Zəngəzur dağlarında

15:12 / 06.01.2020
Baxılıb: 1770

“...İkimərtəbəli evin qabağında böyük bir izdiham vardı. Öz aralarında kədərli-kədərli danışan, cır-cındalı adamlar nə isə bir xəbər gözləyirdilər. Bir xeyli keçəndən sonra 58-60 yaşlarında, orta boylu, rus generalı paltarında bir adam içəridən balkona çıxdı. Onu görən kimi hamı: - Andronik paşa! Andronik paşa! - deyə əl çaldı. Andronik əlini qaldırıb onların sakit olmalarına işarə etdi. Hamı sakit olub, gözünü ona dikdi. Andronik dedi: - Qaxdaqanlar! Elindən, kəndindən ayrı düşmüş ermənilər! Mən sizin dərdinizi bilirəm. Yaşamağa eviniz, əkməyə torpağınız, yeməyə çörəyiniz yoxdur. Siz onları Ərdəhanda, Qarsda, Sarıqamışda qoydunuz. Burda isə sizin dərdinizə ağlayan, qeydinizə qalan yoxdur. İndi məndən kömək istəməyə gəlmisiniz. Mən əlimdən gələni edəcəyəm. Mən türklərdən Türkiyədə intiqam ala bilmədimsə, Qafqazda, bax, bu Zəngəzurda alacağam. Gözləyin, o günü gözləyin!...”

Bu sətirlər vaxtilə Zəngəzurda baş verən o qanlı hadisələrin canlı şahidi olan yazıçı Əyyub Abbasovun ötən əsrin 50-ci illərində qələmə aldığı məşhur “Zəngəzur” romanındandır. Faktlara əsaslansaq, Ararat hökumətinin tapşırığı ilə günahsız əhalinin qanını tökən və bununla “məşhur”laşan Andronik hələ 1917-ci il dekabrın 19-da erməni milli şurasının iclasında bildirirdi ki, “Əgər siz məni Ermənistanın oğlu sayırsınızsa, mən günü sabah Ərzuruma yola düşərəm... türkləri və azərbaycanlıları, kürdləri və yəhudiləri qırmaq üçün öz rəşadətli dəstəmlə gedərəm və məni heç kəs dayandıra bilməz”.


Üzeyir bəy Hacıbəyli 17 oktyabr 1919-cu ildə qələmə aldığı “Ermənistan və Azərbaycan münasibəti” məqaləsində Zəngəzur faciələrinə gətirib çıxaran səbəblərdən danışaraq qeyd edirdi ki, “Qarabağ erməni cəmaətinin Azərbaycan torpağında yaşarkən təbii Azərbaycan hökumətinə və qanunlarına tabe olmaq lazımdır deyə, məqül və müvafiqi-məntiq qərarından sonra erməni üsyançıları, daşnak agentləri Zəngəzur tərəfə qaçıb orada fəsadlar törətmək və şeytanətlər icra etmək üçün müsaid bir zəmin tapdılar. Şübhəsiz, Ararat barmağilə idarə olunan və daşnak rəhbərliyi ilə iş görən bu müfsid güruhun təqib etdiyi məqsəd ortaya “Zəngəzur məsələsi” çıxarmaq idi”.

Üzeyir bəy ermənilərin bitib-tükənməyən “arzuları”nın davamı olan bu məsələyə “ermənilər tərəfindən ortaya çıxarılmış “Qarabağ məsələsi”nin mabədi” kimi baxır və qeyd edir ki, “Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd uyezdən biridir”.

Üzeyir bəy “Zəngəzursuz Qarabağ- Qarabağ ola bilməz” deyərkən bu regionun tarixən formalaşan iqtisadi-mədəni əlaqələrinin qırılmazlığını nəzərdə tuturdu: “Zəngəzurun vəziyyəti-sövqəlceyşiyəsi və köçərilərimiz üçün yaylaq olması bunu isbata kafidir. Bunu hər kəs bilir və yüz il bundan əqdəm Pənah xan dəxi bildirmiş ki, Qarabağ xanlığını təşkil edərkən Zəngəzuru dəxi o xanlığın mühüm bir hissəsi həsbilə yədi-idarəsinə almışdı”.
Zəngəzura olan iddialarına haqq qazandırmaq üçün orda ermənilərin 80 faizdən çox olduğunu bildirənlərin “məntiq”i ilə ölçülsə idi, gərək Ermənistanın nəzarətində olan və yalnız azərbaycanlıların yaşadıqları bütün ərazilər Azərbaycana veriləydi və o vaxtlar ermənilərin Naxçıvana iddialarının nəyə əsaslandığını anlamaq mümkün deyildi. Bir də elə həmin dövrdə dünyaya erməni haqlarından dəm vuranların 1918-ci ilin yazında və yayında Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər dəhşət doğurur. Həmin vaxtlar Zəngəzur torpaqlarında əhali yalnız azərbaycanlı, yaxud müsəlman olduqlarına görə məhv edilir və öldürülənlərin böyük əksəriyyəti də qadınlar, qocalar və uşaqlar idi. Andronikin quldur dəstələrinin hücumları nəticəsində Zəngəzurun Azərbaycan kəndləri ağır vəziyyətdə idi. Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvü Mixaylovun məlumatlarına görə, Andronik Azərbaycan hüdudlarına soxulduqdan sonra müsəlman əhalisinə ultimatum verərək onlardan erməni hökumətinə tabe olmağı, yaxud da qəza ərazisini tərk etməyi tələb etmişdir. Qəza müsəlmanları bu göstərişə tabe olmadıqları üçün ermənilər belə bir qəddarlığa əl atmışdılar. Bu vəhşiliklər nəticəsində 1918-ci ilin yalnız yay və payızında Zəngəzurda 115 Azərbaycan kəndi məhv edilərək dağıdılmışdı. Tam olmayan məlumatlara görə, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, qəzada ölənlərin, yaralananların və şikəst olanların sayı 10 068 nəfərə çatmışdır.

O vaxtlar milli münaqişələrdən, insan tələfatlarından bəhs edəndə ümumi rəqəmlər açıqlansa da, N.Nərimanovun haqlı olaraq göstərdiyi kimi, hər dəfə ölənlərin 99 faizini yalnız müəyyən millətin, yəni, azərbaycanlıların nümayəndələri təşkil edirdi.

1918-ci ilin yayından başlayaraq Zəngəzurda baş verən qanlı hadisələr erməni cəlladların belə qeyri-insani əməllərdə nə qədər səriştəli olduqlarını bir daha dünyaya nümayiş etdirdi. Ermənilərin Göyçə mahalında törətdiyi cinayətlər Andronikin yaxın silahdaşı, mayor Vahramın “xatirələr”ində daha aydın görünür: “Mən heç nəyə fərq qoymadan Basarkeçərin turk əhalisini məhv etdim. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itləri qırmaq üçün ən yaxşı vasitə odur ki, döyüşdən sonra sağ qalanların hamısını yığıb quyulara doldurasan və üstündən ağır daşlar qoyasan ki, onlar bu dünyada qalmasınlar. Mən belə də etdim: bütün kişiləri, qadınları və uşaqları yığıb quyulara tökdüm, quyuların ağzını daşlarla bağlayaraq onların işini bitirdim”. (A.Lalayan-Kontrevolyutsionnıy daşnaksutyun i imperialastiçeskaya voyna 1914-1918 q.Azərb. EA Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1989, 14 səh. 50).

“Azərbaycan” qəzetinin 1919-cu il 14 yanvar tarixli sayında qeyd edildiyi kimi, məhz bu məqsədlə “...Ermənilər minlərlə müsəlmanı doğrayır, qanımız sel kimi dağlara, səhralara axıdılır, yüzlərlə kənd yerlə-yeksan edilir, ermənilərin ayaqları altında namusumuz tapdalanır. Hara baxırsansa, bax, hər yerdə müsəlman qaçqınlarıdır, hər yerdə qadınların, qızların ağlaşması eşidilir. Ermənilər bu torpaqları müsəlmanlardan təmizlədikdən sonra bizim xalqdan artıq burada bir iz də qalmayacaq...”

Zəngəzur torpaqlarında daşnakların 1918-ci ildə törətdiyi qanlı cinayətlərin mərkəzində yenə də qəddar cani və qatil, bu gün isə rəsmi Ermənistan, erməni lobbisi və diasporu tərəfindən “erməni xalqının milli qəhrəmanı” kimi dünya ictimaiyyətinə təqdim edilən tayqulaq general Andronik durur. Bu cinayətlərin başlanğıcı Ərzurumda qoyulmuş, Naxçıvanda, Göyçə mahalında, İrəvanda daha amansızlıqla davam etdirilmiş, Zəngəzur və Qarabağda əsl mənada vəhşilik səviyyəsinə çatdırılmışdı. Nəticədə on minlərlə azərbaycanlı, kürd əhalisi dəhşətli əziyyətlərə, məhrumiyyətlərə məruz qalmış, həlak olmuş və yaralanmışdı. Həlak olanların əksəriyyəti yalnız azərbaycanlı, yaxud müsəlman olduqlarına görə qətlə yetirilmişdilər. Bu da məlumdur ki, ölənlərin böyük əksəriyyətini qadınlar, qocalar və uşaqlar təşkil etmişdi. Bəli, yaxın tariximizin acı təcrübəsi və həqiqətləri belədir.

O dövrdə erməni xislətini gözəl bilən Üzeyir bəy Tiflisdə nəşr olunan erməni qəzeti “Slovo”nun Zəngəzurla bağlı Azərbaycan və Ermənistan arasında gedən diplomatik notalardan danışarkən erməni tərəfin daha “yumşaq” tonda danışdığını bildirməsini belə şərh edirdi: “Erməni notasının hüzur və etidalə riayətlə yazıldığını biz də inkar etməyirik. Lakin bu “pişiyim-pişiyim” ilə bizim torpağımızın ən mühüm bir qitəsini əlimizdən almaq istəyənlərə acıq tutmamaq və hiddət etməmək qabildirmi? Əgər Azərbaycan Ermənistanın torpağından bir parçasını ən mülayim, ən şirin, hətta “mən ölüm və qurban olum” təbirləri istemalinə varıncaya qədər yumşaq bir dil ilə istəsə və bunda da israr etsə, Ermənistan böylə bir həqsiz tələbdən hiddət etməzmi? Bundan başqa, bir var ki dildir, bir də var ki əməl.

Zəngəzur haqqında” mülayim dil ilə bizə nota verən Ermənistan, Zəngəzur müsəlmanlarının başına nasıl dürüşt zalimanə və birəhmanə oyunlar gətirir... Qafqaz cümhuriyyətləri arasında “ixtilaflı məsələlər”də birinci qılınc çəkən, birinci olaraq qardaş qanı tökən erməni cümhuriyyəti oldu ki, sülh və saziş təriqindən imtina edib gürcü üzərinə hücum etdi. Özgənin malına və torpağına təmə edən yenə birinci Ermənistan oldu ki, Naxçıvan üzərinə hücum edib özgənin yerinə sahibləndi və bugünkü eyni Ermənistandır ki, məqsədi Azərbaycan torpağına dəstdirazlıq etməkdir. Azərbaycan öz torpaqlarını qorumaq üçün qılınc çəkməyə məcbur olacaqsa və arada qan töküləcəksə, hamısının məsuliyyəti Ermənistan üzərinə aid olacaqdır. Bunu bir Azərbaycan deyil, bəlkə hər kəs və hətta Qafqazla əlaqə peyda etmiş Avropa hökumətlərinin nümayəndələri də iqrar edirlər”.

Xalq şairi Rəsul Rza “Ömürdən səhifələr” şeirində erməni quduzluğunun simvoluna çevrilən Andronik haqqında yazırdı:

Bəs o kimdir at üstündə,
özündən razı .
Kimə oxşayır. Allah,
kimə?
Elə bil ki, qaba bir əl toxunur
incə simə.
Gözlərimdə canlanır
Naxçıvanın Arazı.
Söndürülmüş ocaqlar,
Əbədi susdurulmuş uşaqlar.
Qanlı üzlər keçir gözlərimdən,
min-min azı.
Bağırmaq istəyirəm:
-Hardan gəldi bura
bu dələduz!
Daşa dönmüş daşürəkli quduz!

Bəxtiyar QARACA,
“Azərbaycan”


Etiket:
Xəbərlər

"Arsak Qarabağla əvəzləndi, sirr deyil ki..." - Tarixçi faktları açıqladı

21.09.2020

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR

20.09.2020

Qədim türklərdə dövlət məclisləri

20.09.2020

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini saxta yollarla necə erməniləşdirir? - TARİXİ FAKTLAR

19.09.2020

Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - Fotolar

16.09.2020

Ölüm ilgəyi

15.09.2020

Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür. l hissə

14.09.2020

"Türklər yeganə etnosdular, hər şeyi qanla həll ediblər, amma qansız deyillər" - 25 dildə danışan poliqlotumuz.

11.09.2020

Quba xanlığının 6-cı xanı Fətəli xan Hüseynəli xan oğlu, Roma Papası və illüminatlar.

09.09.2020

Azərbaycan - Rusiya münasibətlərinin bəzi təfərrüatları - TƏHLİL

06.09.2020

İş adamı Mətanət Süleymanzadə təltif edildi - FOTO

04.09.2020

DGTYB “Dilimiz varlığımızdır” adlı elmi-publisistik məqalələrdən ibarət kitab çap edib

03.09.2020

Hincaq erməni gizli təşkilatı 2-ci hissə

02.09.2020

Qubadlı rayonunun işğalından 27 il ötdü

31.08.2020

30 avqust – Türkiyənin Zəfər bayramı

30.08.2020

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

29.08.2020

Ermənistan Sevr müqaviləsini niyə "diriltmək" istəyir?

28.08.2020

Hincaq erməni gizli təşkilatı 1-ci hissə

26.08.2020

40 dil bilən, 18 aylığında qəzet oxuyan dünya tarixinin ən ağıllı insanının faciəli HƏYAT HEKAYƏSİ - FOTO

26.08.2020

Amerikadakı qohumlarımız – qızıldərililər...

25.08.2020

23 avqust Füzuli və Cəbrayılın işğalı günüdür

23.08.2020

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov

18.08.2020

İrəvan Türk Cümhuriyyəti "Turan" partiyası yaradıldı

12.08.2020

39 il əvvəl Parisdə Türkiyə konsulluğunu zəbt edən terrorçu – Sislyan 1988-də İrəvanda baş nazirlər kimi qarşılanıb.  

11.08.2020

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

09.08.2020

Şərqli kənizin oğlu: Da Vinçinin Azərbaycan kökləri
 

08.08.2020

Ərzurumlu erməni qatil – o, Los-Ancelesdə türk diplomatları aldadıb görüşə çağırıb və... güllələyib.  

07.08.2020

102 ilin xatirəsi: Sanki Nuru Paşa qayıdır...

06.08.2020

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

QHT həssas qrupları diqqətdən kənarda qoymadı.  

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Elmi Araşdırmalar İctimai Birliyi

15.07.2020

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın bu gün şəhid olmuş general-mayor Polad Həşimova məktubu 

14.07.2020

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri.

14.07.2020
Bütün xəbərlər