Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində növbəti tədbir Şamaxıda keçirildi.

15:20 / 07.12.2019
Baxılıb: 678

05 dekabr 2019-cu il tarixində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında baş tutdu. ADPU-nun Şamaxı filialının və DGTYB-nin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə adıçəkilən universitetin rəhbərliyi, müəllimləri və tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru, Filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova qonaqları salamlayaraq, "Nəsimi ili" çərçivəsində görülən işlərdən, təşkil olunan tədbirlərdən bəhs etdi. Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi layihə çərçivəsində növbəti tədbirin universitetdə keçirilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırdı. Təşkilat rəhbərliyinə və qonaqlara təşəkkür etdi. Bundan sonra tədbirin aparacılığını edən DGTYB-nin üzvü, gənc şair-publisist Yusif Nazim çıxış edərək, ölkə başçısının 2019-cu ilin "Nəsimi ili" elan olunması üçün imzaladığı sərəncamdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İmadəddin Nəsiminin əsərləri dövlət varidatı elan olunan müəliflər siyahısına daxil olunması haqqında 7 may 2019-cu il tarixli 211 N-li Qərarından, ölkədə Nəsimiylə bağlı önəmli silsilə tədbirlərin keçirilməsindən, Kiyevdə Nəsimi heykəlinin açılışından, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnistitunda Nəsiminin büstünün qoyulmasından, Beynəlxalq Astronomiya İttifaqının Yupiter və Mars planetləri arasındakı astroedlərdən birininin "Nəsimi" adlandırılmasından, eləcə də İmadəddin Nəsiminin Azərbaycan və Şərq ədəbiyyatında önəmli yerindən, yaradıcılıq nüanslarından danışdı. Daha sonra söz DGTYB başqanı, prezident təqaüdçüsü, şair-publisist İntiqam Yaşara verildi.

şkilat rəhbəri çıxışında vurğuladı ki, ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Nəsimi ili elan olunduqdan sonra çoxsaylı tədbirlər təşkil olundu, cəmiyyət bir daha böyük şairin irsinə qayıtdı. İstər ölkənin paytaxtında və bölgələrində, istərsə də ölkədən kənarda silsilə tədbirlər təşkil olundu, kitablar nəşr olundu və bu proses davam etməkdədir. Dünya Gənc Türk Yazarlar Birliyi də Azərbaycan Gənclər Fondunun dəstəyi ilə bu prosesə öz töhfəsini verməkdədir. Bu layihə çərçivəsində müsabiqələr və konfranslar təşkil edilib, gənc şairlərin şeirlərindən ibarət antologiya çap olunub. Ardınca söz digər iştirakçılara verildi. ADPU-nun Şamaxılı filialının Ədəbiyyat və dillər kafedrasının müdiri, Filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev Nəsiminin əsərlərindən nümunələr gətirərək, izahlar etdi. Universitetin tələbələrindən Məmişova Günay Nəsiminin "Üzünü məndən nihan etmək dilərsən, etməgil" qəzəlini səsləndirdi. Növbəti çıxış edən, Nəsimi yaradıcılığının heyranı, qəzəllərinin bir çoxunu əzbər bilən Fərəc Əliyev də Nəsimi qəzəllərindəki irfandan, eşqin mahiyyətindən danışaraq, dahi şairin bir neçə əsərini əzbər söylədi. Təhsil müəssisəsinin ədəbiyyat və dillər kafedrasının müəllimi Rima Quliyeva da Nəsimi yaradıcılığından təhlilləri, təfsirləri auditoriyaya çatdırdı. Ardınca tələbələrdən Teyfurova Aytac Nəsimidən qəzəl səsləndirdi, Əzizov Fuad "Nəsimi və Tanrı" mövzusunda öz mülahizələrini, fikirlərini söylədi. Daha sonra universitetin rəhbərliyinə və digər çıxış edən iştirakçılara DGTYB-nin diplomları təqdim edildi. Tədbirin sonunda DGTYB-nin rəhbəri İntiqam Yaşar universitetin rəhbərliyinə, müəllim kollektivinə, tələbələrə bir daha öz təşəkkürünü bildirdi. Tədbirin əsas hissəsi bitdikdən sonra DGTYB üzvüləri ayrıca olaraq tələbələrlə fikir mübadiləsi apardılar.Təşkilatın "Yeni nəfəs" adlı yenicə çapdan çıxmış şeir antologiyası tələbələrə paylanıldı. Tələbələr arasından yaradıcılıq qabiliyyəti olanlara təşkilata müraciət etmələri bildirildi. DGTYB-nin rəhbəri İntiqam Yaşar bildirdi ki, yazı qabiliyyəti olan, şeir yazan istedadlı gəncləri mətbuata çıxarmaq, ədəbi mühitə təqdim etmək, antologiyalarda dərc etdirmək təşkilat olaraq bizim prioritet məsələlərimizdəndir. Tələbələr bu görüşdən razı qaldıqlarını, məmnun olduqlarını ifadə etdilər. Görüş tələbələrlə kollektiv şəkil çəkdirməklə sona yetdi. 


Etiket:
Xəbərlər

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020
Bütün xəbərlər