Bu gün günlərdən Vaqif Bayatlı...

17:37 / 01.10.2019

Dünya səndən bezəndə
sən də dünyadan bezib
endirsən başını
yorğun-arğın dizinə
bir uşaq əlləri
toxunacaq üzünə.
Söykəyərsən başını,
qırış-qırış üzünü,
qıyma-qıyma gözünü
itdən-qurtdan,
qəmdən-dərtdən
dostdan-tanışdan
dastan-dastan alın yazını
bir uşaq əllərinə.
Nə göz yaşın bilinər,
Nə alın yaşın silinər
Endirərsən başını
böyük dualar üçün
bu balaca əllərə.
Böyük andlar içməyə
günahlardan keçməyə
endirərsən başını
Haqq qapısın açmağa
qanadlanar mələyin,
bəlkə də
bağışlandı günahın
qəbul oldu diləyin.
Ancaq hələ...
Dünya səndən bezəndə
Sən də dünyadan bezib
fit çala-çala gəzib
endirərsən başını
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
Söykəyərsən başını
bir uşaq əllərinə
saxlarsan göz yaşını
bir uşaq əllərindən.

***

Gizlicə-gizlicə gəldi buludlar,
Gizlicə-gizlicə döndü ümidlər,
İndiki buludlar beləcə gəlmir,
İndiki yağışlar beləcə yağmır.
İllərin o başından
bir qız yaylığı üstdə
bir ipək xatirə döndü qəlbimə,
bir qızın telləri əsdi üzümə.

Gülüm yağış! Çiçəyim yağış!
O ipək illərdən,
atlaz günlərdən,
Gilənar göylərdən dolan yağışım,
yollarda yorulub
gözümdə, könlümdə qalan yağışım,
bir çinar üstündə
qoyub gəlmişdim səni,
çinarın altında bir gilənar qız.
İndiki yağışlar beləcə yağmır...
Bu gilənar yağış
mənim qəsdimə yağır,
O dost çinarın üstündən yağır,
On ildən, beş ildən, dünəndən yağır,
bütün sevgilərin
dönən yerindən yağır.
Bəlkə də, bəlkə də lal məhəbbətlərin
dinən yerindən yağır.

İllərin altında solmaz o tellər,
Hər bulud lələyi ümidlə gələr,
O barlı illərin sevgisi qızlar
Bir də gilə-gilə qızardı bəlkə...

***

Bu dünyada sirr axtarma,
bu dünyanın sirri yoxmuş.
Yaşamağa yer axtarma,
ölməyə də yeri yoxmuş.

Sevişməyə bir dəli yox,
asılmağa bir teli yox,
Yürüməyə irəli yox,
qayıtmağa geri yoxmuş.

Önər belə dərdə dönmüş,
dərd də yoxdu, dərdi dönmüş.
gördüm Allah burda imiş,
döndü üzü bəri, yoxmuş.

Peyğəmbərin meracı

Tanrım, O kimdi gedir hey,
Baxmır küləyə, yağışa,
gedir, gedir üzü göyə,
göylə danışa-danışa.

Durmur, durmur, gedir yenə
son dağı aşantək aşır
yerüzündən göyüzünə,
“Ya Rəsulallah” – deyir
onun yolundan çəkilən,
onu yola salan dağlar,
onu yola salmaqçün
göyə dikələn çaylar,
“Ya Rəsulallah” – deyir
göydə onu qarşılayan,
əllərini öpən göylər.

O dayanmır, gedir yenə,
aşır bizə görünməyən
başqa bir göyüzünə.
O, bütün Kainata
Eşqnur yayır aytək, güntək,
Tanrım, O daha görünmür,
O indi ancaq duyulur,
bilinməz olur Sənintək.

Bu dağları bir zamanlar
göyüzünün son qatından
aşağıya çəkdiyintək
Tanrım, o Ruhunuru,
O İlahinur elçisin
bir daha görmək üçün
bu göyü də aşağı çək.

Bir gün bir an gələcək,
bu göy də o dağlartək
aşağıya çəkiləcək,
keçir indi ordan da O,
heç zaman görmədiyimiz,
heç zaman duymadığımız
başqa göyə baxa-baxa,
ordan da başqa dünyanın
ayı kimi çıxa-çıxa,
günü kimi doğa-doğa.

Orda da, orda da
“Ya Rəsulallah” – deyir aylar,
“Ya Rəsulallah” – deyir günlər,
“Ya Rəsulallah” – deyir göylər.

***

Min ildi, milyon ildi

Göylərdə ayaqyalın

Sənə sarı qaçıram,

ayaqlarım sevinir,

yolum sevinir, Allah,

Hər gün sənin göyünə

mismarlanır, dincəlir,

qolum sevinir, Allah.

 

Sevgin, ancaq sevgin var

bütün kainat boyu

qanrılan, qanı daman

qollarımın gözündə,

bəs nədən əzab gəzir

qolumu dəlib keçən

mismarların üzündə?!

 

Min ağrıyla, əzabla

Necə qıvrılır onlar,

Heç ağrı yoxdu mənə,

quş kimiyəm, İlahi,

yenə uçuram sənə,

Qolumdakı mismarlar

yalvarırlar ağrıdan,

yalvarırlar əzabdan,

Xilas elə onları,

Xilas elə, İlahi.

 

Xilas elə əzabdan

Boynumdakı kəndiri,

Altında dayandığım

Bu dar ağacını da,

xilas elə, İlahi.

 

Hər an bu göyüzünə,

həm də sənə tuşlanan,

yenidən dönə-dönə

məndən keçən gülləni

ağrılardan, əzabdan

xilas elə, İlahi.

 

Şükür, İlahi, şükür,

Min ildi, milyon ildi

Bağlayıb yollarımı

Bir-birinin ucuna,

Gəlib çatdım axırı

Sənin dar ağacına,

Kəndirin dartıldıqca

boynum dincəlir, Allah,

Boynum dincələn görüb

Tez vururlar boynumu,

Çiynim dincəlir, Allah.

 

Şükür, şükür, çox şükür,

Sən yenə göyüzündən

yerə enirsən, İlahi.

dünya gözümdə söndükcə

sən görünürsən, İlahi.


Etiket:
Xəbərlər

NAĞILLAŞAN MÜDHİŞ GECƏ…

18.01.2020

“Tərəqqi” medallı diaspor lideri Göygöl və Daşkəsən sakinlərinə müraciət etdi-Möhsüm Aslanova görə

18.01.2020

“Qara qutu” nun sirri nədədir? - ARAŞDIRMA

17.01.2020

Qarabağın tarixi ərazisi və sərhədləri

16.01.2020

Xristianlarla müsəlmanların birlikdə bayramlaşdığı qeyri-adi müqəddəs yer

15.01.2020

İbrahim Köçkünün şeirləri

14.01.2020

Doxsan il əvvəl baş vermiş üsyan

14.01.2020

AZƏRBAYCANI ÖLKƏ HÜDUDLARINDAN KƏNARDA LƏYAQƏTLƏ TƏMSİL EDƏN BÖYÜK ALİM

13.01.2020

1956-cı ilin inanılmaz olayı: Üçrəngli bayrağımızı Qız qalasında kim dalğalandırmışdı?

13.01.2020

Alqayıt Xəlilovun şeirləri

09.01.2020

Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO

09.01.2020

Sıfırı dünyaya tanıdan alim: XARƏZMİ

08.01.2020

Ta­rix­də iz bu­ra­xan­lar: Ər­toğ­rul Qa­zi

07.01.2020

Zəngəzur dağlarında

06.01.2020

QORXU
( Hekayə)

05.01.2020

Qacarlar nəslinin qəhrəman oğlu - CAVAD XAN

04.01.2020

Altayda türk mücadiləsi və Osman Batur (1940-1951)

04.01.2020

Hələ gec deyil, onları qoruya bilərik

03.01.2020

Doğumu da, ölümü də sirli qalan Barış Manço

02.01.2020

Həmrəylik günü necə yarandı?

31.12.2019

Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix

30.12.2019

BEYNƏLXALQ KİNO GÜNÜ 

28.12.2019

Qars şəhərini salmış qədim türk boyu - BULQARLAR

28.12.2019

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

27.12.2019

Yalnız bir dəfə sevdi və heç vaxt ailə qurmadı – Qeyb olan şair

26.12.2019

"Ədəbiyyat Üfüqündə Doğan Günəş" adlı ədəbi-bədii gecə keçirilib.

26.12.2019

"Yeni nəfəs" qiraət müsabiqəsi təşkil olunub

25.12.2019

Elçibəyin iki müavini 22-ci dairədə rəqib olacaq...

24.12.2019

Prezident İlham Əliyevin doğum günüdür

24.12.2019

90 min Türk əsgərinin donaraq Şəhid olduğu - Sarıkamış faciəsinin ildönümüdür

23.12.2019

Qarabağ xanlığının bayrağı: bu haqda nə bilirik?

21.12.2019

Cahandar Bayoğlu: “Primakovların, qraçovların və barannikovların ölməsinə baxmayaraq, hələ də onların ruhlarına belə, xidmət edənlər var”

21.12.2019

Ölümün tez apardığı aktyor - Tunc Vəli, Brodyaqa...

20.12.2019

Tarixin ən pis adamları

19.12.2019

ORDA BİR KƏND VAR, UZAQDA...  ...Getməsək də, görməsək də,  O kənd - bizim kəndimizdir... O kənd - Böyük Qaraqoyunludur...    

18.12.2019

Xanım İsmayılqızı - Həyatın içi kimiyik,                                                   Dünyanın çölü kimi...

18.12.2019

Döyüşçü, hökmdar, məhkum və sürgün qadın

18.12.2019

Bir səhləb söhbəti... Söhbətləşdi: Dəli ceyran...

17.12.2019

Elçinin 9-cu sinif dəftəri... - Fotolar

17.12.2019

Elçibəyin silahdaşı bu dairədə yarışacaq

16.12.2019

Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür.

15.12.2019

Müasir Azərbaycan ədəbiyyatı haqqında akademik nəşrlər buraxılır, orada Səfər Alışarlının adı olmur. Bu elə həmin şeydir...  - Səfər Alışarlı

14.12.2019

Ana, evdar qadın, jurnalist və siyasətçi – “Dəmir Ledinin” həyatı

13.12.2019

Mən zəmanənin Hüseyniyəm – Nəiminin ağrı-acı dolu vəsiyyətnaməsi – İlk dəfə

12.12.2019

"Tarix heç nəyi silmir" - Heydər Əliyevin müdrik kəlamları

12.12.2019

ORDA BİR KƏND VAR, UZAQDA...  ...Getməsək də, görməsək də,  O kənd - bizim kəndimizdir... O kənd - Böyük Qaraqoyunludur...

11.12.2019

Qarabağın tarixi ərazisi və sərhədləri

10.12.2019

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

09.12.2019

Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə - Feyzulla Mirzə Qacar

07.12.2019

Nərimanlı kökənli idmançı respublika çempionatında qalib oldu

07.12.2019
Bütün xəbərlər