İbrahim Köçkünün şeirləri

19:04 / 14.01.2020
Baxılıb: 712

 

   Kimlərə qaldı

Qartallı qayalar, sonalı göllər,

Gözəllik obası kimlərə qaldı?

Çəkildi, yox oldu o ağır ellər,

Bəs yurdu-yuvsı kimlərə qaldı?

 

Qəlbi təmiz olan arxayın yatır,

Oyan, Azərbaycan, qonşu daş atır.

Kimlər toxum səpir, kim ara qatır,

"Qardaşlıq dünyası" kimlərə qaldı?

 

Hələ sağalmamış o sinə dağın,

Saraldı bənizin, soldu yanağın.

Sındı Göyçə adlı bir şah budağın,

Doğmalar doğması kimlərə qaldı?

 

Yandı babaların hikmət dünyası,

Müqəddəs torpaqlar bayquş yuvası.

Oxunmur “Quran”ı, tutulmur yası,

Sürdüyü səfası kimlərə qaldı?

 

Sazlı-sözlü diyar yaslı qalıbdı,

Göyçənin qulağı səsli qalıbdı.

Dağılıbsa yurdu nəsli qalıbdı,

Çəkməyə cəfası kimlərə qaldı?

 

Dədə Qorqud gəzib, qopuz çalıbdı,

Ələsgər dolanıb, ilham alıbdı.

İbrahimin qəlbi orda qalıbdı,

Vəfadar vəfası kimlərə qaldı?

              XXX

              Anama

Çəkib keşiyimi layla çalardın,

Beşiyim başında bütün gecələr.

Bir yerim ağrısa qadam alardın,

Dolanıb başıma hər axşam-səhər.

 

Saçların ağarır keçdikcə zaman,

Neyniyim, qeydinə qala bilmirəm.

Qocalıq yapışıb artıq yaxandan,

Mən səni əlindən ala bilmirəm.

 

Baş ağardı, ömrün qarlı qışıdı,

Alnında qırışlar həyat çəhlimi.

Varmı bu dünyanın tayı, yaşıdı,

Gələnlər, gedənlər bir karvan kimi.

 

Bir çarə bilsəydi, ölməzdi loğman,

Təbiət sirrini kim aça bilər?

Dünya əbədidir, hakimdi zaman,

Onun tilovundan kim qaça bilər?

 

De, sənin borcunu necə qaytarım?

Onunçün yüz ömür gərəkdir mənə.

Olaydı əlimdə kaş ixtiyarım,

Ana, gəncliyimi verərdim sənə.

            XXX

Yol verin, keçməyə tədbirli dağlar

Kəlbəcər tərəfdən dağların başına çıxdıq ki, Göyçəyə baxaq, amma duman olduğundan heç nə görmədik.

Buluddan çalması, duman rübəndi,
Ulu nənəm kimi abırlı dağlar.
Çeşmə gözlərinin yaşı ələndi,
Səbirsiz olubdu, səbrli dağlar.

Daha zirvəsinə çıxa bilmirik,
Ana Göyçəmizə baxa bilmirik,
Neynirik, düşməni yıxa bilmirik,
Yol verin, keçməyə tədbirli dağlar.

O yalçın qayalar məyus baxırlar,
Hanı ağ sürülər, qızıl naxırlar?
Sakinlərin qorxa-qorxa çıxırlar,
Olubsunuz sirli, sehirli dağlar.

Möcüzəsi tutan Azərbaycanı,
Miskinin, Bayramın ocağı, hanı?!
İsmayıltək olum qada qurbanı,
Xalqımın yolunda, a sirli dağlar.

Gəlmişəm bir məzar yeri almağa,
Qoynunda əbədi ölüb qalmağa.
Qovuşsam, babalar yatan torpağa,
Ruhum gəzər sizdə, mehrli dağlar.

İbrahim didərgin, siz yerlisiniz,
Min bir möcüzəli, sehrlisiniz.
Bəs niyə qəhərli, fikirlisiniz,
Çəmənli, çiçəkli, ətirli dağlar?

          XXX

Görəsən, Allah

Fələk  qəzasına, bəndə qəsdinə,

Tapılarmı çarə, görəsən, Allah?!

Haqsız fərmanların haqlı üstünə,

Çəkilərmi qara, görəsən, Allah?!

 

Toydumu, yasdımı - qardaş nə bildi,

Araya tikanlı məftil çəkildi.

Həsrət qoyan bizi neçə yüz ildi,

Açılarmı ara, görəsən, Allah?!

 

Bilmirəm qardaşım varlıdır kasıb,

Yoxsa ki, cəlladlar dardanmı asıb?

O tayı, bu tayı bağrıma basıb,

Gedəcəmmi ora, görəsən, Allah?!

 

Bölüşüb Vətənin dərdi-sərini,

Birgə keçirəydik xeyir-şərini.

Dar gündə axtarıb biri-birini,

Birləşərmi para, görəsən, Allah?!

 

Bu bağlı həsətə tapıldı açar,

Söküldü aradan tikanlı hasar.

Köçkünəm, ürəyi yaralı, naçar,

Sağalarmı yara, görəsən, Allah?!

         XXX

   Dünyanın 

Dünya əsəbidi, dünya xəstədi,

Yaman pərişandı halı dünyanın.

Tükdən asılıdı, düymə üstədi,

Boşalmaq vaxtıdır dolu dünyanın.

 

Qanunu hamıya olsa da aşkar,

Gücsüzə qıfıldı, güclüyə açar.

Kiminin əlində külli-ixtiyar,

Kimiyə pəhrizdi pulu dünyanın.

 

Ölü məhkum olur, tarix yoxlanır,

Diri canilərsə başda saxlanır.

Fitnəkar ucundan milyonlar yanır,

Dönüb zəhər olur balı dünyanın.

 

Tapdayır kəsdiyi çörəyi-duzu,

Yaraqlı qurd olub, yaraqsız quzu.

Pozulmaz taleyin yazdığı yazı,

Tapılar sahibi xalı dünyanın.

 

Kimi raket yığır, kimi zər yığır,

Kimi sevinc yığır, kim kədər yığır,

Hər kəs nə yığırsa, bil hədər yığır,

Şirindi özünə malı dünyanın.

 

Bir yandan ucalır göydələn bina,

Bir yandan partlayıb, dağıdır mina.

Oğul verib tabut alır çox ana,

Kəsilməyir qiyli-qalı dünyanın.

 


Etiket:
Xəbərlər

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020

Nazilə Gültacın şeirləri

21.01.2020

"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"

21.01.2020

Deputatlığa namizəd Möhsüm Aslanov Göygöldə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirinə qatıldı. 

20.01.2020

Azərbaycan şeirinin imperatoru

20.01.2020

Dünya şöhrətli akademik növbəti dəfə seçkilərə qatıldı.

20.01.2020

"Vətən üçün ölməliyik" - deyən Ülvi Bünyadzadə

20.01.2020

20 Yanvar və matəm - arxiv şəkilləri

20.01.2020
Bütün xəbərlər