Xalq Yazıçısı Anar bir qrup gənc qələm sahibiylə görüşüb

14:59 / 24.10.2019
Baxılıb: 1204

Goyce.az Edebiyyatqazeti.aza istinadən xəbər verir ki, 23 oktyabr tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Rzayev yeni çap olunacaq Antologiya ilə əlaqədar olaraq bir qrup gənc yazıçı və şairi Azərbaycan Yazıçılar Birliyində qəbul edib. Yeni çap ediləcək Antologiya ilə bağlı fikirlərini yazarlarla bölüşən Birliyin sədri kitaba daxil edilən əsərləri şəxsən oxuduğunu  və burada iştirak etməyən, amma kitabda yer alan digər qələm sahibləri üçün də qapılarının açıq olduğunu dilə gətirib.

Çap ediləcək antologiya haqqında ətraflı məlumat verən tərtibçisi, tənqidçi Əsəd Cahangir çıxışının davamında görüşdə iştirak edən qələm sahiblərini Anar Rzayevə təqdim edib. Onlar haqqında ətraflı məlumat verib.

Sonra söz gənc yazarlara verilib.

Yazıçı Günel Eyvazlı Anar müəllimin təklifi ilə hazırlanan Antologiyaya görə, görüşə dəvət oldunduğuna görə Birliyin sədrinə və Əsəd Cahangirə  təşəkkürünü bildirib. Həmçinin təkliflərlə çıxış edərək gənc dramaturqlara dəstək verməyi yazıçıdan xahiş edib: “Teatrlar gənc qələm sahibləri ilə işləməlidirlər. Teatrın yeni ideyalara ehtiyacı var. Cəfər Cabbarlı, Hüseyn Cavid, hətta Şekspir belə tamaşa sifarişlərinin nəticəsində dramaturqa çevriliblər. Biz gəncləri isə bacardıqları qədər teatrdan uzaqlaşdırırlar. Sizdən xahiş edirəm ki, bu işdə mənə, mənim kimi digər gənc qələm sahiblərinə, gənc dramaturqlara dəstək nümayiş etdirəsiniz. Bir məsələni də vurğulayım, Sovetlər dönəmində Rusiyada fəaliyyət göstərən Maksim Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almaq üçün yazıçılar axın edirdilər. İndi də bu ənənə davam edərsə, Yazıçılar Birliyi gənc qələm sahiblərini təhsil almaq üçün adıçəkilən İnstituta göndərərsə bu, ədəbiyyatımız üçün yalnız və yalnız xeyir gətirə bilər”. Sonra G.Eyvazlı “Ədəbiyyat qəzeti” yayınları seriyasından çap edilən “İşıq” adlı yeni kitabını Anar Rzayevə təqdim edib.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar çıxış edərək ədəbi görüşlərlə bağlı ənənənin yenidən davam etməsinin vacibliyini vurğulayıb: “Əvvəllər yaxşı bir ənənə var idi. Şair və yazıçıların ədəbiyyat qurumlarının dəstəyi ilə təhsil ocaqlarında, müəssisələrdə, yaradıcılıq mərkəzlərində ictimaiyyət nümayəndələriylə görüşləri təşkil olunurdu. Xahiş edirəm ki, bu ənənənin yenidən dirçəlməsi üçün dəstək nümayiş etdirəsiniz”.

Sonra Ulucay Akif, Rəvan Cavid yeni saytın yaradılmasıyla bağlı Anar Rzayevdən dəstək istəyiblər.

Görüşdə iştirak edən gənc qələm sahibləri Ümid Nəccari, Bahəddin Salman, Şəfaqət Cavanşir, Şahanə Müşfiq, Ağasəlim Əmri çıxış edərək görüşə görə Anar Rzayevə təşəkkürlərini bildiriblər.

Görüşün sonunda Birliyin Sədri təkliflərlə bağlı fikrini bildirib. Sayt məsələsi ilə əlaqədar düşünəcəyini, görüşlərin gərəkli olduğunu, pyesi olan şəxslərin isə əsərlərini Yazıçılar Birliyinin Dram şöbəsinə təqdim etməyi tövsiyyə edib.

Qeyd edək ki, adıçəkilən Antologiya yaxın günlərdə işıq üzü görəcək.


Etiket:
Xəbərlər

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020
Bütün xəbərlər