NAĞILLAŞAN MÜDHİŞ GECƏ…

18:12 / 18.01.2020
Baxılıb: 468

Kaş ki, o gecə olmayaydı,…Kaş ki, o saat, o saniyə olmayaydı.
Necə yəni olmayaydı?
Günlər həftələrdə, həftələr aylarda, aylar illərdə, anlar isə saatlarda cəmlənir.
Elə anlar var ki, sənin üçün harada olmağından asılıdır ki, sənin son anına, qanlı anına çevrilsin.
„Bir yanda bir əlin qanlı qabarı,
Bir yanda bir əlin xınası dünya“ -demiş şair.

Kaş ki, Ülvi həmin an orda olmayaydı, deyəkmi?! Təkcə Ülvini xilas etmək üçün dua etmək olar:
İlahi, mənim Ülvimin hər anını təhlükədən sovuşdur.

Yəqin həmin gecə, saysız hesabsız Ülvilərin anaları dua etməmiş deyil:
„İlahi , sən mənim könlümün ən ülvi hisslərini daşıyan, könlümün ülvi məhəbbətini bəxş etdiyim balamı qoru“, -demiş, o gecə analar, yəqin.

Analar var ürəyinə yara vurmuş dərin kədər.
Vətən yolunda can verən oğulların sayı qədər.
Qəhrəmanlar cüt yaranır, deyərək, fəryad eylərəm.
Bir ananın timsalında anaları yad eylərəm.

Bəs həmin gecə, meydana toplaşan saysız hesabsız Ülvilər orda olmasaydı necə olacaqdı?

Meydana toplaşan bütün insanları ülviləşdirən, onların həmin gecə Bakını tək qoymamaları oldu.
O gecə meydanda olan bütün insanlar ülviləşdi.
Ülviləşən insanlara, şəhid adı qazandırdı, o gecə. Orda olmaqdan imtina etməyənləri, ülviləşdirdi, o gecə.
Analarının, bacılarının göz yaşlarına dönüb axdı, saysız hesabsız Ülvilər… Şəhidləşdi, daşlaşadı Ülvilər,… Qəhrəmanlıq salnaməsinə döndü Ülvilər…
Şəhid olmaq qəhrəmanlıq deyil,biganə olmamaq deməkdir.Biganə olmamaq, insanın ruhən qəhrəmanlığı deməkdir.

Bir ölkənin etiraz səsini təmsil edən Ülvilər, şəhid adı aldı, o gecə…

Ruhən qəhrəman olanlar sayəsində ölkəm var, Azərbaycan var.
Eyy… Vətən, uzaqlardan səsinə səs verirəm.
Harda olsam qibləmsən sənə tərəf gəlirəm.
Harda olsam da yenə,yenə də səninləyəm.
Harda olsam yurdumsan, Azərbaycanlıyam mən.

Lakin zərbə də gözlənilmədən oldu. Dost əlindən dəyən,bütün gözlənilməz zərbələr kimi:
Qəm yükü dost əlindən qəlbə yol tapsa bil ki,
Bütün dünya yığılsa çəkə bilməz bu yükü…

Saysız hesabsız Ülviləri, ülviləşdirdi, o gecə…
Kaş ki, o müdhiş gecə olmayaydı…heeey…olmayaydı…

Analar anar ağlar
Dərdini qanar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.

Hardasa bir ana, boş qalmış qucağını, ahəstəcə yırğalayırdı:
Lay-lay beşiyim lay-lay.
Evim-eşiyim lay-lay.

Zeynəb Əbil

Goyce.az


Etiket:
Xəbərlər

Qadınlara olan hisslərinin qurbanı olan əfsanəvi sovet kəşfiyyatçısı RİXARD ZORGE

22.02.2020

Qarabağın qədim türk tayfası olan dondarlar

22.02.2020

Dünyanın ən qəddar insanlarının dahi sitatları

21.02.2020

Aşıq Alının kitabı təqdim olunacaq

21.02.2020

Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video

20.02.2020

Qədim türklərdə dövlət məclisləri

20.02.2020

Uyğurlar haqda nə bilirik? - Araşdırma

19.02.2020

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020
Bütün xəbərlər