Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix

14:52 / 30.12.2019
Baxılıb: 756

On minlərlə günahsız insanın həyatını məhv edən Vasili Ulrix 1930-cu illərdəki “Böyük terror” planının icrasında ən fəal və ən “məhsuldar” simalardan biri olub. İosif Stalinin təbirincə desək, repressiya məsələlərində Vasili Ulrix “öz işinin peşəkarı” kimi ad çıxarıb.

Təkcə 1937-1938-ci illərdə onun başçılığı ilə SSRİ-nin ayrı-ayrı bölgələrində keçirilən səyyar kollegiya iclaslarında 30 min 514 nəfər güllələnmə hökmünə, 5 min 643 nəfər isə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun fəaliyyəti ilə bağlı statistik göstəricilər bir daha sübut edir ki, 22 il ərzində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri vəzifəsində işləyən general-polkovnik Vasili Ulrix üçün əsas şərt əsl cinayətkarlara layiqli cəzalarının verilməsi yox, rəqəm göstəricisi olub. Və general bu rəqəmləri yuxarılar qarşısında peşəkarlığının məhsulu kimi ifadə edib, qürurla dilə gətirib.

Vasili Ulrixin apardığı məhkəmə iclasları maksimum 20 dəqiqə çəkib, hökm və qərarlarda isə ən ağır cəzalar ifadə olunub.

Müasirlərinin yazdıqlarına görə, işin “çoxluğundan” Vasili Ulrix elə məhkəmə prosesi zamanı nahar edirmiş. Düzdür, onun üçün iş başında zəngin süfrə açmayıblar, general-polkovnik qara ikra və qara çörəklə kifayətlənib. Ağ adam bu “qara” məhsulları yaxşı həzm etmək üçün hər naharda yarım litr konyakdan istifadə edib. Konyak onun iş məhsuldarlığını aşağı salmayıb, əksinə, Vasili Ulrix 40 dərəcəli mayenin təsiri altında işini daha da “sürətlə” aparıb.

Zəngin həyat tərzində yaşamağı sevən, qidalanmasına, istirahətinə, əyləncəsinə xüsusi diqqət yetirən Vasili Ulrix Moskvanın mərkəzində iki böyük mənzilə sahib olsa da, çox vaxt “Metropol” mehmanxanasında yaşayıb, özünü ailədən, qohumlardan, dostlardan təcrid edən general “əlavə qayğılardan” azad olub. Ən kiçik problemlərlə bağlı yaxınlarının müraciətlərini belə rədd edib. Öz rahatlığının təmin olunması üçün rəsmi xidməti personalından (sürücü, köməkçi və s.) əlavə Vasili Ulrixin qulluğunda nə az, nə çox, düz yeddi nəfər dayanıb.

Vasili Ulrix 1889-cu ildə Riqada anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Riqa politexnik instututunda ali təhsil alıb. 1908-ci ildən inqilabi hərəkata qoşulub. 1910-cu ildə Sosial-Demokrat Fəhlə partiyasına üzv qəbul edilib. Xüsusi xidmət orqanlarında fəaliyyətə 1918-ci ildə Petroqradda ÇK-da (Fövqəladə Komissiya) maliyyə şöbəsinin rəisi vəzifəsindən başlayıb.

Sonrakı illərdə xidmətini daxili mühafizə qoşunları qərargahının komissarı kimi davam etdirən Vasili Ulrix 1921-cı ildə Rusiya Ali Məhkəməsinin Hərbi Kollegiyasının, daha sonra isə 1926-cı ildən SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədri vəzifəsində işləyib. Eyni zamanda o, SSRİ Ali Məhkəməsi sədrinin müavini olub.

Vasili Ulrix 1930-cu illərin ən səsli-küylü məhkəmə proseslərinə rəhbərlik edib. Stalinin xoşuna gəlməyənlər, siyasi proseslərdə iştirakı arzuolunmaz sayılanlar məhz Ulrixin əli ilə məhv edilib.

Ulrix öz vəzifəsini hökmlərin və qərarların çıxarılması ilə yekunlaşdırmayıb. O, bəzi hallarda güllələnmə hökmünün icrasını şəxsən özü həyata keçirib. General həm də ittiham olunanlara verdiyi işgəncələrlə yadda qalıb. Mərhəmət və insanlıq hisslərindən məhrum olan Ulrix ittiham olunanlara insan ağlına sığmayan işgəncələri tətbiq etməkdən çəkinməyib və bundan zövq alıb.

1930-cu illərin ortalarından Vasili Ulrix Stalinin kabinetində daha çox görünüb. Onların görüşü təklikdə keçib, Stalin Ulrixə şəxsi tapşırıqlarını verib. Həmin dövrdə çoxları Ulrixi Stalinin “ölüm aləti” adlandırıblar.

Sözsüz ki, mövcud mürəkkəb siyasi vəziyyətdə Ulrixin Stalinlə yaxınlığı Kreml məmurlarının çoxunun narahatlığına səbəb olub, onlar yaxşı anlayıblar ki, Ulrix Stalinin kiçik bir mesayı ilə istənilən adamı məhv etməyə hazır olan bir şəxsdir. Bəlkə elə bu səbəbdən də çoxları generalla ehtiyatla davranıb.

O cümlədən Vasili Ulrixin Kreml dəhlizlərində yetərincə arxayın gəzməsi Lavrenti Beriyanı da qıcıqlandırıb. Hətta onların arasında xidməti vəzifələri ilə bağlı qarşıdurmalar da yaranıb. “Ölüm siyahı”larından Lavrenti Beriya kimisə xilas etmək istəyəndə Ulrix bir neçə dəfə “NKDV” şefinin iradəsinə zidd gedib. Beriya generala olan münasibətini gizlətməyib və Kremldə keçirilən müşavirələrin birində onun ünvanına “Vasili Ulrix Hərbi Kollegiyada özünü “Metropol” mehmanxanasında olduğu kimi hiss edir” ifadəsini işlədərək fəaliyyətini tənqid edib. Stalin Beriyanın Ulrixi tənqid etməyinə reaksiya verməyib. Çünki Ulrix Stalin üçün hələ ki, lazımlı kadr sayılıb.

Nəhayət, 1948-ci ildə Vasili Ulrix işdə buraxdığı nöqsanlara və vəzifə səlahiyyətlərini aşdığına görə 22 il əyləşdiyi vəzifə kürsüsündən uzaqlaşdırılıb. Amma Stalin onu nə həbs edirib, nə də sürgünə göndərib. Vasili Ulrix Hərbi Hüquq Akademiyasında kurs rəhbəri təyin edilib.

Marşal Georgi Jukov öz xatirələrində Vasili Ulrixin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yazıb:

“Vasili Ulrix general-polkovnik rütbəsini daşıyırdı və o, ali hərbi rütbə daşıyaraq hərbçilərə qənim kəsilmişdi. Xidmət etdiyi illərdə onun heç vaxt şəxsi fikri, şəxsi təşəbbüsü olmayıb. Uzun illər yüksək vəzifədə işləməsinin səbəbkarı isə Stalin idi. Stalin ona çox səlahiyyətlər vermişdi. Ulrix Hərbi Kollegiyanın sədri olmaqla yanaşı, həm də SSRİ Ali Məhkəməsinin sədr müavini idi. Amma o, heç vaxt birbaşa tabe olduğu şəxslə hesablaşmayıb, ona tabe olmayıb. Ümumiyyətlə, Ulrix bütün məsələləri birbaşa Stalinə məruzə edirdi və tapşırılarını da ondan alırdı. Üzündə həmişə hiyləgər və yaltaq təbəssüm olardı, daxilində isə bir insan varlığına sığışmayan aqresiya, qəzəb və kin. Kreml məmurları onu sevmirdilər. Hətta Beriya ilə aralarında konflikt də yaranmışdı. Elə vəzifədən uzaqlaşdırılmasının əsas səbəkarı da Beriya olmuşdu, necə deyərlər, cəlladın öhdəsindən yalnız cəllad gələ bilərdi”

Bəzi araşdırmaçıların qənaətinə görə, Stalin Ulrixi həbs etdirmək və güllələtdirmək fikrində olub. Çünki Ulrix Stalin haqqında çox şey bilib, onun “qara” işlərindən xəbərdar olub. Ancaq generalın qəfil ölümü Stalinin bu planını təbii şəkildə həyata keçirib.

Vasili Ulrix 1951-ci ildə, 61 yaşında insultdan vəfat edib. O, Moskvada, Novedeviçye qəbirstanlığında dəfn olunub.

El arasında belə bir deyim var ki, qisas qiyamətə qalmaz. Amma kimlərsə mövcud rejimə görə bu deyimin əksinə gedərək qisaslarını qiyamətə saxlayıblar, Ulrixin baş daşını dəfələrlə dağıtmağa cəhd ediblər. Naməlum adamlar onun baş daşının üzərinə bir neçə dəfə oxunacaq dərəcədə “Palaç” (cəllad) sözünü yazıblar.(Musavat.com)

İlham Cəmiloğlu


Etiket:
Xəbərlər

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020

Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video

20.02.2020

Qədim türklərdə dövlət məclisləri

20.02.2020

Uyğurlar haqda nə bilirik? - Araşdırma

19.02.2020

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020
Bütün xəbərlər