Hüseyn Cavid əbədiliyi

20:00 / 24.10.2019

Oktyabrın 24-ü Azərbaycanın, Türk Dünyasının böyük şairi Hüseyn Cavidin anadan olmasından 130 il ötür. Uşaqlıq çağımdan bəri Cavidin insan soraqlı əsərlərinin, şəxsiyyətinin vurğunuyam. Çünki o, sifətini dəyişmədi. Hüseyn Cavidi böyük anlamda İnam Atanın onun haqqında yazdığı möhtəşəm, bənzərsiz “Yerdəkilərin Göy həsrəti” fəlsəfi-bədii məqamından tanıdım.

Ümumiyyətlə, Cavid ruhunu açan ən gözəl əsər sayıram “Yerdəkilərin Göy həsrəti”ni. Az sonra ADPU-da diplom işim olaraq “Asif Atanın fəlsəfi-bədi tənqidi” adlı 5 fəsilli əsər yazdım. Həcmi böyük olduğundan 2 fəslini müdafiəyə təqdim etdim. Birinci fəsil Atanın “Ömür üstə” əsərinin, ikinci fəsil isə “Yerdəkilərin Göy həsrəti”nin təhlili idi. “Yerdəkilərin Göy həsrəti”nin ruhu, dili məni ovsunlamışdı. Əsər başdan-başa şeiriyyət idi!

***

Hüseyn Cavid nəinki Azərbaycanın, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz göy adamıdır. 
Onun əsərlərində Göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi…

1937-ci ilin qorxunc repressiyaları ilk olaraq aydınların sıradan çıxarılmasına, ümumən millətimizin sarsıdılmasına yönəlmişdi. Bunun ilk zərbəsini alanlardan biri də Hüseyn Cavid oldu. O, həmin il iyunun 4-də həbs edilərək Sibirə sürgün edildi. 1941-ci il dekabrın 5-də imperiyanın İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində öldü. 

Oktyabr ayı Cavidin doğum günü ilə əlamətdar olsa da, bir neçə aydınımızın da qətli ilə yadda qalıb. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış aydınları Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildilər. İmperiya əlindən gələn etdi ki, xalqın ruhunu bütünlüklə sarsıtsın... 

Bununla bağlı İnam Ata (Asif Ata) yazır: “1920-ci ildə xalqın başını kəsdilər, 1937-ci ildə ürəyini yedilər”.

***

Hüseyn Cavid yaşadığı çağa, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy fərqi vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir. 

Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi çox sevdiyim əsərlərdəndir. İnsanın həqiqətə doğru qarşısıalınmaz, qeyri-adi, bənzərsiz sevgisini, həqiqətə qovuşmaq ehtirasını özündə əks etdirən bu əsər misilsizdir. Şişirtməsiz demək olar, dünya dramaturgiyasında "Şeyx Sənan" ruhlu ikinci bir əsər tapmaq çox çətindir. 

Ümumiyyətlə, Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışı başlıca yer tutur: 

"Hər qaranlıqda çırpınır bir nur, 
Hər həqiqətdə bir xəyal uyuyur". 

Şeyx Sənanı həqiqətə yetmək istəyi yandırıb-yaxır. O, sanki eşqini qarşıda gözləyən fəlakətlərdən xəbərdardır. 

Zəhra ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə olduğunu anlayır. Bilir ki, Şeyx Sənanın hüsnünün gözəlliyi, elmi-kamalının ucalığı ruhunun qeyri-adiliyindəndir. 

"Şeyx, gəl-gəl! 
Sevimli Sənan, gəl-gəl!
Sənə layiq deyil o yer, yüksəl!" 

Bu, artıq Sənanın Xumarın şəxsində həqiqətin səsini eşitməsidir. Sənan bu halını kimsəyə anlada bilmir. 

"Ər kişidə olur bir söz, bir məram,
Əzm eylədim məhv olsa aləm tamam 
Dönməm geri, hər yana yol açıq".

Əslində Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Qarşıda ucalıq, göylük aqibəti var. Müridlərin yalvarışlarına baxmayaraq Şeyx Sənan – "Yüksələn fəqət enməz, hər kim məni istərsə, göyə yüksəlsin"-deyir...

***

Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi.

Şeyx Sənan – göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək – insanın öz daxili-mənəvi dünyasına baş vurmasıdır. Mütləq ədalətə, həqiqətə, ülviyyətə çatmasıdır. 
İnam harayı səslənir Sənanların göyündə – ardıcıl, qəti!

Şeyx Sənanların, Xumarların göyləşmək həsrəti var. 

Xumar – Sənanın illərlə aradığı, sonda tapdığı idealıdır.

Sənan dəyişməzliyin, bütövlüyün bütün çalarlarını Xumarda tapır və ona dəlicəsinə vurulur. 

O, Xumarı səcdəgah saydığı dərəcədə, özü də onun üçün səcdəgah olur. 

Sənan Xumarını, yəni həqiqətini tapır, İnama yüksəlir, göyləşir, durulaşır, özümlüyünə qovuşur. 

Həqiqətinə doğru yol gedən, əzab içində qovrulan, əzabdan fərəh alan, həqiqətinə yetəndir Sənan!

***

Ancaq Sənanın və Xumarın yanındakılar naşı inamlara tapınırlar. Onlar Sənanı və Xumarı anlamaqdan çox uzaqdırlar. 
Fitnə-fəsadla, həsədlə yoğrulmuşlar inamsızlıq fəlakətinə düçar olublar. 

Cavid «Şeyx Sənan»da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə açıb göstərir.

İnamsızlıqdan adamların içərisində qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri yetişir. 

Ancaq Sənanların içərisində ədalət, ülviyyət ağacı bitir, fərəh, inam meyvələri yetişir. 

Göy qətiyyəti gəlir göy oğlu Sənanın ömrünə – İradə Göyünə yüksəlir.

***

İdrakın göy səviyyəsi var – gerçək idrakdan göy qədər uca, əlçatmaz. 

Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. O, zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir. 

Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi gərəkdir.

Şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər. Bu obrazlar insanları Yer ədalətsizliyinə, həqiqətsizliyinə, üviyyətsizliyinə qarşı durmağa çağırırlar.

***

Cavid «Peyğəmbər» əsərində peyğəmbərliyin mahiyyətini dərindən duyub, ifadə edib. 

Peyğəmbərin peyğəmbərliyinin ilk illəri peyğəmbər halı kimi təhlil, təqdir olunur. Cavidin Peyğəmbəri amal üçün seçilib, amala sevgisi onu ülviləşdirir, ilahiləşdirir. 

Göy hökmü səslənir Cavidin peyğəmbərinin aqibətində. Sonrakı mərhələdə kitabı qılıncla əvəz edən peyğəmbərin halı Cavid qələmində ruhani duyum ustalığıyla açılır.

***

Yer iradəsi qorxusuyla, tərəddüdüylə Göy hökmünə, qətiyyətinə qarşıdır.

Cavidin Səyavuşu ülvi, müqəddəs duyğular yiyəsidir.

Göy hökmü, Göy çağırışı düşür göy İnamlı Səyavuşun aqibətinə. 
Səyavuş da göy idrakına yüksəlir, yetir, göy inamına layiq bilinir. 
Həsrət göyünə yüksəlir Səyavuş: dərd çəkir, dərdə calanır.

***

Oxu daşa dəyir göyinamlıların – göy həsrətilə yana-yana qalırlar. Göysüzlər yazırlar göylülərin aqibətini: hərcayilik, insansızlıq törədirlər. «Uçurum»da insan faciəsi bütün çılpaqlığı ilə açılır.

***

Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır. 

Yerdəkilərin İblis adlı səcdəgahı var: yüksələn görünürlər, alçalırlar, çünki göysüzdürlər.

Cavid haray çəkir: İblisləşən Yerdə xurafat göysüzlüyü yaranıb.
Yerdəkilərin yaşamında İblis halı yaranır – zülmət gətirən. İdrak göysüzlüyündən duyğu, iradə yoxluğu yaranır. 

Fitnə-fəsad, şərdən yoğrulmuş işlər törəyir Yer idrakından. Xurafat, cəhalət, anlamsız adət-ənənələr mənəviyyat göysüzlüyü yaradır.

Şairin qəhrəmanları zəlilləşmənin yaratdığı qələbəyə inanmır. Mənəviyyat göysüzləri Vicdanın səsini eşitmirlər. 

Mənəviyyatsızlığın İblislik adlı məqamı var. İblislik – İnsansızlıqdan yaranır. 

Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz iradi imkanlarına inanmayanlara qarşı vuruşurlar. 
Yadlaşma yağılığından ayrıla bilmirlər mənəviyyat korları, çünki iradəsizdirlər.

***

Cavid “Topal Teymur”unda fatehliyin faciəsini dahiyanə şəkildə açıb göstərir. Şair demək istəyir ki, Teymurlar həqiqət, ədalət, ülviyyət dağını fəth edə bilmirlər; zorla ürəklərə yiyələnmək istəyirlər, ancaq bacarmırlar.

***

İnam Ata “25 söz” izharında bəşərin oxumasını gərəkli saydığı 25 nəfər söz yiyəsi sırasında Hüseyn Cavidin də adını çəkir.

Yüzillər ötəcək, Cavidin yaradıcılığı yenə də öz bənzərsizliyini qoruyacaq, yaşadacaq. Onun İnsan soraqlı əsərləri bəşərin bütün çağlarında öz ilahi dəyərini daha da yüksəldəcək, artıracaq.(modern.az)


Etiket:
Xəbərlər

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

12.11.2019

Albanların xiristanlığı qəbul etməsi

07.11.2019

Yarımçıq qalmış sevgi və ya sovetlərin üç körpə qıza etdikləri sitəm...

07.11.2019

Ailəsindən küsən, tənha yaşayıb tənha ölən Xalq artisti

06.11.2019

Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar

06.11.2019

Klounların təzim etdiyi, xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz...

05.11.2019

"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR

04.11.2019

Xruşşov dövrünün Qarabağ şəhidi - FOTOLAR

04.11.2019

Dronqo kimdir?

01.11.2019

O, Xalq yazıçısı adından çox nökər olmağına sevinmişdi – Maraqlı faktlar

01.11.2019

Bir taleyin oyununda iki böyük türk – ARAŞDIRMA

31.10.2019

Xaricdə yüksək vəzifə tutan azərbaycanlılar - SİYAHI

30.10.2019

“Mən türkəm, bu qədər” - Nobel mükafatçısının HƏYAT HEKAYƏTİ

30.10.2019

İnterneti rədd etmək mümkündürmü? - Umberto Eko yazır...

29.10.2019

Rus dili

29.10.2019

Üzünə Bəxtiyar Vahabzadənin tüpürdüyü general: – “Özümü xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım”

28.10.2019

Amerikalı ravvin erməniləri ifşa etdi

28.10.2019

Qan gölü, əmirə kəllə hədiyyəsi, yerlə yeksan olan tarix... – III YAZI

28.10.2019

Hitlerin əsgəri, Stalinin məhbusu olan Azərbaycan aşığı

25.10.2019

Hüseyn Cavid əbədiliyi

24.10.2019

Ayaz Arabaçı - şeirlər

24.10.2019

Xalq Yazıçısı Anar bir qrup gənc qələm sahibiylə görüşüb

24.10.2019

Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?

24.10.2019

Cəlalilər: qanlı üsyan, izi itmiş Koroğlu, öldürülən Dəli Həsən... – Tarixin sandığından

23.10.2019

Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” adlı yeni kitabı çapdan çıxıb

22.10.2019

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

22.10.2019

 Aşıq Ələsgərin xatirəsi Xaçmaz şəhərində yad edildi.

21.10.2019

“Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ

21.10.2019

Süleyman Rüstəmin 30 il əvvəlki son müsahibəsi:
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” 

21.10.2019

Ermənilərin gülünc və absurd iddiaları - ŞƏRH

19.10.2019

Müstəqilliyimiz əbədidir.

18.10.2019

İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi barədə danışdı

18.10.2019

Ərəblinski niyə öldürüldü?

17.10.2019

Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

17.10.2019

İradə Aytel – “Türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm…”

16.10.2019

Milli Ordu quruculuğunun ilk hərbi məktəbləri

16.10.2019

Rizvan Talıbov: “1988-1991-ci ilər ərzində Ermənistandan qaçqın düşmüş 500000 (beş yüz min) bu günkü faktiki sayları 1.000000-u (bir milyonu) keçmiş Ermənistan qaçqınlarının məsələsi sülh danışıqlarının predmeti olmalıdır”

15.10.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

14.10.2019

"Qara bağ": SSRİ dağılmağa nədən başladı

11.10.2019

“Nobel” almış qadınlar

11.10.2019

Uğur böcəyi  

10.10.2019

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj - FOTOLAR

09.10.2019

Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair…  ABDULLA FARUQ

09.10.2019

Məşhur azərbaycanlı aktyor və bolşevikin sui-qəsdi ilə öldürülən Həsən bəy Ağayev - “Qürbətin doğma məzarları”

08.10.2019

Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi

07.10.2019

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

04.10.2019

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

03.10.2019

90 min uşağı ölümdən xilas edən həkimin inanılmaz həyat hekayəsi

03.10.2019

Tibb bacısıyla evləndi, tibb bacısı da onu öldürdü – Maraqlı faktlar

02.10.2019

Bu gün günlərdən Vaqif Bayatlı...

01.10.2019
Bütün xəbərlər