Yaratdığı təriqətlə 900 insanın bir gündə intihar etməsinə səbəb olan Cim Cons – Qatil, yoxsa kahin? - FOTO

12:51 / 28.11.2019
Baxılıb: 1328

"Mən hər zaman inandığım şeylərin arxasınca gedirəm"- deyə bilərsiniz. Lakin doğruluğuna inandığınız şeylərin sizə xoşbəxtlik gətirəcəyindən də əminsinizmi? 

250 uşaq, 900-dən çox yetkin yaşlı insanın ölümünə səbəb olan Constaun qətliamı və bu qətliamın baş memarı Cim Consun hekayəsini oxuduqdan sonra buna siz qərar verin.

1931-ci il mayın 31-də dünyaya gələn Cons doğulduğu gündən etibarən anormal bir həyatın baş rol oyunçusuna çevrilib.

Consun anası Lunatta Patnam oğlunun Məsih olduğuna inanırdı. I dünya müharibəsi əlili olan atası Ceyms Törman "Ku Kluks Klan" adlı gizli təşkilatın üzvü olub. Xəyallar görən ananın və içki düşkünü olan atanın övladı olan Consun zəhərli zehninin təməllləri bu dövrdə qoyulub.

Səfalət içərisində yaşayan, ailəsinin belə diqqətindən məhrum qalan Cons içərisindəki boşluğu doldurmaq üçün dinə yönəlib. Həmyaşıdları qəribə bir uşaq olduğu üçün ondan uzaq gəzirdilər.

Cons yalnızlığını pərdələmək üçün hələ 10 yaşında olarkən qonşularla bərabər kilsəyə gedir, İncil oxuyurdu. Sırf ölümün necə bir şey olduğunu öyrənmək üçün həyətdəki pişikləri öldürüb, onlara yas mərasimi təşkil edirdi.

Ana və atası ayrıldıqdan sonra Cons da onlarla bütün əlaqələrini kəsməyə qərar verib. Bundan sonra isə kilsə təhsilinə diqqət ayırıb, vaiz olub, sonra Marsel Bolduinlə həyatını birləşdirdi.

Cim Cons siyasətə olduqca maraqlıydı, oxumağı çox sevirdi. Stalin, Hitler, Mao kimi liderlərin həyatı ilə çox maraqlanırdı. Yaşı artdıqca publikaya yön verə bildiyini anlayan Cons artıq özünəməxsus təriqət yaratmasının vaxtı gəldiyini düşünüb. Təriqət yaratmaq üçün ilk mərhələ pul tapmaq idi. O da qapı-qapı gəzərək ev meymunu satıb, pul yığıb.

Əvvəlcə "Qurtuluşun qanadları" adlı kilsəni yaradıb, ardınca isə sevdiyi liderlər kimi ictimaiyyətə təsir göstərərək "Xalqın məbədi" adlı təriqət formalaşdırıb.

Hər gün radiolarda dini söhbətlərə qonaq olan Cons insanlara şəfa vermək gücü olduğunu da bildirirdi. İctimaiyyətin gözü qarşısında əlil arabasındakı bir qadını ayağa qaldırmış, xərçəng xəstəsi olan bir qadını müalicə etmişdi.

Halbuki pərdə arxasında vəziyyət göründüyü kimi deyildi. Əlil arabasındakı qadın Consun katibəsi idi, xərçəng xəstəsi qadından çıxardığı şiş isə toyuq ciyəri idi.

Lakin Cim Cons yalan deməkdə o qədər mahir idi ki, heç kim bunun yalan ola biləcəyinə ehtimal belə verməyib.

Kilsəsində ictimaiyyətə qapalı iclaslar keçirən Cons zamanla kütlənin diqqətini çəkməyə başlayıb. Bundan sonra o, məharətini siyasi platformada da göstərməyə qərar verib. Əvvəlcə Komunist partiyasına, daha sonra demokratların tərəfinə keçib.

Heç kim onun necə bir yalançı olduğunu anlamırdı. Onu Amerikanın ən böyük dini lideri kimi tanıdırdılar. Hətta üstün fəaliyytlərinə görə Consa "Martin Lüter Kinq" medalını veriblər.

Ancaq onun xoş günlərinin dövrü bitməyə doğru gedirdi. Çünki insanlar arasında onun müridlərini cinsi əlaqəyə vadar etdiyi, narkoman olduğu və zorakılığıa meyilli olması ilə bağlı söz-söhbətlər gəzməyə başlamışdı.

Bu məsələnin mediada işıqlandırılması Consu narahat etməyə başlayır. 1974-cü ildə o, müridlərini də toplayıb Qvineyada aldığı və Constaun adını verdiyi torpaqlara gətirir.

Bu kimsəsiz yer kənardan cənnət kimi görünsə də, əslində burada yaşayan insanların cəhənnəmi idi. Ərazidə çox sayda silahlı adamlar dayanmışdı ki, heç kim qaça bilməsin.

"Ölümlə yaşam eynidir" deyən Cons insanlara hər gün intihar düşüncəsini təlqin edirdi. Burada yaşananlar barəsində xəbər tutan sabiq müridlər və bu insanların yaxın ətrafı dövlətə Consun insanları orada zorla tutması barəsində xəbər verdilər. 1978-ci ildə ABŞ buraya Rayan adlı nümayəndəsini göndərdi. Rayan və onunla birgə Constauna gələn nümayəndə heyəti ilk başda hər şeyin normal olduğunu gördü. Lakin bir nəfər Rayana gizlicə ordan çıxmaq istədiyi ilə bağlı məktub verdi.

Məktubu alan Rayan və nümayəndələr buranı tərk etdilər. Lakin Cons bu məktubdan xəbər tutdu və Rayanı aparan maşın qəzaya düşdü, qəzadan sonra  Rayan həyatını itirdi. Bu hadisədən sonra Cons hər kəsi toplayaraq son çıxışını etdi. İnsanlara bildirdi ki, Constauna hücum edəcəklər və hər kəsi tək-tək öldürəcəklər. Ona görə də biz onlar gəlmədən öncə cənnətə getməliyik.

İntihar qərarından sonra Cons öncədən hazırladığı zəhəri hər kəsə payladı. Ailələr zəhəri əvvəlcə uşaqlarına verdilər, sonra özləri də içərək həyatlarına son qoydular. İnslanların öldüyündən əmin olduqdan sonra Cons başına güllə vuraraq özünü də öldürdü. 250 uşaq və 900 yetkin insanın həyatına son verən qətliamdan yalnız bir nəfər sağ çıx bildi. O da eşitmə əngəlli olduğu üçün Consun elan etdiyi yığıncağa gəlməyib yatıb qalan Davis adlı mürid idi. Faciədən iki gün sonra Rayanın arxasınca gələn nümayəndə heyəti qarşılaşdığı mənzərə qarşısında şoka düşdü.

Consun müayinəsindən sonra onun bədənində yüksək miqdarda narkotik maddə tapıldı.

Burada yaşanan hadisələrin Mərkəzi Kəşfiyyat İdarəsinin günahı olduğu, Constauna gətirilən insanların MKİ-nin apardığı bir təcrübənin parçası olduğu iddia edilsə də, bunu indiyədək sübut etmək mümkün olmayıb.(Musavat.com)

Məleykə Ağasoy


Etiket:
Xəbərlər

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın bu gün şəhid olmuş general-mayor Polad Həşimova məktubu 

14.07.2020

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri.

14.07.2020

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020
Bütün xəbərlər