ORDA BİR KƏND VAR, UZAQDA...  ...Getməsək də, görməsək də,  O kənd - bizim kəndimizdir... O kənd - Böyük Qaraqoyunludur...

18:40 / 11.12.2019
Baxılıb: 1688

                              I-hissə

Göyçədən danışıb ondan söhbət açmamağım o kəndin çörəyinə suyuna xəyanət; məni böyüdüb ərsəyə yetirən, mənim əziyyətimi çəkən doğmalarımın ruhuna dönüklük; hər qayğıma qatlaşmaqdan yorulmayan müəllimlərimin zəhmətini itirmək olardı. Ən azından Göyçəyə bağlılığımın mayasında oba durur; içimdəki Göyçə sevgisi o kəndə olan sevgidən, ruhuma zərrə-zərrə hopdurulan sevgidən qaynaqlanıb. O kəndi xatırlamamağım sadəcə mümkün deyil; mənim üçün həyat, Göyçə, VƏTƏN o kənddən, o kəndin girəcəyindəki "Topdaş" deyilən bir ərazidə, nisbətən çökək bir yerdə tikilmiş evdən, o evin qarşısındakı təndir damından - nənəmin təndirindən başlayır. Və bu gün həyatda nəyim varsa, hamsına görə məni Göyçəni unutmağa qoymayan müqəddəs hisslərə görə o təndirə, o evə, o məhəlləyə, o kəndə, o kəndin məni qəlbən sevən nurlu insanlarına, hətta məni sevməyən, amma öz gizli və aşkar nifrətləriylə məni həyat mübarizəsinə təhrik edən insanlara belə borcluyam. Ən əsası, mənim istəyib istəməməyimdən asılı olmayaraq, o kəndin xatırlanmaq haqqı var.

Ən azı ona görə ki, tarixi Göyçə - Oğuz  xanədanının tarixi qədər qədim olmasa da, Qaraqoyunlu sülaləsinin Göyçə hövzəsində və ona yaxın ərazilərdə məskunlaşmasını şərtləndirən ictimai-siyasi reallıqların öyrənilməsi baxımından bu kəndin tarixi xüsusi əhəmiyyət daşıyır.

Ən azı ona görə ki, ümumən Göyçənin taleyinə təsir edən tarixi proseslərin episentirində olmasa belə, sovetlərə qarşı silahlı qiyamın mərkəzində dayanmış bu kəndin tarixini mükəmməl şəkildə araşdırılması ümumilikdə XX əsr Azərbaycan tarixindəki ağ ləkələrin aradan qaldırılması və Göyçədə erməni - türk mübarizəsinin həqiqi mənzərəsinin aşkarlanması, o mübarizəni şərtləndirən amillərin aydınlaşdırılması yönündə əhəmiyyətli rol oynaya bilər.

Göyçə hövzəsinin şərqində, sovetlər dövründə erməniləşdirilərək rayon mərkəzinə çevrilmiş Basarkeçər qəsəbəsindən 12 kilometr şimal-şərqdə, Çalmalı dağının ətəyində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə qərar tutmuşdu.  Böyük Qaraqoyunlu kəndinin bünövrəsinin qoyulma tarixi il bağlı konkret mənbələrdə konkret məlumatlar olmasa da, o obanın söz yaddaşından süzülüb bu günümüzə çatmış hekayətlərin real tarixi faktlara istinad edib, analiz yolu ilə bir sıra nəticələr əldə etmək mümükündür.

Böyük Qaraqoyunlunun bünövrəsini sonuncu Qaraqoyunlu hökümdarı Cahan Şahın oğlu Məhəmməd Mirzə və ona yaxın olan insanlar qoyub. Bu binələşmə təxminən XV əsrin sonlarına təsadüf edir. Tarixdən bəllidir ki, Cahan Şahın ağqoyunlulara məğlubiyyətindən sonra onun tərafdarları  təqiblərdən yaxa qurtarmaq üçün kompakt şəkildə strateji baxımdan əlverişli olan dərədə - indiki İcevan şəhəri yaxınlığından başlayaraq, sovetlər dövründə Krasnoselo rayonunun inzibati mərkəzi kimi  təsniflənən Çənbərək qəsəbəsinə qədər geniş bir coğrafi ərazini əhatə edən, sonradan elə bu tarixi olayla bağlı olaraq "Qaraqoyunlu dərəsi" adını almış  dərədə məskunlaşıblar. Amma az müddət sonra sülalənin daxilində tarixi reallıqlardan qaynaqlanan fikir ayrılığı başlayıb; Ağa Məhəmməd Mirzə azsaylı tərəfdarları ilə birlikdə elatdan ayrılaraq, Göyçənin ən ucqar guşəsində məskunlaşıb və yeni binələşdirdiyi obaya CAHANŞAH adı verib. Qızılbaşların hakimiyyəti bərqərar olduqdan sonra belə bütün XVI əsr ərzində və XVII əsrin birinci qərinəsində   "CANAHŞAH" adı yaşarı olub.

1574-cü ildə bu yerlərə nəzarət imkanı qazanmış Osmanlı Sultanı III Muradın təriqət zəminində səpdiyi ədavət toxumundan  sonra isə Cahanşah adı müəyyən mənada narahatlıqlara səbəb olub. 1640-cı ildə Səfəvilər Göyçəyə nəzarət haqlarını bərpa etdikdən sonra bu narahtlıqlardan sığortalanmaq üçün kənd "YENGİCƏ", yəni, təzə yurd yeri kimi təsniflənib.

Elə həmin zamanlarda Məhəmməd Mirzənin törəmələri arasında təriqətlərə münasibət müstəvisində növbəti fikir ayrılığı yaranıb ki, bu da kəndin iki yerə bölünməsi ilə nəticələnib. Şiəliyi qəbul edənlər öz yurdlarında qalıblar, şiəlikdən kəskinliklə imtina edənlər isə kəndin cənub səmtindəki dağın o biri üzündə məskunlaşaraq, öz obalarını "BALA YENGİCƏ" adlandırıblar. Əsrlər sonra, artıq bu yurd yeni nəsillər üçün təzə olmayanda, öz kimliklərini xatırlamaq və  xatırlatmaq üçün obaların hər ikisinin nümayəndələri özlərini kökdən gələn adlarla nişan veriblər. Beləliklə də obalar el yaddaşında Böyük Qaraqoyunlu Bala Qaraqoyunlu kəndləri kimi əbədiləşib. Nə nəticə əldə etmək mümkündür el yaddaşında daşlaşmış bu hekayətlərdən? Bu suala cavab vermək üçün XV-XVI əsr Azərbaycan tarixinə qısa bir ekskurs etməyə ehtiyac duyulur.

1453-1467-ci illərdə  Qaraqoyunlu dövlətinin hökümdarı olmuş Cahan Şah Çuxur-Sədd ovalığında, indiki İrəvan şəhəri yaxınlığındakı döyüşdə ağqoyunlulara məğlub olduqdan sonra onun törəmələrinin uzun müddət həm  Ağqoyunlu hakimiyyəti, həm də müəyyən fasilələrlə Səfəvi dövlətinin bütün tarixi ərzində təqiblərlə üzləşməsi tarixi mənbələrdə izi qalmış gerçəklikdir. Tarixi məxəzlərdə Cahan Şahın Hüseyn, Həsən( bir sıra mənbələrə görə Həsənəli), Pirbudaq (bəzi mənbələrə görə Budaq), Yusif Mirzə və Məhəmməd Mirzə adlı beş oğlu olduğu barədə məlumatlar öz əksini tapıb. Qaraqoyunlu dövlətinin süqutundan sonra şahzadələrin öz silahlı dəstələri ilə birgə Qaraqoyunlu dərəsində məskunlaşaraq ağqoyunulara tabe olmadıqları, sonradan isə siyası baxışların( hansı hökümdara pənah aparmaq dilemmasına, münasibətlərinə görə) haçalanması səbəbiylə ayrıldıqları da bəllidir. Topqapı Sarayı Muzeyinin arxivindəki 9658 saylı sənədə əsasən təxmini müəyyən etmək olar ki, bu fikir ayrılığından sonra Cahan Şahın böyük oğlu Hüseynin törəmələri öz talelərini Şirvan şaha etibar edərək, onun himayəsinə sığınmışlar. Belə ki, 1512-1520-ci illərdə Osmanlı İmperyasına başçılıq etmiş I Səlimə ünvanlanmış həmin məktubda Cahan Şahın oğlu Hüseynin oğlu Soltan Əli Şirvana gələnə kimi üzləşdiyi müsibətlərdən söhbət açır və qızılbaşlara qarşı mübarizədə I Səlimə öz köməyini təklif edirdi. Qaraqoyunlu dərəsində son deportasiyaya qədər ən böyük nəsillərdən biri kimi tanınan nəslin "Budaqlılar nəsli" olmasına əsasən isə güman etmək olar ki, Pirbudaq və törəmələri heç kimin hakimiyyətini qəbul etməyərək, müstəqil yaşamağa üstünlük vermiş, həm ağqoyunlulara, həm də səfəvilərə qarşı mübarizə aparmışlar. Həmin ərazidə və coğrafi baxımdan Qaraqoyunlu dərəsinə yaxın olan bölgələrdə, o cümlədən Qazaxda şiəliyin geniş yayılmaması gerçəkliyi də bu ehtimalı təsdiqləyən amillərdən biri kimi dəyərləndirilə bilər. Cahan Şahın kiçik oğlu Məhəmməd Mirzənin isə ağqoyunluların hakimiyyətinə qarşı hər hansı şəkildə mübarizə aparması barədə heç bir rəsmi məlumat yoxdur. Amma onun Ərdəbildə təhsil aldığı məlum tarixi həqiqətlər sırasındadır və bu tarix reallıqdır, Qaraqoyunlu dərəsini tərk edərək Göyçədə məskunlaşmış şəxslərin məhz Cahan Şahın kiçik oğlu Məhəmməd Mirzənin tərəfdarları olduğu qənaətinin təsdiqləyici amilləri kimi səciyyələnir. Və bu məqamla bağlı iki məsələyə diqqət yetirmək lazım gəlir.

1. Qaraqoyunluların Yengicə adlandırdıqları yurd yeri (indiki Böyük Qaraqoyunlu kəndi) Ərdəbil haqq dərvişləri ordeninin ən kamil muridlərindən olan Miskin Abdalın  dədə-baba yurdu Siyaqutun( indiki Sarıyaqub kəndinin) cəmi iki kilometrliyindədir. Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, Məhəmməd Mirzənin sufi təliminin əsl mahiyyətindən xəbəri olduğu üçün o tayfa müharibələri yolunu yox, vahid Azərbaycan dövlətinə xidmət yolunu tutub və Qaraqoyunlular arasında fikir ayrılığının əsas səbəbi də bu olub.

2. Yengicənin iki yerə bölündüyü, Böyük Qaraqoyunlu və Bala Qaraqoyunlu kəndləri olaraq ötən əsrin 50-ci illərinə qədər müstəqil ərazi vahidləri kimi yaşaması həmkəndlilərimin hər birinə bəlli həqiqətdir. O kənddə yaşayanlara oda sirr deyildi ki, qan qohumları olan hər iki kəndin sakinlərinin ayrılığına səbəb dini faktor idi. Böyük Qaraqoyunluda şiəliyi qəbul edənlər, Bala Qaraqoyunluda isə ondan kəskinliklə imtina edənlər məskunlaşmışdılar. Buna baxmayaraq, təriqətçilik zəminindəki bu ayrılıq heç bir bölgədəki qədər ağrlı nəticələr verməmiş, bu iki kəndin arasında qohumluq əlaqələri zəncirvari xarekter olmuşdur.

ardı var...

SALMAN VİLAYƏTOĞLU

 Təqdim etdi: İlqar İsmayıl


Etiket:
Xəbərlər

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020

Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video

20.02.2020

Qədim türklərdə dövlət məclisləri

20.02.2020

Uyğurlar haqda nə bilirik? - Araşdırma

19.02.2020

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020
Bütün xəbərlər