Qızı Neftçalada yoxa çıxdı, oğlunu çimərlikdən tutub güllələdilər, nəvəsi sürgündə donub öldü - Rəsulzadə ailəsinin başına gətirilənlər

16:15 / 31.01.2020
Baxılıb: 2298

Bu gün Şərqdə ilk demokratik cümhuriyyətin qurucusu, azərbaycanlı siyasi-ictimai xadim, publisist, AXC-nin banisi Məhəmməd Əmin Rəzulzadənin doğum günüdür.

Goyce.az saytı Kulis.az-a istinadən Azərbaycanda SSRİ qurulduqdan sonra sürgün olunan, əksəriyyəti faciəvi şəkildə dünyadan köçən, itkin düşən Rəsulzadə ailəsi haqqında dəhşətli faktları təqdim edir.

Ümmülbanu – Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı.

1888-ci ildə doğulub. 1908-ci ildə Məhəmməd Əmin Rəsulzadə ilə ailə qurub. 1937-ci ildə doğmaca həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadə ilə məktublaşmaları bəhanə gətirilərək Qazaxıstana sürgün olunub. Oğlunun ölümü və ailəsinin dəhşətli taleyinə dözmədiyindən 1940-cı ildə ürəyi dayanıb.

Lətifə Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin qızı.

1910-cu ildə Bakıda doğulub. 1941-ci ildə iki qız uşağı ilə birgə Qazaxıstana sürgün edilib. Üzərində xalq düşməni damğası olduğu üçün burada ona heç kəs kömək etməyib. Nəticədə şaxtalı yanvar günlərinin birində 32 iki yaşlı Lətifə yataqda 9 yaşlı qızı ilə birgə soyuqdan donaraq ölüb. Məhəmməd Əmin Rəsulzadənin qızı olduğu üçün 7 gün kimsə meyitlərə yaxın düşməyib. Sonda uzaq Qazaxıstan çöllərində iki qəbir qazılaraq qərib meyitlər torpağa tapşılıb.

Xalidə Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin qızı

1916-cı ildə Məhəmməd Əmin Rəsulzadənin ailəsində doğulan, 21 yaşında anası və qardaşı ilə birgə Qazaxıstana sürgün olunan Xalidə müharibənin qızğın vaxtında sənədsiz-filansız Azərbaycana qayıtmağı bacarır. Daha sonra Neftçalaya yola düşdüyü güman edilir. Lakin bu gümandan sonra onun haqqında zərrə qədər də məlumat yoxdur. Sanki, Xalidə Rəsulzadə adlı bir insan bu ölkəyə gəlməyib...

Rəsul Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin oğlu

Daha bir nakam Rəsulzadə. Özündən sonraya bir fotoşəkil və bir neçə cümləlik bioqrafiya saxlayan Rəsul Rəsulzadə. Azərbaycan Cümhuriyyətinin yarandığı ildə doğulmuşdu, bibisi qızı Kübranı sevirdi, 19 yaşında ikən dostu ilə dəniz sahilinə gedərkən saxlanılır, 3 gün sonra qeyd şərtsiz güllələnir. Məzarı bəlli deyil.

Azər Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadənin oğlu.

Azərbaycan cümhuriyyətinin süqut etdiyi ildə, 1920-ci ildə Bakıda doğulub.
Məhəmməd Əmin Rəsulzadə oğlunun adını öncə Əliheydər qoyur. Son dəfə Azərbaycandan ayrıldığı zaman oğlunun adını dəyişərək Azər qoyur. Sanki adı taleyini yazır, atası kimi o da demək olar ki, Azərbaycana həsrət qalır. Sürgündən sonra vətəndə uyumaq da Rəsulzadələr arasında ilk olaraq ona qismət olur. 56 ildən sonra Azər Azərbaycana qovuşur. Novxanıda baba yurdunda dəfn olunur.

Ramiz Rəsulzadə. Azər Rəsulzadənin oğlu.

1942-ci ildə Qazaxıstanda doğulub. Onun da taleyi şəcərənin əksər üzvləri kimi kədərli olur. Repressiyadan vətənə, Naxçıvana, xalası və əzizlərinin yanına dönür. Hətta xalası onun üçün elçi gedir və Ramizi evləndirir. Lakin cəmi iki il sonra 2000-ci ildə özündən sonra övlad izi qoymadan beyninə qan sızaraq dünyadan köçür.

Maral xanım. Məhəmməd Əmin Rəsulzadənin analığı

Ailə “sovetin 1 nömrəli düşməni ilə əlaqədə olduğuna görə” bəhanəsi ilə sürgünə göndərilir. Məhəmməd Əmin Rəsulzadənin analığı Maral xanım müsəlman olduğundan yolda yemək yemir. Öz təbiri ilə desək, “Kafirlərin yeməyindən iyrəndiyindən” gününü yalnız qəndi suya batırıb dadmaqla keçirir. Sonra ilk düşərgədə özləri yemək bişirirlər. Bu zaman qadın uzun müddətdən sonra ilk dəfə yemək yeyəndə orqanizmində ciddi problem yaranır. Beləcə Maral xanım orda dünyasını dəyişir”. Maral xanmı yolda dəfn edirlər.

Rais Rəsulzadə - Azər Rəsulzadənin oğlu

Rəsulzadə ailəsinin sağ qalan üzvləri Karaqandaya çatır. Azər Rəsulzadənin oğlu Rais Rəsulzadə burada dünyaya gəlir. 1965-ci ildə Karakandada orta məktəbi bitirir. Məktəbdə oxuya-oxuya paralel olaraq Ümumittifaq İncəsənət Universitetində də qiyabi təhsil alır. Bu zaman Rəis Rəsulzadənin Alma-Atıda, Moskvada, Daşkənddə Universitetə girmək imkanları var idi. Amma onun prinsipi başqa olur, Rais Rəsulzadə 1965-ci ildə baba yurdu olan Azərbaycana gəlir. Burada Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Sonra Bakıda yataqxanada otaq tapan Rəis 4 illik təhsilini başa vurub hərbi xidmətə yollanır. Hərbi xidmətdən sonra da Rais atasının yanına, Karaqandaya deyil, vətəninə, Bakıya qayıdır. Bakıda onlara məxsus 3 ev olmasına rəğmən öz doğma yurdunda uzun illər zirzəmidə yaşamalı olur.

Beləcə Rəis 1971-ci ilin soyuq dekabr günündə bir zamanlar babasının rəhbər olduğu ölkənin soyuq zirzəmilərində özünə ev tapır. Rais Rəsulzadə 1978-ci ildə keçmiş SSRİ və Azərbaycan rəssamlar ittifaqlarına üzv qəbul olunur və həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Rəsm, heykəltaraşlıq və boyakarlıq” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim təyin edilir.
Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2002), Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədridir. (2009)

Rəis Rəsulzadənin Humay adlı bir qızı var. Moskva Texniki Universitetini bitirib. Hazırda Moskvada yaşayır. Rəis Rəsulzadə peşəkar rəssam, pedaqoqdur - həm də möhtəşəm bir şəcərənin kişi qolu üzrə sonuncu nümayəndəsidir!

PS. Məqalədə Rais Rəsulzadənin fikirlərindən və N.Bağırzadənin "Uzaqdakı yaxınlar" kitabındakı faktlardan istifadə olunub.


Etiket:
Xəbərlər

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

04.08.2020

Vətənpərvər alim, Fəal ictimaiyyətçi

03.08.2020

Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

03.08.2020

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

03.08.2020

1 Avqust - Azərbaycan Əlifbası Günüdür
 

01.08.2020

Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

31.07.2020

Atasını ermənilər öldürdü, qardaşı repressiya olundu, oğlu onu illərlə aldatdı - Gülməkdən ölən böyük aktyorumuz

30.07.2020

Hamburqlu bar qızı necə Qdanskda türmə cəlladı oldu... - 22 yaşlı Jenni Barkman minlərlə əsiri məhv edib

29.07.2020

Abbasqulu bəy Şadlinski: Andranikə və Qareqin Njdeyə dəfələrlə qan udduran qəhrəman

28.07.2020

Jukovun sədaqətli sürücüsü – Buçindən marşal əleyhinə ifadə almaq istəyiblər, verməyib, 5 il həbs cəzası alıb.

25.07.2020

Bu gün Ağdam rayonunun işğalından 27 il ötür.

23.07.2020

Milli Mətbuat - 145 il

22.07.2020

BİZ ERMƏNİLƏRƏ NƏ VAXT QALİB GƏLƏCƏYİK?

20.07.2020

Onların hədəfi yalnız Qarabağ deyil...” – “Food City”dən erməniləri qovan İlham Rəhimov

18.07.2020

Fransız tarixçi: Bu, Paşinyan hökumətinə inamsızlığı dünyaya sübut etdi

17.07.2020

Şəhid İsmayılovla vida mərasimi keçirilir - Fotolar

16.07.2020

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın bu gün şəhid olmuş general-mayor Polad Həşimova məktubu 

14.07.2020

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri.

14.07.2020

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020
Bütün xəbərlər