməyə bəlkə də saniyələr qaldığından həyəcanlanmışdım. Yaxınlaşdıqca Nilin tarıxı aurası canımı bürüyürdü. Nəhəyət özümü Nilin sahilinə atdım. Möhtəşəm, əfsanəvi Nil...

Elə sakit dayanmışdı ki, elə bildim rəsmini görürəm. Arada sahildəki daşlara dəyib qayıdan kiçik ləpələrdən bilinirdi ki, tərpənir, canlıdır. Amma hardan hara axacağı bilinmirdi. Bəlkə böyüklüyündəndi, bəlkə qocalığındandı, ya da yorğunluğundandı bu sakitlik, bu təmkin. Daşın üstündə dayandım, gözlərimi yumub Nilin xəfif mehini ciyərimə çəkdim. Xırda ləpələr daşa dəyib ayaqlarıma çiləndikcə, mehi ciyərimə dolduqca, sanki, naməlum bir qüvvə əlimdən tutub tarixin qapılarını açıb içəri saldı məni. Bir də baxdım ki, tarıxin qarmaqarışıqlığındayam. Qulağıma qarışıq səslər gəlməyə başladı ilk öncə. Qulaq verdim; Tanrıların boğunuq səsləri qurban olaraq suya atılan Misirin ən gözəl qızarının qışqırtısına qarışmışdı. Titrətmə tutdu məni. Bir körpə ağlayırdı lap yaxında. Hə, bu səbətdəki körpə həzrəti Musa idi deyəsən, suyun üzü ilə axırdı. Əlimi uzatsam da, tuta bilmədim. Qızıl taxtda oturan, başlarında üzərində kobra şəklli iri qazana bənzər qızıl tac gəzdirən fironlar gəmi ilə gəlib keçirdi yanımdan. Zəhimli baxışları adamı qorxudurdu. İnilti səslərinə çöndüm. Nəhəng, sirli Piramida üçün iri-iri daşları taxta gəmilərdə aparan, gün şüasından, işləməkdən, döyülməkdən bədənlərinin dərisi soyulmuş çılpaq çəlimsiz misirliləri, başlarının üstünü kəsən qoluzorlu nəzarətçilər qamçı ilə kürəklərinə necə vururdularsa, yazıqlar ilan kimi qıvrılırdılar. Lap ürəyim dağlandı. Sağ tərəfimdə məğlubiyyətdən qaçan Dionis (XIII Ptolemey - Kleopatranın qardaşı və əri ) suda böğulduqca əlini uzadıb məndən imdad diləyirdi, kömək edə bilmədim. Daha doğrusu, qorxdum ki, çəkib məni də özüylə bərəbər suda boğar. Sol tərəfimdə isə Kleopatra Sezarla daş-qaşla bəzənmiş gəmidə utanmadan sevişirdi, arada mənə baxıb göz də vururdu. Bir dəstə adam mumiyalanmış cavan Tutanxamunun bəzədilmiş tabutunu bu taydan o biri taya keçırırdi.  Elə bu qarışıqlıqdaca  əlimi uzadıb Nilin dibindən Nefertitinin salıb itirdiyi  mirvariləri yığmaq istəyirdim ki, iri-iri timsahlar əlimdən yapışdılar. Diksinib kənara tullandım. Güclə tarixin qapısını açıb özümü bayıra ata bildim. Dərindən nəfəs aldım.  Bayaqdan yanımda olduğunun fərqində olmadığım qayıqdan gələn səsə çöndüm. Sifətinin rəngi paltarının rəngindən seçılməyən bir yaşlı kişi oturmuşdu qayıqda. Tüklərim ürpəşdi. Elə bildim bu da indicə mənimlə bərabər tarixin içindən tullanıb çıxıb qırağa. Mənə ərəbcə nəisə başa salmağa çalışırdı. Özümü ələ alıb yaxınlaşdım, ingiliscə mənə nə demək istədiyini soruşdum. Gülümsəyib çiyinlərini çəkdi. İngiliscə başa düşmədiyini bildirdi. Həm də ondan qorxduğumu anlamışdı deyəsən. Gülümsəyirdi.  Əli ilə qayığını göstərirdi, bir də Nilin o biri başını. Bir gənc oğlan, hardasa 19-20 yaşı olardı,  yaxınlaşıb ingiliscə mənə dedi ki, bu kişi deyir, istəyirsənsə, otur qayığa aparım Nilin sonunu sənə göstərim. Tez razılaşdım. Nilin sonunu görmək... bu mənim heç vaxt ağlıma gəlməyib. Qalxıb qayığa oturdum.  Həmin gənc də qayığa yaxınlaşıb  “mənə 10 dollar versəniz tərcüməçi kimi sizinlə gedərəm” dedi. Razılaşdım. Matorlu qayıqla Nilin dənizə töküldüyü yerə gedib qayıtmaq iki saatlıq yol idi. Lap beş saat da olsa, gedəcəkdim. Dünyanın ən uzun və ən yaşlı çayı olan Nilin sonunu, yəni Aralıq dənizinə təslim olmağını görmək təzəcə yaranmış ən böyük arzuma döndü. Qayıq tərpəndi. İki şəhərin arasındaydım. Nil iki şəhərin arasından keçirdi. Kənarlarda cərgələnmiş xurma ağacları və günəşin bu ağaclar arxasında qürub etməsi qədim şərq nağıllarını xatırladırdı adama. Qayıq Fairuzun səsi ilə köhnə ərəb mahnılarının sədası altında hərəkət edirdi. Bu da ayrıca bir xoş təsürat yaradırdı. Əsil köhnə ərəb ab-havası vardı. Çayın üzəri gəmilərlə, balıqçı qayıqları ilə dolu idi. Gözlərim dörd olmuşdu. Bilmirdim suya baxım, kənarlara baxım, yoxsa yanımdan ötüb keçən gəmilərə, qayıqlara. Qayıqçı əmi qayığın lap ayağında oturub uzaqda haranısa nöqtə edib gözlərini ora zilləmişdi. Bir əli ilə də qayığın nazık bəmir rulundan yapışıb arada sağa-sola döndərirdi. Tərcüməçi də nə işə qulluq edəcəyini unutmuşdu elə bil. Qulaqcıq qulağında qayığın ən rahat yerində oturub telefonundakı mahnılara qulaq asırdı. Yolun yarısında əlimlə işarə edib yanıma çağrdım onu. Gedib qayıqçı əminin yanında oturduq. Kişi mənə baxıb gülümsəsə də sifətində elə bir qəribə ifadə vardı ki, nə qədər elədim oxuya bilmədim. Sahildə qayıqçıların müştəri üstündə az qala dava edən vaxtında rahatlıqla müştəri tapması heç də sevindirmirdi   bu adamı. Heç mənimlə qiymət də danışmadı. Üzündəki ifadə nə sevinc idi, nə kədər, nə də qəzəb. Ya da hamısının qarışığı idi. Nədənsə tanımaq istədim bu adamı. Yaşını soruşdum. Bir az gülümsünüb sussa da  – 70 yaşım var dedi. Bir az özündən danışmağı xahiş etdim. Bir siqaret yandırıb bir neçə dəfə “Nil” deyə təkrar etdi. Bəlkə  adını da soruşsaydım -  Nil deyərdi, atan-anan kimdir? – Nil deyərdi. Ünvanını soruşsaydım - Nildir –deyə cavab verərdi. Özünüzdən danışın dedikcə, Nildən danışırdı. Sonra yenə bir qədər susdu.  Gözlərini həmin nöqtələdiyi yerdən çəkmədən astadan:

-  Mən Nildə doğulmuşam. Nilin oğluyam. Öləndə də Nildə ölüb Nilə qarışmaqdır arzum.- əlindəki siqaret kötüyünü suya atıb işarət barmağını sahilin o tayına tərəf uzadıb: - Bax, çayın o tayında görsənən şəhəri görürsən? Əslim oralıdır. Atam uzun zaman dövlət işçisi olub, şərəfi ilə dövlətə xidmət edib. İngilislər Misirə girəndə dövlət adamlarını bir-bir götürürmüşlər aradan. O vaxt atam anamı da götürüb qayıqla bu biri taydakı şəhərə köç edəndə mən qayıqda dünyaya gəlmişəm. Lap Nilin ortasında -(gülür). Atamgilin köçməsini ingilislərə çatdırıblar.  Alçaqlar, satqınlar.... Sahilə çatan kimi onları mühasirəyə alıblar. Anam məni qayıqda gizlədib. Elə sahildəcə onları güllələyiblər. Nil qayığı aparıb başqa bir sahilə çıxarıb. Bir balıqçı məni tapıb, saxlayıb. Tək yaşadığından məni də özü ilə balıq tutmağa götürərmiş. Demək olar ki Nildən başqa gördüyüm yer olmayıb. 6 yaşım olanda həmin balıqçını ilan sancıb öldürdü. Əvvəllər Nilin sahillərində ilan çox olardı.  O vaxtı müharıbə vaxtı idi, aclıq idi. Kimsə kimsəyə yiyə çıxmazdı. Yenə Nil sahib çıxıb mənə. Onun sayəsində sağ qalmışam. Onun suyu ilə, balıqları ilə qidalanıb böyümüşəm. Bir az böyüdükdən sonra  balıqçılıq etməyə başladım. Məni tapıb böyüdən balıqçıdan qayıq qalmışdı, tor, tilov qalmışdı mənə. Allah onun yerini cənnət eləsin. Sonra bir balıqçı qızı ilə evləndim. Düz Nilin qırağında kiçik də olsa bir evimiz vardı. On dörd il uşağımız olmasa da çox xoşbəxt idik. Sonradan bir qızımız dünyaya gəldi, amma yoldaşım doğuş vaxtı dünyasını dəyişdi. Qızımı tək saxladım. Yenə Nilin sayəsində. İndi qızım Qəhirədə tibb universitetdə oxuyur. Onurğamda problem olduğundan daha balıqçılıq edə bilmədim. Bu qayığı işlədirəm. Turistləri Nildə gəzdirirəm, Nil ilə tanış edirəm.  Müştəri olmasa da yuxudan duran kimi qaçıram Nilə. Elə bil bir saat Nildən ayrılsam ölərəm. Həm də qorxuram ki, birdən mənə Nildən kənarda nəisə olar, Nilə qovuşa bilmərəm.  Gecə yatanda Nillə sağollaşıb evə gedirəm. İndi bircə arzum var ki, qızımı yerbəyer edənə qədər Allah mənə ömür versin yaşayım, sonra Nilə qərq olum. Allah məni heç vaxt Nildən ayırmasın!

Qayıqçı əmi danışdıqca həmin o körpə səsi qulaqlarıma dolurdu elə bil. İlahi, bu Nil nə yaman sirli-sehirliymiş. Ətrafındakıları belə tarıxə döndərir. Donub qalmışdım. Arada motordan sıçrayan xırda su dənəcikləri üzümə çilənirdi. Yanığımda gilələnib dodaqlarıma axan su damcılarına dilim toxunanda turş dadırdı. Bu necə ola bilərdi ki, axı, Nilin suyu şirin sudur. Bilə bilmədim yanağımdan axan Nilin göz yaşlarıdır, yoxsa mənim. Keyimişdim sanki. Tərcüməçi oğlan qayıqdan sahilə tullananda diksindim. “Çatdıq, enin aşağı xanım” dedi. Qayıqçı əmi də qayığın kəndirini qıraqdakı dirəyə bağlayırdı. Bir təhər özümü cəmləyib qayıqdan enmək istəyəndə :

- Bəs, mən Nilin sonunu görmədim axı

Qayıqçı əmi gülümsəyib:

- Nilin sonu mən idim

Yavaşca pulu qayığın içinə qoyub düşdüm. Onun dediyi kimi düz iki saat keçmişdi qayığa mindiyimdən. Yaxınlaşıb əlindən tutdum əminin:

- Sizin arzunuza qarışa bilmərəm, amma onu deyim ki, Siz də Nil kimi  möhtəşəmsiniz,  ömrünüz də Nil kimi uzun olsun, NİL ADAM! Bəlkə Nilin sonunu görməyə bir də gəldim, nə vaxtsa –dedim.

İlhamə Nasir

 


Etiket:
Xəbərlər

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020
Bütün xəbərlər