Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

15:23 / 19.10.2019

Ermənistanın Azərbaycana qarşı bütün sahələrdə olduğu kimi, informasiya müharibəsi cəbhəsində də təxribatları davam etməkdədir.

Bu dəfə ermənilərin Dailywire.com saytında yazılan məqalədə Azərbaycanla bağlı absurd və gülünc iddialar yer alıb.

Məqalə müəllifi Azərbaycanı az qala mədəni terrorda ittiham edir. Bildirilir ki, Azərbaycan guya orta əsr xristian abidələrinin izlərini “silməklə” məşğuldur.

Erməni politoloq Simon Maqakyan və tarixçi Sarah Pikman tərəfindən hazırlanan, içərisi başdan-ayağa yalanlara dolu hesabatda Dağlıq Qarabağ, Naxçıvan və Zəngəzur ərazilərinin Ermənistana aid olması fikirləri yer alır.  

Guya bu ərazilərdə erməni abidələri olub və onlar Azərbaycan tərəfindən “məhv edilib”. İşğalçı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan tərəfinin belə saxta məlumatlar tirajlamasının bir adı var – riyakarlıq.

Ermənilərin fantaziyası sərhəd tanımır, bu isə onların hikkəsindən, isterikasından irəli gəlir. Tarix boyu azərbaycanlılara qarşı etnik təmizləmə, terror, vandalizm siyasəti həyata keçirən ermənilərin beynəlxalq aləmdə dəstəyi azaldıqca diqqəti özlərinə başqa metodlarla çəkmək istəyirlər. Məzlum, əzilmiş xalq obrazını yaratmaq üçün Azərbaycan tərəfindən saxtalaşdırılma aparıldığını iddia etmək həyasızlıqdan başqa bir şey deyil.

Elə Naxçıvanın özündə ermənilərin mədəni abidələrə qarşı terror həyata keçiriblər.

Qazançı qalası niyə partladıldı?

Bu qala Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın hər iki sahilində eramızdan əvvəl III-I minilliklərin əvvəllərinə aid tarixi-arxeoloji abidədir.

Qala eramızdan III minillikdə Azərbaycan ərazisində geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır. Qalanın solsahil və sağsahil hissəsi bir-birindən sıldırım qayalardan ibarət dərin dərə ilə ayrılır. Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir.

Sədlərdən bir-birinə keçid yolu var. Qazançı qalası eramızdan əvvəl II minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olub. Qazançı qalasından toplanmış yerüstü materiallar dən daşları, boz və çəhrayı rəngli gil qab nümunələrindən ibarətdir.

Tapıntılar Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Qazançı qalası “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Qazan xanın adı ilə də əlaqələndirilir. Qala 1985-ci ildə bənd tikintisi adı ilə erməni mühəndisləri tərəfindən partladılıb.

Naxçıvan şəhərindəki Came məscidi də ermənilər tərəfindən dağıdılıb.

1918-ci ildə ermənilər Naxçıvanda yerli əhaliyə qarşı soyqırımı həyata keçirərkən top atəşi ilə məscidin minarəsini zədələyiblər. Sonralar minarə bərpa olunub.

Sovet hakimiyyəti illərində Naxçıvan şəhərində, ümumiyyətlə, muxtar respublikada fəaliyyət göstərən yeganə məscid olub. 2007-ci ildə məsciddə əsaslı bərpa və yenidənqurma işləri aparılıb.

1891 mədəni resurs da işğal edildi

Ermənistanın 1988-ci ildən başlanan növbəti təcavüz dalğası Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması, təhqir olunması ilə müşayiət edilib.

Ermənistan Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu, eləcə də, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndini, Naxçıvanın Kərki kəndini 738 tarixi abidə, 83500-dən çox eksponatla 28 muzey, dörd şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resursla işğal edib. Bu isə Azərbaycan üçün böyük mədəni itkiyə gətirib çıxarıb.

Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyindən, tərəfdaşlarının sayının artmasına görə narahatlıq keçirən Ermənistan yenə gülünc priyomlara əl ataraq bu faktların üstündən keçməyə çalışır.

Sanki Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələri dağıdan, yandıran, talan edən Ermənistan deyil.  

Erməni vandalizmi o qədər intensiv xarakter alıb ki, dağıntı və ya zədəyə məruz qalmayan Azərbaycan abidəsi qalmayıb.

Mədəni abidələrə hörmətdən dəm vuran Ermənistan Natəvanın, bəstəkar Üzeyir Hacıbəyovun və ifaçı Bülbülün tunc heykəllərini belə satmaq istəyirdi.

Lakin Azərbaycan hökuməti bunun qarşısını aldı. Əks təqdirdə, Gürcüstanda metal parçası kimi satılacaqdı.

Bu kimi vandalizm aktları işğal edilmiş ərazilərin Azərbaycana məxsus mədəni görünüşünü dəyişmək üçün müxtəlif metodlarla müşayiət olunub.

Laçın şəhərində erməni kilsəsinin tikintisi, uşaq musiqi məktəbi, kitabxana, dərnək və infrastruktur vasitələrin dağıdılması ilə Xocalı hava limanındakı uçuş zolağının genişləndirilməsini nümunə kimi göstərmək olar.

Digər istifadə olunan təcrübə müxtəlif abidələrin arxitektur detallarının dəyişdirilməsidir. Məsələn, Şuşa şəhərində Saatlı məscid və Xanlıq Muxtar karvansaraları, abidələrin Azərbaycan-İslam elementləri və ərəb dilində yazıların erməni xaçı və yazısı ilə əvəzlənməsi buna misaldır.

Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır

Azərbaycanın Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”.

Tarixi saxtalaşdırmağa hesablanan “arxeoloji qazıntılar”

Siyahını daha da uzatmaq olar. İndi isə işğal altında olan Xocavənd rayonundakı Azıx mağarasında 2003-cü ildən və Ağdam şəhərinə yaxın ərazilərdə 2005-ci ilin martından aparılan arxeoloji qazıntılara diqqət yetirək.

İşğal altındakı Dağlıq Qarabağ və ona bitişik rayonlarda aparılan arxeoloji qazıntı işlərinin son illərdə intensiv xarakter alması Ermənistanın başqa xalqın mədəniyyətinə olan hörmətsizliyinin göstəricisidir.

İşğal altında olan bölgələrimizdən birində - Ağdamda (ermənilər indi bu rayonu Tiqranakert adlandırırlar) qazıntılar zamanı tapılan antik şəhər və insan qalıqları Ermənistan alimlərində belə təəssürat yaradıb ki, ermənilər Qafqazda ən qədim xalqdır.

2005-ci ildən bu yana burada aparılan qazıntılar onu göstərir ki, Azərbaycanın işğal edilmiş əraziləri və tarixi abidələri saxtalaşdırılaraq “Böyük Ermənistan” xəyallarına alət edilir.

Ağdamda qazıntılar zamanı ortaya çıxan eksponatlar Yerevana, antropoloji parçalar isə Avropa ölkələrinə göndərilib. Lakin tarixi eksponatların sonrakı taleyi haqqında dəqiq məlumat yoxdur. Bu isə Azərbaycan tarixi abidələrinin istismarı deməkdir.

Ağdamdakı qazıntı işləri ilə Azıx mağarasındakı tədqiqatlar arasında analogiya aparanda məntiqi bir versiya irəli sürmək mümkündür.

Erməni mənbələri yazır ki, Azıx mağarasından götürülən nümunələr Avropada ekspertizadan keçdikdən sonra Ermənistana qaytarılıb.

Ermənilərin apardığı arxeoloji qazıntı işləri beynəlxalq konvensiyaların prinsiplərinə ziddir.

“Silahlı Münaqişə Zamanı Mədəni Abidələrin Mühafizəsi haqqında” Haaqa Konvensiyasının 5-ci bəndinə diqqət yetirək.

Burada qeyd olunur ki, işğalçı dövlətdən, ələ keçirdiyi ərazilərin mədəni irsinin mühafizə edilməsi tələb edilir.

UNESCO-nun “Arxeoloji Qazıntılarda Tətbiq Edilən Beynəlxalq Prinsiplərə Dair Tövsiyə” sənədinin 32-ci bəndində göstərilir ki, işğalçı dövlət hərbi konfliktlər zamanı ələ keçirdiyi ərazilərdə arxeoloji qazıntı işlərindən çəkinməlidir.

Beynəlxalq konvensiyalara əsasən, işğalçı güc, maddi-mədəni irsin dəyişdirilməsi, dağıdılması və qanunsuz ixracı ilə bağlı məsuliyyət daşıyır.

Ermənistan, erməni lobbisi, erməni tarixçiləri isə bunlar olmamış kimi yalan informasiyalar dövriyyəyə buraxmaqla beynəlxalq ictimaiyyətin diqqətini fərqli səmtə yönəltmək istəyirlər.

Ancaq Azərbaycan diplomatiyasının səyi nəticəsində Azərbaycanın ədalətli mövqeyi dünyada dəstək qazanır. İtirən isə elə ermənilərin özüdür.

Aqşin Kərimov


Etiket:
Xəbərlər

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

12.11.2019

Albanların xiristanlığı qəbul etməsi

07.11.2019

Yarımçıq qalmış sevgi və ya sovetlərin üç körpə qıza etdikləri sitəm...

07.11.2019

Ailəsindən küsən, tənha yaşayıb tənha ölən Xalq artisti

06.11.2019

Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar

06.11.2019

Klounların təzim etdiyi, xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz...

05.11.2019

"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR

04.11.2019

Xruşşov dövrünün Qarabağ şəhidi - FOTOLAR

04.11.2019

Dronqo kimdir?

01.11.2019

O, Xalq yazıçısı adından çox nökər olmağına sevinmişdi – Maraqlı faktlar

01.11.2019

Bir taleyin oyununda iki böyük türk – ARAŞDIRMA

31.10.2019

Xaricdə yüksək vəzifə tutan azərbaycanlılar - SİYAHI

30.10.2019

“Mən türkəm, bu qədər” - Nobel mükafatçısının HƏYAT HEKAYƏTİ

30.10.2019

İnterneti rədd etmək mümkündürmü? - Umberto Eko yazır...

29.10.2019

Rus dili

29.10.2019

Üzünə Bəxtiyar Vahabzadənin tüpürdüyü general: – “Özümü xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım”

28.10.2019

Amerikalı ravvin erməniləri ifşa etdi

28.10.2019

Qan gölü, əmirə kəllə hədiyyəsi, yerlə yeksan olan tarix... – III YAZI

28.10.2019

Hitlerin əsgəri, Stalinin məhbusu olan Azərbaycan aşığı

25.10.2019

Hüseyn Cavid əbədiliyi

24.10.2019

Ayaz Arabaçı - şeirlər

24.10.2019

Xalq Yazıçısı Anar bir qrup gənc qələm sahibiylə görüşüb

24.10.2019

Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?

24.10.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən... – Tarixin sandığından

23.10.2019

Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” adlı yeni kitabı çapdan çıxıb

22.10.2019

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

22.10.2019

 Aşıq Ələsgərin xatirəsi Xaçmaz şəhərində yad edildi.

21.10.2019

“Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ

21.10.2019

Süleyman Rüstəmin 30 il əvvəlki son müsahibəsi:
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” 

21.10.2019

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019
Bütün xəbərlər