Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

19:40 / 24.01.2020
Baxılıb: 494

Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədi Emin Hacıyevin “Yeni Sabah”a müsahibəsi:

- Artıq bir neçə gündür seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası başlayıb. Geridə qalan müddəti necə dəyərləndirirsiniz və kampaniyanın sonrakı mərhələsində hansı tədbirləriniz var?

- Bəli, təbliğat-təşviqat mərhələsi uğurla davam edir. Vətəndaşlarla kütləvi görüşlərimiz davam edir və hər gün onlarla təmasdayıq. Deməliyəm ki, artıq bir aya yaxındır sumqayıtlılarla, seçicilərimlə görüşür, onları qayğılandıran məsələləri müzakirə edirik. Bu, bizə yetkin platforma hazırlamaq üçün vacib idi və düşünürəm ki, platformamızda da sumqayıtlıların istəkləri, gözləntiləri öz əksini tapır. Təşviqat dövründə də onlarla görüşlərimiz olduqca sıx intervalla davam edir, evlərdə, məhəllələrdə, müxtəlif yerlərdə bu görüşlər və müzakirələrimiz davam edir.  

- Siz Sumqayıtda doğulub-böyümüsünüz. Seçiciləri nə qədər yaxından tanıyırsınız? 

- Bəli, mən Sumqayıtda doğulmuşam. Bu şəhərin hər yeri, hər məhəlləsi, mikrorayonu, hər döngəsi mənim üçün əzizdir. 22 və 5 saylı məktəblərdə təhsil almışam. Daha sonra Rusiyada təhsil aldığım və konsulluqda, eləcə də, Rusiya Azərbaycanlı Gənclər Birliyinin məsul katibi kimi çalışdığım dövrlərdə də Sumqayıtla bağlarımız davam edib. Ordakı diaspor işimizdə Azərbaycan, eləcə də, Sumqayıt həqiqətlərinin dünyaya çatdırılmasına xüsusi əhəmiyyət vermişik. 

Mənim atam və anam həkimdirlər və uzun illər Sumqayıtın tibb müəssisələrində çalışıblar. Sumqayıt sürətlə böyüyən, inkişaf edən şəhərdir, ancaq o qədər böyük şəhər deyil, meqapolis deyil. Burda hər kəs bir-birini tanıyır, bu kiçik şəhərdə həmişə isti münasibət hökm sürüb. 
Düşünürəm ki, Sumqayıt mənim üçün necə əzizdirsə, mən də sumqayıtlılar üçün doğmayam.

Bu münasibəti biz seçicilərlə görüşlərdə də hiss edirik. 

- Sizin fikrinizcə, dairənizdə həll olunası problemlər hansılardır və sizin üçün prioritet məsələ nədir?

- Ümumiyyətlə, deməliyəm ki, son illərdə Sumqayıtın inkişafı, xüsusilə infrastrukturun yaxşılaşdırılması və sosial məsələlərin həlli istiqamətində çox effektiv, nəticəyönümlü işlər aparılıb. Bunu şəhərimizin dəyişən simasında çox aydın müşahidə etmək olur. 

Platforma və planlarımız çox genişdir, çoxspektrlidir. Ancaq qısaca olaraq onu qeyd edə bilərəm ki, seçicilər etimad göstərəcəyi təqdirdə Sumqayıtın sosial-iqtisadi potensialının tam həcmdə realizəsi üçün qanunverici orqanın imkanlarından istifadə olunması, yerli və xarici investisiyanın cəlb olunması, şəhərimizin turizm sahəsindəki potensialını inkişaf etdirmək, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətinin yaxşılaşdırılması, gənclərin məşğulluğunun təmin olunmasına xidmət edəcək proqram və layihələrin qəbulu istiqamətində təşəbbüslər, təhsil və tibb müəssisələrimizdə keyfiyyətin daha da artırılması üçün addımlar fəaliyyətimizin əsas prioritetləri olacaq.

- Bu vaxta kimi keçirdiyiniz görüşlərdə sakinlərin qaldırdığı əsas məsələ nə olub?

- Sakinlər ölkədə, şəhərimizdə aparılan işlərdən məmnunluqlarını ifadə edir, bu işlərin təşəbbüskarına – cənab İlham Əliyevə təşəkkürlərini bildirirlər. Ancaq aydın məsələdir ki, həyat varsa, qayğılar da var, problemlər də. 

İşlə təminat, sağlamlıq problemlərinin həlli, bir sıra məhəlli xarakterli məsələlərlə bağlı müraciətlərə rast gəlirik və inanırıq ki, qısa zamanda bütün bu məsələləri birlikdə həll edəcəyik.
Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Azərbaycanda son vaxtlar Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar hər kəs tərəfindən müsbət qarşılanır.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar da bu islahatların tərkib hissələrindən biridir. Biz Azərbaycan gəncləri olaraq bu prosesdə aktiv iştirak etməliyik.

Keçirdiyimiz görüşlərdə seçicilər həm struktur, həm də kadr islahatlarını dəstəklədiklərini açıq şəkildə ifadə edirlər. Azərbaycan gəncləri hər zaman olduğu kimi yenə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanındadırlar və Sumqayıt gəncləri də ön sıralardan birini tutur.

- Gənclərimizin bir hissəsinin problemi zərərli vərdişlərə meyillənməsidir. Sağlam həyatı təbliğ edən gənc kimi, bu problemdən çıxış yolunu nədə görürsünüz?

- Hesab edirəm ki, yeniyetmələrimizi, gənclərimizi xüsusilə iki istiqamətə - intellektual fəaliyyətə, mütaliəyə və idmana meyilləndirməliyik. Kitabın və idmanın təbliği zərərli vərdişlərə marağı azaldacaq. Belə bir deyim var, dünyanı gözəllik xilas edəcək. Burada “gözəllik” dedikdə yalnız zahiri əlamətlər nəzərdə tutulmur. Yaxşı əməl də, yaxşı niyyət də gözəldir, gözəllikdir. 

- Gənclərlə bağlı namizəd olduğunuz dairədə durum necədir?

- Bu gün ölkəmizdə gənclər siyasəti gənclərin özünü inkişaf etdirməsinə, bilik və bacarıqlarını realizə etməsinə imkan verir. Baxsaq, idarəçilikdə də onların rolu getdikcə artmaqdadır. Bu, düşünülmüş, məqsədyönülü siyasətin nəticəsidir. 

Ümummilli lider Heydər Əliyev Sumqayıtı istedadlı gənclər şəhəri adlandırıb. Bu, həqiqətən də belədir, sumqayıtlı gənclər istedadları, intellektləri, zəhmətkeşlikləri sayəsində ölkənin ən aparıcı qurumlarında, şirkətlərində mühüm vəzifələrdə çalışırlar. Mənim seçicilərim arasında da belə gənclər üstünlük təşkil edir. Etimad göstərilib, millət vəkili seçiləcəyim təqdirdə biz həmin gənclərlə sıx işləyəcəyik.

- Sumqayıtda gənclərin məşğulluğu ilə bağlı müəyyən problemlər var. Siz də platformanızda bu məsələyə diqqət yetirəcəyinizi qeyd etmisiniz. Hansı addımlar atmağı düşünürsünüz?

- Sumqayıtda gənclərin məşğulluq problemlərinin nəzərəçarpacaq dərəcədə olması ilə tam razılaşa bilmərəm. Son 16 ildə ölkəmizdə işsizlik 50 faizdən 5 faizədək azaldılıb. Gənclərin məşğulluq problemlərinin həlli də dövlətimizin prioritetləri sırasındadır. Millət vəkili seçiləcəyim təqdirdə bu istiqamətdə dövlət gənclər siyasətinə dəstək verməyə çalışacam. 

Gənclərin  məşğulluğunun artırılmasına xidmət edəcək proqram və layihələrin qəbulu istiqamətində, gənc ailələr üçün ipoteka şərtlərinin asanlaşdırılması üçün qanunvericilik təşəbbüsləri, müvafiq dövlət və qeyri-hökumət strukturları tərəfindən yaradılmış mədəni-intellektual klublara, dərnəklərə gənclərin cəlb olunması, bu platformalarda maraqlı layihələrin həyata keçirilməsi, gənclərin yay və qış məktəblərində iştirakının təmin olunması yönündə çalışacağam.

- Sumqayıt təhsil və idman sahəsində öndə gedən şəhərlərdən sayılır. Bu sahələri daha da inkişaf etdirmək üçün layihə və proqramlarınız varmı?

- Bəli, platformamızda bu sahə ilə bağlı tezislər əksini tapır. Hansı ki, bu tezislər bizim gələcək fəaliyyət proqramımızın əsas istiqamətlərini təşkil edəcək.

Başlıca istiqamətlər ondan ibarətdir ki, ali, orta-ixtisas, peşə və orta təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması, müasir çağırışlara uyğunlaşdırılması istiqamətində təşəbbüslər, məktəbliləri startap layihələr hazırlamağa təşviq etmək, ali, orta-ixtisas və peşə məktəblərində texnoparkların, biznes inkubasiya mərkəzlərinin yaradılması və hazırlanmış prototiplərin investorlara təqdim olunması istiqamətində addımlar və s. təşəbbüslər nəzərdə tutulur.

Eləcə də, gənclər arasında idmanın təbliği və bu istiqamətdə infrastrukturun yaxşılaşdırılması üçün təşəbbüslərlə çıxış edəcəyik.

- Sizin namizəd olduğunu dairədə xeyli sayda məcburi köçkünlər məskunlaşıb. Onlarla münasibətiniz necə olacaq? Həmin məcburi köçkünlərin də problemlərini lazımi tribunalarda qaldıracaqsınızmı?

- Millət vəkili olaraq bir dairənin yox, xalqın vəkili olmalıyıq. Dövlətimiz tərəfindən məcburi köçkünlərin rifahının, mənzil-həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq işlər aparılır. 

Bu günə qədər 30-dan çox şəhər və rayonda Azərbaycan dövləti tərəfindən 110 yeni qəsəbə salınıb. 65000 məcburi köçkün ailəsi və yaxud 315000-ə yaxın soydaşımız yeni qəsəbələrdə mənzillərlə təmin olunub. Bu proses 2020-ci ildə də davam etdiriləcək. Biz də millət vəkili olaraq dövlət siyasətinə öz səlahiyyətlərimiz, imkanlarımız daxilində dəstək verməliyik və təbii ki, əlimizdən gələni bu istiqamətdə də edəcəyik, səylə çalışacağıq.

- Seçkilərdə qalib gələcəyiniz halda, növbəti 5 ildə seçicilər üçün nə qədər əlçatan millət vəkili olacaqsınız?

- Bu gün necə seçicilərimizin içindəyiksə, millət vəkili seçildikdə də o cür olacaq. Kommunikasiya bu gün daha rahatdır. Yeni texnologiyalar, internet həm informasiyaları əlçatan edir, həm də əlaqəni, komunikasiyanı rahatlaşdırır, daha əlçatan edir.

Etimad göstəriləcəyi, millət vəkili seçiləcəyim təqdirdə dairə ərazisində daimi qərargahımız fəaliyyət göstərəcək. Digər bir tərəfdən, seçicilərimizin müraciətlərini sosial şəbəkələr, telefon və elektron poçt vasitəsilə ardıcıl olaraq qəbul edəcək, həmin müraciətləri operativ olaraq araşdırıb, imkanlarımız daxilində köməklik göstərəcəyik.

Eyni zamanda, hesabatlılıq təmin olunacaq - mütəmadi olaraq görülmüş işlər, eləcə də seçici müraciətləri ilə bağlı atılmış addımlar haqda hesabatlar açıqlayacağıq.  

 


Etiket:
Xəbərlər

Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV

18.02.2020

Tarixçi Şuşada tapılan arxeoloji materiallardan danışdı - FOTO

14.02.2020

Nadir şah Əfşarın Türk Birliyi ideyası...

13.02.2020

ABŞ arxivindən qədim Azərbaycan şəhəri İrəvanın görüntüsü yayıldı – Video

13.02.2020

TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI

11.02.2020

ARİSTOTEL DÜŞÜNCƏSİNDƏ İNSANA VERİLƏN DƏYƏR

10.02.2020

İşğal altında olan Laçınımızın tarixinə baxış

10.02.2020

İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR

08.02.2020

UAGB-dən deputatlığa namizəd Möhsüm Aslanova dəstək

07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

07.02.2020

Məşhur bəstəkarın oğlu necə qətlə yetirilmişdi – RETRO-DETEKTİV

06.02.2020

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

05.02.2020

Krımdakı Azərbaycanlı diasporundan deputatlığa namizəd Möhsüm Aslanova dəstək.

05.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOVLA GƏNCLƏR MƏRKƏZİNDƏ İZDİHAMLI GÖRÜŞ

04.02.2020

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

04.02.2020

Tural Gəncəliyev: “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır

04.02.2020

Sərhədləri aşan şair... - Əsəd Cahangir yazır

04.02.2020

Möhsüm Aslanov: “Hamıya yaxşı olmaq anormallıqdır, ədalətli olmaq daha vacibdir”

03.02.2020

DEPUTATLIĞA NAMİZƏD MÖHSÜM ASLANOV QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞÜB

03.02.2020

Qismət Məsimin şeirləri

02.02.2020

ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

02.02.2020

Babək adının ana dilimizcə izahı

01.02.2020

Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

31.01.2020

QƏRBİ AZƏRBAYCAN TARİXİNİ MÜKƏMMƏL BİLƏN, ELMİNİN ƏSAS YOLUNU QƏRBİ AZƏRBAYCANA HƏSR EDƏN NAMİZƏDƏ SƏS VERƏK.

31.01.2020

Şahlar Hacıyev Mixail Zabelini debata çağırdı

31.01.2020

“Prezidentin start verdiyi yeni islahatlar mənə cəsarət verdi ki, seçkilərə qatılım” - Möhsüm Aslanov

30.01.2020

Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

30.01.2020

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

29.01.2020

Göygölün kəndlərində izdihamli görüşlər

28.01.2020

Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür

28.01.2020

Şəxsən mən valideyni yanında olmayan bir gənci, valideyni olan bir gəncdən daha çox üstün tuturam. - Orxan Mahmudov

27.01.2020

Əziz sumqayıtlılar, Parlament seçkilərində Emin Hacıyevə səs verək!

27.01.2020

Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR

27.01.2020

Daşaltı əməliyyatı ermənilərin dili ilə

26.01.2020

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

26.01.2020

"Sözdən sonra" - Elnur İrəvanlının şeirlər kitabı haqqında

25.01.2020

Deputatlığa namizəddən gülünc saxtakarlıq

25.01.2020

Emin Hacıyev: Bu şəhərin hər yeri, hər məhəlləsi mənim üçün əzizdir - MÜSAHİBƏ

24.01.2020

Dağların zirvəsində zirvəyə layiq görüş baş tutdu

24.01.2020

Ruhumu titrədən kənd!

24.01.2020

Tarixi bir yerdə yazaq.

23.01.2020

MİSKİN ABDALIN KƏRAMƏTLƏRİ (MÖCÜZƏLƏRİ)

23.01.2020

Sumu vilayət Deputatlar Sovetinin sədri deputatlığa namizəd Möhsüm Aslanova uğurlar arzulayıb.

22.01.2020

Nazilə Gültacın şeirləri

21.01.2020

"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"

21.01.2020

Deputatlığa namizəd Möhsüm Aslanov Göygöldə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirinə qatıldı. 

20.01.2020

Azərbaycan şeirinin imperatoru

20.01.2020

Dünya şöhrətli akademik növbəti dəfə seçkilərə qatıldı.

20.01.2020

"Vətən üçün ölməliyik" - deyən Ülvi Bünyadzadə

20.01.2020

20 Yanvar və matəm - arxiv şəkilləri

20.01.2020
Bütün xəbərlər