HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ – 2-Cİ YAZI

13:30 / 15.03.2020
Baxılıb: 358

Tarix xəbər verir ki, Makedoniyalı Aleksandr m.ö.331-cı ildə Qavqamel yaxınlığında III Daraya (m.ö.336-330) qəti qələbə çaldı və Persepolu atəşə verərək, Maday imperiyasının Pers-Əhəməni sülaləsinin (m.ö.550-330) səltənətinə son qoydu.

Bundan sonra yunanlı fateh qarşısıalınmaz ildırım sürətilə Orta Asiyaya yürüşə başladı. O,Turan çöllərinin dərinliklərinə doğru istiqamət alanda burada ayrı-ayrı adlar altında məskən salmış saysız qohum türk tayfaları vahid hərbi ittifaqda birləşərək istilaçı yunan ordusunun qarşısını kəsdilər və düşmənin üzünü Hindistan torpaqlarına doğru istiqamət almağa məcbur etdilər.

Makedoniyalı Aleksandr “Böyük Şərq” yürüşündən m.ö. 324-cü ilin mart ayında Hindistandan Babilə qayıtdı. Böyük fateh “Maday imperiyası”nın indiki Orta Asiyanın cənubundan başlayaraq, Ön Asiyanı və Ön Qafqazı əhatə edən coğrafiyanı “Böyük Maday” və “Kiçik Maday” adı ilə iki nəhəng inzibati bölgəyə ayırdı. 

 “Böyük Maday” coğrafiyasında fatehin yavəri, görkəmli sərkərdə Selevkin şərəfinə 300 illik “yunan Selevk” imperiyasının əsası qoyuldu.

Makedoniyalı Aleksandr Yekbatandan başlayaraq, tarixi yürüşdə onunla çiyin-çiyinə Maday-Alban ordusunun komandanı kimi sədaqətlə iştirak etmiş cəsur döyüşçü, müdrik dövlət adamı babamız Atarpatı m.ö. IV əsrin 20-ci ilinin sonunda “Kiçik Maday”a hökmdar təyin etdi və onun sülaləsinə “çarlıq” titulu verdi. Sonralar ölkə babamız çar Atarpatın şərəfinə “Atarpaten” adıyla Azərbaycan türklərinin ən qədim dövr tarixində qan yaddaşına çevrilmiş oldu.

Yunanlı fateh m.ö.323-cü ilin baharında ağır xəstəlikdən Babildə vəfat etdi.      

Mövzumuzla əlaqədar qeyd edək ki, “Böyük Maday”ın – Selevk-yunan imperiyasının Şərq əraziləri Orta Asiyanın cənubunda Kırkan (indiki Xəzər) dənizinin sahillərində yerləşmiş Part  ölkəsindən başlayaraq, əhalisi türklər olan qonşu Ariaini (“Arilərin ölkəsi”), Soqdia, Baktiriya ölkələrini əhatə edirdi. Yunan hersoqu Andraqorasın iqamətgahı Part ölkəsində yerləşirdi. Hersoqluğun şimal qonşuluğunda Kırkan dənizinin ləpədöyənindən Oksa (Ceyhun, indiki Amu-Dərya) çayının sahillərində hüdudlanan geniş Turan çöllərində ayrı-ayrı adlarda (Strabon) saysız türk tayfaları yaşayırdılar. Bu tayfalardan biri də Maday imperiyasının banisi Dayekun mənsub olduğu hərbiləşmiş Day tayfaları idi. Daylar tarixin bir çağında yaxın qohumları olan Barani eli ilə birlikdə Böyük Köçlə Ön Asiyadan gəlib, Orta Asiyada qohum tayfaların arasında məskunlaşmışlar. Haqqında söhbət gedəcək Başbuğ Arsak da Dayların nəsil budağı olan Parn tayfaları arasından çıxmışdı. Siyasi məqsədlə nəsillərimizə unutdurulmuş təkzibedilməz bu tarixi həqiqət bir daha sübut edir ki, ümumtürk epoxasının ayrı-ayrı yüzilliklərində Maday və Part imperiyasının əsasını qoymuş Başbuğlar vahid qüdrətli hərbçi türk tayfa ittifaqının ən yaxın qohum qollarına mənsub görkəmli sərkərdələr olmuşdular.

Babalarının hərbi döyüş ənənələri üzərində öz həyat tərzini yaşayan Parn tayfa ittifaqının yeni nəsil Başbuğu Arsakın komandanlığı altında m.ö. 250-ci ildə Oksa çayının sahillərindən, başqa sözlə, azad Turan çöllərindən qarşısıalınmaz güclü axınla qədim türk torpağı olan Part ölkəsində yerləşən Selevk-yunan satraplığına hücum etdi.

Arsak ağır döyüşdə yunan hersoqu Andraqorası öldürdü və onun ordusunu qılıncdan keçirdi, ata-baba ölkəsinə sahib oldu. Bundan sonra Arsak Part hersoqluğuna tabe olan Selevki satraplıqlarını – Ariaini, Soqdia, Baktiriya, habelə Hırkan (Alban, Kaspi, Xəzər) dənizinin cənub-şərq sahillərində yerləşən Hırkan ölkəsini işğaldan azad etdi. Bununla da ümumtürk tarixinin 475 illik (m.ö.250, m.s.225-ci illər) qədim Parn Türk tayfa ittifaqının səltənət tarixinin əsası qoyuldu. Ümumtürk tarixinin bu dövrü onun banisi Başbuğ Arsakın şərəfinə dünya tarixində “Arsaklılar”, yaxud qədim yunanların “Parfiya” adlandırdıqları “Part” ölkə adı ilə qeydə alındı.

Alman tarixçisi Ö.Mommsen öz üçcildlik monumental əsərində Arsaklı çar sülaləsi haqqında danışarkən onların mənsub olduqları Parn tayfalarının indiki Xəzər dənizinin cənub-şərq sahillərində yaşadıqlarından və onların Turan soyundan olduqlarından bəhs edərkən yazır: “Onlar Turan Arsaklılar hakimiyyəti yaratdılar, lakin yüz ildən sonra tanındılar.”

M.ö.160-139-cu illərdə Arsaklı çarı olmuş I Mitradat (“Avesta”da şimşək-ildırım tanrısı Mitranın şərəfinə. Başqa xalqların ədəbiyyatında “Mitridat”) Baktiriya və Sind (Hind) boylarından başlayaraq, qarşısıalınmaz sürətlə Bağdad torpaqları istiqamətində irəliləyir, saysız mahal, şəhər və ölkələri işğal edir. O, m.ö.140-cı ildə Selevki çarı II Demetri Nikatoru açıq döyüşdə məğlubiyyətə uğradır və onun Dəclə çayı sahilində yerləşən mərkəzi şəhəri Selevkiyanı, bununla da bütün Mesopotamiyanı Part imperiyasının siyasi-inzibati ərazisinə daxil edir. I Mitradat Kiçik Asiyada Kapadokiya və Frat (Fərat) çayınadək olan əraziləri də yunan-Selevki işğalından azad edir. Yunan işğalçılarının əlində şimali Suriya və Kilikiya qalır. I Mitradat bununla da Part imperiyasının hüdudlarını Orta Şərqə və Anadolu torpaqlarına doğru genişləndirmiş olur.

Qədim türk tarixinin görkəmli mütəxəssis alimi Zvelin Klenqel – Brandt da m.ö.140-cı illərdə baş vermiş tarixi hadisələr barədə yazır: “Bizim eranın 140-cı ilində parfiyalılar (partlılar.- Ə.T.) indiki İrandan Mesopotamiyaya hücum edib, Babili işğal etdilər. Onlar dağıdılmış nəhəng binaların yerində Ktezifont mərkəzi şəhərini saldılar, Babil çarlarının saraylarını yerlə-yeksan etdilər.”

Görkəmli alim X. Treydler yazır ki, bundan sonra Mesopotamiya 300 ildən artıq Arsaklı çarlarının hökmranlığı altında qaldı. Onların mərkəzi iqamətgahı indiki Bağdadın yaxınlığında Ktesifon (ərəblər bu şəhərə “Mədain” dedilər. Mədain sasanilərin dövründə perslərin mərkəzi şəhəri olmuşdur) şəhərində yerləşirdi.

Qədim Şərq tarixinin araşdırıcısı Filip Qyuiz Arsaklıların Ön Asiya tarixini araşdırarkən yazır: “Parfiyalılar (partlılar.- Ə.T.) II Mitradatın (m.ö.123-88) dövründə birinci dəfə Armeniyaya (Arme-Mtsibin) hücum etdi və öz hakimiyyətini Fratın (Fəratın) yuxarı hissəsinədək genişləndirdi.”

Mövzumuza aydınlıq gətirmək üçün Filip Qyuizin fikrinə tarixi kontekstdən yanaşaq. 

Mötəbər mənbələrdən məlumdur ki, Krım yarımadasından dəniz yolu ilə Anadolu torpaqlarına gəlmiş Tavr türk tayfalarının adını yaşadan Tavr dağ silsiləsinin (erməni tarixçiləri bura süni olaraq, “Armeniya” dağ silsiləsi deyirlər) hündür zirvəsində yerləşən assuriya yazılarında “Şupria” adı ilə qeydə alınmış kiçik bir ölkə Biaini çarı Ursun (m.ö.605-585) tərəfindən işğal edildi. Şuprianın yerləşdiyi coğrafiyaya işarə olaraq, biainilər onu öz dillərinə uyğun olan “Arme”, yəni “Hündür ölkə” adı ilə tarixə nişan verdilər. Ölkənin Azərbaycan türklərinin Anamayasında iştirak etmiş qədim yerli əhalisi olan Mar tayfaları tarixin bir çağında Urmiya gölü ətrafından gəlib, bu dağın əlçatmaz zirvəsində məskunlaşmışdılar. Bu ölkəni “Armeniya” adlandıran Filip Qyuiz heç də təsadüfi deyildir ki, “Armeniya” sözünün qarşısında “Arme-Mtsibin” toponimlərini qeyd edir. Müəllif bununla da rusdilli ədəbiyyatda işlədilən “Armeniya” anlamının erməni tarixçilərinin saxta iddiaları ilə heç bir əlaqəsi olmadığını, onun mənşəyinin Mar əhalisinin “Arme” ölkə adı ilə əlaqəli olduğunu tarixi aydınlıqla aşkara qoymuş olur. Qeyd edək ki, “Arme” toponimi ayrı-ayrı xalqların ədəbiyyatında müxtəlif şəkillərdə, formalarda işlədilmişdir. Bu barədə ayrı-ayrı kitablarımda geniş araşdırmalar aparılmışdı.

Mötəbər mənbələrdən məlumdur ki, Selevk-yunan çarı III Antioxun (m.ö.223-187) dövründə “Suriya çarlığı”nın tərkibində canişinlik olmuş Arme yunan “strateqi” (“komandanı”) Artaksi (Strabon) tərəfindən idarə edilirdi. M.ö.190-cı ildə III Antiox romalılar tərəfindən məğlub edildikdən sonra tarixi şəraitdən müdrikcəsinə istifadə edən Artaksi (m.ö.188-145) Arme canişinliyini m.ö.188-ci ildə müstəqil çarlıq elan etdi. O, iqamətgahını Filip Qyuizin işarə etdiyi Mtsibin şəhərində yerləşdirdi. Kilsə anonim keşiş M.Xorenatsi də “Arme çarlığı”nın banisi Artaksiyə (Strabon) “Atarpaten əsilzadəsi Mar Artaşes”- deyəndə, Artaksinin haylarla (ermənilərlə) heç bir əlaqəsi olmadığını, onun Atarpaten hökmdarı Atarpatın çar sülaləsi ilə ilişikli Mar tayfa əhalisinə mənsubiyyətini etiraf edir. Strabon yazır ki,Artaksi “kiçik Arme ölkəsini qonşu torpaqları hesabına genişləndirmişdi.”

Mötəbər mənbələrdən məlumdur ki, Artaksi Anadolu torpaqlarından başlayaraq, Ön Qafqaz Oğuz Albaniyasının torpaqlarını işğal etmiş, “kiçik çarlığın” hüdudlarını Alban dənizinədək genişləndirmişdi. Bu hadisədən sonra Mar sərkərdəsi Artaksi Oğuz Albaniyasının cənubdan Dərəşamdan Alban dənizinə, şimaldan Pont dənizindən (Qara dəniz) Dərbənd torpaqlarını əhatə edən geniş coğrafiyanı altı inzibati əraziyə (Strabon) bölmüşdür. O, bununla ümumtürk tarixinin 200 (m.ö.188-m.s.10-Fəxrəddin Kırzıoğlu) illik Artaksilər (bəzi erməni tarixçilərində “Artaşesidlər”) epoxasının əsasını qoymuşdur. Bu tarixi həqiqət sübut edir ki, “Arme çarlığı”nın banisi Artaksi də, onun varisi Artavast və nəvəsi Tiqran da erməni kilsəsində anonim keşiş M.Xorenatsinin adına üç türk dövlətinin (Biaini, Arme, Part) mifoloji və filoloji ədəbiyyatı əsasında tərtib edlmiş “Armeniya tarixi”ndə “erməniləşdirilmişdir”. Bu tarixi fakt bir daha sübut edir ki, erməni tarixçilərinin əsrlərdən bəri siyasi məqsədlə uydurduqları, lakin bəşər tarixinin tanımadığı nə “Armeniya”, nə “Kiçik Armeniya”, nə də “Böyük Armeniya” adında mifik “armyan” “dövlətləri” olmuşdur. Ermənilərin də  Azərbaycan türklərinin Anamayasında iştirak etmiş nə Mar tayfaları ilə, nə də Başbuğ Artaksi (M.Xorenatsidə “Mar Artaşes”) ilə heç bir soy-kök əlaqələri yoxdur. Araşdırmamızın mahiyyəti ilə bağlı onu da xatırladaq ki, Arsaklıların yürüşünədək tarixin bu çağında hər hansı mənbədə Oğuz Albaniyasının ərazisində nə “Qarabağ”, nə də “Arsak” adında toponimlər qeydə alınmamışdır.

ARDI VAR…

Professor Əjdər Tağıoğlu, “Turan Araşdırma Mərkəzi” -nin sədri.


Etiket:
Xəbərlər

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN ƏKBƏR MƏHƏMMƏD OĞLU İSMAYILOV

07.04.2020

BU, PANDEMİYA DEYİL, BU, MÜHARİBƏDİR! - İqtisadiyyat çökəcək, dövlətlər iflic vəziyyətə düşəcək...

06.04.2020

Koronavirusa qarşı vaksin-Kamü

05.04.2020

Həftə fəryadı - yaman ad qazanıb ölənlərə diqqət...

05.04.2020

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QƏNBƏR ƏLİ OĞLU BAYRAMOV

03.04.2020

İşğalın ad günü.

02.04.2020

Qarşıdakı iki on günlük çox təhlükəli dövrdür!”
 

02.04.2020

Kəlbəcərin işğalından 27 il keçir

02.04.2020

1918-ci il mart soyqırımı

31.03.2020

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü
 

31.03.2020

MƏCNUN GÖYÇƏLİ BAYATILARI  

30.03.2020

Naxçıvan xanlığına məxsus üçüncü bayraq aşkar edilib

30.03.2020

Qırx günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...

28.03.2020

Unudulmuş Türk Yurdu

27.03.2020

Ermənilər 3 dövlətə ərazi iddiası edir

26.03.2020

Azərbaycanın güllələnmiş daxili işlər naziri - Bir qətlin tarixçəsi

25.03.2020

22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər

23.03.2020

Kirayədə yaşamaq- özgənin evində  gecələməkdir...

22.03.2020

Türkiyəni xəritədən silinməyə qoymayan dahi azərbaycanlı – Nərimanov haqqında bilmədiklərimiz  

21.03.2020

Novruz bayramının tarixi

21.03.2020

Osmanlılardan qadın paltarında gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi  

19.03.2020

Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi

18.03.2020

Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri Babək

17.03.2020

1918-1920-ci illərdə erməni millətçilərinin Naxçıvan, Zəngəzur və Qarabağda qanlı cinayətləri

16.03.2020

HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ – 2-Cİ YAZI

15.03.2020

Feminizim qaranlıq üzü – Nəzakət Məmmədovanın yazısı

14.03.2020

Deputatdan qaçqınlarla bağlı Milli Məclisə şok təklif  - YENİ DEPUTATLARI TANIYAQ

13.03.2020

13 MART HƏSƏN ƏBLÜÇÜN VƏFAT ETDİYİ GÜNDÜR

13.03.2020

HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ – 1-Cİ YAZI

12.03.2020

12 MART CABİR NOVRUZUN DOĞULDUĞU GÜNDÜR

12.03.2020

İstiqlal fədaisi Mirzə Bala Məmmədzadə “haylar” (ermənilər) haqqında

12.03.2020

Ermənilərin erməniləri güldürən xəritəsi – Foto

11.03.2020

Pakistan ordusunun Qarabağa gəlmək istəyinin SƏBƏBİ: Onların Zeynalabdin Tağıyevə nə borcu var idi? – FOTOLAR

11.03.2020

Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub

10.03.2020

QƏLƏBƏ VƏ MƏĞLUBİYYƏT NİSBİ ANLAYIŞLARDIR.

09.03.2020

215 illik tarixi bina - AĞ EV (FOTOLAR)

09.03.2020

8 Martın yaranmasının maraqlı - TARİXİ

08.03.2020

1992-ci ilin oktyabrında Laçına bayraq sancmağa kim imkan vermədi? - “7 oğul istərəm”

06.03.2020

Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi 

05.03.2020

Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi

04.03.2020

Azərbaycanın işğal olunmuş ərazilərindəki Alban məbədləri

03.03.2020

Tarixi həqiqətlər və erməni uydurmaları

02.03.2020

İsa Məsihə bənzəyən uşağın qaçırılması - Dünya ədəbiyyatından hekayə

01.03.2020

3800 illik yaşı olan `Düşünən adam` heykəli tapılıb - FOTO

01.03.2020

Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI

28.02.2020

Əyyaş əmisinə çəkən rəhbər oğlu – DTK Yuri Brejnevi İsveçdə təşkil olunan eyş-işrət məclisindən xilas edib

27.02.2020

XOCALI SOYQIRIMI DÜNYANIN GÖZÜ ILƏ

26.02.2020

Şahidlərin xatirələri: Xocalı soyqırımı – zamanın sağalda bilmədiyi yara – FOTO-VİDEO

26.02.2020

Xocalı rayonu

25.02.2020

Türk dünyasının 2500 illik sirli əlifbası

24.02.2020
Bütün xəbərlər