Cahandar Bayoğlu: “Primakovların, qraçovların və barannikovların ölməsinə baxmayaraq, hələ də onların ruhlarına belə, xidmət edənlər var”

10:00 / 21.12.2019
Baxılıb: 936

Azərbaycanda ciddi islahatlar başlanıb.

Kadr və struktur islahatlarından sonra erkən parlament seçkilərinə qərar verildi. 

Bu proses cəmiyyətdə köhnə təfəkkürlü məmurların yeni siyasət daşıyıcıları ilə əvəzlənməsi kimi başa düşülsə də, bütün bunların hansı uğurlara gətirib çıxaracağı təəssüflər olsun ki, cəmiyyətlə bölüşülmür. Birləşmiş Azərbaycan Yurdları Ocağının başqanı Cahandar Bayoğlu ilə baş verənlərə aydınlıq gətirməyə çalışdıq. 

– Cahandar bəy, son dönəmdə ölkədə kadr islahatları başlayıb. Bununla yanaşı, həm də yeni struktur dəyişiklikləri müşahidə olunur. Bütün bunları necə qiymətləndirirsiniz? 

– Bu proses 1993-cü ildə Heydər Əliyev və Əbülfəz Elçibəy tərəfindən qarşısı alınan vətəndaş müharibəsinin səbəblərinin aradan qaldırılmasına yönəlik dövlət siyasətinin məntiqi davamı kimi dəyərləndirilməlidir. 

– İndiki məqamda vüsət götürən bu kadr islahatları ölkəmizdə nə kimi yeniliklərə səbəb olacaq? 

– Bu, daha çox Azərbaycanın imperiya təfəkkürünü daşıyan adamlardan, düşüncə sistemindən azad olunmanın və ölkəmizin müstəqil dövlət kimi güclənməsinin ən önəmli mərhələsi kimi qiymətləndirilməlidir. 

– Kadr islahatları və struktur dəyişikliklərinin ardından Milli Məclisə seçkilərin gündəmə gəlməsi ildırım sürəti ilə islahatların daha güclü şəkildə inkişafına təkan ola bilərmi? 

– Seçkilərin növbədənkənar keçirilməsi, yenilənmə siyasəti 1993-cü ildən başlanılan prosesin, müstəqil Azərbaycanın qarşısında maneə olan bütün qurumlarda islahatların aparılması xarici düvvələrin və səbatsızlığın əsiri olan adamların zərərsizləşdirilməsinin ən ciddi mərhələsi olacaq. Birləşmiş Azərbaycan Yurdları Ocağı  olaraq bütün milli dəyərlərə önəm verən bir təşkilatıq. Biz 1993-cü ildə Azərbaycanı vətəndaş savaşına sürükləyən qüvvələrin və milli maraqlarımıza qarşı çıxan, dövlətçiliyimizin inkişafına mane olan qüvvələri tanıyırıq. Bu şəbəkələrin iflasa uğradılmasını, tamamilə aradan qaldırılmasını alqışlayırıq və bu siyasətin yanındayıq. 

– Beləliklə, bir təşkilat başqanı kimi uzun müddətdir ölkə daxilində, həm də xaricdə bayaq qeyd etdiklərinizi cəmiyyətlə bölüşmüsünüz. Heç nədən çəkinmədən bu yöndə müsahibələr vermiş və fikirlərinizi ifadə etmisiniz. İndi isə, bu prosesdə aktiv iştirak üçün parlament seçkilərinə qatılmaqla öz töhfənizi daha uca tribunalardan vermək üçün namizədliyinizi irəli sürmüsünüz. 

–Hər birimizin gözlədiyi gün bu gündür. Belə bir mərhələdə prosesin aktiv iştirakçısı olmağı, aparılan siyasətə tam dəstək verməyi özümə borc bildiyim üçün Milli Məclisə keçirilən seçkilərdə iştiraka qərar vermişəm. 

“Biz inanırıq ki, məhkəmə strukturlarında ciddi islahatlar gerçəkləşəcək”

– O da bəllidir ki, bu proseslərin daha çevik və dinamik inkişafı üçün məhz Milli Məclis seçkilərinin keçirilməsi vacib şərtlərdən birinə çevrilmişdi. 

–Qanunverici orqanda təmsil olunan köhnə zehniyyət  islahatlardan narahat olduğu üçün, Prezident xalq tərəfindən seçilmiş yenilikçi və legitim Milli Məclisin formalaşmasında maraqlıdır. Biz inanırıq ki, bundan sonra, məhkəmə strukturlarında ciddi islahatlar gerçəkləşəcək. Bütün bunlar ölkəmizin dövlət olaraq inkişafını, dünyada yaşayan 60 milyonluq azərbaycanlının milli iradəsinin təmsilçisinə çevrilməsini təmin edəcək. 


-Moldova, Ukrayna, Qırğızıstan, Gürcüstanda hakimiyyət xarici donor güclərin sayəsində köklü islahatlara getdi. Azərbaycanda isə tamamilə fərqli olaraq iqtidarın özü bu proseslərin önünə çıxıb. 

–  Azərbaycanda 1993-cü ildə vətəndaş savaşını törətməkdən çəkinməyən, bir yandan hakimiyyətin, digər yandan,  müxalifətin içində gizlənərək dövlətçiliyimizə qarşı əsl təhlükə mənbəyi olan bu adamlar zaman-zaman Heydər Əliyev tərəfindən zərərsizləşdirsələr də yenə də  təhlükə mənbəyi olaraq qalırlar.  Dövlətləşmə siyasətini davam etdirən İlham Əliyev xarici siyasəti uğurlu apararaq daxildəki bu cür şəbəkə və adamların zərərsizləşdirilməsi imkanı əldə edib. Xüsusilə, Mehriban xanım Əliyevanın  Birinci vitse- prezident postuna gətirilməsi, çağdaş müstəqil düşüncəli kadrların ali dövlət orqanlarında təmsil olunması milli-mənəvi dəyərlərə malik yeni bir komandanın formalaşması ilə nəticələndi. İlham Əliyev də bu kadr bazasından istifadə edərək geniş islahatları asanlıqla apara bilir. Bütün bunlar Azərbaycanı təhdid edən, ölkəni vətəndaş savaşına sürükləməyə qədər gedən qüvvələrin uzaqlaşdırılmasının son mərhələsi kimi dəyərləndirilə bilər. Biz bu proseslərə qatılmaqla aparılan islahatlara görə dövlət rəhbərliyinin yanında olmaq qərarını vermişik. Prezidentin apardığı bu siyasət Azərbaycan dövlətinin milli maraqlarını özündə əks etdirən dünya azərbaycanlılarının strateji hədəflərini birləşdirən ən güclü faktor deməkdir. 

– O da bəllidir ki, Azərbaycan bir dövlət olaraq miqyasda bir sıra uğurlu addımlar atıb. Beynəlxalq səviyyədə keçirilən konfranslar ölkəmizin imicini tamamilə fərqli məcrada dəyişdirdi. Bir yandan iqtisadi baxımdan əlaqələrin inkişafına, digər yandan real hakimiyyətin mövqelərinin güclənməsinə səbəb oldu. Məhz bundan sonra ölkədaxili islahatlara asanlıqla getmək mümkün oldu. Bütün bunları işğal altında olan ərazilərimizin azad edilməsinə doğru atılan addımlar kimi də qiymətləndirmək olarmı? 

– Biz Azərbaycanın beynəlxalq aləmdə mövqeyi dedikdə, dövlətimizin siyasi kursuna  diqqət yetirməliyik. Daxili və xarici faktorların  nə qədər bir-birini tamamladığına önəm verməliyik. Mövcud uyğunsuzluqları aradan qaldırdıqca, Azərbaycan beynəlxalq miqyasda öz potensialını da asanlıqla ortaya qoya biləcək. Biz məhz bu yolla gedirik. Beynəlxalq miqyasda olduğu kimi, daxili siyasətin harmonik şəkildə inkişafı da məhz bu faktorlara yol açır. Xalqın və hakimiyyətin uzlaşmış dəyərləri elə bunun ali prinsiplərindən biridir. 

– Bütün bunları qoşulduğunuz seçki kampaniyasında işıqlandıracaqsınız? 

– Seçkiyə Nəsimi rayonunun 22 saylı Seçki Dairəsindən namizədliyimizi irəli sürməklə qanunvericiliyin tələblərinə uyğun olaraq zamanında fikirlərimi seçicilərimlə bölüşəcəyəm. 

– Nədənsə ölkədaxili və beynəlxalq miqyasda Azərbaycan müxalifətinin səsi duyulmur… 

– Qeyd etdiyimiz kimi, Azərbaycan hakimiyyətində olduğu kimi, müxalifətdə də eyni mərkəzli bir-birinə bağlı olan ciddi çevrələr mövcud idi. Ayrı-ayrı strukturlarda gizlənmiş qüvvələr ölkəni iflic vəziyyətinə salmaq üçün Azərbaycanı daim qarşıdurmalara itələyib. Bu tiplər Azərbaycanda  vətəndaş sülhü, insanlar arasında qarşılıqlı sayğı kimi dəyərləri yox etmək üçün çalışıb və cəmiyyəti çaş-baş ediblər. Bəzi qüvvələr toplumda yaradılan anormal mühitdən qorxaraq zaman- zaman yanlış siyasət yürüdüblər. Bəziləri isə  hələ də şüurlu olaraq bu siyasəti davam etdirirlər. Qraçovlar, barannikovlar, primakovlar ölsələr də, bəzi adamlar peşə xəstəliyinə tutulduqları üçün indi də onların ruhuna işləməyi özlərinə borc biliblər. Dövlətin ali iradəsiylə gerçəkləşən bu proseslərin sonu bu adamların da sonunu gətirəcək.(cebhe.info)


Etiket:
Xəbərlər

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020

Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video

20.02.2020

Qədim türklərdə dövlət məclisləri

20.02.2020

Uyğurlar haqda nə bilirik? - Araşdırma

19.02.2020

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020
Bütün xəbərlər