Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

17:07 / 08.10.2019

1875-ci ildə Gəncədə anadan olmuş Həsən bəy Ağayev 1920-ci il 19 iyulunda Cümhuriyyətin bir çox başqa liderləri kimi, Tiflisdə sui-qəsd nəticəsində öldürülür. Akademik Rafael Hüseynovun doktor Həsən bəyin qızı Sevda xanımla söhbətləri əsasında yazdığı “Millətin zərrələri” kitabında onun ölümü ilə bağlı maraqlı məlumatlar qeyd edib:

“Mayın sonlarında Nəriman Nərimanova kağız göndərir ki, “siyasi fəaliyyətimi dayandırmışam. Həkimliyimi etmək istəyirəm, şərait yaradın, Bakıya qayıdım...”. Nəriman cavabı fövrən  verir: “Nəinki Azərbaycana qayıtmağın, heç Tiflisdə qalmağın da məsləhət deyil”. Və onda Həsən bəy həqiqətin təsəvvür etdiyindən də qat-qat dəhşətli olduğunu dərk edir. İyunun 19-da Tiflisdə Fətəli xan Xoyski güllə ilə kürəyindən vurulanda Həsən bəy çılpaqlığı ilə anlayır ki, Nərimanın məsləhəti doğrudur, bu həna o hənalardan deyil. Yeganə nicat mühacirətdir. Artıq bileti də cibindəymiş. İyulun 20-də Tiflisdən Batuma, oradan da gəmi ilə Türkiyəyə gedəcəkmiş...

İyulun 19-u axşam qapı döyülür. Aktyor Mustafa Mərdanov gəlir. Deyir ki, “yaxın dostlarından bir neçəsi burda bir evdə yığışıblar, səni görmək istəyirlər”. Həsən bəy qalxır kostyumunu geyinməyə. Ev yiyəsi onu dilə tutur: “Görmürsənmi vəziyyət pisdir? Səni izləyirlər. Hara gedirsən? Qoy kim ki, səni görmək istəyir, gəlsin bizə”.

Həsən bəy sözə baxmır: “Yox, yaxşı deyil, 10 nəfərəcən adam məni orada gözləyir. O qədər adamı ayağıma gətirim?”.

Mustafa Mərdanov da onları arxayın edir ki, “narahat olmayın, necə aparıram, elə də qaytarıb gətirəcəyəm...”.

2 saat keçir... Qapının zəngi çalınanda ev yiyəsi hövlnak ayağa qalxır, qapının zənginin çalınmasıyla güllənin açılması bir olur. Yüyürürlər qapıya. Baxırlar nə Mustafa var, nə bir başqası. Həsən bəyin qana bulaşmış və artıq cansız cəsədi sərilib yerə...

“Həyat yoldaşı Xədicə xanıma sonradan bəlli olur ki, sui-qəsdi təşkil edən Əliheydər Qarayevmiş, Mustafa Mərdanov da onun agentlərindənmiş... İzi azdırmaq üçün Qarayev Bakıda söz çıxarır ki, Həsən bəyi qətlə yetirən ermənilərdir”.

Burada Həsən bəy Ağayevin ölüm səbəbində iki məşhurun adı çəkilir. Azərbaycanın ilk bolşeviklərindən olan Ə.Qarayev bütün tarix həvəskarlarına tanışdır. Xədicə xanımın da sonaradan dediyinə görə, sui-qəsdin əsas təşkilatçısı məhz Qarayev olub.

Hadisədə adı hallanan digər şəxs isə hamımıza “O olmasın bu olsun” kinokomdeiyasından  yaxşı tanıdığımız və sərxoş olaraq Məşədi İbada sataşan Həsən bəy rolunun ifaçısı aktyor Mustafa Mərdanovdur. Sonradan sovet vaxtında “Qanun naminə”, “Əhməd haradadır”, “Fətəli xan” və s. filmlərdə rol almış Mustafa Mərdanov Həsən bəyi birbaşa öldürməsə də, ona sui-qəsdin təşkilində iştirakçılardan olub.

Həsən bəy Ağayev əslində dövrünün yüksək zəkalı insanı kimi ictimai işlərə baş qoşmağa məcbur idi. Belə desək, o zaman milli ideologiyanın pik həddə çatıb dövlətçilik maraqlarının gücləndiyi bir vaxtda Həsən bəy Ağayevin yalnız həkimliklə məşğul olmağa ixtiyarı yox idi. İctimai mühit Həsən bəy Ağayev intellektini həmən öz ağuşuna alır. Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə Rusiyada həkimlik peşəsinə yiyələnən Ağayev sonradan Azərbaycan ictimai-siyasi arenasının öncüllərindən biri olur. Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyli, Nəsib bəy Yusifbəyli ilə bərabər “Azərbaycan Ədəbi Mərkəziyyə” firqəsini yaradır.   
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın “İstiqlal Bəyannaməsi” qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olur.

Daha bir maraqlı faktı qeyd edək ki, Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal Bəyannaməsi”ni ilk olaraq Həsən bəy Ağayev imzalayıb. Həsən bəy Ağayev Tiflisə məcburi şəkildə gedib, orada həlak olmazdan qabaq faktiki parlamentin sədri funksiyasını yerinə yetirirdi. Çünki həmin vaxt diplomatik danışıqlar məqsədilə Avropaya gedən sədr Əlimərdan bəy Topçubaşovu o, əvəz edir və iclasları keçirirdi. Bu zaman Ağayevin cəmi 45 yaşı var idi. 45 yaşı təsadüfi olaraq vurğulamadıq. Çünki o, hələ gənc yaşında olarkən falabaxan bir qaraçı tələbə dostlarının yanında Həsən bəyə cəmi 45 il yaşayacağını və bu yaşa qədər yüksək vəzifələrə çatacağını demişdi.

Rafael Hüseynov  bu barədə maraqlı qeydlər edib:

“...Moskva Universitetini bitirən tələbələr 1901-ci ildə Moskvada kiçik bir restoranda universiteti bitirmələrini qeyd edən zaman bir qaraçı onların yanına gəlir və fallarına baxır. Həsən bəyin də əlinə baxdıqdan sonra onun bəxtini söyləmək istəmir. Bu zaman Həsən bəy israr edir. Qaraçı deyir: “Bir halda ki məcbur edirsiniz... İncimə məndən. Sən çox xoşbəxt ailə quracaqsan, üç qızın olacaq. Özün də hökumət pilləkəni ilə yuxarılara qalxacaqsan. Lap zirvəyə. Qoy ardını deməyim...”.

- Niyə ki? Elə maraqlı olan davamıdır, söyləyin.

- 45 yaşına çatanda sən öləcəksən. Həm də öz əcəlinlə ölməyəcəksən. Öldürəcəklər səni.
Dostları bayaqkından da bərk gülüşürlər. Həsən də qoşulur onlara. Amma hər halda, bir az tutulur. “Yetər, xanım daha buracan bəsdir” deyə o, qaraçıya söyləyir”.

Həsən bəyin həyat yoldaşı Xədicə xanım isə öz qızı Sevdaya bunları danışıb:

“Həsən fal söhbətinin üstünü vurmurdu, amma 1919-da, xüsusən 1920-də həyəcanlarım daha da artdı. Danlayırdım babanı ki, görmürsənmi yuxarıdan axın gəlir? Görmürsən Rusiyada nələr baş verir? Siz nə fikirləşirsiniz, o şimaldakı qasırğalar bura yetişsə, qıracaqlar hamımızı.

Baban günahkar kimi gülümsünərdi ki, “ay Xədicə, məni danlama, 5-6 ayım qalıb”.

Sonra deyirdi ki, Xədicə, “4 ayım qaldı...”.                                                                                                                                       

"...Qaldı 3 ayım”.

“...Möhlətimə 2 ay da var”.

Dili qurumuş falçının dediyi düz çıxdı. 45 yaşı tamam olanda Babanı qətlə yetirdilər”.

Tarixçi Ədalət Tahirzadə də öz yazılarında qeyd edir ki, yazıçı-tarixçi Eldar İsmayılov da bu fikirdədir ki, Həsən bəy Ağayevi sovet çekistləri öldürüb. Onu erməni terrorçuları öldürmüş olsa belə, onlar yalnız icraçı olublar.

Həsən bəy Ağayev də Fətəli xan Xoyski kimi Tiflisdə, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarı yanında dəfn edilib. (modern.az)

Elmin NURİ


Etiket:
Xəbərlər

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019

“Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... və yaxud Acıdərə döyüşlərinin tale yazısı...

01.10.2019

FƏTƏLİ XAN XOYSKİNİN İNGİLİS GENERALINA DEDİKLƏRİ

30.09.2019

İrəvan şəhəri

28.09.2019

Haylar necə erməni oldu?

27.09.2019

Türklərin inanc tarixi: “uçmaq”, “tin”, “Tanrının oğlu”... – I YAZI

27.09.2019

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

26.09.2019

Basarkeçər
(Basatkeçən)

25.09.2019

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

24.09.2019

Heydər Əliyevin anası haqda maraqlı XATİRƏLƏR

24.09.2019

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

23.09.2019

ADAM YAŞAMAQDAN QORXUR

23.09.2019

"Bir alman - möhtəşəm insan, iki alman - ittifaq, üç alman - müharibə deməkdir!"

20.09.2019

Goyce.az saytı Rüstəm Dastanoğlu ilə müsahibəni təqdim edir.

20.09.2019

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri  

20.09.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən

19.09.2019

Nərimanlı kökənli 27 abituriyent "tələbə" adını qazandı

18.09.2019

Əfsanəvi Mixaylo Rəsulzadəni öldürməkdən imtina etmişdi- GİZLİ TARİX

18.09.2019

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı

18.09.2019

İşğal altında olan torpaqlarda 330 yerli əhəmiyyətli abidə dağıdılıb

17.09.2019

NİL ADAM

16.09.2019

Rəhim Əliyev. Birinci Türkoloji Qurultayın iki qərarı haqqında

14.09.2019

Tereza ana ilə bağlı İNANILMAZ FAKTLAR: 12 yaşında... - FOTO

14.09.2019

"Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör" - Əmir Teymurun türkü aşağılayan Firdovsiyə cavabı

13.09.2019

Baninin “Qafqaz Günləri” – köhnə Bakının hekayəsi

12.09.2019

Tarixdə iz qoyanlar: Təbrizdə ana dilində ilk məktəb açan MÜƏLLİM – Şahın Tehrana çağırdığı azərbaycanlı

12.09.2019

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

11.09.2019

Mükəmməl kitab yazmaq istəyirsinizsə... - DAHİLƏRİN TÖVSİYƏSİ

11.09.2019

M.Ə.Rəsulzadənin və N.Nərimanovun İmam Hüseyn haqqında fikirləri - Layihə
 

10.09.2019

Kərbəla nədir?

10.09.2019
Bütün xəbərlər