Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

19:18 / 18.09.2019
Baxılıb: 3876

Nərimanlı kəndinin 40-a qədər alimi, 200-dən artıq həkimi, 250-yə yaxın müəllimi, 170 polis işçisi, 25 polkovniki, 3 deputatı, bir Milli Qəhrəmanı olmuşdur ki, bu insanların hər biri öz fəaliyyətləri ilə Nərimanlı kəndinin adına şərəf gətirmişdilər.

Bakıda şəhərin boz tünlüyündə yaxşı xəbər üçün hamının qulağı səsdədir. Adamlar evə, işə, tədbirə tələsəndə də yaxşı xəbər üçün tələsirlər. Hələ evdə rahatca bardaş qurub qədəmləri mübarək xəbərlərin gəlişini gözləyənləri, qurban deyənləri, nəzir paylayanları demirəm.

Hər il olduğu kimi, bu il də Dövlət İmtahan Mərkəzi ali məktəblər üçün keçirdiyi  imtahan nəticələri həyacanlı xəbərləri ilə yadda qaldı.  “Abituriyent” juranlının elan etdiyi xəbərdən sevinənlər də, kədərlənənlər də oldu...

Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndinin ziyalıları 15 sentiyabrda “Xudafərin İstirahət Mərkəzi”ndə Nərimanlı kökənli tələbə adını qazanmış 27 abituriyentin uğurlanma törənini təşkil etmişdilər.

Nərimanlı kəndinin sayılıb-seçilən ziyalılarından, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırovun dəvəti ilə mən də tədbirə qatılmışdım.

Tədbirin əvvəlində Azərbaycan Respubilkasının Dövlət himni səsləndikdən sonra,  giriş sözü ilə məclisi açan Abbas Bağırov bu tədbirin ideya müəllifi və təşəbbüskarı tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Bayramov haqqında geniş nitq söyləyib, tədbirin mahiyyəti və Nərimanlı kəndi haqqında iştirakçılara məlumat verdi.

“Nərimanlı kəndinin  tarixi təxminən XV-XVI əsrə təsadüf edir. Bu kənddə həmişə təhsilə önəm verilib. İlkin təhsil mədrəsələrdə tədris olunub. Sonra 30-cu illərdə 8 illik, 1947-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Nərimanlı məktəbinin formalaşmasında müəllim kollektivinin xüsusi xidməti olmuşdur. Aradan 30 ildən artıq bir zaman keçməsinə baxmayaraq, bu gün də Nərimanlı məktəbinə rəhbərlik etmiş Əhməd Hacıyev, Qəmbər Bayramov, Gədəbəydə əmək fəaliyyətini dayandırıb öz kəndində müəllimlik etmiş Əbülfət və Müzəffər İsmayılov qardaşları, Yusif Bayramov və başqaları kənd camaatı tərəfindən ehtiramla xatırlanır.

Bu gün fəxrlə deyə bilərik ki, Qərbi Azərbaycanda - Göyçə mahalında Nərimanlı kəndi ən çox ziyalı yetirən kəndlərdən biridir. Belə ki, bu kənddə Sovet hakimiyyəti illərində 23 nəfər kolxoz sədri kimi məsul bir vəzifəni daşımışdır ki, bu da Nərimanlı kəndinin payına düşmüşdür. Nərimanlı kəndinin 40-a qədər alimi, 200-dən artıq həkimi, 250-yə yaxın müəllimi, 170 polis işçisi, 25 polkovniki, 3 deputatı, bir Milli Qəhrəmanı olmuşdur ki, bu insanların hər biri öz fəaliyyətləri ilə Nərimanlı kəndinin adına şərəf gətirmişdilər. Müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişaf etdirilməsində Talıb Musayev, Səfiyar Musayev, Zərbalı Qurbanov, Maksim Musayev kimi ictimai-siyasi xadimlər öz töhfələrini vermişdilər.

  

Nərimanlı kəndini görməyən Nərimanlı kökənli gənclər üçün bugünkü günün mahiyyəti erməni işğalı altında olan Qərbi Azərbaycanın, Göyçə mahalının, Nərimanlı kəndinin tanıdılması və aşılanmasıdır. Bu gənclər Göyçəni görməsələr də, bilməlidirlər, onların ata və babaları Nərimanlıdandır. Və bu gün onlar da genetik olaraq Nərimanlı adını daşıyırlar.”

Artıq ənənə halını alımış bu tədbir 27 abituriyentin yüksək nəticələrinin sevincini bölüşmək üçün 100-dən artıq nərimanlını bir araya toplamışdı.

Daha sonra söz alan Nərimanlı kənd orta məktəbinin sabiq müəllimlərindən Vaqif Musayev, “Respubilka” qəzetinin əməkdaşı, əməkdar jurnalist Qədir Aslan, ehtiyatda olan polkovnik Asim Bayramov Nərimanlı kəndi və məktəbi haqqında  xatirlərini bölüşüb, gənclərə öz xeyir-dualarını verdilər.

Tədbirin keçirilməsində yaxından iştirak edən Nail Qurbanov, Şirazi İbrahimov, Koroğlu Qasımov, Şahin Bayramov, Şahlar Hacıyev, Məhəmməd İsmayılov və başqa Nərimanlı ziyalıları növbə ilə tələbə adını qazanmış gəncləri məclis əhlinə təqdim edib, gənclərə uğur diləyib öz sevinclərini bölüşdülər.

Acılı-şirinli Nərimanlı xatirələri ilə keçən tədbir Nərimanlı ziyalıları ilə tələbələrin şəkil çəkdirməsi ilə sona yetdi.

1. Qasımov Becan Koroğlu oğlu. BDU hüquq
2. Quliyev Azər Coşqun oğlu.
3. Qasımzadə Gülər Baxış qızı. ADNSU kompüter mühəndisliyi.
4. Qasımzadə Zülfüqar Habil oğlu. ADİU. Maliyyə.
5. Hacıyev Surxay İmdad oğlu. MAA (Milli Aviasiya Akademiyası). Elektroenergetika mühəndisliyi.
6. İsmayılov Nihad İsmayıl oğlu. ADİU.
7. Aslanov Əli Saday oğlu. ADNSU. Qaz mühəndisliyi. İngilis dilində.
8. Aslanov Eltun Bakir oğlu. Az. Kooperasiya U-ti. Biznesin idarə edilməsi.
9. Qurbanov Əsəd Pərviz oğlu. ADBTİ Akademiyası
10.Verdiyeva Şəbnəm Arzu qızı. Az. Dillər U-ti.
11.Qarayeva Nəzakət Qara qızı. ADBTİ Akademiyası
12. Mehdiyev Samir Mehdi oğlu. ADBTİ Ak-sı.
13. Məmmədova Aysu Şamxal qızı.
BDU. Filologiya
14. Bayramlı Nərmin Əli qızı. Milli Aviasiya Ak-sı.
15. Hacıyev Murad Mərifət oğlu. BDU. Tarix fak.
16. Hacıyeva Nəzrin Mərifət qızı. BDU. Biologiya fak.
17. Musayeva Gulusen Akim qızı. Az. Kooperasiya U-ti.
18. Əliyev Zaur Yolçu oğlu. BDU. Dövlət və ictimai münasibətlər fak-si.
19.
20. Qasımov Urfan Eldayaq oğlu. Polis Akademiyası.
21. Əmirli Səmra Sayəddin qızı. ATU.
22. Bayramlı Teyfə Məhəbbət qızı. Xəzər U-ti. İngilis dili və ədəbiyyatı. İngilis bölməsi.
23. Abbasov Emin Əfqan oğlu. ADPU.
24. Əhmədov İbrahim Mehman oğlu. ADİU.
25. Hacılı Rəsul Ceyhun oğlu. ADNSU. İngilis bölməsi.
26. Qəhrəmanlı Fərid Orxan oğlu. ATU DS.
27. Abbaszadə Nihad İlqar oğlu. ADNSU.

Qılman İman


Etiket:
Xəbərlər

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020

Tikanlı cığırlar (esse)

22.04.2020
Bütün xəbərlər