Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

12:33 / 22.10.2019
Baxılıb: 1034

Azərbaycan xalqı tarixən Allah dostları olan övliyalara, diyar-diyar dolaşan dərvişlərə və peyğəmbər soyundan gəldikləri üçün seyidlərə xüsusi rəğbət bəsləmiş, onlara sahib çıxmış və qorumuşdur. Təsadüfi deyil ki,öz ölkələrində təqiblərə, əzab-əziyyətlərə məruz qalmış və qətl edilmək təhükəsi ilə üzləşən peyğəmbər övladları zaman-zaman Azərbaycana pənah gətirmişdir. Əhlibeytdən olnlara buranın əhalisi tərəfindən daima rəğbət bəslənmiş və qucaq açılmışdır. Bu diyarın insanlarında ALLAH dostlarına olan sevgi o qədər böyük olmuşdurki, hətta müqəddəs bildikləri övliyaların vəfatlarından sonrada yaşadıqları yerləri və məzarları ziyarətgah və pirlərə çevrilmişdir. Təbii ki, ALLAH-ın seçilmiş dostlarına olan sevgi həmdə bizim xalqın ALLAH-a olan sevgisinin təzahürüdür.

Azərbaycanda övliyalaın adı ilə bağlı çoxlu sayda ziyarətgahlar mövcuddur ki, bu ziyarətgahlardan ikisidə Abşeron rayonunun Hökməli kəndində yerləşən Sufi Həmid qədəmgahları və yaxud sakinlər arasında deyildiyi kimi Sufi Həmid pirləridir. Tarixi orta əsrlərə olan aid bu iki ziyarətgahın yaranma səbəbləridə olduqca maraqlıdır.

Sufi Həmid adlı böyük övliya ilə əlaqədar bu ziyarətgahlarda Sufi Həmidin və yaxud yaxınlarına məxsus məzarları yoxdur. Bəs o zaman kimdir bu Sufi Həmid və ziyarətgahlar niyə sakinlər arasında müqəddəs hesab edilir? Təəssüf ki, mənbələrdə Sufi Həmid haqqında o qədər də geniş məlumat yoxdur. Yalnız Sofi Həmidin 14-cü əsrdə Azərbaycana səfər etmiş molla tacir olduğu və yaxud bəktaşiyyə tərqətinin qollarından birinə mənsub bir sufi şeyxi olduğu qeyd edilir.

Rəvayətə görə ömrünün sona çatdığını anlayan Sufi Həmid müridlərinə və övladlarına vəfatından sonra nəşini ağ dəvənin üzərinə qoyulmasını və dəvə harda çökərsə orda dəfn edilməsini vəsiyyət edir. Yaxınları və müridləri vəfat etmiş Sufi Həmidin cansız bədənini ağ dəvənin üzərinə qoyub yola düşürlər.

Ağ dəvə birinci dəfə Hökməli kəndinin giriş çökür və hamı məzarın orada qazılmasına hazırlaşdığı anda gözlənilmədən ayağa qalxan dəvə yola düşür. İlk çökdüyü ərazidən bir qədər aralanan dəvə ikinci dəfə yenidən Hökməli kəndinin başqa səmtində dizləri üstə çökür.Lakin yenidən ayağa qalxaraq 40-km ərazini durmadan qət edən dəvə üçüncü dəfə hal-hazırda Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik adlanan ərazisində dizləri üstə çökür.Yaxınları tərəfindən dəvənin çökdüyü yerdə dəfn edilən şeyxin məzarı Sufi Həmid piri adlı ziyarətgaha çevrilir. Hazırda Sufi Həmid piri xalq arasında sevilən və kəramətlərinə inanılan böyük ziyarətgahlardan biridir.

Deyilənlərə görə indiki türhbə çox daha sonralar XVIII əsrdə tikilib. Sofi Həmid piri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Ziyərətgahda dəvənin çökmə anını ifadə edən daşdan yonulmuş ağ dəvə heykəli qoyulmuşdur.İnanca görə, dizləri üstə çökən «ağ dəvə» ilə yer arasında yaranmış çox qısa məsafəni keçə bilən insan öz arzusuna çatır.

Maraqlıdır ki, dəvənin Hökməli kəndində çökdüyü ilk iki yer bir-birinə yaxın ərazilər olsada ikinci dəfə qalxan dəvə uzun məsafəni bir dəfəyə qət edərək hal-hazırda şeyxin qəbrinin olduğu yerə qədər çökməmişdir.

Sufi Həmidin xalq arasında olan hörmətinin və insanların Sufi Həmidə olan sevgisinin nəticəsi olaraq məzarından əlavə olaraq dəvənin çökdüyü hər iki yer qutsanmış yer olaraq müqəddəs hesab edilmişdir. Hal-hazırda dəvənin çökdüyü hər iki yer sakinlər tərəfindən Sufi Həmid qədəmgahlarının üzərində türbələr tikilmiş və həmin ziyarətgahlar Sufi Həmid qədəmgahları adıyla müasir dövrümüzə qədər qorunaraq gəlmişlər.Sakinlər arasında qədmgahların orta əsrlərdə tikildiyi söylənilir.


Birinci qədəmgah:
Hökməli kəndinin özündə yerləşən birinci qədəmgah dairəvi olmaqla islam dini abidələrinin memarlıq üslubuna xas künbəzli tikilidir.Qədəmgahın hündürlüyü 4 metr, eni 3.20, uzunu 3.30 metrdir. Ziyarətgahın tikilmə tarixi məlum deyil.
İkinci qədəmgah:
İkinci qədəmgah Hökməli kəndi yeni yaşayış massivində Hökməli-Qobu yolunun sağ tərəfində yerləşir. Qədəmgah eyni birinci tikili kimi darivi və künbəzlidir.Tikilinin hündürlüyü 5 metr, eni 4.20, uzunu 4.30 metirdir. Ziyarətgahın tikilmə tarixi məlum deyil.

Qədəmgahın içində sonralar sakinlər tərəfindən qoyulmuş simvolik olaraq Sufi Həmidin ağ dəvəsinin çökdüyü anını təsvir edən ağ dəvə heykəli vardır.

Hökməli kəndində yerləşən birinci Sufi Həmid qədəmgahı

Hökməli kəndinin ərazisində Hökməli-Qobu yolunun sağ tərəfində yerləşən ikinci Sufi Həmid qədəmgahı.(karabakhmedia.az)

Fərman Salmanlı

 


Etiket:
Xəbərlər

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QƏNBƏR ƏLİ OĞLU BAYRAMOV

03.04.2020

İşğalın ad günü.

02.04.2020

Qarşıdakı iki on günlük çox təhlükəli dövrdür!”
 

02.04.2020

Kəlbəcərin işğalından 27 il keçir

02.04.2020

1918-ci il mart soyqırımı

31.03.2020

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü
 

31.03.2020

MƏCNUN GÖYÇƏLİ BAYATILARI  

30.03.2020

Naxçıvan xanlığına məxsus üçüncü bayraq aşkar edilib

30.03.2020

Qırx günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...

28.03.2020

Unudulmuş Türk Yurdu

27.03.2020

Ermənilər 3 dövlətə ərazi iddiası edir

26.03.2020

Azərbaycanın güllələnmiş daxili işlər naziri - Bir qətlin tarixçəsi

25.03.2020

22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər

23.03.2020

Kirayədə yaşamaq- özgənin evində  gecələməkdir...

22.03.2020

Türkiyəni xəritədən silinməyə qoymayan dahi azərbaycanlı – Nərimanov haqqında bilmədiklərimiz  

21.03.2020

Novruz bayramının tarixi

21.03.2020

Osmanlılardan qadın paltarında gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi  

19.03.2020

Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi

18.03.2020

Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri Babək

17.03.2020

1918-1920-ci illərdə erməni millətçilərinin Naxçıvan, Zəngəzur və Qarabağda qanlı cinayətləri

16.03.2020

HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ – 2-Cİ YAZI

15.03.2020

Feminizim qaranlıq üzü – Nəzakət Məmmədovanın yazısı

14.03.2020

Deputatdan qaçqınlarla bağlı Milli Məclisə şok təklif  - YENİ DEPUTATLARI TANIYAQ

13.03.2020

13 MART HƏSƏN ƏBLÜÇÜN VƏFAT ETDİYİ GÜNDÜR

13.03.2020

HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ – 1-Cİ YAZI

12.03.2020

12 MART CABİR NOVRUZUN DOĞULDUĞU GÜNDÜR

12.03.2020

İstiqlal fədaisi Mirzə Bala Məmmədzadə “haylar” (ermənilər) haqqında

12.03.2020

Ermənilərin erməniləri güldürən xəritəsi – Foto

11.03.2020

Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ: Onların Zeynalabdin Tağıyevə nə borcu var idi? – FOTOLAR

11.03.2020

Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub

10.03.2020

QƏLƏBƏ VƏ MƏĞLUBİYYƏT NİSBİ ANLAYIŞLARDIR.

09.03.2020

215 illik tarixi bina - AĞ EV (FOTOLAR)

09.03.2020

8 Martın yaranmasının maraqlı - TARİXİ

08.03.2020

1992-ci ilin oktyabrında Laçına bayraq sancmağa kim imkan vermədi? - “7 oğul istərəm”

06.03.2020

Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi 

05.03.2020

Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi

04.03.2020

Azərbaycanın işğal olunmuş ərazilərindəki Alban məbədləri

03.03.2020

Tarixi həqiqətlər və erməni uydurmaları

02.03.2020

İsa Məsihə bənzəyən uşağın qaçırılması - Dünya ədəbiyyatından hekayə

01.03.2020

3800 illik yaşı olan `Düşünən adam` heykəli tapılıb - FOTO

01.03.2020

Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI

28.02.2020

Əyyaş əmisinə çəkən rəhbər oğlu – DTK Yuri Brejnevi İsveçdə təşkil olunan eyş-işrət məclisindən xilas edib

27.02.2020

XOCALI SOYQIRIMI DÜNYANIN GÖZÜ ILƏ

26.02.2020

Şahidlərin xatirələri: Xocalı soyqırımı – zamanın sağalda bilmədiyi yara – FOTO-VİDEO

26.02.2020

Xocalı rayonu

25.02.2020

Türk dünyasının 2500 illik sirli əlifbası

24.02.2020

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020
Bütün xəbərlər