Dünya şöhrətli akademik növbəti dəfə seçkilərə qatıldı.

18:07 / 20.01.2020
Baxılıb: 2050

Yeni Azərbaycan Partiyası tərəfindən 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Bilogiya və Tibb elmləri Bölməsinin akademik-katibi, SSRİ Tibb Elmləri Akademiyasının аkademik N.N.Petrov аdına mükafatı laureatı, Rusiya Tibb Elmləri Akademiyasinin N.N. Bloxin adına qızıl medalının təltifçisi, Polşa Tibb Elmləri Akademiyasının Albert Şvayster mükafatı laureatı, dünyanın bir çox nüfuzlu elmi assosiasiya və cəmiyyətlərinin üzvü və ali məktəblərinin fəxri doktoru, “Şərəf” və “Şöhrət” ordenli, akademik Əhliman Tapdıq oğlu Əmiraslanovun onkologiyanın müxtəlif sahələrinə dair apardığı çoxşaxəli sanballı elmi-tədqiqat işləri və aldığı uğurlu nəticələr ona dünya şöhrəti qazandırmışdır.

 

Sümük şişlərinin kompleks müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi istiqamətində apardığı elmi-tədqiqat işləri nəticəsində bu xəstəliklərin müalicəsinin nəticələri 4-5 dəfə yaxşılaşmışdır. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri Beynəlxalq, Ümumittifaq və Respublika miqyaslı jurnal, qurultay, simpozium və konfrans materiallarında dərc edilmiş, əldə olunan nəticələr barədə dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Almaniya, Rusiya, İsrail, Pakistan, Kanada, Avstriya, Yunanıstan və b. ölkələrdə keçirilən müxtəlif səviyyəli elmi forumlarda və nüfuzlu yığıncaqlarda məruzələr etmişdir. “Onkoloji xəstələrdə bərpa müalicəsi metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi” istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına, eləcə də sümük sarkomalarının müasir müalicə üsullarını da özündə əks etdirən “Sümük sarkomaları” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının məşhur N.N.Petrov adına mükafatına layiq görülmüş, bu sahədə onlarla yüksək ixtisaslı kadr potensialı yetişdirmişdir. Akademik Əhliman Əmiraslanov elmi-pedaqoji məktəbinin yetirmələri nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin nüfuzlu klinikalarında çalışaraq onun yolunu uğurla davam etdirirlər. 500-dək elmi əsərin, o cümlədən 13 monoqrafiya, 9 ixtira və səmərəlşdirici təklif, 26 dərslik, dərs vəsaiti və metodik ədəbiyyatın müəllifidir.

2006-cı ildən UNESKO-nun "Biotika, elm və texnologiyaların etikası" komitəsinin Rəyasət Heyətinin üzvüdür.

Onun rəhbərliyi altında 56 dissertasiya işi, o cümlədən 12 elmlər doktorluğu, 44 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilmişdir. Fəaliyyəti dövründə 20000-dən çox cərrahiyyə əməliyyatı icra etmişdir. Akademik Ə.T. Əmiraslanov 1992-2015-ci illərdə, 24 ilə yaxın bir dövrdə Azərbaycan Tibb Universitetinə rəhbərlik edərək ölkəmizdə tibbi kadrların hazırlanmasında, tibb təhsilinin və tibb elminin inkişafında böyük xidmətlər göstərmişdir. Onun rektorluğu dövründə Tibb Universiteti böyük tərəqqiyə nail olmuş, Universitetin maddi-texniki bazası və Beynəlxalq əlaqələri genişləndirilmiş, 4 klinikası yaradılmışdır və uğurla fəaliyyət göstərir. Akademik Ə.T.Əmiraslanovun elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinin əhəmiyyətli bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlıdır. O, 2001-ci ildən AMEA-nın həqiqi üzvü, 2007-ci ildən AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkəmizdə biologiya və tibb elmlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində, elmi işlərin təşkili və modernləşdirilməsində aparıcı rol oynayır, tədqiqatların ən müasir metodlarla aparılmasına, beynəlxalq əlaqələrinin intensiv inkişafına, yeni elmi qurumların yaradılması, müvafiq sahələrin maddi-texniki bazalarının durmadan yaxşılaşdırılması işlərinə rəhbərlik edir və hərtərəfli dəstək verir. Akademik Ə.T.Əmiraslanovun IV (2010) və V çağırış (2015) Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyəti də geniş və çoxşaxəli olmaqla daim həm ona səs verən seçicilərin, həm də ümumən Azərbaycan xalqının yüksək maraqlarına xidmət etmişdir. 2015-ci ildə Milli Məclisin Səhiyyə Komitəsinin sədri vəzifəsinə seçilməsi onun elmi-təşkilati və ictimai-siyasi fəaliyyətinə verilən qiymətin təzahürü idi. Əhliman Əmiraslanovun yüksək təşkilatçılıq qabiliyyəti sayəsində Səhiyyə Komitəsi qısa müddətdə formalaşmış, strukturları yaradılmış və burada ciddi qanunverici fəaliyyətə başlanılmışdır. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin üzləşdiyi ağır müharibə şəritində, bir çox mütəxəsisslərin Azərbaycanı tərk edib başqa ölkələrə getdiyi bir dövrdə öz xalqına xidmət etmək, çətin anlarda millətinə dayaq durmaq məqsədilə Əhliman Əmiraslanov Azərbaycana gəlib öz peşəkar həkimliyi ilə xalqına dayaq olmağı qərarlaşdırıb. O, öz xeyirxahlığı, təmənnasız xidməti ilə tezliklə xalqın hörmət və məhəbbətini qazanıb. Əhliman Əmiraslanov bu ünsiyyəti, bu münasibəti indi də davam etdirir. Görkəmli alim xalqına, millətinə vətəninə xidmət etməyi özünə övladlıq borcu hesab edir. 

Yeni Azərbaycan Partiyasının namizədi kimi bu seçkidə də uğur qazanacağına və seçicilərinin ona səs verəcəklərinə əmindir. O, inanır ki, xalqın etimadını qazanan, ölkəni işıqlı gələcəyə aparan Yeni Azərbaycan Partiyasının namizədi kimi yenidən Milli Məclisin üzvü missiyasına layiq görüləcək, səmimi, etibarlı, dəyanətli seçicilərinin ona göstərəcəkləri etimadı yenidən doğruldacaqdır. 

Goyce.az


Etiket:
Xəbərlər

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020

Nazilə Gültacın şeirləri

21.01.2020

"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"

21.01.2020

Deputatlığa namizəd Möhsüm Aslanov Göygöldə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirinə qatıldı. 

20.01.2020

Azərbaycan şeirinin imperatoru

20.01.2020

Dünya şöhrətli akademik növbəti dəfə seçkilərə qatıldı.

20.01.2020

"Vətən üçün ölməliyik" - deyən Ülvi Bünyadzadə

20.01.2020

20 Yanvar və matəm - arxiv şəkilləri

20.01.2020
Bütün xəbərlər