Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

17:23 / 18.09.2019
Baxılıb: 852

Əfsanəvi Mixaylonun haqqında çoxumuz bilirik. “Uzaq Sahillərdə” filmində bu qəhrəman barədə ətraflı məlumatlar verilib. Lakin onun öldürülməsi səhnəsi və onun müharibə illərindəki fəaliyyəti Sovet senzurası tərəfindən bilərəkdən gizlədilib. 1946-cı ildə Mehdi Hüseynzadə vətən xaini, cinayətkar kimi axtarılarkən, ona cinayət işi açılarkən artıq o dünyada yox idi. Bəs qəhrəmana niyə cinayət işi açılmışdı, onun ölümünə Sovet KKB-si niyə fərman vermişdi? Niyə öldürüldü Mixaylo?

“Mehdi Hüseynzadə Stalinqrad uğrunda döyüşlərin birində əsir düşüb. O, Avstriyanın Mauthauzen həbsxanasında saxlanırdı və bu həbsxanada əsirlər diri-diri yandırılırdı. Azərbaycan əsirləri həbsxanada olduğu müddətdə 160-cı alman diviziyasının komandiri, polkovnik İsrafilbəy İsrafilbəyov olub. Həmin vaxt Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginski Azərbaycan əsirləri ilə görüşürlər. Onlar Azərbaycan əsirlərini ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparmağa səsləyiblər. Mehdi Hüseynzadə də bir qrup azərbaycanlı əsirlə birgə bu təklifi qəbul edir. O, alman və italyan dillərini mükəmməl bildiyinə görə, Düdənginskinin səyi nəticəsində Cavad Həkimli ilə birgə xüsusi məktəbdə təhsil alır. Daha sonra Mehdi Hüseynzadə 162-ci piyada diviziyasında kəşfiyyat idarəsinin rəisi təyin edilir. Sovetlərə qarşı vuruşan Mixaylo döyuşlərin birində partizanlara əsir düşür. Partizanlar onu inandırıb öz tərəflərinə çəkə bilirlər. Əvəzində Bakıya qayıdacağına və üzərindən “xain” adının götürləcəyinə vəd verirlər.

Sovet təhlükəsizlik orqanlarının məsul şəxsi onunla görüşmək üçün keçmiş İtaliyaya gəlir. Ona rəsmi bağışlanma kağızı verirlər və Almanlara qarşı partizan hərakatına qoşulmağa cəlb edirlər. Bu işdə isə Anjeli adlı qızdan istifadə edirlər. Mixaylonun ürəyin əla almağı bacaran Anjeli müharibədən sonra Bakıya qayıdacaqlarını və onunla ailə quracağını deyir. Mehdi bir müddət Almanların kabusuna çevrilir. Onun bu uğurlarını görən Sovet KKB-si Mehdiyə yeni tapşırıq verir: “Legioner ordusuna geri qayıtmaq və Məmməd Əmin Rəsulzadə, İsrafilbəy İsrafilbəyov və Fətəli bəy Düdənginskini öldürməyi tapşırılar. Sovetlər hesab edirdi ki, əgər bu üç şəxs ölsə Azərbaycanlı legionerlər alman ordusundan pərən düşəcəklər.”

Mixaylo bu əmrə tabe olmayacığını bildirir. O, alman həbsxanasından həyatını xilas edən bu üç şəxsə qarşı heç bir addım atmayacağını deyir. Sovetlər buna qarşı olaraq ona təyziq edirlər. Ona dostları deyir ki, onun ölümünə fətva verilib. Ona da içi italiyan pulları olan çanta verib gizlənməyi tapşırırlar. Onun yaxın dostu Sar (Vesilin) Mehdi ilə gəlib Vitovye kəndində 3 metrin 3 metrə olan anbarda gizlənirlər. Onların yerin partizan yoldaşı Andrey Komeldən başqa heç kim bilmirdi. Bu zaman xəbər gəlir ki, almanlar artıq Vitovy kəndinə hücum edib və onlar “Mixaylo”nun axtarışına başlayıblar. Mehdi ilə Sar almanlarla döyüş olacağını gözləmirmiş. Sonrada məlum olur ki, məhz almanlara Mehdinin yerin sovetlər özü deyiblər. Guya almanlar onların danışığından bu yeri biliblər.

Sar çardaqdan aşağı enərkən almanlar onu vururlar. Bunu görən “Mixaylo” pəncərədən tullanır və bu zaman snayper gülləsinə tuş gəlir. Ağır yaralanan “Mixaylo” kənddən çıxmağa müvəffəq olsa da, lakin çoxlu qan itirdiyindən yoluna davam edə bilmir. “Mixaylo” elə oradaca dünyasını dəyişir. Lakin almanlar onun cəsədini tapa bilmirlər. Mehdi Hüseynzadənin cəsədini 4 yaşlı bir qız tapır. Həmin qız Vitovli kəndindəki arxın kənarında cəsədi tapır və “Mixaylo”nu elə oradaca dəfn edirlər. Qız ifadəsində yazır ki, “Yolun kənarında kiçik bir su saxlancı vardı, “Mixaylo”nun başı həmin suyun içinə əyilmişdi, su qırmızımtıl rəngdəydi, yağış yağırdı və «Mixaylo»nun saçının boyasının rəngi çıxmışdı. O, almanlara oxşamaq üçün alman zabiti mundiri geyməkdən başqa həm də saçını boyayardı”.

Üç gün sonra Cavad Həkimli “Mixaylo”nun cəsədini artıq burada saxlamağın mümkün olmadığını deyir və partizanlara almanların “Mixaylo”nun həlak olmasından xəbər tutduğunu deyir. Onlar “Mixaylo”nun cəsədini çıxarıb 30 kilometr kənarda yerləşən Çepovan kəndində qardaşlıq qəbiristanlığında dəfn edirlər. Həmin qəbiristanlıqda ən birinci qəbir Mehdi Hüseynzadənin məzarıdır. Mehdi Hüseynzadə 1944-cü il noyabrın 2-də vəfat edib. Onun qəbirüstü abidəsinin üzərinə “Mehdi Mixaylo” sözləri həkk olunub

Nəhayət, “Mixaylo” haqqında Balkan dövlətləri partizan hərakatı üzvlərinin çoxsaylı müraciətindən, yüzlərlə qəhrəmanlıq sənədlərinin təqdimatından sonra 1957-ci ilin aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə müharibə illərində göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir.(karabakhmedia.az)

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev


Etiket:
Xəbərlər

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020

Nazilə Gültacın şeirləri

21.01.2020

"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"

21.01.2020

Deputatlığa namizəd Möhsüm Aslanov Göygöldə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirinə qatıldı. 

20.01.2020

Azərbaycan şeirinin imperatoru

20.01.2020

Dünya şöhrətli akademik növbəti dəfə seçkilərə qatıldı.

20.01.2020

"Vətən üçün ölməliyik" - deyən Ülvi Bünyadzadə

20.01.2020

20 Yanvar və matəm - arxiv şəkilləri

20.01.2020

Ermənilər gözəllər gözəlini də Qarabağdan didərgin saldılar...

19.01.2020

NAĞILLAŞAN MÜDHİŞ GECƏ…

18.01.2020

“Tərəqqi” medallı diaspor lideri Göygöl və Daşkəsən sakinlərinə müraciət etdi-Möhsüm Aslanova görə

18.01.2020

“Qara qutu” nun sirri nədədir? - ARAŞDIRMA

17.01.2020

Qarabağın tarixi ərazisi və sərhədləri

16.01.2020

Xristianlarla müsəlmanların birlikdə bayramlaşdığı qeyri-adi müqəddəs yer

15.01.2020

İbrahim Köçkünün şeirləri

14.01.2020

Doxsan il əvvəl baş vermiş üsyan

14.01.2020

AZƏRBAYCANI ÖLKƏ HÜDUDLARINDAN KƏNARDA LƏYAQƏTLƏ TƏMSİL EDƏN BÖYÜK ALİM

13.01.2020

1956-cı ilin inanılmaz olayı: Üçrəngli bayrağımızı Qız qalasında kim dalğalandırmışdı?

13.01.2020

Alqayıt Xəlilovun şeirləri

09.01.2020

Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO

09.01.2020

Sıfırı dünyaya tanıdan alim: XARƏZMİ

08.01.2020

Ta­rix­də iz bu­ra­xan­lar: Ər­toğ­rul Qa­zi

07.01.2020

Zəngəzur dağlarında

06.01.2020

QORXU
( Hekayə)

05.01.2020

Qacarlar nəslinin qəhrəman oğlu - CAVAD XAN

04.01.2020

Altayda türk mücadiləsi və Osman Batur (1940-1951)

04.01.2020

Hələ gec deyil, onları qoruya bilərik

03.01.2020

Doğumu da, ölümü də sirli qalan Barış Manço

02.01.2020

Həmrəylik günü necə yarandı?

31.12.2019

Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix

30.12.2019

BEYNƏLXALQ KİNO GÜNÜ 

28.12.2019

Qars şəhərini salmış qədim türk boyu - BULQARLAR

28.12.2019

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

27.12.2019

Yalnız bir dəfə sevdi və heç vaxt ailə qurmadı – Qeyb olan şair

26.12.2019

"Ədəbiyyat Üfüqündə Doğan Günəş" adlı ədəbi-bədii gecə keçirilib.

26.12.2019

"Yeni nəfəs" qiraət müsabiqəsi təşkil olunub

25.12.2019

Elçibəyin iki müavini 22-ci dairədə rəqib olacaq...

24.12.2019

Prezident İlham Əliyevin doğum günüdür

24.12.2019
Bütün xəbərlər