Yalnız bir dəfə sevdi və heç vaxt ailə qurmadı – Qeyb olan şair

18:08 / 26.12.2019
Baxılıb: 600

Məhəmməd Hadi yaradıcılığının əsas hissəsini vətənə, millət sevgisinə, onun azadlığına, hürriyyətinə həsr edən şairlərdəndir. Xalqının maariflənlənməsi, günəşli sabahı üçün öz ömrünü belə gözə alan, fəda edən ədiblər kimi Məhəmməd Hadi də çətin, ağır, keşməkeşli həyat sürüb.

Yetimlik, nənə və əmi sığınacağı, nakam eşq, didərgin ömür, qürbət, aclıq, səfalət, ağrılar...Tənha ömür və naməlum ölüm.

Məhəmməd Hadi (Ağa Məhəmməd Əbdülsəlimzadə) 1879-cu ildə Şamaxı şəhərində doğulur. Hadinin naxışına bütöv, xoşbəxt ailədə doğulmaq düşür. Lakin bu xoşbəxtliyin ömrü az olur. Atası Əbdülsəlim o hələ 9 yaşında olarkən vəfat edir. Atasını itirən Hadinin anası da onları tərk edir. İkinci dəfə ailə qurur. Kiçik Hadi bacıları Əsma və Sahibə ilə nənəsi Teyyibə xanımın və ata qohumlarının himayəsində qalır.

Oxumaq eşqi

İbtidai təhsilini Şamaxıda məhəllə məktəblərinin birində alan Hadi sonralar Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxuyur. Ərəb və fars dillərini öyrənir. Ərəb dilini mükəmməl şəkildə öyrənməsinə kömək edən himayədarı Mustafa Lütfi İsmayılzadə olur.

Mustafa Lütfi onun tərbiyəsində, təhsilində xüsusi iz qoyur. Lakin ədibin yaxın dostu Seyid Hüseynin də yazdığı kimi Hadinin xaricdə təhsil almasına Mustafa Lütfinin maddi imkanı çatmır. Gənc şair bu arzusuyla hansı qohuma ağız açırsa, xahiş edirsə heç kim ona kömək etmir. Şair özü arzusunun puça çıxmasını böyük təəssüflə qələmə alır:

Oxumaqçın nə qədər dadu fəqan etdimsə,
Olmadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersən eşidir, sonra verir əksi-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Qadın vəfasızlığı

Həyatın amansız üzü ilə çoxdan tanış olan Hadinin sevdiyi qız da başqa birinə - Hadidən zəngin, varlı biri oğlana ərə gedir. Ona həyat verən anası və onu həyata bağlayan sevgilisi tərəfindən tərk edilən Hadi ömrünün sonuna qədər tək yaşayır, ailə qurmur.
1905-ci ildən dostluq etdiyi Abdulla Şaiq bu haqda yazırdı: "Bir dəfə Hadiyə evlənməyi haqqında zarafat etdim. O, çox ciddi halda dedi: Allah bəlalarını versin, bu qadınlarda bizi anlayacaq baş, hiss edəcək ürək var?"

1902-ci ilin qışında yaratdığı fəsadların miqyasına görə Şamaxı tarixinin ən güclü zəlzələsi baş verir. Şəhər viran qalır, evlər uçur, dağılır, insanlar öz yurdlarından didərgin düşürlər.

Hadinin də taleyinə doğma elini tərk etmək yazılır. Bu hadisəni Ömər Faiq Nemanzadənin xatirələrində oxuyuruq: "Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş, evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq Kürdəmirə getmişdi".

Tacir, müəllim, şair

Məhəmməd Hadi Kürdəmirdə əvvəl ticarətlə məşğul olur. Ticarətin Hadi dünyasından uzaqlığı işin tez sonlanması ilə nəticələnir.

Kürdəmirdə yaşayan digər şamaxılı maarifpərvər Ağa Əfəndi ilə birgə məktəb açaraq müəllimlik edir. Kürdəmirdə yaşadığı illərdə (1902-1906), daha dəqiqi, 1905-ci ildə "Həyat" qəzetində ilk şeirləri dərc olunur. Dərc olunan şeirlərinin üslubu və mövzusu ilə oxucuların sevgi və ehtiramını qazanan istedadlı şair Həştərxanda "Bürhani-tərəqqi" qəzetini nəşr edən dostu Mustafa Lütfi İamayılzadənin dəvəti ilə ora gedir. Bununla yanaşı "Həyat" və "Füyuzat"da da şeir və məqalələri ilə çıxış edir.

Əsərlərinin dilinin çətinliyini qeyd etsə də Əli bəy Hüseynzadə Hadini "Kürdəmirdən bizə yazan böyük fazil və böyük alim" kimi qiymətləndirərək "Füyuzat"ı nəşr edərkən Bakıya dəvət edir. "Füyuzat" bağlandıqdan sonra şair "Həqiqət" , "Tazə həyat" , "İttifaq" qəzetləri ilə əməkdaşlıq edir. Bu illərdə yazdığı əsərlərində və məqalələrində azadlıq, millətin tərəqqisi, cəhalət mövzularını qələmə alır.

Ümidlərinin qənimi - İstanbul

1910-cu ildə İstanbula gedir və "Tənin" qəzetində çalışır. Sevdiyi, böyük ümidlərlə getdiyi şəhərdə öz əsərləri ilə yanaşı tərcümələri də dərc olunur. Lakin burda da onun böyük ümidləri parıldamır, işıq saçmır. Sanki uşaqlığında başlayan uğursuzluq onu hər yaşda, hər yerdə - başqa ölkələrdə, başqa şəhərlərdə də izləyir.

Bir neçə inqilabçı ilə birgə Hadi də həbs olunur və sürgün həyatı yaşayır. Salonikdə sürgündə olanda yunanlar onu türk casusu zənn edib öldürmək istəyirlər. Ölümün pəncəsindən şairi bir keşiş xilas edir.

1914-cü ildə Hadi vətənə qayıdır. Əsərlərinin dili kimi taleyi də çətin olan şair həyatdan küsür. Yurdsuz, kimsəsiz şair xəstəliklə mübarizə aparır. "Həqiqəti biz görürük xəyal şəklində" deyən şair xəyal elədiyi həqiqəti yaşadığı həyatda görmək istəyir.

Elə o axtarışla, istəklə, gələcəyə böyük ümidlərlə yenə də yaradıcılıqla məşğul olur. "İqbal""Bəsirət" qəzetlərində şeirlər, məqalələr, tərcümələrlə çıxış edir. 1915-ci ildə Qafqaz ordusunda feldşer işləyir. Avstriya cəbhəsinə, Karpata gedib müsəlman əsgərləri arasında alay imamı kimi xidmət edir.

"Hürriyyət əndəlibi" - Azadlıq bülbülü

Millətinin imzasını imzalar içərisində olacağı günə ümid edirdi Hadi. Ona görə də yazırdı: "Ümid ilə yaşayın ki, problemləri həll etmək əzminiz yüksək olsun".

1918-ci ildə tariximizin ən qürurlu hadisəsi baş verir. Azərbaycan Xalq Cümhuriyyəti qurulur. Hürriyyət sevdalısı Hadi bu şanlı tarixi sevinclə qarşılayır. Bayrağımıza, Milli orduya şeirlər həsr edir. Cümhuriyyətin rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzetində çap olunur.

Qəzetin ilk sayında, 1918-ci il 15 sentyabrda Məhəmməd Hadinin "Türkün nəğməsi" şeiri dərc olunur:

Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşe düvəldən
Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən.

Naməlum ölüm

Yaşadıqlarından dolayı Hadini bir bədbinlik, pessimizm izləyirdi. Hadinin dilinin çətinliyini bir çox ədiblər yazırdılar. Dili çətin idi, amma istədiklərini deyə bilirdi. Lakin görə bilmirdi.

Hadini heç kim başa düşmürdü sanki. Qürurlu şair ömrünün son aylarında da öz şeirlərinə sığınır. Təəssüf ki, mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün olmur. Əlacsız şair hər gün Qubernator bağında şeirlərini satır yaşamaq üçün. Nimdaş geyimli, ömür boyu xalqına maarif, mədəniyyət öyrədən şair çox yaşaya bilmir.

Ömrünün son günlərini Gəncədə keçirən şairin ölüm vaxtı və ölüm səbəbi uzun illər naməlum qalır. Əli Nəzmi onun 1920-ci il may ayında Gəncədə soyuqdəymədən vəfat etdiyini yazır. Abdulla Şaiq isə belə yazırdı: "Hadi, təxminən, 1919-cu ilin axırları, 20-ci illərin əvvəllərində Gəncədə birdən-birə qeyb oldu".
Bəli, o, yox olur. Xoşbəxt ailədə doğulan, amma heç vaxt ailə, yuva sahibi olmayan, ömrünü xalqının mədəniyyətinə sərf etmiş didərgin şair, azadlıq bülbülü bir yaz günü öz həqiqətlərinin arxasınca uçur...(teleqraf.com)

Müəllif: Günay Şahmar


Etiket:
Xəbərlər

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020

Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video

20.02.2020

Qədim türklərdə dövlət məclisləri

20.02.2020

Uyğurlar haqda nə bilirik? - Araşdırma

19.02.2020

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020
Bütün xəbərlər