Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

17:06 / 12.11.2019
Baxılıb: 1380

Azərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində dəfələrlə bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər.

1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə Azərbaycan türklərinin maddi və mənəvi yardım göstərmələri Türkiyə üçün bir o qədər önəmli olmuşdur. Bu gün hər iki ölkədə tarixçilər, tədqiqatçılar Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı tarixi xidmətləri, eyni zamanda Azərbaycanın Türkiyəyə göstərdiyi maddi və mənəvi dəstək haqqında ciddi tədqiqatlar aparır, bu barədə xeyli sayda məqalələr və kitablar yazırlar ki, bütün bunlar təqdirə layiqdir. Lakin milli mücadilə illərində Türkiyəyə mühacirət etmiş Azərbaycan Cümhuriyyəti ordusunun 1200 nəfərlik bir birliyinin Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun sıralarına qatılaraq, Qurtuluş Savaşında iştirak etmələri, onların keçdikləri döyüş yolu və sonrakı xidmətləri haqqında ciddi tədqiqatların aparılmaması təəssüf doğuran məqamlardan biridir. Gərəkdir ki, Türk Qafqaz İslam Ordusunun Bakının düşmən qüvvələrindən azad etməsinə verdiyimiz önəmi, könüllü Azərbaycan birliklərinin müxtəlif cəbhələrdə Anadolu türkləri ilə çiyin - çiyinə savaşaraq Türkiyənin istiqlalı uğrunda göstərdikləri xidmətlərə də verək.

Tarixə marağı olan, qeyri ixtisas sahibi həvəskar bir araşdırmaçı olaraq, bu istiqamətdə araşdırmalar aparıb Türkiyənin qurtuluş savaşında iştirak etmiş Azərbaycan türklərindən bir neçə zabit haqqında (Firudin Daryal, Baba Behbud) məqalə yazıb, onların keçdikləri döyüş yoluna işıq tutmağa çalışsam da, bu sahədə peşəkarların ciddi tədqiqatlar aparmasına ehtiyac vardır.

Bu gün sizlərə milli mücadiləyə qatılaraq Türkiyənin Qurtuluş savaşında iştirak etmiş Azərbaycan türklərindən olan general (tümgeneral) Hüseyn Turqut haqqında söhbət açacam.

İRƏVAN XANLARININ GENERAL OĞLU

Hüseyn Turqut Azərbaycanın görkəmli nəsillərindən birinin nümayəndəsidir. O, sonuncu İrəvan xanı Həsən xan Turqut ilə Bəhmən Mirzə Qacarın qızı şahzadə Nuraleyin Qacarın ilk övladıdır. 1900-cü ilin noyabr ayında qədim Azərbaycan şəhəri olan İrəvanda anadan olmuşdur. Babası 1912-ci ildə vəfat edən Abbasqulu xan İrəvanskidir. İrəvan Xanlığının Çar Rusiyası tərəfindən işğal edilərək müstəqilliyinə son qoyulsa da, xan titulu bu nəsildən alınmamışdır. Ailədə beş uşaq olublar. Qardaşları Fərid xan, Sami xan, bacıları Rüxsarə və Adilə xanım.

Hüseyn Turgut orta təhsilini İrəvan şəhərində gimnaziyada almışdır. 1917-ci il oktyabr inqilabından sonra İrəvanda baş qaldıran erməni terroru nəticəsində bütün ailə üzvləriylə birgə Naxçıvana köçürlər. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra ailəsi ilə vidalaşıb Türkiyəyə keçir.

BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ İŞTİRAKI

Türkiyədə zabit namizədi olaraq Osmanlı ordusuna qoşularaq Birinci dünya müharibəsinə qatılır. IV Kolordunun 5-ci tümənində, daha sonra isə Doğu Bəyaziddə 11-ci tüməndə döyüşlərə qatılır. Savaşın son aylarında doğu ve güneydoğu cəbhələrində göstərdiyi üstün xidmətlərə görə "Dəmir Hilal" döş nişanı ilə təltif olunur. Qurtuluş Savaşının başlamasıyla doğu cəbhəsində leytenant rütbəsiylə Qarsın, Sarıqamışın və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarında iştirak edir.

Atatürk tərəfindən “İstiqlal” medalıyla təltif edilir. Savaşın bitməsindən sonra da orduda qalaraq hərbi xidmətini davam etdirir. Türkiyənin güney doğusunda baş qaldıran kürd üsyanlarının yatırdılmasında iştirak edir.

1928-ci il Hüseyn Turqutun həyatında iki əlamətdar hadisə ilə yadda qalır. Onun ailə üzvləri böyük çətinliklərdən sonra nəhayət ki, Türkiyəyə köçməyə müvəffəq olmuşdular. O, ali hərbi təhsilini bitirməyin sevincini, uzun ayrılıqdan sionra ailə üzvlərinə qovuşmanın sevincini ilə birgə yaşayır.

6 DİLDƏ DANIŞAN ZABİT

1930-cu ildə Hüseyn Turqutun həyatında böyük bir dönüş nöqtəsi olur. Həmin ərəfədə Atatürkün təşəbbüsü ilə Türkiyə Hərbi Hava Qüvvələrinin gücləndirilməsi istiqamətində bir çox işlər görülürdü. 1930-cu ilə qədər Ankarada mühafizə alayında xidmət edən Hüseyn Turqut da xidmətdə fərqləndiyinə görə, Hərbi Hava Qüvvələrinə keçirilir.

1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş nəfər pilotdan biri olduğu üçün, yenilikləri izləmək və təlimlərdə iştirak etmək üçün Fransaya göndərilir. Fransada keçirilən təlimlərdə də yüksək nəticələr göstərir.

Hüseyn Turqut bacarıqlı bir zabit idi. O, altı dil bilir, üstün zəkası və çalışqanlığı ilə digər zabitlərdən seçilirdi. Türkiyəyə qayıtdıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığı onun əməyindən yeni pilotların yetişdirilməsi üçün istifadə edirlər.

“Junge Dayı”

Hava Qüvvələrində “Junge Dayı” ləqəbi ilə məşhurlaşır və çox sevilən bir zabit olur. 1934-cü ildən 1946- cı ilə qədər, bu gün dünyanın ən güclülərindən olan Türkiyə Hərbi Hava Qüvvələrinə çox sayda pilot yetişdirməklə ordu quruculuğunda və inkişafında müstəsna xidmətlər göstərmişdir. 1946-cı ildə ağır qəza keçirir. Bu qəzadan sonra səhhəti təlim keçməsinə imkan vermədiyi üçün Hərbi Hava Qüvvələrində başqa müxtəlif vəzifələrdə çalışmış, 42 illik xidmətdən sonra 1960- cı ildə general-mayor rüstbəsində təqaüdə çıxmışdır.

ŞƏHİDLƏR XİYABANINDA DƏFN EDİLƏN GENERAL

Hüseyn Turqut 1936 - cı ildə Ləman Hattusas ilə evlənmişdir. 1940 - cı ildə Nur adlı qızları, 1946-cı ildə isə Turhan adlı oğlanları anadan olmuşdur.
Hüseyn Turqut 1971-ci ilin noyabr ayında vəfat edir. Xüsusi hərbi mərasimlə Ankara şəhərində Cebeci Şəhidlər xiyabanında dəfn edilmişdir.
Oğlu Turhan Tuqut hüquqşunasdır. 2016-cı ildə Bakıya gəlmiş, Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etmişdir. Tanınmış iş adamıdır. Azərbaycan diasporasının fəallarından biridir. Hazırda İstanbulda yaşayır.(karabakhmedia.az)

Orxan Cəbrayıl

 


Etiket:
Xəbərlər

"Arsak Qarabağla əvəzləndi, sirr deyil ki..." - Tarixçi faktları açıqladı

21.09.2020

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR

20.09.2020

Qədim türklərdə dövlət məclisləri

20.09.2020

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini saxta yollarla necə erməniləşdirir? - TARİXİ FAKTLAR

19.09.2020

Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - Fotolar

16.09.2020

Ölüm ilgəyi

15.09.2020

Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür. l hissə

14.09.2020

"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

11.09.2020

Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar.

09.09.2020

Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

06.09.2020

İş adamı Mətanət Süleymanzadə təltif edildi - FOTO

04.09.2020

DGTYB “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çap edib

03.09.2020

Hincaq erməni gizli təşkilatı 2-ci hissə

02.09.2020

Qubadlı rayonunun işğalından 27 il ötdü

31.08.2020

30 avqust – Türkiyənin Zəfər bayramı

30.08.2020

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

29.08.2020

Ermənistan Sevr müqaviləsini niyə "diriltmək" istəyir?

28.08.2020

Hincaq erməni gizli təşkilatı 1-ci hissə

26.08.2020

40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTO

26.08.2020

Amerikadakı qohumlarımız – qızıldərililər...

25.08.2020

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

23.08.2020

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov

18.08.2020

İrəvan Türk Cümhuriyyəti "Turan" partiyası yaradıldı

12.08.2020

39 il əvvəl Parisdə Türkiyə konsulluğunu zəbt edən terrorçu – Sislyan 1988-də İrəvanda baş nazirlər kimi qarşılanıb.  

11.08.2020

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

09.08.2020

Şərqli kənizin oğlu: Da Vinçinin Azərbaycan kökləri
 

08.08.2020

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və... güllələyib.  

07.08.2020

102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır...

06.08.2020

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

QHT həssas qrupları diqqətdən kənarda qoymadı.  

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Elmi Araşdırmalar İctimai Birliyi

15.07.2020

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın bu gün şəhid olmuş general-mayor Polad Həşimova məktubu 

14.07.2020

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri.

14.07.2020
Bütün xəbərlər