Müstəqilliyimiz əbədidir.

17:48 / 18.10.2019
Baxılıb: 652

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.

1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə dətəsadüfü deyildi ki, Konstitusiya Aktı” ilkin mərhələdə yalnız quru kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dedıyı ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır.

Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.

Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.

Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.(anl.az)


Etiket:
Xəbərlər

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020

Nazilə Gültacın şeirləri

21.01.2020

"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"

21.01.2020

Deputatlığa namizəd Möhsüm Aslanov Göygöldə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirinə qatıldı. 

20.01.2020

Azərbaycan şeirinin imperatoru

20.01.2020

Dünya şöhrətli akademik növbəti dəfə seçkilərə qatıldı.

20.01.2020

"Vətən üçün ölməliyik" - deyən Ülvi Bünyadzadə

20.01.2020

20 Yanvar və matəm - arxiv şəkilləri

20.01.2020

Ermənilər gözəllər gözəlini də Qarabağdan didərgin saldılar...

19.01.2020

NAĞILLAŞAN MÜDHİŞ GECƏ…

18.01.2020

“Tərəqqi” medallı diaspor lideri Göygöl və Daşkəsən sakinlərinə müraciət etdi-Möhsüm Aslanova görə

18.01.2020

“Qara qutu” nun sirri nədədir? - ARAŞDIRMA

17.01.2020

Qarabağın tarixi ərazisi və sərhədləri

16.01.2020

Xristianlarla müsəlmanların birlikdə bayramlaşdığı qeyri-adi müqəddəs yer

15.01.2020

İbrahim Köçkünün şeirləri

14.01.2020

Doxsan il əvvəl baş vermiş üsyan

14.01.2020

AZƏRBAYCANI ÖLKƏ HÜDUDLARINDAN KƏNARDA LƏYAQƏTLƏ TƏMSİL EDƏN BÖYÜK ALİM

13.01.2020

1956-cı ilin inanılmaz olayı: Üçrəngli bayrağımızı Qız qalasında kim dalğalandırmışdı?

13.01.2020

Alqayıt Xəlilovun şeirləri

09.01.2020

Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO

09.01.2020

Sıfırı dünyaya tanıdan alim: XARƏZMİ

08.01.2020

Ta­rix­də iz bu­ra­xan­lar: Ər­toğ­rul Qa­zi

07.01.2020

Zəngəzur dağlarında

06.01.2020

QORXU
( Hekayə)

05.01.2020

Qacarlar nəslinin qəhrəman oğlu - CAVAD XAN

04.01.2020

Altayda türk mücadiləsi və Osman Batur (1940-1951)

04.01.2020

Hələ gec deyil, onları qoruya bilərik

03.01.2020

Doğumu da, ölümü də sirli qalan Barış Manço

02.01.2020

Həmrəylik günü necə yarandı?

31.12.2019

Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix

30.12.2019

BEYNƏLXALQ KİNO GÜNÜ 

28.12.2019

Qars şəhərini salmış qədim türk boyu - BULQARLAR

28.12.2019

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

27.12.2019

Yalnız bir dəfə sevdi və heç vaxt ailə qurmadı – Qeyb olan şair

26.12.2019

"Ədəbiyyat Üfüqündə Doğan Günəş" adlı ədəbi-bədii gecə keçirilib.

26.12.2019

"Yeni nəfəs" qiraət müsabiqəsi təşkil olunub

25.12.2019

Elçibəyin iki müavini 22-ci dairədə rəqib olacaq...

24.12.2019

Prezident İlham Əliyevin doğum günüdür

24.12.2019

90 min Türk əsgərinin donaraq Şəhid olduğu - Sarıkamış faciəsinin ildönümüdür

23.12.2019

Qarabağ xanlığının bayrağı: bu haqda nə bilirik?

21.12.2019

Cahandar Bayoğlu: “Primakovların, qraçovların və barannikovların ölməsinə baxmayaraq, hələ də onların ruhlarına belə, xidmət edənlər var”

21.12.2019

Ölümün tez apardığı aktyor - Tunc Vəli, Brodyaqa...

20.12.2019

Tarixin ən pis adamları

19.12.2019

ORDA BİR KƏND VAR, UZAQDA...  ...Getməsək də, görməsək də,  O kənd - bizim kəndimizdir... O kənd - Böyük Qaraqoyunludur...    

18.12.2019

Xanım İsmayılqızı - Həyatın içi kimiyik,                                                   Dünyanın çölü kimi...

18.12.2019
Bütün xəbərlər