ORDA BİR KƏND VAR, UZAQDA...  ...Getməsək də, görməsək də,  O kənd - bizim kəndimizdir... O kənd - Böyük Qaraqoyunludur...    

18:54 / 18.12.2019
Baxılıb: 572

                              II - ci hissə

 

Bu cür paradoksu yalnız və yalnız qan qohumlarının hər hansı prinsipial məsələdə umu-küsüsünün ali məqsədlərə mane olmaması kimi psixoloji amillə izahlamaq mümkündür.

Bütün bu deyilənləri:

- Aağaməhəmmədilərin bu kəndin əsasını qoyması barədə fikirlərin kəndin ən qədim tayfalarının ağsaqqalları tərəfindən qeyd-şərtsiz qəbul edilməsini;

-Qaraqoyunluların indiki Ermənistanın İcevan-Krasnoselo rayonlarının əhatə edən dərəyə sığınmasının 1468-cı ildən sonrakı dövrə təsadüf etməsi reallğını;

-Cahan Şahın oğlanları arasında fikir ayrılığının Şah İsmayılın hakimiyyətindən əvvəl yəni 1501-ci ildən öncə baş verdiyini təsdiqləyən rəsmi sənədləri;

-Cahan Şahın oğlanları arasında fikir ayrılığının Şah İsmayılın hakimiyyətindən əvvəl, yəni 1501- ci ildən öncə baş verdiyini təsdiqləyən rəsmi sənədləri;

-Kəndin şiəliyin qəbulu ilə bağlı zəmində ikiyə bölünməsi reallığını;

-Kəndin əsasını qoymuş tayfada Qaraqoyunlu sülaləsinə məxsus tarixi adların - Cahan, Buduq, Hüseyn, Məhəmməd, Yusif adlarının  zaman-zaman  təkrarlanaraq, nəsildən-nəsilə keçməsi və günümüzə qədər yaşarı olması gerçəkliyini nəzərə alaraq qəti şəkildə söyləmək olar ki: Böyük Qaraqoyunlu kəndinin əsası XV əsrin sonlarında sonuncu Qaraqoyunlu hökümdarı Cahan Şahın kiçik oğlu Məhəmməd Mirzə tərəfindən qoyulub və ilkinliyində kənd CAHANŞAH adlandırılıb.

1555- ci ilə dair sənədlərdə və xəritələrdə Cahanşah kəndi Səfəvi Azərbaycan dövlətinin Qarabağ(Gəncə) bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi səciyyələnir. Məhz elə o zamanlar Səfəvi dövlətinin sürətli inkişafı osmanlıların qısqanclığına səbəb olmuşdu və bu qısqanclıq Sultan III Muradın qızılbaşlara "patoloji nifrət" inin uzunmüddətli qanlı müharibələrə çevrilməsi ilə nəticələndi. 1578-ci ildə Göyçə hövzəsinin şərq hissəsindəki kəndlərin bir qismi , o cümlədən Zod, Zərzibil, Ağkilsə, Cahanşah, Salaməleyk, Siyaqut, Qayadibi, Daşkənd kəndləri osmanlıların nəzarətinə keçdi ki, bu tarixi reallıq da 1590-cı ildə tərtib olunmuş "İrəvan əyalətinin müfəssəl dəftəri" nin 328-ci səhifəsindəki qeydlərdə əksini tapıb. Həmin qeydlərdən bəlli olur ki, o zaman osmanlıların tətbiq etdiyi struktur bölgüsünə əsasən, yuxarıda adaları çəkilən Göyçə kəndlərinin hamsı İrəvan əyalətinin Ordubad qəzasının  Zaur nahiyyəsinin inzibati vahidləri kimi təsniflənirmiş. Osmanlıların bu yerlərə ilk nəzarəti təxminən 50 il davam edib. 1595-ci ildə tərtib olunmuş "İrəvan Əyalətinin icmal dəftəri" ndəki müvafiq qeydlərdən bəlli olur ki, həmin dövürdə Cahanşah kəndi timar şəkilində, yəni dövlət səlahiyyətlərinin gəlirlərini təmin edən vergi ödəyicisi qismində Nahar İsrayıl oğlu, Səfər İlyas oğlu, İbrahim İlyas oğlu və Dürri İsgəndər oğlu adlı şəxslərin mülkiyyətinə verilibmiş. XVII əsrin əvvələrində osmanlılar bu ərazilərə nəzarəti itirdikdən sonra kənd yenidən Səfəvi Azərbaycan dövlətinin Qarabağ bəylərbəyliyinin inzibati vahidləri sırasına daxil edilib və bu dövrdən etibarən şiəliyin Qaraqoyunlu ənənələrinə düşmənçiliyindən qaynaqlanan narahatlıqlar aradan qaldırmaq üçün Böyük Yengicə adlandırılıb ki, bu reallıq da məxəzlərdə əks olunub. Belə ki, 1723-cü ildə osmanlılar bütövlükdə Göyçə hövzəsini ələ keçirən zaman bu yurd yeri rəsmi sənədlərdə "başqa bir adı Cahanşah olan Böyük Yengicə kəndi" kimi təqdim olunurdu. 1728-ci ilin aprelin 12-də Əhməd Şah Mehmad  xan oğlu tərəfindən təsdiqlənərək tuğralanmış "İrəvan əyalətinin icmal dəftəri"nin 15 -ci səhifəsindəki qeydlərdən bəlli olur ki, həmin vaxt kənd inzibati baxımdan İrəvan əyalətinin Məzrə nahiyyəsinin ərazisinə daxil imiş və onun sultan xəzinəsinə illik ödənişi 4582 ağca həcmində müəyyənləşdirilibmiş.

Kəndin adının uzun zaman - təxminən iki əsr boyunca Yengicə, yəni, təzə yurd kimi hallandırılmasını isə qızılbaşlara qaraqoyunluların ideoloji zəmində fikir ayrılıqlarından qaynaqlanan təhlükədən sığortalanmaq, mənasız itkilərdən qaçmaq istəyi ilə izahlamaq olar. XVIII əsrin sonlarına, yəni Səfəvi xanədanının  tarix səhnəsindən  tam silinməsi əminliyi yarananadək bütün rəsmi sənədlərdə Yengicə kimi təsniflənən bir kəndin adının qəflətən dəyişdirilərək Qaraqoyunlu toponimi ilə əvəzlənməsinin o dövrün tarixi reallıqları baxımından, başqa bir izahını vermək sadəcə mümkün deyil.  

Kəndin inkişaf tarixinin sxematik xronologiyasını müəyyənləşdirməyə imkan verən rəsmi sənədlər olmasa da, ağsaqqalların söhbətləri əsnasında belə qənaətə gəlmək mümkündü ki, ağaməmmədlilər və onlarla eyni soydan olub sonradan Bala Qaraqoyunluda məskunlaşaraq, özlərini elə "balaqaraqoyunlular" kimi təqdim edənlər bu kəndin əsasını qoyan tayfalardır. XX əsrin sonlarında Böyük Qaraqoyunluda mövcud olan digər tayfaların bu kənddə məskunlaşma tarixi baxımından ardıcıllığı isə belədir: "Nağılar", "Seyidlər", "Alaboğazlılar", "Kazımlılar""Şıxlar", "Nəsiblilər", "Kalva Çobanlar", "İmirzəlilər",  (Rzalılar: Aşıq Əsəd bu nəslə mənsub idi), "Məşədi Hüseynalılar". Böyük Qaraqoyunluda məskunlaşan sonuncu ən böyük tayfa "İrəvanlılar" adlanırdı ki,onların da əsasını 1905-1920-ci illər aralığında ermənilər tərəfindən dağıdılmış Kəvər - Martuni nahiyyələrindəki türk kəndlərindən gələnlər təşkil edirdi. Bundan başqa  Böyük Qaraqoyunluda say tərkibi etibarı ilə çox da geniş olmayan nəsillər də vardı ki, onları da özlərini təqdim etdiyi şəkildə camaatın qoyduğu adla təsnifləyirdilər: "İmamalılar", "Ədillər", "Petoslar", " Xaçdar"  və s.

Beləliklə, yazılı rəsmi mənbələrdəki məlumatların təhlilindən aydın  olur ki, VXII  əsrin ortalarından etibarən Böyük Qaraqoyunlu, müəyyən fasilələrlə Səfəvi Azərbaycan dövlətinin Qarabağ bəylərbəyliyinin inzibati idarəçiliyində olub. Təxmini məlumatlara və ağammədlilərdən Qəzənfər Cahanovun 1930-cu illərdən etibarən ağsaqqallardan eşitdikləri əsasında tətib etdiyi şəcərəyə görə, məsgunluq tarixinin əvvəlindən XIX əsrin ortalarına qədər Böyük Qaraqoyunlunu Ağa Məhəmməd, Qara Hüseyn(Həsən), Cahan, Gödək Alı, Budaq, Yusif, Qara Məhəmməd, Həsən(Hasan), Soltan Əli( Sultanəli), Mustafa, Məşədi Qəhrəman idarə ediblər.

1826-1829- cu illər İran-Rusiya, Türkiyə-Rusiya müharibələri zamanı Göyçə kəndlərinin böyük əksəriyyəti kimi Böyük Qaraqoyunlu da yerlə yeksan edilib. Bu müharibələrin qasırğasından Böyük Qaraqoyunluya yaxın kəndlərdən yalnız Göyçə Yellicəsi, Zərzibil, Tatul Qışlağa, Zod salamat çıxmışdı ki, bu tarixi reallıq da rəsmi sənədlərdə təsbitlənir. Belə ki, XIX əsrin əvvələrində Rusiyanın istəyi və diqtəsi ilə yeni yaradılan erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan 59 kəndin(ermənilərin tətbiq etdiyi bölgüyə əsasən Göyçə hövzəsi kəndlərinin bir qismi Dərəçiçək mahalının inzibati hüdudlarına daxil edilmişdi və bu səbəbdən də olar bu siyahıya düşməyiblər). İ. Şopen tərəfindən tərtib olunmuş siyahısında 42-ci yerdə Yellicə,(Göyçə Yellicəsi), 45-ci sırada Tatul Qışlağı, 46-cı sırada Zərzibil, 47-ci sırada Zod kəndlərinin adı yer alıb. Bu zaman dağıdılmış kəndlərin əhalisinin mütləq əksəriyyəti Göyçə Yellicəsinə sığınsa da az sonra, yəni XIX əsrin ortalarında onların hamsı öz doğma ocaqlarına qayıdaraq, dədə-baba yurdlarını bərpa etmişlər. Paralel olaraq ermənilər də məqsədləri yolunda fəallıq göstəriblər; Göyçə Yellicəsinin hərbi - strateji əhəmiyyətini, kritik məqamlarda Basarkeçər nahiyyəsinin şərq səmtindəki bütün kəndlərin əhalisi üçün təbii səngər  - qalaya çevrilməsi reallığını nəzərə alaraq, onun bir inzibati vahid kimi ləğvinə nail olublar. Bu realıq da rəsmi sənədlərdə əksini tapıb. Belə ki, 1831-ci ilə dair siyahılarda Böyük Qaraqoyunlu, Hüseynquluağalı, Siyaqut, Salaməleyk, Ağkilsə kəndləri "adları unudulmuş ölü kəndlər" qrafasında ümumiləşdirildiyi və yalnız Göyçə Yellicəsi yaşayış üçün kənd kimi təsnifləndiyi halda; 1831-ci ildəki "ölü kəndlər"in  hamsı 1873-cü ilin statistik hesabatlarına "diri kəndlər" kimi daxil edilib. Göyçə Yellicəsi isə heç bir siyahıya düşməyib.

XIX əsrin 30-cu illərindən etibarən, yəni Göyçə hövzəsi Rusiyanın yaratdığı "Erməni vilayəti"nin idarəçiliyinə verildikdən sonra, təbii ki, bütün rəhbərlər, o cümlədən Böyük Qaraqoyunlunu idarə edən şəxslər də hökümət tərəfindən müəyyənləşdirilib. Böyük Qaraqoyunlu XIX əsrin ortalarında yenidən bərpa edildikdən sonra kəndin rusların tətbiq etdiyi qaydalara əsasən təyin edilmiş ilk rəsmi rəhbəri buraya XVI əsrdə Qara Nağının başçılığı ilə gəlmiş "Nağılar" tayfasının ağsaqqalarından və o vaxt üçün artıq kəndin ən varlı adamı olan Hacı Nağı təyin edilib. Hacı Nağının vəfatından sonra isə bu vəzifəni həm mükəmməl dini, həm də gimnaziya təhsili olan ağaməmmədli Soltan Əli, ağaməmmədli Cahan Məşədi Qəhrəman oğlu, onun qardaşı Molla Nəcəf və seyidlər tayfasından olan Kalva(Kərbalayi) Cəfər daşıyıblar.

1918-1920-ci illərdə ermənilərə qarşı mübarizədə kəndin müqavimət hərakatına ümumi rəhbərlik bütün tayfalarının ağsaqqallarının yekdil rəyi ilə Alaboğazlardan Haxoy kişiyə həvalə olunub. Səmənd Ağanın Sulikova qarşı döyüşündə də Qaraqoyunlu tayfalarının birləşmiş bölüyünün rəhbəri Alaboğazların Haxoyu olub və tarixi döyüşdə Qaçaq Cəmillə, Aşıq Əsəd şücaətləri ilə seçilərək, Səmənd Ağanın mükafatlarına layiq görülüblər. Ümumilikdı isə Alaboğaz Haxoy zəmanəsinin ən adlı-sanlı igidlərindən biri olub və onun ermənilərə qarşı mübarizə tarixçəsi təkcə Göyçə ilə məhdudlaşmayaraq, indi Ermənistan deyilən əzəli-əbədi torpaqlarının az qala bütün bölgələrini əhatə edib. Belə ki, Səmənd Ağa ilə şəxsi dostluğu olan Haxoy onun doğma bacısı oğlu - Vedibasar müqavimət hərəkatının təşkilatçılarından biri olan Abbasqulu Ağa Şadlınski, elə də silahdaşları Qəmlo, Pənah və qeyriləri ilə də mütəmadi əlaqə saxlayırmış. 1930-ci illərdə, kalxozlaşma pərdəsi altında, türklərə qarşı terror kampaniyası başlayanda Kərbalayi İsmayılın dəstəsi ilə Qaçaq Cəmilin Göyçə qaçaqlarının fəaliyyətinin uzlaşdırılması kimi son dərəcə çətin və təhlükəli bir missyanı da məhz Alaboğaz Haxoy həyat keçirib. Bir növ kəşfiyyatçılıq mahiyyəti daşıdığı üçün rəsmi dairələr bu kontekstdə Haxoy kişiyə heç nəyi subut edə bilməyiblər və təbii ki, ona qarşı hər hansı bir ittiham sürməyə belə əllərində əsas olmayıb. Bununla belə, Haxoyun özü ilə yanaşı onun tayfasından olanlar da ciddi təqiblərə məruz qalıblar və bu səbəbdən də alaboğazların böyük qismi Qaraqoyunlunu tərk edərək, müəyyən müddət Daşkəsəndə və Bərdədə məskunlaşmağa məcbur olublar. Sonradan isə onların çox az qismi dönüb kəndə.

1918-ci il mayın 27-də Tiflisdəki  Azərbaycan parlamentarları İrəvan xanlığının tarixi ərazisini Ararat Respublikasına peşkaş etdikdən sonra belə, Göyçənin bir qismi - Göyçə gölünün şimal və şimal-şərq ətrafındakı kəndlər, o cümlədən Böyük Qaraqoyunlu da Azərbaycan Demokratik Cümhuriyyətinin tabeçiliyində olub. Amma nə yazıq ki, Azərbaycan Cümhuriyyətinin o zamankı rəhbərləri Göyçənin müdafiəsi barədə əsla düşünməyiblər. 1919-cu ilin aprelində Göyçənin şimal-şərq, şərq və cənub səmtindəki kəndlərin hamsı, o sırada Böyük Qaraqoyunluda dağıdılıb; Əhalinin sağ qalan hissəsi  müvəqqəti olaraq Cavanşir qəzasının dağlıq zolağında məskunlaşmaq məcburiyyətində qalıb. Göyçə hövzəsinin, 1918-ci il razlaşmasına görə, Azərbaycan tabeçiliyində olan kəndləri 1920-ci ilin noyabrında" Ermənistanda Sovet Respublikası qurulmasının şərəfinə" növbəti torpaq payı qismində ermənilərə bağışlandı.

Salman VİLAYƏTOĞLU

Təqdim etdi: İlqar İSMAYIL

Əvvəli ötən sayımızda (http://goyce.az/news.php?id=1199)

 


Etiket:
Xəbərlər

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020

Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video

20.02.2020

Qədim türklərdə dövlət məclisləri

20.02.2020

Uyğurlar haqda nə bilirik? - Araşdırma

19.02.2020

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020
Bütün xəbərlər