Şahidlərin xatirələri: Xocalı soyqırımı – zamanın sağalda bilmədiyi yara – FOTO-VİDEO

10:00 / 26.02.2020
Baxılıb: 956

Xocalı. Bu şəhərin adı eşidiləndə 1992-ci il fevralın 26-sı faciəsindən xəbərdar olan hər kəsin qəlbində dözülməz ağrılar baş qaldırır.

​1991-ci ilin oktyabrından Xocalı şəhəri erməni qəsbkarları tərəfindən mühasirədə idi. Eyni zamanda şəhər mütəmadi olaraq erməni silahlı qüvvələrinin iriçaplı silah və texnikaları tərəfindən hər gün atəşə məruz qalırdı. Şəhərə elektrik verilmirdi, sonuncu sərnişin vertolyotu Xocalıya yanvarın 28-dən uçmuşdu. Hava məlumatı Şuşa üzərində vertolyot vurulandan sonra kəsilmişdi.

Bu, ağrı və dərdlə dolmuş ac və soyuq günlər idi. Bu, dəhşətli günlər idi. 25-dən 26-na keçən gecə haqda söz söyləmək indi də, baxmayaraq faciənin üstündən 28 il keçir olduqca çətindir.  

Fevralın 25-i gecə keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının hərbi texnikası şəhərin ətrafında döyüş mövqelərinə gətirildilər. İki saat ərzində tank, BTR və “Alazan” sistemli texnikalardan atışma getdi. Bundan sonra erməni silahlı qüvvələrinin bölmələri Xocalını ələ keçirdilər. 

Qadın, uşaq və yaşlıları xilas etmək üçün kişilər Əsgəran istiqamətinə yolandılar. Belə ki, qalan üç tərəf ermənilər tərəfindən mühasirəyə alınmışdı. Onlar əldən düşmüş, soyuqdan donmuş halda son qüvvələri ilə addımlayırdılar... Onlar öz ölümlərinə doğru gedirdilər. Silahsız xocalılara qarşı atəş açıldı. Demək olar ki, onların hamısı insanlığa sığmayan işgəncələr və vəhşiliklərlə Əsgəran-Naxçıvanik çökəkliyində həlak oldular. Sakinlərdən kiçik bir hissə cəlladların əlindən qurtara bildi ki, onların da çoxunu dağlarda don vurdu.

Xocalıya hücum olunanda orada 3 minə yaxın əhali vardı. Belə ki, mühasirəyə görə daha əvvəl əhalinin bir hissəsi doğma şəhərini tərk etmişdi.

Erməni quldur dəstələri ağlasığmaz vəhşilik və qəddarcasına dinc sakinlərə işgəncələr verirdilər. Hücumda həmçinin: 366-cı alayın 2-ci taburuna mayor Seyran Ohanyanın (Ermənistanın hazırki müdafiə naziri) rəhbərliyi ilə, eləcə də 3-cü tabur Yevgeniy Naboxin, 1-ci tabur Çitçyan Valeri İsayeviçin və 50-dən çox erməni zabit və gizirin iştirak edirdilər. O zamanlar hücum nəticəsində qadağan olunmuş 5,45 çaplı güllələr və kimyəvi silahdan sitifadə olundu.

Şəhər tamamilə yandırılmışdı. O müdhiş gecə 63 uşaq, 106 qadın və 70 qoca həlak oldu…

Qətliam nəticəsində 613 nəfər həlak oldu. 8 ailə tamamilə yer üzündən silindi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə gecəsi 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi haqda hələ də məlumat yoxdur.

Müxtəlif yaşlarda olan 1000 xocalı sakini aldıqları güllə yarasından şikəst qaldılar.

Rusiyanın “Memorial” Hüquq Müdafiəsi Mərkəzinin məlumatına görə, 4 gün ərzində Xocalıdan Ağdama 200 meyit çatdırıldı. Onlarla meyitin üzərində zorakılıq əlamətləri aşkar edilmişdi. Hüquq Müdafiəsi Mərkəzinin məlumatına görə, həmçinin sağ insanların dərisinin soyulması faktı da qeydə alınmışdı.  

Ermənilər güllələyə bilmədikləri sakinləri diri-diri yandırıblar. Uşaq və böyüklərin gözləri çıxarılırdı. Bədənlərinin müəyyən hissələrini kəsir, hamilə qadınların qarınları kəsiliridi.

Хocali.org saytında yerləşdirilmiş məlumatları nəzərinizə çatdırırıq:

Sənubər Ələkbərova, Xocalı sakini:

“...Həsənabad, Mehdikənd, Bozdağı – hərə tərəfədən atəş açırdılar. Xocalıya daxil olmuş BMP-lərin səsindən yer yarılırdı. Əvvəlcə qadın və uşaqlara zirzəmilərdə gizlənmək tapşırılmışdı. Sonra icra hakimiyyətinin başçısı Elman Məmmədov gəldi və bildirdi ki, qacmaq lazımdır, yoxsa sağ qalmayacaqsınız. Aeroportun rəhbəri Əlif Hacıyev bizi meşədən Ağdam istiqamətində apardı. Orada gördüklərimi heç vaxt unutmaram: meyitlərdən təpə yaranmışdı. Anamı orada güllələdilər. Qızlarım Sevinc və Hicranı isə yaraladılar. Bu zaman güllə mənə də dəydi. Gənc qadın və uşaqlar qıcolmalardan qarın üzərindəcə ölmüşdülər. Biz qışqırırdıq və kömək istiyirdik. Lakin kömək gəlmirdi”.

Cəmil Məmmədov, Xocalı sakini:

“Şəhərə daxil olan tanklar və zirehli nəqliyyat vasitələri evləri və əhalini əzirdilər. Rus əsgərlərinin ardınca erməni döyüşçüləri gəlirdirlər. Beş yaşlı nəvəmi və 14 min rubl pulu götürərək meşəyə tərəf qaçdım. Uşaq meşədə donmasın deyə paltarlarımı çıxarıb onu bürüdüm. Lakin bu, kömək etmədi. Uşaqla qarın altında qalmalı olduq. Səhər anladım ki, uşaq buna dözə bilməyəcək Naxçıvanik istiqamətindəki erməni kəndlərindən birinə getdim. Burada məni erməni döyüşçüləri qarşıladılar. Mən onlara yalvardım ki, pulu götürsünlər və uşağın xatirinə bizi Ağdama buraxsınlar. Cavabında məni döydülər, pulumu oğurladılar və kəndin komendantına apardılar. O da məni azərbaycanlı uşaq və qadınların olduğu zirzəmiyə aparmağı tapşırdı. Zirzəmidə bizi 4 gün saxladılar. Nə yemək, nə də su verirdilər. Qəddarlığın həddi yox idi. 4 gün sonra məni nəvəmlə birgə Əsgəran rayonuna aparanda o zaman orada baş verənlər Naxçıvanikdəki zirzəmi mənə Cənnət kimi gəlirdi.

Əcnəbi muzdlular (mən erməni dilini yaxşı bilirəm, yerli ermənilərin dilini də yaxşı anlayıram) ayaqlarımdakı dırnaqları qopardılar. Ermənilərin arasında olan zəncilər də məni təpikləyirdilər. Saatlarla davam edən işgəncələrdən sonra məni həbs olunmuş erməni ilə dəyişdilər. Nəvəmi isə əlimdən aldılar. Həyatyoldaşım və qızımın taleyi haqda heç nə bilmirəm”.

Səriyyə Talıbova, Xocalı sakini:

“...Bizi erməni qəbristanlığına gətirdilər. Mənə burada baş verənləri danışmaq çox çətindir. 4 məhsəti türkü olan gəncləri və 3 azərbaycanlını erməni döyüşçünün qəbiri üzərində başını kəsdilər. Bundan sonra əsgər və döyüşçülər valideynlərinin gözləri önündə uşaqlara işgəncə verərək öldürürdülər. Daha sonra meyitləri buldozerlər vasitəsilə yarğana atırdılar. Bundan sora iki azərbaycanlı zabiti milli formada gətirərək onların gözlərini oydular...”

Canan Orucov, Xocalı sakini:

“Biz meşə plantasiyalarından Ağdama keçmək istəyirdik, lakin Naxçıvanikdə erməni əsgər və döyüşçülərinin atəşinə məruz qaldıq. Çoxlu sayda uşaq və qadın güllələndi. Oğlumu gülələdilər. Onun 16 yaşı vardı. 23 yaşlı əkiz uşaqları olan qızımı əlimdən aldılar, həmçinin 18 yaşlı hamilə qızımı da”.

Müşfiq Əlməmmədov, Xocalı sakini – qaçma zamanı yaralanıb və iki gün qar üzərində qalıb:

“... Silahlarımız vardı – avtomat, tüfəng, tapanca. Döyüş ehtiyatı və ərzaq yox idi. 25 fevral uzun müddət mühasirədə qalmaq hər kəsi əldən salmışdı, gecə isə zirehli texnika vasitəsilə hücum olundu. Əvvəlcə aeroportu yandırdılar. Onlar heç kəsə rəhm etmirdilər – nə qocalara, nə qadınlara, nə də uşaqlara. Daha çox aeroport yaxınlığında olan evlərdəki insanları diri-diri yandırılmışdı. Yanmış əti iyi hələ də burnumdan getmir...

Bir çox müdafiəçilərimiz döyüş zamanı tələf oldu. Sağ qalanlar Ağdam istiqamətinə getmək üçün meşələrə üz tutdu. Naxçıvanikdəki erməni kəndləri yaxınlığında, Ağdam yolunda onlar mühasirəyə düşdü. Elə həmin mühasirə zamanı qadınlara köməyə tələsən, Xocalı aeroportunun rəhbəri Əlif Hacıyev həlak oldu. Onun başına ermənilər çoxdan mükafat qoymuşdular”.

Minəş Əliyeva, Xocalı sakini –  50 yaş, əlindən güllə yarası almış:

“...Biz meşədə qarda itdik. Yolu keçərkən güllə yarası aldım. Meşənin dərinliklərində atışma səsləri gəlirdi. Əlif məni yol kənarından götürdü. Bir müddət sonra meşədə atışma dayandı. Əlif yolun o tərəfindəki qadınlara qışqırdı ki, başlarını qaldırmasınlar, çünki güllə onlara dəyə bilərdi. Atışça müntəzəm olaraq başlayırdı, bir müddət sonra isə dayanırdı. Bu müddət ərzində 20-yə yaxın qadın və uşaq yolu keçdi. Əlif güllə darağını dəyişən zaman ermənilər cavab atəşi açdılar. Güllələrdən biri onun alnına dəydi. Bu, dəhşətli mənzərə idi...”

Mürvət Məmmədov, 9 yaşlı yaralı:

 “Məni ayağımdan, qardaşım Əhmədi isə əlindən yaraladılar. O məndən böyükdür, onun 11 yaşı var. Mən ermənilərin meyitlərin qulağını kəsmələrinin şahidi oldum. Bir qadının ağzından qızıl dişlərini çıxartdılar. Qorxdum ki, onlar mənim də dişlərimi çıxararalar”.

Süsən Cabbarova, 1968-ci il təvəllüdü:

 “Mən tibb bacısıyam. Həkimlə birlikdə yaralıları xərəklərdə daşıyırdıq. Kənd sakinləri ilə birgə dəmir yolunun keçərək Qar-qar çayına yaxın gəldik. Buzlu suda ayaqqabımı itirdim. Hər tərəfdən erməni döyüşçüləri ilə mühasirə olumuş meşədə uzun müddət gizləndik. Qadınlardan birinin əlində 9 aylıq körpəsi vardı. Körpə bərkdən ağlayırdı. Onun səsindən bizi aşkar edə bilərdilər. Ana qorxudan uşağın ağzını tutmuşdu. Onlar Ağdama çatanda uşaq demək olar ki nəfəs almırdı...

Biz Naxçıvanikdəki sahəyə çıxdıq. Bu zaman erməni səsləri eşitdik. Mən yerə yıxıldım və özümü ölülüyüə vurdum. Onlar ətrafda gəzirdilər və tərpənən kəslərə işgəncə verirdilər. Qalan bütün yolu mən iməklədim, belə ki artıq ayağa qalxa bilmirdim...”

Rafael İmanov, milis serjantı, Ağdam sakini, meyitlərin daşınmasına yardım edib:

“Naxçıvanik-Əsgərəan yolundakı yarğanlar azərbaycanlıların meyitləri ilə dolu idi. Qadınların ayaqları onların corabları ilə bağlı idi. Bəzilərinin əlləri, bəzilərinin isə qulaqları kəsilmişdi. Ermənilər üzük və sırğaların çıxarılmasında zaman itirməmək üçün barmaq və qulaqlarını kəsmişdilər. Bu dəhşətli mənzərə hələ də yuxuma girir”.

Yuriy Romanov, rusiyalı müxbir:

“Biz hospital vaqona yaxınlaşanda (vaqon Ağdam dəmir yolu stansiyasında idi) platformalardan qanlı işlər gedirdi. Perrona yaxınlaşan hər bir vaqondan qeyri-adi yaralılar düşürülürdü: qadın, uşaq və qocalar. Kişilər demək olar ki yox idi...

- Haradan gətirilib? – sürücüdən soruşuram.

- Xocalı... əli ilə yelləyir. Maşın boşalan kimi yenidən yola davam edir...

- Bəs bu hardandır? – ikinci sürücüdən soruşuram. Hissələrə ayrılmış ailə üzvlərinə baxaraq. Qadın və üç uşaq qan içində. Ailənin başçısı cansız halda yerdə uzanmış. Qana bulaşmış dördünü uşağı qadın yelləyir... Maşının səsi kəsiləndə qadının sözsüz lay-lay oxumasını eşitdim:

- Аа-аа-аа-а!

- Ana, anacan! – onu bir oğlan və 2 bir az böyük qız qolundan tutub dartırlar. Onlar da şikəst qalmış və yaralıdılar, onların da paltarı qan içindədir. Lakin ana onlara əhəmiyyət vermir...

- Xocalı... deyərək sürücü maşındakı ölmüş körpəsi qucağında olan yaralı qadını düşməyə kömək edir.

Ard-ardına yaralılarla dolu maşınlar gəlir. Sürücülərdən biri:

- Bizdə yalnız toy mərasimlərində maşınlar fənərərini yandırır...

Qanlı “toy” isə hələ də davam edirdi...

Perron boyunca Tibb Xidmətinin polkovniki qaçır. Onun üzü torpaq rəngindədir və ürəyi sağlam olmayan insan kimi nəfəs alır. Bir dəfəyə bir neçə yerdə olmaq ona təbii ki istirahət etməyə imkan vermir. Azərbaycan Müdafiə Nazirliyinin Tibb Xidmətinin rəhbəri, bir anlığa dayanır və dilinin altına nitroqliserin həbini qoyur.

- Xocalıda nə baş verir?

- Dəqiq bilmirik, amma böyük ehtimalla çoxlu sayda qaçqın atışmaya məruz qalıb. Tezliklə oraya vertolyot uçacaq...

- Xəsarət alanlar çoxdur?

- O da sözdür?! Son 13 saat ərzində bizim Tibbi Xidmətinin həkimləri 290 nəfərə yardım göstəriblər. Onlardan 123 nəfərini don vurmuşdu. Silahdan – 67 nəfər, güllədən isə 43 nəfər yaralanıb. Qəlpə yarası ilə 24 nəfərə, üstəgəl bıcaq yarasından  8 nəfərə yardım göstərilib...

Hacıyev qışqırır:

-Biz Bakıya 66 nəfəri göndərmişik. İndi növbəti hissə göndəriləcək.

- İndi uçmayacaq..

Zülfi Qasımov yaxınlaşır. O, rayon icra hakimiyyəti nümayəndəsidir. Bir növ gizli hakimiyyət nümayəndəsi.

- Biz indi Xocalıya uçuruq, siz də bizimlə gəlirsiz?- mənə müraciət edir.

- Qəribə sualdır. Əlbəttə..

- İndi bizim əməliyyatçı gələcək yola düşürük..

- Bəs yaralılar Bakıdadı? Biz gecikmərik ən gec yarım saata gələrik...

Təcili yardım maşınından köhnə tanış teleoperator Çingiz Mustafayev çıxdı. Adi məişət kamerası -“Panasonik” böyük olsa da onun çiynində balaca ğörünür. O hərbi  kamuflyaj geyinmişdi, çiynində avtomat, belində Makarov tapançası var idi.

Biz vertolyota atılırıq ardımızca Qasımov və 2 milis də minir. Hamı silahlıdır. Belə “heyət” özü də silahlı halda mənim o qədər də xoşuma gəlmədi, əyilib Çingizin qulağına dedim:

- Biz ora niyə uçuruq?

- Çəkiliş üçün. Yuxarıdan tapşırıq  gəlib...- kabinənin damına işərə edir.

- Sənə elə gəlir ki, bizə çəkilişə icazə verəcəklər orda vəziyyətə kim nəzarət edir?

- Ermənilər təbii ki.. Mənə elə gəlir razılaşarıq.

Mən çiyinlərimi çəkirəm. Ən azından bizim uçuşumuz macara kimi görünür. Heç razılıq və hazırlıq olmadan ora uçuruq. Halbuki bir neçə saat əvvəl orada minlərlə  insan güllələnmişdi.

Bəs qatillər özləri jurnalistlər olan vertolyotun gəlməsinə necə yanaşacaq? Tam bir macəra idi. Yaranan vəziyyət haqqında daha çox fikirləşdikcə xoşuma gəlmir. Tutaq ki, Çingiz ümumiyyətlə “ağılsız” oğlandır. Mən onunla çəkilişlərdə çox olmuşam, insanların nəinki çəkiliş aparmağa hətta bayıra çıxmağa qorxduğu anda onun cəsarətlə çəkiliş apardığının şahidi olmuşam.  

Qasımov aydın idi ki, prezidentin yanında xidmət göstərməklə öyünmək istəyiridi, uçuş haqqında əmr isə çox güman ki, Mütəllibov, yaxud onu yaxın ətrafından gəlmişdi. Milis işçiləri və pilotlar tapşırıq icraçısı idi. Onlara tapşırıblar və görə gəliblər, bəs mənim burada nə işim var? Mənə bəyəm hamıdan çox lazımdı?

Mən özümü danladığım müddətdə birdən hiss edirəm ki vertolyotun mühərrikinin səsi dəyişib. Biz demək olar ki, yaxınlaşırıq.

Mən pəncərədən baxanda gördükyüm mənzərədəndiksinirəm. Dağ ətəyindəki sarı otların üstündə insanların cəsədləri səpələnib. Bütün bu medan qədər böyük ərazi başdan ayağa qadın, kişi, körpə qız oğlan- südəmər uşaqdan yeniyetməyə qədər cəsədləri ilə öprülmüşdü. 

Nənə və balaca qızın cansız bədəni insanın gözünü çıxarır. Nənə üzü üstə düşmüş halda, balaca qızın əynində isə göy gödəkcə var idi. Ayaqları nəüçünsə tikanlı məftillə bağlanmışdı. Nənənin isə əlləri də məftillə bağlı idi. İkisi də başından güllə ilə vurulmuşdu. 4 yaşlı körpənin son jesti əlini nənəyə tərəf uzatmağı idi.

O qədər çaşqın idim ki, həmin an kameranı da unutmuşdum.

Lakin şok keçir və mən hələ ki, pəncərədən çəkiliş aparıram...Vertolyot sahənin üzərində enmək üçün münasib yer seçir ki, vertolyotun təkərləri həlak olanların bədənlərini narahat etməsin...

Birdən vertolyot dayanmadan kimsə havada tullanır və sağa yıxılır.Pəncərədə gözlərimiz onundə ancaq bir mənzərə var idi meyidlər, meyidlər, meyidlər.

-Nə baş verib?- kameradan aralanıb soruşuram.

- Güllələyirlər...- Çingiz kameradan ayrılmadan ,lakonik cavab verir- Yaxşı ki uzaq deyil .

 Kimdir onlar?

- Kim bilir ermənilərdir əlbət...

Uzaqda artıq görünməzlik sərhəddində hərbi kamuflajda olan fiqurlar görünür, onlar sanki yağış kimi güllələri üstümüzə yağdırır. Bizi müşayiət edən milislərdən biri qışqırır və rəngi aparır. Güllə vertolyotun  salonundan keçib onun buduna dəymişdi.

Təyyarəçi ağır maşını qayanın üzərinə qaldırmadan onu yerdən 1 mert hündürlükdə tutur. Vertolyot trasdakı avtomobil kimi şütüyürdü. Ətrafa xırda daş parçaları yayılır. Belə ağlasığmaz  uçuşdan sonra vertolyot göyə qalxır və alçaqda olan buludların arxasında itir.

Bizi boz nəm duman əhatə edir.

Yalnız təyyarıçilərin ustalığı nəticəsində biz atəş zonasından çıxa bilirik...

Mən Çingizə baxıram. Onun donmuş simasından göz yaşları axır.Mənim baxdığımı hiss edib  güclə özünü ələ alır və gözlərini silir..

-Niyə? Uşaqları niyə?- deyə təkrarlayır, göz yaşlarını yenə saxlaya bilmir.

Mən kameranın hesablayıcısına baxdıqda görürəm ki, ancaq 37 saniyə çəkiliş olub  bu dəhşət 37 saniyə çəkib.

Uçuşdan 20 dəqiqə sonra biz sanitar qatarının yanına qayıdırıq. İnsanlar sanki gözlərinə inanmadan bizə toxunurlar.

- Biz sizi artıq basdırmışdıq.. –Hacıyev deyir.- Şükür Allaha, salamatsız!

- Hamımız salamat deyilik, - qasımov dilləndi.- Bura sanitarları göndərin, milis yaralanıb...

Onun üzü solğun idi. Əlləri o qədər titrəyirdi ki, siqareti yandırmaq üçün alışqanı tutmağa halı yox idi. Rəngi qaralan Çingiz insanlardan ətrafında yaranan halqanı aralayıb maşına  minir və Ağdama yola düşür.

Mənim öz qayğılarım var idi. 37 saniyəlik çəkiliş əlimi yandırırdı sanki. İnsanların əhatəsindən çıxıb  kameranı qaldırıram.

Video görüntüdə yaralıları daşıyan maşının getdiyi yol lentə alınır. İndi yaralıları vaqonun açıq pəncərəsindən əməliyyat vaqonuna köçürürlər. 6 yaşlı başı sarıqlı qız görünür. Sarğı elə bağlanıb ki, bütövlükdə gözlərini tutub.

Kameranı söndürmədən mən ona tərəf əyilirəm:

-Nə olub sənə əzizim?

- Gözlərim yanır..Gözlərim yanır əmi.. Gözlərim yanır!!!

Həkim mənim çiynimə toxunur:

- O, kordur. Onun gözlərini siqaret kötükləri ilə yandırıblar.. Onu gətirən zaman gözlərində siqaret kötükləri görünürdü...”

Viktoriya İvleva, rusiyalı jurnalist:

“ Mən hücumdan sonra Xocalıda oldum və dəhşətli görüntüləri çəkdim. Burada Xocalının işğalı zamanı  həlak olan uşaqlar, qadınların görüntüləri var. Fotolardan görünür ki, xocalıları yaxın məsafədən güllələyib, şəhəri ağır raket-artilleriya atəşinə tutulublar”.

Leonid Kravets, vertolyotun pilotu

“ 26 fevral 1992-ci ildə biz Xankəndindən qayıdanda ikinci pilotun qışqırığını eşitdim “ Bax, gör aşağıda nə qədər parça atılıb!” Məz aşağı baxdım və gördüm ki bütün çöllük rəngərəng idi. Biz  endikdə gördük ki, bunlar meyidlər idi. Ölənlərin sayə 300-400 –dən çox olardı. Çöldə silahlılar gəzir və can verənləri öldürürdü. Bizi gördükləri zaman vertolyota atəş açdılar. Ancaq biz oradan uzaqlaş bildik.

- Həmin axşam Azərbaycan prezidentinin nümayəndəsi gəldi və onunla birlikdə mətbuat nümayəndələrini də əhalinin kütləvi şəkilgə qətlə yetirildiyi əraziyə aparmağı istədi. Rəhbərlik razılıq verdi, biz Ağdama yola düşdük. Bizimlə birlikdə Çingiz Mustafayevin çəkiliş qrupu və bir neçə başqa jurnalist, həmçinin Xacalıdan bir neçı milis gəldi.

Biz həmin sahəyə ilk dəfədən enə bilmədik. Baxmayaraq ki, vertolyotun üzərində qırmızı xaç işarəsi var idi. Mən dedim ki, hamını düşürdüb özüm qalxaram göyə yerə ensəm vertolyotu həmən vuracaqlar. Qərarlaşdırdıq ki, havada 5-7 dəqiqə dövrə vurub düşürdüyüm insanları yenidən görütəcəyən.

Mən müəyyən yüksəkliyə qalxdım və birdən gördüm ki, Xacalı tərəfdən maşınlar sürətlə bura yaxınlaşır. Mən dərhal sahəyə qayıtdım və mənimlə gələnləri yenidən qalxmaq üçün tələsdirdim.

Çingiz Mustafayev və onunla birlikdə gələn insanlar vertolyota bir neçə uşağın meyidini gətirə bildi. Ağdamda götürdüyümüz bir milis kapitanı burada 3 ya 4 dörd yaşlı oğlunun meyidini tapdı.

Uşağı meyidi tanınmaz hala salınmışdı. Bütün güllə darağı onun bədəninə boşaldılmışdı. Kapitan uşağı təyyarəyə qoydu amma özünün qalxmağa artıq halı yox idi. Onu havaya qalxan vertolyota güclə salmaq mümkün oldu. Biz Ağdama uçana qədər bu kişi meyidi sinəsinə sıxıb agladı. Şəhərə çatanda bilindi ki, qəmdən özünü itirən ata ağlını da itirmişdi. O, Ağdamda vertolyotdan düşməyi də bacarmadı.”

* * *

Ukraynalı keçmiş pilot- qeyd edək ki, o, Bakıya gələrək “Cəhənnəmi görən pilot” filminin premyerasında iştirak edib. Bu film Heydər Əliyev Fondunun vetse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilib. Film “Xocalıya ədalət! ” xalq kampaniyası çərçivəsində hazırlanıb. Fimin ideya müəllifi və direktoru Ukraynada Azərbaycan diaspora birliyinin sədri Hikmət Cavadov, rejissoru isə Elmar Məlikovdur ( müəl.)(1news.az)

https://www.youtube.com/watch?v=px5XBWos1ZQ&feature=emb_logo

 


Etiket:
Xəbərlər

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020
Bütün xəbərlər