Qarabağ xanlığının bayrağı: bu haqda nə bilirik?

11:53 / 21.12.2019
Baxılıb: 204

Azərbaycanın zəngin milli dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri də xanlıqlar dövrüdür. Xanlıqların dövlət atributlarını müəyyənləşdirən simvollar (rəmzlər) arasında taxt, tac, möhür, qılınc, pul vahidi, bayraq, döyüş bayrağı, bunçuk və tug mühüm rol oynayırdı. Bu atributlar arasında bayraqlar mühüm yer tutur.

Hər bir bayraq həm də, mənsub olduğu dövlətin coğrafi məkanı, təmsil etdiyi xalqın etnik kökləri, milli təfəkkürünün, dünyagörüşünün miqyası haqqında məlumat məcmuəsidir. Müasir Azərbaycan tarixşünaslığında milli dövlətçilik və onun atributları ilə bağlı bir sıra dəyərli tədqiqat əsərləri nəşr olunsa da, hələ də bu sahədə öz həllini gözləyən bəzi məsələlər var. Sovet hakimiyyəti illərində Azərbaycan xanlıqlarının bayraqlarına düşməncəsinə münasibət bəslənilməsi nəticəsində onlar itib-batıb, yaxud muzeylərin məxfi fondlarında gizlədilib. Məhz bu səbəbdən, P.Gözəlovun “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” (rus dilində, Bakı, 2010) adlı monoqrafiyasında qeyd edildiyi kimi, təəssüf ki, Qarabağ, Naxçıvan, Şamaxı, Dərbənd, Quba və digər Azərbaycan xanlıqlarının dövlət bayraqlarının axtarışı lazımi səviyyədə aparılmadığından indiyədək tapılmayıb. Bu gün Azərbaycan tarixşünaslığında Qarabağ xanlığının bayrağı kimi respublika ictimaiyyətinə təqdim olunan bayraq, bir çox mənbələrdə qeyd edildiyi kimi, 1807-ci I ildə Rusiya imperatoru I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu xana hədiyyə edilən bayraqdır. Bu bayrağın Qarabağ torpaqlarında görünməsi, onun Qarabağ xanlığının tarixi ilə nə dərəcədə bağlı olub-olmaması məsələlərinə bir daha nəzər salaq. 1804-1813- cü illərdə baş vermiş Rusiya-İran müharibəsinin gedişində, 14 may 1805-ci il tarixdə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanmış Kürəkçay müqaviləsinin yeddinci maddəsində oxuyuruq:

“İmperator əlahəzrətlərinin zati-aliləri şuşalı və qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır”.

Müqavilədə, həmçinin, xanlığın idarəsinin irsi, böyüklüyə görə nəsildən-nəslə keçməsi və bunun çar tərəfindən təsdiq edilməsi də nəzərdə tutulurdu. Qarabağ xanı İbrahimxəlil xan Kürəkçay müqaviləsini imzaladığı zaman varislik və vəliəhdlik adını böyük oğlu Məhəmmədhəsən ağaya verib. Lakin Məhəmmədhəsən ağa, hələ İbrahimxəlil xanın sağlığında, 1806-cı ıl fevralın 24-də vəfat etmişdir. Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi ilə birlikdə çar ordusunun zabiti, mayor Lisaneviç tərəfindən qətlə yetirildikdən sonra Rusiya hərbi komandanlığı qarşısına Qarabağ xanı təyin etmək problemi çıxdı. Xanın digər oğlanları arasında ən böyüyü Mehdiqulu ağa idi və çar hökuməti 10 sentyabr 1806-ci ildə varislik və vəliəhdlik sənədini xanlıq möhürü ilə birlikdə ona verdi. Bəzi mənbələrdə qeyd olunur ki, guya xanın böyük oğlu Cəfərqulu ağanın onsuz da Rusiyaya sədaqətli olduğunu nəzərə alan rus komandanlığı onun qardaşı, bəzən Qacarlara olan meylini gizlətməyən Mehdiqulu xanı öz tərəfinə çəkmək üçün ona Qarabağın idarə olunması haqqında fərman təqdim edib. Sonralar Mehdiqulu xan İrana qaçdıqdan sonra Rusiya hökuməti tərəfindən oğlu Kərim Cavanşirlə birlikdə Simbirskə sürgün edilən Cəfərqulu ağa 1827- ci ildə I Nikolaya yazdığı məktubunda bildirirdi ki, İbrahimxəlil xan qətlə yetirildikdən sonra vəliəhdin oğlu olduğu üçün, xan taxtı ona çatmalıymış, lakin rus komandanlığı yanlış addım ataraq Mehdiqulu xanı hakimiyyətə gətirib.

Əslində isə Cəfərqulu ağa İbrahimxəlil xanın deyil, özünün də qeyd etdiyi kimi, vəliəhd Məhəmmədhəsən xanın oğludur və Məhəmmədhəsən xan hələ İbrahimxəlil xanın sağlığında vəfat etdiyinə görə, Kürəkçay müqaviləsinə əsasən xanlıq ona deyil, Mehdiqulu xana çatmalı idi. Kürəkçay müqaviləsində qeyd olunan bayraq çar Rusiyası tərəfindən 1807-ci ildə Mehdiqulu xana təqdim edildi.

Bayraq (ölçüləri 115 x 100 sm) zamanın təsirindən saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənib. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilib. Qalxanın üzərində ağ, qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi – Müqəddəs Müzəffər Georginin əksi verilib. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilib, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınıb. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülüb.

Rusiya imperiyası tərəfindən bayraq əta edilməsi təkcə Qarabağ xanlığı ilə məhdudlaşmamışdır. Aşağıdakı təsvirlərdə Naxçıvan xanlığının işğalından əvvəlki və sonrakı dövrlərdə Kəngərli süvarilərinə aid bayraq nümunələri verilmişdir.

Təsvirlərdən göründüyü kimi, Naxçıvan Kəngərlilərinin batalyonunun 1827 –ci ilə aid bayrağı istisna olmaqla, digər bütün bayraqlarda əsas elementlər, demək olar ki, eynidir. Əslində bu, Rusiya imperiyasının əsarət altına aldığı xalqların dövlətçilik ənənələrini məhv etmək, onları öz bayrağı altına toplamaq cəhdindən başqa bir şey deyildir. Çox təəssüf ki, bəzi alimlərimiz I Aleksandr tərəfindən Mehdiqulu xana verilmiş bayrağı köləlik simvolu kimi qiymətləndirmək əvəzinə, bu bayraqla tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində mövcüd olmuş bəzi dövlətlərin bayraqları arasında “varislik əlaqələri” axtarışına çıxmışlar.
Qaynaqların verdiyi məlumata görə, Qarabağ xanlığının öz bayrağı olmuşdur. Qarabağ xanlığının bizə məlum olan dövlət atributlarına, tarixi mənbələrə diqqətlə nəzər saldıqda, zənnimcə , Qarabağ xanlığının bayrağı hər birimizin gözü qarşısında canlanacaqdır. İlk növbədə “Pənahabad” adlanan gümüş pulun təsvirinə nəzər salaq:

Mirzə Adıgözəl bəy “Qarabağnamə” əsərində yazırdı: “mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı”.

Düşünürəm ki, bu bir cümlə Qarabağ xanlığının bayrağının mahiyyətini dərk etmək üçün açar rolunu oynayır. Burada “dövlət günəşi” ifadəsi bayrağın üzərindəki doğan günəş təsvirinin ifadəsidir. Heraldikada “əbədi, daimi, sonsuz həyat” rəmzi kimi, günəş geniş istifadə edilən əsas fiqurlardan biridir, adətən, doğan və ya batan günəş təsvirlərindən istifadə edilir.
Bir qayda olaraq günəş qızılı rəngdə verilir, şüalarının sayı müxtəlif sayda olsa da, 16-dan çox olmur. Azərbaycan Respublikasının Dövlət Gerbi üzərindəki qızılı rəngli 8 düymə də günəş şüaları kimi qəbul olunur. Bu gün günəş təsvirini Nepal, Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay, Malayziya, Filippin, Yaponiya dövlət bayraqlarında görmək olar. Hesab edirəm ki, Mirzə Adıgözəl bəyin yuxarıda xatırladılan cümləsindəki “şövkət” ifadəsi “əzəmət, qüdrət, güc” şir rəsmini ifadə edir. Dünya heraldikasında şir təsvirləri qoruyucu funksiyasını, dövlətin hərbi gücünü də əks etdirir. Bayrağın hərbi əhəmiyyətini xüsusi vurğulayan tədqiqatçılar onun döyüş meydanında oynadığı mühüm rolu da qeyd edirlər. Türk dünyasının təkraredilməz abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında düşmən hücumunun qarşısını ala bilən Salur Qazanın qardaşının “Kafərin tuğilə sancağı (yəni bayrağı) qılıncladı”ğı və “yerə saldı”ğı göstərilir. Bu isə düşmənin məğlub edilməsi demək idi. Ölkəmizin müxtəlif guşələrində, xüsusilə, Bakı şəhərində daha tez-tez rastlaşdığımız qoruyucu sayılan şir heykəlləri qədimdə daha çox sarayların və evlərin giriş qapılarında qoyulurdu. Bu heykəllər giriş və dəhlizin sağında, solunda sıra ilə düzülürdü. Hətta qədim şumerlər pəncərənin üstündə də şir başları qoyurdular ki, pis ruhlar guya oradan evə girməsinlər. Azərbaycan dövlətçilik tarixinə nəzər saldıqda Səfəvilər dövlətinin, İrəvan xanlığının, Nadir şah Əfşarın imperiyasının dövlət rəmzlərində də günəş və sir təsvirlərinin əsas yer tutduğunun şahidi oluruq.

Mürzə Adıgözəl bəyin ifadəsində diqqəti cəlb edən məqamlardan biri də “riyasət üfüqündən” sözləridir. Çox şübhəsiz ki, “riyasət” ifadəsi bayrağın mərkəzində dövlətin qoruyucusu kimi mövqe tutan şir təsvirinə bir işarədir. Pənahabad adlanan pulun üzərindəki günəşin tutduğu mövqeyə bir daha diqqət yetirildikdə, Azərbaycan tarixçisinin geniş təfəkkür sahibi olduğu bir daha meydana çıxır.

Bu gümüş pulun üzərində qızılı rəngli düymələr də əks olunmuşdur. Pulun üzərində günəş təsviri verildiyinə görə həmin düymələr günəşin təcəssümü ola bilməz. Yenə də köməyimizə Mirzə Adıgözəl bəy çatır. Görkəmli tarixçinin ifadəsini bir daha xatırlayaq: ”mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı”. “Qarabağ vilayətinin bütün sahəsini” –zənnimcə, yalnız bu düymələr təsdiq edə bilər. Bu düymələr Qarabağ xanlığını təşkil edən mahalların sayını göstərir. Tarixi mənbələr sübut edir ki, heraldika tarixində həmin dövrə aid ayrı-ayrı dövlətlərin ərazi vahidlərinin sayını həmin dövlətlərin bayraqlarında əks etdirən elementlərin əks olunması faktları heç də az olmamışdır. Pulun kənarları isə qızılı rəngli saçaqlarla haşiyələnmişdir.

Qeyd olunanlar əsasında gözlərimiz önündə Qarabağ xanlığının bayrağını canlandırsaq, bu bayraqla Səfəvilər dövlətinin bayrağı arasında varislik əlaqəsini görmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, Qarabağ xanlığının bayrağında şir təsvirinin istiqaməti fərqlidir və bu bayrağa düymə təsvirləri əlavə olunmuşdur. Səfəvilər dövlətinin 235 illik dövlətçilik ənənələrini, 1736-cı ildə Muğan qurultayında şah seçilən Nadir tərəfindən Səfəviləri müdafiə etdiklərinə görə Qarabağın Cavanşir, İyirmi dörd, Otuzikilər, kəbirli, ziyadoğlu, baharlı tayfalarının ciddi cəzalandırılmasını, onların arasında Qarabağ xanlığının banisi Pənahəli xanın da olduğunu nəzərə alsaq, hər iki dövlətin bayraqları arasındakı oxşarlığın heç də təsadüfi olmadığı qənaətinə gəlmək mümkündür.
İnanıram ki, yaxın gələcəkdə Qarabağ xanlığının bərpa edilmiş bayrağı tarixi Azərbaycan bayraqları arasında öz layiqli yerini tutacaqdır.(karabakhmedia.az)

Rəşid NURMƏMMƏDOV,
tarixçi, Əməkdar müəllim


Etiket:
Xəbərlər

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020

Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video

20.02.2020

Qədim türklərdə dövlət məclisləri

20.02.2020

Uyğurlar haqda nə bilirik? - Araşdırma

19.02.2020

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020
Bütün xəbərlər