ARZULARIMIN ƏN BÖYÜYÜ QARABAĞIMIZIN DÜŞMƏN TAPDAĞINDAN AZAD OLMASIDIR

12:52 / 02.02.2020
Baxılıb: 856

Torpağı, havası, suyu, dağı, dərəsi gül-çiçək qoxuyan, xınalı qayaları könül ovsunlayan, laləli düzləri ruhu dinləndirən, qoynunda pərvazlanan insanlarını günəşin nuruyla uyandıran, 25 ildən çoxdur ki, təkcə bir elin, bir bölgənin deyil, bütöv Azərbaycanımızın sinə dağına dönən Qubadlı Yurdu, vaxilə tarixə möhür vuran, tarixçilər, elm, bilim adamları, iqtisadçılar, nağıllı, dastanlı, Sözlü-söhətli yazıçılar, şairlər - şərəfli nəsillər yetişdirib... Bu gün də Vətəndən uzaqda Vətən həsrətilə yaşayan yeni nəsil bu müqəddəs ənənəni uğurla davam etdirir...

Qoy düşmən sevinməsin! O Yurdlar bizim yurdlarımızdır! Qarabağ da, Zəngəzur da bizim torpağımızdır!.. Aradan illər keçsə də belə, daş üstə daş qoymasalar da, murdar əlləri ilə torpaqlarımızı şumlasalar belə yenə biz o Yurdlara qayıdacağıq!.. Yenə biz orada, öz doğma ata-baba yurdlarımızda binə quracağıq!.. Biz gənclərə, gənclərsə Azərbaycan Prezident, Ali Baş Komandan  İlham Əliyevə güvənir... Onun rəhbərliyi ilə üç rəngli bayrağımızı Qarabağımızda dalğalandıracağıq...

Fərid Hüseynov bir nəslin, elin-obanın, mənsub olduğu bölgənin adını həmişə şərəfləndirən, dövlətə, dövlətçiliyə sədaqətli xidmət edən gənclərimizdəndir.

Fərid, uşaqlıq illərini necə xatırlayırsan?

Mən 1991-ci ilin mart ayında Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olsam da, vətənimdə yaşamaq mənə qismət olmayıb. Qubadlının işğalından sonra ailəmizlə birlikdə Bakıda yaşamaq məcburiyyətində olmuşuq.  

Atam, hazırda ehtiyatda olan polkovnik-leytenant Şəfayət Hüseynov, Qubadlı rayonunun erməni hücumlarına məruz qaldığı ilk gündən torpaqlarımızın müdafiəsinə qalxıb. Könüllü olaraq rayonda yaradılan özünümüdafiə batalyonuna yazılıb və həyatını büsbütün hərbə həsr edib. Komandir və digər vəzifələrdə çalışıb. Biz müvəqqəti olaraq Azərbaycan Dillər Universitetinin yataqxanasında məskunlaşmışdıq. Atam isə yenidən cəbhə bölgəsinə yollanmışdı. Mənim uşaqlığım o yataqxananın soyuq, cansıxıcı və sükutlu divarları arasında keçib. Atam döyüş bölgələrində olduğu üçün demək olar ki, bizi anam tərbiyələndirib. Anam ali təhsilli müəllimə olsa da, heç bir yerdə işləmirdi. Anam, mən və bacım yaşayış üçün o qədər də yararlı olmayan yataqxanada məcburi köçkünlüyün ən ağır günlərini yaşamışıq. Həm doğma vətənimizə, həm də atama həsrətli böyümüşük. Amma bununla belə atamın hərbçi olmasıyla qürur duyurduq. Mən xeyirxahlığı, vətənpərvərliyi, zəhmətsevərliyi atamdan öyrənmişəm... Yaxşı yadımdadır; yataqxanada yaşadığımız illərdə təkcə atam cəbhədən evə gələndə sevinərdik, üzümüz gülərdi. O anlarda elə bil divarlardan üzərimizə çökən qara dumanlar da harasa çəkilib gedirdilər... Bir neçə il orada yaşayandan sonra Sumqayıt şəhərinə köçdük və “Şəfa sanatoriyası”nda müvəqqəti məskunlaşdıq. 1997-ci ildə Sumqayıt şəhərində 14 saylı məktəbin birinci sinfinə getmişəm... 2008-ci ildə Sumqayıt şəhər Təfəkkür liseyini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil oldum.

Ali məktəbdə oxuyanda qarşına hansı məqsədi qoymuşdun?

Xarici ölkədə təhsilimi təkmilləşdirməyi gələcəkdə yolumda bir körpü kimi görürdüm. Bunun üçün 2012-ci ildə İqtisad Unversitetini bitirdikdən sonra Dövlət Neft Şirkətinin Xarici Təqaüd Proqramı ilə İngiltərənin Bristil Unversitetində magistr təhsilmi davam etdirdim... Azərbaycanın yeni müstəqillik qazanmağını nəzərə alaraq inkişaf etməkdə olan ölkəmizin bazar iqtyisadiyyatına keçid dövründə iqtisadi inkişafında töhfə vermək və bacarıqlı mütəxəssis olmaq məqsədi ilə bu sahəni seçdim. Əgər Azərbaycanımızın iqtisadi yüksəlişində mənim də əməyim olarsa, böyük fərəh hissi keçirərəm.

Xarici dili necə öyrəndin?

Orta məktəbdə oxuyanda xarici dil tədris olunurdu. Anam rus dili müəllimi olduğuna görə hələ uşaq vaxtımdan mənə rus dilini öyrətmişdi, ümumiyyətlə, yaxşı təhsil almağımda anamın böyük əməyi olub. Ona görə də həm orta məktəbdə təhsil aldığım illərdə, həm də universitetdə təhsil aldığım illərdə yaxşı oxumağımla yaşıdlarımdan seçilirdim.

Neft Şirkətinin Təqaüd Proqramını neçə qazandın?

Xarici Təqaüd Proqramı üç mərhələdən ibarətdir və hər mərhələdə müxtəlif səviyyələrdə komissiya nümayəndələri ilə müsahibələrdən keçmişəm. Burada seçilən ixtisaslar, ümumi dünyagörüşü, gələcəyə dair məqsəd və planlar qərar vermə prosesində əsas nəzərə alınan meyarlardır.

İngiltərədə təhsil alarkən Azərbaycan həqiqətlərinin tələbə yoldaşların arasında yayılmasında iştirak edirdinmi?

Bəli. Təhsil aldığımız müddətdə milli bayram ərəfəsində Azərbaycan günləri keçirilirdi, biz tələblələr də xarici vətəndaşlara milli adət-ənənələrimizi əyani şəkildə göstərirdik. Bundan əlavə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilmiş dinc insanların xatirəsini anaraq, Xocalıda baş vermiş faciənin tarixi və ağır nəticələri barədə xarici tələbələri məlumatlandırırdıq. Bu sıyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması və dünyada tanıdılması istiqamətində Xocalı soyqırımının ildönümündə tələbələrlə “Xocalıya ədalət” şüarlı yürüş keçirir, Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olmağa çalışırdıq.

Dövlət Neft Şirkətində (SOCAR) əmək fəaliyyətinə hansı vəzifədə başlamısan, karyeranda hansı dəyişikliklər olub?

Dövlət Neft Şirkətində (SOCAR) iqtisadçı kimi əmək fəaliyyətinə başlamışam. Hazırda biznes proseslərinin optimllaşdırılması və tənzimlənməsi şöbəsinin rəis müavini vəzifəsində çalışıram.

İndiki vəzifəndə hansı işləri yerinə yetirirsən?

SOCAR-ın struktur vahidlərində əməliyyat səmərəliliyinin artırılması və xərclərin optimllaşdırılması layihələrini həyata keçiririk.

Həyatda uğura necə nail olmusan?

İlk növbədə, qazandığım uğurlara görə valideynlərimə borcluyam. Çünki onlar hər zaman mənə dəstək olublar, mənə güvəniblər. Prinsipiallıq baxımından isə özünə inam, qarşıya qısa və uzunmüddətli məqsədlər qoymaq və onlara çatmaq üçün əzmlə çalışmaq, valideynlərimin etimadını doğrultmaq, mənim fikrimcə, uğur qazanmağın yeganə yoludur.

Məcburi köçkün gənclərə tövsiyən?

Bütün gənclərə tövsiyəm budur ki, təhsilə böyük önəm versinlər, çox hazırlaşsınlar, mütaliə etsinlər. Hansı sahəni seçmələrindən asılı olmayaraq onu dərindən öyrənməyə çalışsınlar və məqsədə gedən yolda kiçik uğursuzluqlar onları həvəsdən salmasın. Yaxşı mənada prinsipial olsunlar.

Hazırda harda məskunlaşmısınız?

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Hərbçilərin, ehtiyata buraxılan hərbçilərin mənzillə təmin olunması bunun bariz nümunəsidir. Prezidentin humanist addımından necə deyərlər, bizə də pay düşüb. Hazırda Bakı şəhərində atama verilən evdə yaşayırıq. Şəxsi evim yoxdur.

Ailə qurmusanmı, gələcək üçün hansı arzuların var?

Xeyir, subayam. Yaxın gələcəkdə inşallah ailə qurmağı düşünürəm. Arzularımın ən böyüyü Qarabağımızın düşmən tapdağından azad olmasıdır.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ    

Goyce.az


Etiket:
Xəbərlər

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020

Tikanlı cığırlar (esse)

22.04.2020
Bütün xəbərlər