“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

12:24 / 01.10.2019

“Türklə mübarizədə keçirmədiyim vaxt tarix deyil”

(Zəngəzur qəzasında azərbaycanlılara qarşı törədilən soyqırım faciəsinin cəlladı - Qaregin Nijde, 1886-1956).

1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasının qəzalarında yerli müsəlman-türk əhalisinə erməni-rus nizami, silahlı quldur dəstələrinin yaşatdıqları qətliam-soyqırım faciələrinin miqyası Azərbaycan dövlətinin bütün sərhədlərini əhatə etdiyindən, xilaskar kimi göydə Allah, yerdə Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun (Nuru paşanın başçılığı ilə) və IV Ordusunun (Musa Qarabəkir paşa başda olmaqla) əsgər və zabit heyəti olub.
Beləcə, həmin ilin artıq iyun ayından başlayaraq ölkəmizin bütün qəzalarında mənfur birləşmiş düşmən qüvvələrinə qarşı Azərbaycan Milli Ordusunun, yerli özünümüdafiə dəstələrinin, ayrı-ayrı igid el qəhrəmanlarının (adları indi geniş ictimaiyyətə bəlli olmayan) qüvvəsi ilə yanaşı, Osmanlı Türk ordusunun peşəkar bölmələri də layiqli müqavimət göstərərək onları geri oturtmağa nail olub, sonda isə bütünlüklə məhv edə bilib. Bu cür qanlı-faciəvi açıq səngər savaşlarından biri Şamaxı qəzasında, “Acı dərə” adlanan yerdə baş verib və tarixin bu olayı bir igid türk qazisinin sonrakı həyatına işıq tutub, onun ağrılı-acılı və fərəhli taleyini bu müqəddəs döyüşün getdiyi yerlərə bağlayıb. Söhbət 5-ci Qafqaz İslam Ordusunun zabiti Camal Əfəndi Abdulla oğlu Hüseyndən (1895-1974) gedir. Bu Qazi əslən Səudiyyə Ərəbistanından olsa da, Fələstinin Qəzza şəhərində doğulub, sonra isə Türkiyənin İzmir şəhərində ali hərbi məktəbdə oxuyaraq, zabit kimi Osmanlı ordusunun tərkibində I Dünya müharibəsinin iştirakçısı olub, hərbi xidmətdə ikən Qafqaz cəbhəsində düşmən qüvvələrinin dindaşlarına qarşı törətdiyi soyqırıma sinə gərmək amacı ilə Vətənimizdə müqəddəs savaşlarını davam etdirib. Şamaxı qəzasının “Acıdərə” döyüş meydanında yaralansa da, yürüşünü Bakı şəhərinədək davam etdirib.
Müəyyən müddət paytaxtda qaldıqdan sonra Quba qəzasında ictimai sabitliyin və asayişin təmin edilməsi məqsədilə mayor rütbəsində bu qəzada işləyib və orada 1921-ci ildə Fatimə adlı xanımla ailə qurub, bu nigahdan Lətafət (1922-1973) dünyaya gəlib. Cavan həyat yoldaşı vəfat etdikdən sonra Camal Əfəndi Şamaxı qəzasına dəyişilib və ömrünü-fəaliyyətini birdəfəlik bu bölgəyə bağlayıb. Şamaxı Qəza Komitəsində işlədiyi dövrdə və sonrakı illərdə həm də dini-irfani dünyagörüşünə, iman əhli mənsubluğuna rəğmən elin-obanın məclislərində iştirak edib, böyük hörmət, nüfuz sahibi olub, mahalın sayılıb-seçilən insanları ilə oturub-durub, dostluq edib. Əski çağlarda Gəmüstü, sonralar Stalinkənd, axırda Nərimankənd adlanlan kənddə el şairi aşıq Qara Hacı Yusif oğlu (1852-1936), Ilanli kəndinin ağsaqqalı Bəyalı bəy Ağalar bəy oğlu (1904-1993) ilə səmimi münasibətləri olub. Bu dostluğu onun ikinci dəfə ailə qurması ilə nəticələnib, aşıq Qaranın qızı Gülnisə xanımla (1902-1938) evlənib, onun uşaqlarına (Zəhra və Məhəmməd Səid) atalıq edib, onların tərbiyəsi ilə məşğul olub. Gülnisə vəfat etdikdə isə 3-cü dəfə nahiyənin Nabur kəndindən olan Gülüstanla (1904-1980) evlənir, bu izdivacdan iki qızı dünyaya gəlir, Həcər və Zərifə adında.
İstəkli həyat yoldaşı Gülnisənin vəsiyyətinə görə Camal əfəndi doğma qızı Lətafəti atalıq etdiyi Məhəmməd ( Əzizov Məhəmməd Səid oğlu Sosialist Əməyi Qəhrəmanı olub, uzun müddət Şamaxı rayonu, Dərəkənd kəndini əhatə edən E.Telman adına kolxozun sədri işləyib) verir, onları evləndirir, onların da on uşağı olub (6 oğlan, 4 qız).
Nurani görünüşə və ağayana yerişə sahib olan Camal Əfəndi bir türk qazisi kimi hay-rus düşmənlərimizin siyahısında olduğundan, 1947-ci ildə Sibirə sürgün edilir, 9 il ərzində ağır, dözülməz çətinliklərə düçar olur, həm özü, həm də ailəsi. 1956-ci ildə sürgündən qayıtdıqdan sonra sadə və qürurlu həyatını davam etdirir.
... Camal Əfəndinin tərkibində olduğu dəstələrdən biri Pirsaat çayını keçib üzü Bakı istiqamətinə gəlirmiş. Gəmüstü kəndinin iki sakini də bu hadisələrin şahidi olub, onlar iki dəvə yükü ilə gələndə çaya çatmayan yerdə bunlarla rastlaşırlar. Atlı-süvari və piyada gəlib ordan keçən türk əsgərlərinin biri aradan bir az keçmiş geri qayıdır, dəvə yiyələrindən soruşur ki, tüfəngimin nizəsi düşüb onu axtarıram, görməmisiz? (Çünki onlar bu yoldan keçib getmişdilər.) Deyiblər ki, yox. Onda əsgər yerdə bir dairə çəkir, əlini qoyur dairənin içərisinə və yolçulara deyir ki, əgər görməmisinizsə onda əlinizi qoyun əlimin üstünə və and için. Əsgər necə buyurursa, yolçular da o cür edir, amma... onlar yalandan and içir, çünki onlardan biri həmin nizəni yoldan tapıb, dəvənin yük yerinə bərkitmişdi.
Əsgər geri qayıdıb, dəstəsinə qoşularaq ərazidən uzaqlaşır. Yoluçular nəhayət, gəlib çaya çatırlar, suyu keçmək üçün dəvələrə minməli olurlar. Dəvələri çayın elə yerində yatırdırlar ki, üstünə minə bilsinlər. Yolçulardan biri minir, o biri minəndə necə olursa, yükə bənd edilmiş nizə onun qarnına batır, yaralayır. Sonra o cüzi yaranı nə qədər müalicə edirlərsə, sağalmır ki, sağalmır və bir neçə aydan sonra günaha batmış yolçu dünyasını dəyişir...
Camal Əfəndi cümə namazlarını “Diri Baba türbəsi”ndə qılardı, irfani məclislərdə hikmətli söhbətlər edərdi, o, ərəb, rus və türk dillərini mükəmməl bilirdi.
1969-1970-ci illərdə Səudiyyə Ərəbistanından Moskva şəhərinə gələn nümayəndə heyətinin üzvü Əbdül Xaliq əmisi Camal Əfəndi ilə görüşmək üçün Bakı şəhərinə gəlir, həyat yoldaşı ilə qazinin nəvəsi Rəfiqə Məhəmməd qızının (1938-2018) evində uzun illərdən sonra doğmalar bir araya gəlir. Həmin görüşün ən təsirli məqamı Camal Əfəndinin gəncliyində ayrıldığı istəkli xanımının ağsaçlı, bəyaz görünüşlü şəklini görməsi olur... Bu görüşdən sonra onu gözləyən xanımı ilə görüşmək istəyi ilə neçə dəfə rəsmi qaydada icazə istəsə də, buna imkan verilmir...
Camal Əfəndi 1974-cü ildə dünyasını dəyişib və Nərimankənd kənd qəbirstanlığında dəfn edilib.
(Yazının hazırlanmasında Hacıqabul rayonu, Qızılburun kənd sakini Hacı Məmmədfərrux Əbdülvahid oğlu Muradovun (1948) və Qobustan şəhər sakini Gülağa Səfər oğlu Abbasovun (1951) məlumatlarından istifadə olunub)./baki-xeber.com/

Qismət YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi


Etiket:
Xəbərlər

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

01.10.2019

FƏTƏLİ XAN XOYSKİNİN İNGİLİS GENERALINA DEDİKLƏRİ

30.09.2019

İrəvan şəhəri

28.09.2019

Haylar necə erməni oldu?

27.09.2019

Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

27.09.2019

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

26.09.2019

Basarkeçər
(Basatkeçən)

25.09.2019

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

24.09.2019

Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR

24.09.2019

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

23.09.2019

ADAM YAŞAMAQDAN QORXUR

23.09.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

20.09.2019

Goyce.az saytı Rüstəm Dastanoğlu ilə müsahibəni təqdim edir.

20.09.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019
Bütün xəbərlər