Basarkeçər(Basatkeçən)

12:37 / 25.09.2019

Göyçə gölünün cənub-şərqində yerləşən bu qəsəbə mahalın ən qədim yaşayış məskənlərindən biridir. Göyçənin el yaddaşında daşlaşmış rəvayətlərindən birinə görə, ilkinliyində bu toponim "Basatkeçən" şəklində olmuşdur.

Bu mülahizənin özündə tam həqiqəti ehtiva etdiyini qəti şəkildə söyləmək üçün ciddi elmi araşdırmalara ehtiyac duyulur. Amma bununla belə, "Kitabi Dədə Qorqud" və ondan çox-çox əvvəlki dövrlərlə səsləşən bir sıra toponimlərin - "Qazanuçan", "Alparus", "Dəlikdaş", "Uğuztəpə", "Dirsədağı", "Becanölən", "Uruzqaçan", "Qazanlıqdərə", "Qara Dərbənd", "Nuhdam", "Dəli Becan", "Cacaklı" kimi yer-yurd adlarının Göyçə mühiti üçün ənənəviliyi və bunların böyük əksəriyyətinin son deportasiyaya qədər yaşarılığı Basarkeçər kəlməsinin "Basatkeçən" və ya "Basat köçən" ifadələrinin təhriflərə məruz qalmış forması olması versiyası üzərində incələmələr aparmağa əsas verir. Bu versiyanı möhkəmləndirən səbəblərdən biri də odur ki, "Basarkeçər" kəlməsinin bir toponim kimi formalaşmasını azəri türkcəsinin dialektik qanunauyğunluqları inkar edir. Belə ki, iki felin birləşməsindən ibarət yerd-yurd adları bu dilə yaddır. Mövcudluğunun son 4000 illik tarixi ərzində "vuraryıxar", "vurarqaçar", "yıxılardurar" kimi bircə görənək toponimi olmayan bir dildə "Basar" + "keçər" leksemlərinin birləşməsi olan bir ifadənin qəflətən toponim statusu qazanmasını elmi mülahizə kimi qəbul etmək sadəcə absurddur. Özü də elə bir məkanda ki, orada bu dilin bəkarəti ilkinlikdəki şəhd-şəkəri ilə qorunub saxlanmış olsun. Təbii ki, bu mübahisəli bir məsələdir. Amma bu elmi mübahisə Basarkeçər kəndinin oğuz türkləri tərəfindən binələşdirilməsi tarixinin qədimliyinə əsla xələl gətirmir. Basarkeçərin təməlinin oğuz kultunun hakim mövqedə olduğu zamanlardamı, yaxud ondan əvvəlmi qoyulduğu barədə elmi araşdırmaların olmamasına rəğmən, bu kəndin ərazisində 1970-ci illərdə tapılaraq, o zaman rayin partiya komitəsinin katibi olmuş Nuricanyanın əmri ilə açıq muzeydə toplanmış V-VIII əsrə dair alban mədəniyyəti nümunələri, eramızdan əvvəlki birinci minilliyin əvvəllərinə aid olduğu hətta erməni tarixçiləri tərəfindən təsdiqlənmiş daş kitabələr, Basarkeçər kəndinin cənub-şərqində , Daşkənd yolunun təxminən ikinci kilometrinə uyğun gələn bir ərazidəki eramızdan əvvəlki dövrün III yüzilliyinə aid qədim qalanın bünövrə qalıqları birmənalı şəkildə deməyə əsas verir ki, oğuz türkünün bu kənddə məskunluğunun tarixi azı 2000 illik bir dövrü əhatə edir. XVI əsrə dair sənədlərdə isə Basarkeçər Səfəvi Azərbaycan dövlətinin Qarabağ(Gəncə) bəylərbəyliyinə daxil olan ən iri yaşayış məskənlərindən biri kimi səciyyələndirilir.

1578-ci ildə Səfəvi dövlətinin ərazilərinin bir qismi, o cümlədən, Göyçə hövzəsinin şərqindəki bir sıra kəndlər osmanlıların nəzarətinə keçsə də, 1590-cı ildə tərtib olunmuş "İrəvan əyalətinin müfəssəl dəftəri"nin 326-328-ci səhifələrindəki qeydlər Basarkeçərin Səfəvilərin nəzarətində qaldığına şəhadət verir.

1723-cü ildə növbəti Səfəvi-Osmanlı qarşıdurmasından sonra isə Göyçə hövzəsi bütünlüklə osmanlıların nəzarətinə keçib və onların tətbiq etdiyi yeni bölgüyə əsasən Basarkeçər kəndi İrəvan əyalətinin Məzrə Nahiyəsinin inzibati vahidləri sırasında yer alıb. 1728-ci ildə Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənərək tuğralanmış "İrəvan əyalətinin icmal dəftəri" nin 16-cı səhifəsində Basarkeçərin sırf türk kəndi olduğu və sultan xəzinəsinə illik ödəncinin 6.704 ağça həcmində müəyyənləşdirildiyi barədə qeyd aparılıb ki, bu da "Basarkeçərin əzəli erməni yurdu olması" barədə erməni iddialarını birmənalı şəkildə rədd edən tutarlı faktdır.

Erməni mənbələrində isə Basarkeçər kəndinin adına ilk dəfə XIX əsrin əvvəllərində rast gəlinir. Belə ki, İ.Şopen erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalının o zaman yaşayış üçün yararlı olan 59 kəndi barədə məlumat verərkən, 38-ci sırada Basarkeçər kəndinin adını çəkir. Elə həmin müəllifin verdiyi məlumata görə, 1831-ci ildə Basarkeçərdə 272 türk ailəsi yaşamışdır. 1831-ci ildən etibarən isə Türkiyənin Baqrevand və Alaşkert vilayətlərindən gətirilmiş ermənilərin bu kənddə yerləşdirilməsinə start verilir. Və bu proses o qədər sürətlə aparılır ki, XIX əsrin sonlarında demoqrafik vəziyyət ermənilərin xeyrinə kəskin surətdə dəyişmiş olur: 2108 nəfər erməni və cəmi 85 nəfər türk.

1905-ci il qırğınları zamanı isə Basarkeçərdə yaşayan yüzə qədər türk ailəsinə keşişin fitvası ilə divan tutulur və kənd tam mənada türksüzləşdirilir. Ermənistan Xalq Komissarları Soveti Mərkəzi İcraiyyə Komitəsinin 9 sentyabr tarixli qərarı ilə Basarkeçər kəndi yeni təşkil olunmuş eyni adlı rayonun inzibati mərkəzi elan edilmiş, 1935-ci il yanvarın 3-də isə ona şəhər tipli qəsəbə statusu verilmişdir. Ermənistan SSR Ali Sovetinin 11 iyun 1969-cu il tarixli qərarı ilə Basarkeçər toponimi "Vardenis" sözü ilə əvəzlənmiş və bu yaşayış məntəqəsinə şəhər statusu verilmişdir.


Salman Vilayətoğlu
Təqdim etdi: İlqar İsmayılov


Etiket:
Xəbərlər

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

01.10.2019

FƏTƏLİ XAN XOYSKİNİN İNGİLİS GENERALINA DEDİKLƏRİ

30.09.2019

İrəvan şəhəri

28.09.2019

Haylar necə erməni oldu?

27.09.2019

Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

27.09.2019

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

26.09.2019

Basarkeçər
(Basatkeçən)

25.09.2019

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

24.09.2019

Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR

24.09.2019

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

23.09.2019

ADAM YAŞAMAQDAN QORXUR

23.09.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

20.09.2019

Goyce.az saytı Rüstəm Dastanoğlu ilə müsahibəni təqdim edir.

20.09.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019
Bütün xəbərlər