215 illik tarixi bina - AĞ EV (FOTOLAR)

16:05 / 09.03.2020
Baxılıb: 436

Ağ ev - ABŞ prezidentlərinin daimi iş, yaşayış yeri və rəsmi binalar içində ən vacib olanıdır.

ABŞ-ın ilk prezidenti Corc Vaşinqton "prezident evi"nin yerini müəyyənləşdirsə də, orada oturmaq ona nəsib olmayıb. Ölümündən bir il sonra Vaşinqtonun mərkəzində prezident iqamətgahının açılışı olub.

İngiliscə adı "White House" olan binanın tikilməsi üçün 1791-ci ildə müsabiqə elan edilib. Müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Binanın bünövrəsi 1792-ci ildə qoyulub və 8 ilə tikilib. 1800-cü ilin noyabrında açılan binanın ilk sakinləri ABŞ-ın ikinci prezidenti Con Adams və ailəsi olub. Prezident iqamətgahı əhali arasında "Ağ ev" adlandırılırdı, çünki binanın ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmərli binalardan kəskin fərqləndirirdi.

1814-cü ildə Britaniya qoşunları ABŞ-a hücum edən zaman Ağ ev tamamilə yandırılır. Ceyms Hobenin nəzarətində bina yenidən inşa edilir və 1817-ci ildə istifadəyə verilir. Sonralar da Ağ evdə təmir işləri aparılıb, amma binanın arxitekturasında ciddi dəyişiklik edilməyib. Təkcə texniki nailiyyətlərlə əlaqədar binanın içində yeniliklər tətbiq olunub - elektrik və telefon xətləri çəkilib. Prezident Harri Trumanın vaxtında Ağ ev yenidən tam təmir edilib. Binanın təmiri 4 il davam edib, amma xarici görünüşünə toxunulmayıb.

İlk dəfə mətbuatda "Ağ ev" sözü 1810-cu ildə Baltimor şəhərinin "Viq" qəzetində işlədilib. XX əsrin əvvəllərində "Ağ ev" sözü rəsmiləşdirilir. ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt 1902-ci ildə prezident iqamətgahının "Ağ ev" adlandırılması barədə sənəd imzalayıb.

Hazırda Ağ ev 7 hektardan çox ərazini tutur. Binada 132 otaq, 147 pəncərə, 142 qapı, 3 lift, 7 pilləkan, 13022 ədəd çəngəl, bıçaq və qaşıq var. Ağ evdə yaşayış otaqları ilə yanaşı, iş üçün də çox gözəl şərait var.

Deyilənə görə, Ağ evdə hər il 215 mindən çox rəsmi nümayəndə heyəti, 18 mindən çox qonaq olur. Ağ evdə bir neçə dəfə Şükran bayramı da qeyd edilib. Adətə görə, ABŞ-da "Şükriyyə günü" bayram masasını mütləq hind toyuqları bəzəməlidir. Həmin bayramda hind toyuqlarının əfv mərasimi də keçirilir. Əfv olunan hind toyuqları ömürlərinin axırına qədər fermada yaşayırlar. ABŞ-ın 43-cü prezidenti Corc Buş da bu bayramı 6 dəfə Ağ evdə keçirib. Bayram masası üçün nəzərdə tutulan hind toyuqlarının əfvi ənənə halını alıb. İlk dəfə bunu ABŞ prezidenti Avraam Linkoln edib. Amerikalılar 1621-ci ildən bəri bu bayramı qeyd edir.

Bu günə qədər Ağ evə rəhbərlik edən prezidentlərdən bir çoxu heyvan saxlamağı xoşlayıblar. Məsələn, 43-cü prezident Corc Buşun şotland teryeri cinsindən olan iki iti var, prezident iqamətgahında o, itlərdən əlavə, Hindistandan gətirilən qara pişik də saxlayıb. Bill Klinton Ağ evdə "Soks" adlı pişik və labrador cinsindən olan "Baddi" adlı it saxlayıb. Heyvanlar bir-biri ilə amansız müharibə apardığı üçün, Klinton prezidentliyinin son illərində pişiyini saxlamaq üçün köməkçisinə verib.

Prezident Kalvin Kulic isə Ağ evi əsl zooparka çeviribmiş. Onun altı iti, qazı, eşşəyi, pişiyi, antilopu, kenqurusu və hətta kiçik begemotu olub. Con Adams isə Ağ evdə timsah saxlayıb, deyilənlərə görə, qonaqları onunla qorxutmağı xoşlayırmış. Vudro Vilsonun isə sevimli qoyunu olub. ABŞ-ın qaradərili prezidenti Barak Obamanın həyat yoldaşı, Amerikanın hazırki birinci xanımı Mişel Obama isə Ağ evin həyətində tərəvəz əkməklə diqqət çəkib. Mişelin bu addımı böyük marağa səbəb olmuşdu. Yetişdirilən tərəvəzlər Ağ evə gələn qonaqlar üçün hazırlanan yeməklərdə də istifadə olunur.

Qeyd edək ki, Barak Obama Ağ evdə siqaret çəkməməklə bağlı qaydaya əməl etməli olur. Onun siqaret çəkmək vərdişi var və prezidentlik kampaniyası zamanı o, dəfələrlə "nikotin saqqızı" çeynəyəndə kameraların hədəfinə tuş gəlib. Ağ evdə siqaret çəkmək qadağandır. Bu qadağanı sabiq birinci xanımı və dövlət katibi olan Hillari Klinton tətbiq edib. ABŞ-ın davamlı olaraq siqaret çəkən son prezidenti 1974-77-ci illərdə ölkəni idarə edən Herald Ford olub.

Tomas Ceffersonun prezidentliyi dövründən Ağ ev vətəndaşlar üçün açıq olub. Buraya hər gün 6 mindən çox turist gəlib tamaşa edirdi. Ancaq 2001-ci il 11 sentyabr hadisələrindən sonra Ağ ev dəmir barmaqlıqlarla hasara alınıb. Ağ evə gələn hər kəs Dövlət Nahar Zalında Prezident Adamsın məktubundan sətirlər oxuya bilər: "Qoy bu binanı yalnız ağıllı və ədalətli insanlar idarə etsin..."(Kulis.az)

 

 


Etiket:
Xəbərlər

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020
Bütün xəbərlər