Xanım İsmayılqızı - Həyatın içi kimiyik,                                                   Dünyanın çölü kimi...

17:25 / 18.12.2019
Baxılıb: 748

       XXX

Həyatın içi kimiyik,
Dünyanın çölü kimi

Bu gün də ayıldıq yenə,
Bir günü də öldürdük.
Ürəyimizdən asıldıq,
Özümüzü güldürdük.

Pərdə arxasıdı bura,
Hələ növbə çatmayıb.
Gözlərimiz açıq qalıb,
Ürəyimiz yatmayıb.

Gecənin üzünü yuduq,
Ayın tozunu aldıq.
Bir az günəşin əlində
Oyuncaq kimi qaldıq.

Deyəsən diri kimiyik,
Bəlkə də ölü kimi.
Həyatın içi kimiyik,
Dünyanın çölü kimi.

Nə fərqi var necəyik biz,
Yenə əsirlikdəyik.
Allahın bitirmədiyi
Böyük əsərlərdəyik.

       XXX

 Hər gün birini gözləmək...

Hər gün birini gözləmək...
Tək birini...
Pəncərədən, qapıdan,
Səslərdən, ətirlərdən
Bir az onu oğurlamaq.
Gözlərinin içindən də
Onu qoparıb götürmək,
Yatağına gətirmək,
Yenə üstünü örtmək
Və gözlərindən öpmək...

Hər gün birini gözləmək...
Tək birini...
Kölgələrin boyunda
Axtarışına çıxmaq.
Göydən, yerdən,
Buludların arasından,
Ağacların, adamların arxasından
Boylandığını görmək,
Bir də, bir də itirmək,
İtirdiyində itmək...

Hər gün birini gözləmək...
Tək birini...
Masanın boş yerində
Onun yerini saxlamaq,
Telefonun zənginə,
Qapı döyülüşünə,
Dəli kimi gülüşünə
Diksinərək atılmaq...
Ayılmaq və ayılmaq...
Yoxluğu udub əsmək,
Ayıqlığından küsmək...

Tək birini... Tək birini
Hər gün, hər gün gözləmək...
Tək birini...Tək birini
Ölüncə əzizləmək...

        XXX

Daş deyil, adamdı bu
Zərbələrin altında.
Ruhu üstdə dayanır
Zirvələrin altında.

Necə yatır bir bilsən,
Hara çatır bir bilsən,
Ürək atır, bir bilsən,
Cilvələrin altında.

Hissləri oraq edir,
Səsini çıraq edir,
Canını daraq edir
Kəlmələrin altında.

Əriyir, muma dönür,
Damladı, cama dönür,
Səhrada quma dönür
Həmlələrin altında.

Yumağına dolanır,
Öz-özünə calanır.
Hər fəsilə yollanır
Cümlələrin altında.

Quş deyil, adamdı bu
Zirvələrin altında.
Ruhu üstə dayanır
Nəğmələrin altında.

            XXX

Beləcə...

Eləcə susub baxırlar yaranışın səsinə,
Beləcə addımdan addım ataraq yeriyirlər.
Eləcə günəşdən uçub aya doğru qaçırlar,
Beləcə göyə oxlanıb havanı bürüyürlər.

Eləcə boyun əymirlər taleyin yazısına,
Beləcə bütün sədlərdən əllərini çəkmirlər.
Eləcə dimdik dururlar haqlarının üzündə,
Beləcə dayazlaşaraq yer altına çökmürlər.

Eləcə ağ rəngin üstə hisslərə bölünürlər,
Beləcə yağışa dönüb torpağa toxunurlar.
Eləcə qaya içindən cücərib boylanırlar,
Beləcə yaddaşa qonub həvəslə oxunurlar.

Eləcə hamıdan qaçaq bir ömür yaşanılır,
Beləcə qovanlarının dilində hallanırlar.
Eləcə doğula bilib alqışların altında,
Beləcə dörd bir tərəfə ayaqsız yollanırlar.

Eləcə canlıda deyil, cansızında sevilir,
Beləcə sərvət olanın adı küçəyə qalır.
Eləcə daşın üstünə baş qoyanlar görünür,
Beləcə dövlətlər yatır, ömrü gecəyə qalır.

Eləcə susub baxmırlar səsin yaranışına,
Beləcə ünvana ünvan qataraq yeriyirlər.
Eləcə cavaba dönüb yeddi qatda bitirlər,
Beləcə göyə oxlanıb havada kiriyirlər.

           XXX

Bir körpəciyim böyüyür...

Dünyanın ovcu içində
Əsən ələyim böyüyür.
Yağışlar gözümə yağır,
Amma ürəyim böyüyür.

Qucağı dolu var gəlir,
Nəfəsi üstə qar gəlir,
Çiynimə yeri dar gəlir,
Uçan mələyim böyüyür.

Qollarım asılıb qalan,
Boynuma qısılıb qalan,
Yükümə yazılıb qalan
Yazıq kürəyim böyüyür.

Yolumun ömür daşında,
Payızında və qışında,
Oynayıb ocaq başında
Kiçik fələyim böyüyür.

Ulayır yalquzaq yerdə...
Gözlərdən çox uzaq yerdə...
Hələ mənə yasaq yerdə
Bir körpəciyim böyüyür...

            XXX

Bütün xəstələri, sağaldan həkim

Bütün xəstələri sağaldan həkim,
Mənim azarımın əlacını tap.
Hər gün qaşıq-qaşıq yediyim balı,
Zəhərə çevirən bu acını tap!

Bir iynə vur mənə, huşu itirim,
Kəs, doğra canımı, ziyanı yoxdu.
Onsuz da vücudum bəla içində
Sızlayır, ağrısız bir anı yoxdu.

Ürəyimi çıxar, yenisini qoy,
Beynimi parçala, fikirləri yu.
Gözümün dibinə işığı göndər,
Ora düşüb qalan şəkilləri yu!

Qanımı təmizlə, qanım qaralıb,
Axıt, yeni rəng vur, tap bu çözümü.
Bütün xəstələri sağaldan həkim,
Elə et, tanıya bilim özümü!

 


Etiket:
Xəbərlər

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020

Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video

20.02.2020

Qədim türklərdə dövlət məclisləri

20.02.2020

Uyğurlar haqda nə bilirik? - Araşdırma

19.02.2020

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020
Bütün xəbərlər