ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı general - 25 İLLİK SİRR

11:27 / 20.11.2019
Baxılıb: 388

“Çox çətinliklə dözürdüm. Mən nə ilə məşğul olduğumu belə deyə bilməzdim. Gülməli hallar olurdu. Lazımlı sənədləri almaqdan ötrü nə qədər zəhmət sərf etməli olurdun! Mən bu barədə sakit danışa da bilmirəm”. Kərim Kərimov deyir bunu müsahibələrinin birində.

O Kərim Kərimov ki, 25 il SSRİ-nin bütün kosmonavtlarını göyə yola salmışdı. 1966-cı ildən, ta SSRİ dağılana kimi. Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri kimi. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz o idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən uçuş heyətinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs olub, general Kərimov.

Deyilənə görə, SSRİ-də günün istənilən vaxtı Baş katibə və müdafiə nazirinə zəng etmək iqtidarında olan yeganə şəxs imiş.

Sovet kosmonavtları “Baykonur”dan yola salınanda bütün telereportajlarda onun ancaq çiyini görünərdi. Sovet KİV-də onun adı çəkilməzdi, qadağan idi. Sovet xalqı isə onun adını və üzünü bir də 1987-ci ildə görmüşdü. Özü də televiziyadan da yox, “Pravda” və “Sovetskaya Rossiya” qəzetlərindən.

Kərim Abbasəli oğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakıda, Maştağa kəndində anadan olub. Onun atası Abbasəli Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sahəsində çalışmışdı. Anası Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun qızıydı.

1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu almışdı. Müharibə başlayanda onun xüsusi istedadı nəzərə alınaraq, Dzerjinski adına Artilleriya Akademiyasına oxumağa göndərmişdilər. O, “Katyuşa” adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdı. Bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfilikdə saxlanılırdı. Öz işinə can yandıran Kərim Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünürdü və bu istiqamətdə bir neçə dəyərli təklif də irəli sürmüşdü. Məhz həmin vaxtdan Kərim Kərimov həyatını raket texnikası ilə bağlamışdı.

1945-ci ildən SSRİ Müdafiə Nazirliyinin raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olmuşdu. 1946-cı ildən başlayaraq, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparmışdı. Bu sahədə nailiyyətinə görə, 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdü.

“Baykonur” kosmodromunun əsası qoyulan gündən isə o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdi. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdı. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni - “Lenin” ordeni ilə təltif olunmuşdu.

Onun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən sovet kosmonavtikasının atası Sergey Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdu. Yuxarıda qeyd etdiyimiz kimi, düz 25 il bu vəzifədə çalışmışdı.

Aviakonstruktor, “Texnosvar” zavodunun baş direktoru Fizuli Fərəcov Lent.az -a deyir ki, Kərim Kərimov əslində Korolyovun sağ əli sayılırdı. “Korolyov onunla məsləhətləşmədən qərar verməzdi. Onların hər ikisi nəinki sovet, dünya kosmos sənayesinin əsasını qoyanlardandı”.

Hə, kosmosa insan göndərilməsində SSRİ hamını qabaqlaya bilir. Hətta amerikalıları belə. Bundan sonra təsəvvür edin nə baş verir. Qaqarinin uçuşundan sonra prezident Kennedi insanın Ayı fəth etməsi üçün Senatdan beş il ərzində 240 milyard dolların ayrılmasına nail olur. Bu isə indi təxminən 1 trilyon dollar deməkdir. ABŞ hesab edirdi ki, heç olmasa bu sahədə SSRİ-ni qabaqlasınlar. Əslində, xeyli əvvəl Korolyov insanı Aya çatdıra biləcək raket üçün vəsait almağa cəhd etsə də , “yuxarıdan” ona dəstək vermirlər.

Amma bununla belə, istər siyasi, istərsə də ideoloji sahədə az qala bir-birinin qanını içməyə hazır olan SSRİ və ABŞ kosmos sahəsində sıx əməkdaşlıq edirdilər. Məsələn, “Soyuz-Apollon” kosmik gəmisi çərçivəsində. Kərimov danışırdı ki, bu sırf siyasi layihə idi.

“Akademik Keldış ABŞ-da əməliyyata getmişdi və yolüstü birgə uçuş barədə razılığa gəlmişdi. Hökumətdə də Keldışın ideyasına ABŞ-la yaxınlaşmaq üçün yaxşı imkan kimi baxdılar. Amerikalılar üçün uçuş demək olar ki, havayı başa gəldi. Orbitə çıxmaq üçün onlar Ay proqramından qalan avadanlıqlardan istifadə etdilər. Biz isə etibarlılığı artırmaq üçün bir çox dəyişikliklərə getməli olduq, hər necə olsa da, bu, ilk beynəlxalq uçuş idi. Əgər biz o zaman uçuşu təxirə salsaydıq, amerikalılar bizim imkanlarımıza şübhə ilə yanaşa bilərdilər. Çünki uçuş siyasi xarakterli idi”.

Bir dəfə jurnalistlərdən biri onu SSRİ-nin ən məxfi generalı adlandırmışdı. Başqa bir jurnalist isə ona belə bir sual ünvanlamışdı: “Özünüz necə, nə vaxtsa kosmosa uçmaq istəmisinizmi?”

Cavabı maraqlı olmuşdu: ”Mənə nəinki kosmosa uçmaq, Dövlət komissiyasının sədri kimi xəstələnmək belə qadağan idi”.

1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdu. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə, general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə “Lenin” ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdu. O, həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.

2003-cü ildə Moskva şəhərində vəfat edib və orda da dəfn olunub.

Fizuli bəy deyir ki, Moskvada onun adını daşıyan böyük təhsil kompleksi var. “Hər il ad günü ərəfəsi kosmik tədqiqatlarla bağlı orada müsabiqə keçirilir. Münsiflərə sədrlik isə mənə tapşırılır. Bir azərbaycanlı kimi mən bundan qürur duyuram. O, böyük azərbaycanlı idi, öz ölkəsini də çox sevirdi”.

Fizuli Fərəcov deyir ki, onunla ilk dəfə 1984-cü ildə, “Buran” kosmik gəmisinin yığımı zamanı tanış olub. “O, SSRİ müdafiə naziri Ustinovun sədri olduğu komissiyanın tərkibində bizim zavoda gəlmişdi. Fövqəladə dərəcədə ziyalı və intellektual adam idi. Sadə, təmənnasız. Deməzdin ki, yanındakı sovet kosmonavtikasının əsaslarından birini qoyan adamdır. O vaxta qədər biz onun adını bilmirdik. Sonradan öyrəndik ki, azərbaycanlıdır. Onunla eyni dövrdə yaşamışıq. Amma bir az da keçsin, biz onda biləcəyik ki, o, hansı nəhənglikdə bir azərbaycanlı olub”.(Lent.az)


Etiket:
Xəbərlər

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QƏNBƏR ƏLİ OĞLU BAYRAMOV

03.04.2020

İşğalın ad günü.

02.04.2020

Qarşıdakı iki on günlük çox təhlükəli dövrdür!”
 

02.04.2020

Kəlbəcərin işğalından 27 il keçir

02.04.2020

1918-ci il mart soyqırımı

31.03.2020

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü
 

31.03.2020

MƏCNUN GÖYÇƏLİ BAYATILARI  

30.03.2020

Naxçıvan xanlığına məxsus üçüncü bayraq aşkar edilib

30.03.2020

Qırx günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...

28.03.2020

Unudulmuş Türk Yurdu

27.03.2020

Ermənilər 3 dövlətə ərazi iddiası edir

26.03.2020

Azərbaycanın güllələnmiş daxili işlər naziri - Bir qətlin tarixçəsi

25.03.2020

22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər

23.03.2020

Kirayədə yaşamaq- özgənin evində  gecələməkdir...

22.03.2020

Türkiyəni xəritədən silinməyə qoymayan dahi azərbaycanlı – Nərimanov haqqında bilmədiklərimiz  

21.03.2020

Novruz bayramının tarixi

21.03.2020

Osmanlılardan qadın paltarında gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi  

19.03.2020

Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi

18.03.2020

Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri Babək

17.03.2020

1918-1920-ci illərdə erməni millətçilərinin Naxçıvan, Zəngəzur və Qarabağda qanlı cinayətləri

16.03.2020

HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ – 2-Cİ YAZI

15.03.2020

Feminizim qaranlıq üzü – Nəzakət Məmmədovanın yazısı

14.03.2020

Deputatdan qaçqınlarla bağlı Milli Məclisə şok təklif  - YENİ DEPUTATLARI TANIYAQ

13.03.2020

13 MART HƏSƏN ƏBLÜÇÜN VƏFAT ETDİYİ GÜNDÜR

13.03.2020

HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ – 1-Cİ YAZI

12.03.2020

12 MART CABİR NOVRUZUN DOĞULDUĞU GÜNDÜR

12.03.2020

İstiqlal fədaisi Mirzə Bala Məmmədzadə “haylar” (ermənilər) haqqında

12.03.2020

Ermənilərin erməniləri güldürən xəritəsi – Foto

11.03.2020

Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ: Onların Zeynalabdin Tağıyevə nə borcu var idi? – FOTOLAR

11.03.2020

Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub

10.03.2020

QƏLƏBƏ VƏ MƏĞLUBİYYƏT NİSBİ ANLAYIŞLARDIR.

09.03.2020

215 illik tarixi bina - AĞ EV (FOTOLAR)

09.03.2020

8 Martın yaranmasının maraqlı - TARİXİ

08.03.2020

1992-ci ilin oktyabrında Laçına bayraq sancmağa kim imkan vermədi? - “7 oğul istərəm”

06.03.2020

Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi 

05.03.2020

Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi

04.03.2020

Azərbaycanın işğal olunmuş ərazilərindəki Alban məbədləri

03.03.2020

Tarixi həqiqətlər və erməni uydurmaları

02.03.2020

İsa Məsihə bənzəyən uşağın qaçırılması - Dünya ədəbiyyatından hekayə

01.03.2020

3800 illik yaşı olan `Düşünən adam` heykəli tapılıb - FOTO

01.03.2020

Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI

28.02.2020

Əyyaş əmisinə çəkən rəhbər oğlu – DTK Yuri Brejnevi İsveçdə təşkil olunan eyş-işrət məclisindən xilas edib

27.02.2020

XOCALI SOYQIRIMI DÜNYANIN GÖZÜ ILƏ

26.02.2020

Şahidlərin xatirələri: Xocalı soyqırımı – zamanın sağalda bilmədiyi yara – FOTO-VİDEO

26.02.2020

Xocalı rayonu

25.02.2020

Türk dünyasının 2500 illik sirli əlifbası

24.02.2020

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020
Bütün xəbərlər