İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

17:16 / 16.10.2019
Baxılıb: 2926

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” bu kəlam dünyanın tanıdığı, pərəstiş etdiyi, zamana və məkana meydan oxuyan Heydər Əliyevindir.  

Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu müddətdə hər çıxışında fəxrlə işlətdiyi bu bitkin fikri zaman keçdikcə öz aktuallığını qoruyur,  “Mən hər bir azərbaycanlının prezidentiyəm” (İlham Əliyev)  şüarıyla davamını tapır və türkçülük yolunda canını fəda edən Elçibəy  dühasında  bütövləşir. Elçibəy  “Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq” deyəndə, azərbaycanlı olduğu ilə fəxr edən, hər bir vətəndaşını düşünən, Şəhid övladlarının “çiynində” azadlıq tapan Rəsulzadə Cumhuruyyətinin (belə olacağına inanıram) – yəhudi, talış, kürd, tat, avar, şahur, şahdağ xalqları, ləzgi, rutul, molokan, ingiloy, qaraçı, assuriyalı, udin, alman  Cümhuriyyətinin verdiyi Şəhid oğullar qanları tökülən torpağın səmasında gülümsünürlər. Və bu Şəhid oğullar öz vətənləri uğrunda – Azərbaycan uğrunda can verəndə, Şəhid atası – türk, kürd, ləzgi… fəxarətlə “Vətən sağ olsun”  deyir (deyəcək)!

Siyasəti, amalı, ideyası hətta  irəlidəki illəri haqlayan Heydər Əliyev Azərbaycan torpağında yaşayan, bu torpaq uğrunda canını fəda edən etnik qrupları, azsaylı xalqları ümumiləşdirərək “azərbaycanlıyıq” dedi, “bizik” dedi, Elçibəy şəhid qanı ilə alınan Azərbaycana and içdi, İlham Əliyev isə hər bir azərbaycanlının prezidenti olacağına söz verdi.

Keçirəm əsas mətləbə: bir-neçə il öncə bir gənc şairin şeirlərini oxudum və kitab olacaq bu nümunələr haqqında yazmağı özümə borc bildim. Gənclərə dəstək prinsipi ilə yanaşı, istedadın işığına kölgə tutmayacağıma sevinərək yazıma başladım. Müəllif üçrəngli Azərbaycan bayrağının sevgisi ilə, kürd nənəsinə – zümzümələri ilə böyüyən, kürdcə sevən, kürdcə ağlayan nənəsinə yazdığı kürdüləri (kürdülər sözü yazını yazanda ağlıma gəlmişdi, türkü-türkü şeirlər o qədər qanıma hopdu ki, kürd nənənin səsini kürdü-kürdü eşitdim) içimnən keçirdikcə, əlimdə türkü boyda, yaxud kürdü boyda bir kitabı görməyə başladım və kitabın adının da “Nənəmin kürdüləri” olmasını müəllifdən rica etdim.

“Nənəmin kürdüləri” çapa gedəndən sonra səs-küyə səbəb oldu. Kitabdakı başdan-ayağa poeziya, bədiyyət, bir gəncin ürək döyüntüləri qaldı kənarda, hamı “kürd” fikrinin başına toplaşdı. Və həsrətlə gözlədiyimiz təqdimat mərasimi də iptal oldu, nəymiş, Ağcabədi rayon rəsmiləri kitabın adını qəbul etməyib. Peşman oldum bir gəncin ilk addımını belə uğurladığıma…

Keçirəm ikinci mətləbə: Bu yaxınlarda sosial şəbəkədə gənc şair, müəllim, yurd-yuvasından uzaq, qaçqın daxallarında yaşayan həmin gənc şairin  üçrəngli bayrağımıza həsr etdiyi şeirini  oxudum və şərh bölməsinə belə yazdım; “Yaşasın üçrəngli Bayrağımız! Şair, nənəni kürdcə öpürəm”.

Bu şərhdən sonra mənim yazdığım silindi və “Ələk” ədəbi məclisinin səhifəsini işlədən bir söz adamı (əslində onun söz adamı olmadığını bilirəm. Söz adamı həm də ürək, hiss adamı olmalıdı) mənə belə bir məktub ünvanladı:

“Salam, İradə xanım. …Bu şərh şəxsən mənim başımı ağrıdacaqdı, inciməyin. O, cavandır, yoluna işıq salaq, maneə törətməyək”.

Əsas mətləbim: Ay adamlar, ay məmurlar, ay xalqı talayanlar, ay savadsızlar, ay özündən əvvəlin amallarına zidd çıxan Azərbaycan düşmənləri, bu yazımı başdan bir də oxuyun, bu ölkə təkcə Azərbaycan türklərinin deyil, bu ölkə hamımızındır. Mən başqa ölkədə fəxrlə deyirəm türk qızıyam, Azərbaycanda isə türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm… və s. Mən İradə Aytel fəxr edirəm ki, mən türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm – mən azərbaycanlıyam. İnsan o zaman bəşəriləşir ki, evinin içini, xalqını, millətini Vətənini sevə-sevə böyüyür. O şairlər kürdcə ağlayan (gülən, sevən və s) nənəsini kürdcə sevməsə, necə qoruyar türkcə yaşayan vətənini.  Onların  bayrağı üçrəngli Azərbaycan Bayrağıdırsa, onlar o bayraq uğrunda ordumuzun səflərindədirsə, yenə deyirəm, H.Əliyev  azərbaycanlı olduğu ilə fəxr edirsə, niyə siz də fəxr etmirsiniz?  Axı sizi əyləşdiyiniz kürsülərə azərbaycanlıların mənafeyini qorumaq üçün qoyublar, Azərbaycan Ordusunun əbədiliyi naminə qoyublar. Ordumuzu yaşadanlar isə türkdü, kürddü, talışdı, ləzgidi… azərbaycanlılardı!(kultur.az)

P.S. Ümid edirəm ki, rəsmilərdən də bu yazıma münasibət bildirən olacaq.


Etiket:
Xəbərlər

Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya

30.11.2020

Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar

28.11.2020

Demarkasiya gündəmdə !  - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”

28.11.2020

Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO  

26.11.2020

Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO

26.11.2020

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO

25.11.2020

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ

25.11.2020

Azərbaycan ordusu Kəlbəcərə yola düşüb 
 

24.11.2020

Şuşaya çəkilən yoldan fotolar

24.11.2020

Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
 

24.11.2020

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

24.11.2020

Polkovnik leytenant Rasim İbrahimov

24.11.2020

“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev

21.11.2020

Ermənilərin dağıtdığı 3 əsrlik abidəmiz - Qarğabazar məscidi

20.11.2020

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub - RƏSMİ
 

20.11.2020

Gülşən Qurbanovanın ölümündən 14 il ötür - Fotolar

17.11.2020

Oğluna velosiped almağı şəxsi heyətdən xahiş edən şəhid Ülvi Hüseynovun hekayəti   

17.11.2020

Bu gün Milli Dirçəliş Günüdür

17.11.2020

“Noyabrın 16-sı həyatımda xüsusi tarix kimi qalacaq” - Prezident

17.11.2020

"Azərbaycan 28 ildən sonra 44 günə torpaqlarını azad etdi"

16.11.2020

Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin cəsur zabiti...
 

16.11.2020

Göyçəni, Zəngəzuru azad etsəydik belə,onlar yenə hakimiyyəti tənqid edəcəkdilər”  

14.11.2020

Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət

13.11.2020

Ermənistan 28 abidəni tamamilə dağıdıb - Fotolar

13.11.2020

Hikmət Hacıyev Polad Bülbüloğlunu açıqlamasına görə tənqid etdi

13.11.2020

Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub

13.11.2020

Əsgərimizin hamını kövrəldən mesaji - Fotolar

13.11.2020

“Qarabağda Azərbaycan qanunları icra ediləcək” - Məhərrəm Əliyev

12.11.2020

Azərbaycanda Konstitusiya Günüdür

12.11.2020

Qarabağ müharibəsi bitdi: Anlaşmanın şərtləri bizə nə vəd edir? - BİZİM ŞƏRH

10.11.2020

İlham Əliyev və Vladimir Putin imzalanmış sənədin mətnini açıqlayıb

10.11.2020

“Biz alçaltmışıq onu, əcəb də etmişik” - Prezident

10.11.2020

Paşinyan İlham Əliyevə təslim olduğunu açıqladı

10.11.2020

Atəşkəs elan olundu!

10.11.2020

"Övladımın qisası alındı" - Polad Həşimovun anası

09.11.2020

İlham Əliyev: " Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"

09.11.2020

Azərbaycanda Dövlət Bayrağı günüdür

09.11.2020

Mədəniyyət Nazirliyi Qubadlıdakı məscidlə bağlı bəyanat yaydı

07.11.2020

Xocalı soyqırımından bəhs edən film "Amazon Prime"da yerləşdirilib

06.11.2020

Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana aparılıb

04.11.2020

Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev
 

04.11.2020

İşğaldan azad edilmiş şəhər və kəndlərin sayı 200-ü keçdi - Siyahı

04.11.2020

Qarabağda bədnam erməni layihəsi: Tələbə və məktəbliləri... - Faktlar
 

04.11.2020

Fikrət Yusifov: “Mehrinin geri qaytarılması üçün əsaslar kifayət qədərdir”

04.11.2020

Cəbrayıl və Qubadlıdan reportaj - Fotolar

03.11.2020

Bu kəndlər də düşməndən azad edildi

02.11.2020

Türk PUA-larının atası - Bayraqdar haqqında maraqlı faktlar+Fotolar

01.11.2020

İstanbulda "Qarabağ Azərbaycandır" aksiyası - Fotolar  

01.11.2020

Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

31.10.2020

Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası

31.10.2020
Bütün xəbərlər