"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"

11:52 / 21.01.2020
Baxılıb: 1804

"30 il əvvəlki bu müdhiş gecədə bütün millətimiz kimi, bizim də ailə böyük bir faciə ilə üzləşmişdi. Təsadüf və maşınımızın sürücüsü qonşum Kamilin cəld hərəkəti olmasaydı, mən də, maşında olan Qərib Rəhimov da, Bəxtiyar da tankın altında qalasıydıq.

Şəhərə hücum başlananda 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsinə şığıyan tankların düz üstümüzə gəldiyini görən Kamil maşını indiki "avtoşlar" kimi, sürətlə binaların arasına sala bildi. Ara yollarla evə gəlib telefonla dost-tanışlardan halı olmağa başlamışdım ki, qapının zəngi çalındı. Açanda iki hərbçini gördüm və ani olaraq Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin sonuncu kursunda oxuyan sonbeşik qardaşım Mahiri düşündüm. Çünki hərbçilərdən biri həmin məktəbin kursantı idi. Əynindəki formadan tanıdım. Kapitan rütbəli hərbçi həyəcanlandığımı görüb: "ne bespokoytes, vaş brat jiv i zdorov. Prosto, nam vaş pomoş nujna, poedem s nami". 

Hərbi maşınla "Salyanski kazarma"da yerləşən hərbi məktəbə gəldik. Yolboyu tankların altında qalıb kağız vərəqinə dönmüş maşınlardan axan al qanları görəndə arxa oturacaqda yanımda oturan zabitə bağırdım: "qadı, çto vı natvorili?" Zabit yazıq-yazıq "eto ne mı, oni natvorili" - dedi və əlini yuxarı qaldırdı - yəni yuxarılar. Məktəbə çatanda eyni sualı məktəbin polkovnik rütbəli rəisi Rusakova da verdim və eyni cavabı aldım. Məlum oldu ki, Mahirgilin kursu etiraz olaraq silah anbarını zəbt edib qapılarını bağlayaraq ultimatum veriblər ki, ordu şəhərə girsə, özlərini də nəhəng silah-sursat anbarıyla birlikdə partladacaqlar. Komandir izahat verdi ki, əgər bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün ərazidəki binalar yerlə yeksan olacaq. Sizin bizə köməyiniz lazımdır. Bu əməliyyata qardaşınız Mahir Quliyev rəhbərlik edir. Sanki başıma dünyanın ən böyük daşını salmışdılar. Özümü itirmişdim, nə qərar verəcəyimi kəsdirə bilmirdim. 

Komandir əlindəki səsucaldanı mən verib dedi ki, panikaya düşməyə vaxtınız yoxdur, uşaqları və ən azından 15-20 binanın sakinlərini xilas etməliyik. Anbarın qapısına yaxınlaşıb səsucaldanla müraciət etdim: Mahir, mənəm, Əlövsətəm, Araz da yanımdadır (onda oğlumun 7 yaşı vardı və Mahir Arazı hamımızdan çox istəyirdi), əgər anbarı partlatsanız, biz də həlak olacağıq. Qoşun şəhərə girməyib, siz qapını açıb çıxın, sonra nə desəniz, əməl edəcəklər. İnanmadı və bircə cümlə dedi: rədd olub gedin burdan. Başa düşdüm ki, affekt vəziyyətindədir, hər şeyə hazırdır. Yalvarırdım, ata-anasını düşünməyi xahiş edirdim… dedim heç yana getməyəcəyik, son ana qədər qapının ağzında oturacağıq. Bir müddət səs gəlmədi. Öz ruhuna and olsun, hər saniyə anbarın partladılacağına inanıb donub quru yerdə oturmuşdum. İçəridən dolaşıq səslər gəlirdi. Vaxt udmaq üçün ən çox sevdiyi Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun da tezliklə gələcəyini dedim. Həqiqətən də, hərbi peşəni Ziya Bünyadov haqqında oxuduğu kitablara görə seçmişdi. Bir azdan: Ziya müəllim gəlsin, qarant dursun, çıxarıq - dedi. Azacıq ümidləndim və rəisə dedim ki, maşın göndərin Ziya Bünyadovu dərhal gətirin. Maşın göndərdilər və səhərə yaxın rəhmətlik Ziya Bünyadovla o vaxtkı Ali sovetin sədri Elmira Qafarova və bir neçə deputat gəldi. Ziya Bünyadov rusca hərbçi tonunda dedi ki, mən sizə əmr edirəm, çıxın bayıra və narahat olmayın, şəhərdə sakitlikdir. Bir azdan qapı açıldı və zəhmli və ağarmış Mahirin sifətini görəndə özümü saxlaya bilmədim… bir tərəfdən uşağı aldatmışdıq, bir tərəfdən də, sonra nə deyəcəyimi bilmirdim. Onları Ziya müəllimin yanında qoyub aralandım. Mahiri ilk dəfə onda sarsılan və sınan gördüm… illər keçdi, ağır döyüşlər, əsgərlərinin şəhid olması, özünün dəfələrlə yaralanması, ən ağır döyüşdən sonrakı qələbə sevinci və s. Sonralar eşitdim ki, Kəlbəcərin işğalı zamanı Murovun başında kəlbəcərlilərlə görüşəndə hönkür-hönkür ağlayıb. Və bir həftə keçməmiş elə həmin yerdə də şəhid oldu.… məni indiyə kimi yandıran Mahirin şəhid olması deyil, qürurlu bir Azərbaycan zabitinin naəlaclıqdan ağlamasıdır… 

Ali Ümumqoşun Komandirləri məktəbini bitirəndə təyinatını o zamankı Kuybışev (Samara) Hərbi Dairəsinə verdilər. Qısa müddətdə rota komandiri vəzifəsini tapşırdılar. Rahat işi, sevdiyi hərbi xidmət, bütün polkun rəğbətini qazanmış zabit karyerasının yüksələn xətlə inkişafında Qarabağ savaşı başladı. Dayana bilməzdi və dayanmadı. Mənə zəng etdi ki, məzuniyyətə gəlirəm. Gəldi və bircə gecə evdə qaldı. Demə, bizi də, hərbi rəhbərliyi də aldadıb döyüşə gəlibmiş. Gecəni yatmadıq, hərləyib bütün söhbəti Qarabağdan, o vaxtlar təzəcə başlamış Goranboy döyüşlərindən salırdı. Ürəyimə damdı ki, bu, döyüşmək üçün gəlib və gizli sevincimi büruzə vermədən dedim ki, sabah səni Kəlbəcərə yola salım, get ata-anamızla, bacı-qardaşlarla görüş, bir həftədən sonra qayıt Bakıya. Belə də razılaşdıq, məni tezdən işə çağırdılar ki, nazirliyin kollegiya iclasında iştirak etməlisən. İşə gedəndə durub məni yola saldı, uşaqlarımı da durğuzdu ki, görüşsünlər və o, Kəlbəcərə getsin. Görüşüb ayrıldıq, günorta evə zəng etdim ki, Mahir getdi, dedilər yox, Müdafiə Nazirliyinə getdi. Axşam gəldim evə ki, təzə hərbi formada oğlumla oynayır. Uşaqlarım onu bəlkə də, hamıdan çox istəyirdilər. Soruşdum ki, bəs rayona nə vaxt gedirsən, dedi rayon qaçmır, amma Goranboyda artıq ağır döyüşlər gedir, səhər tezdən Goranboya gedirəm. Dedim heç olmasa, iki günlüyə get ata-ananla görüş, sonra yenə döyüşə get. Dedi dədəmi tanımırsan, mənə deyəcək ölkədə döyüş gedir, sən də gəlib burada başını girləyirsən. Heç nə demədim. Getdi Goranboya. Döyüşlər, ağır günlər, hər gün şəhidlər… qulağım səksəkədə, gözümüz cəbhədən verilən xəbərlərdə… bazar günüydü, 3-cü mikrorayondakı bazardan bazarlıq edib evə qayıdanda sürücüyə dedim saxla, köşkdən qəzet alaq. "Azərbaycan Ordusu" qəzetinin birinci səhifəsində başı sarıqlı şəklini görəndə dedim Rüstəm, tez bu şeyləri verək evə, gedirik Goranboya. Gəlib çətinliklə Qaraçinarda tapdım. Ağa Əkbərov o vaxtlar orduya çox kömək edirdi, aptek müdiri idi. Onun köməyilə tapa bildik. Təəccüblə üzümə baxıb nəyə gəldiyimi soruşdu. Dedim yaralı şəklini görüb dözmədim. Dedi İkinci dünya müharibəsində dədəm, iki əmim və dayımız yaralananda, itkin düşəndə, həlak olanda yanlarına gedən olmuşdu? Qayıt evinə, mənə mane olma, əsgərlərimi döyüşdə tək qoyub sənə vaxt ayıra bilmərəm. Naəlac qalıb boynunu qucaqladım, dedim ki, Mahir, ehtiyatlı ol, özünü qoru. Sərt formada (ilk dəfəydi ki, mənimlə belə davranırdı) qayıtdı ki, yazıq bizim millət, hamı deyir özünü qoru, özünü qoru, yaxşı biz özümüzü qoruduq, bəs bu torpağı kim qoruyacaq? And olsun Allaha, o qədər qürurlandım ki, bircə kəlmə deyib ayrıldıq: belə də yaşa!!! Elə belə də yaşadı və indi də mənim nəzərimdə yaşayır! İnsan sanki müharibə üçün doğulmuşdu. O zaman o döyüşlər haqqında yazılan "Goranboy əməliyyatı" kitabı başdan-başa Mahirin gündəlikləri əsasında yazılmışdı. Qısa bir komandir ömründə yazdığı o gündəlik uzun illər müharibədə iştirak edən generalların həyatından çox təsirli və nümunəvidir. İnşallah, yəqin ki, 1992-ci ildə kiril əlifbasıyla çap olunmuş o kitabı müəlliflərinin icazəsiylə latın əlifbasıyla çap edəcəm."(moderator.az)

Əlövsət Ağalarov, "Azərnəşr"in baş redaktoru

Keçmiş millət vəkili


Etiket:
Xəbərlər

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın bu gün şəhid olmuş general-mayor Polad Həşimova məktubu 

14.07.2020

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri.

14.07.2020

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020
Bütün xəbərlər