Deputatdan qaçqınlarla bağlı Milli Məclisə şok təklif  - YENİ DEPUTATLARI TANIYAQ

19:00 / 13.03.2020
Baxılıb: 1478

Goyce.az modern.az 62 saylı Saatlı seçki dairəsindən deputat seçilən Əziz Ələkbərliylə müsahibəsini təqdim edir.

- Əziz müəllim, parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən sizə etimad göstərilərək namizədliyiniz irəli sürüldü. Öncə bu barədə qısa olaraq fikirlərinizi bilmək istərdik. Deputat seçiləcəyinizə içinizdə əminlik vardı?

- Öncə onu deyim ki, bu parlament seçkilərində namizədliyimin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməyi mənim üçün böyük bir şərəf və qürur olmaqla yanaşı, ilk növbədə mənsub olduğum partiyanın siyasi rəhbərliyinin, onun sədri cənab Prezident İlham Əliyevin mənə göstərdiyi çox böyük etimad idi. Açığını deyim ki, bu etimaddan doğan məsuliyyət daha böyük idi və biz seçki kampaniyası zamanı bütün komandamızla bu etimadı doğrultmaq üçün var gücümüzlə çalışdıq, sonda seçicilərin dəstəyini qazana bildik. Amma mənim bu uğurum, hər şeydən əvvəl, seçicilərimin namizədliyimi irəli sürən partiyaya və onun sədri cənab İlham Əliyevə, onun uğurlu daxili və xarici siyasətinə, ölkədə apardığı köklü islahatlara verdiyi böyük dəstəyin nəticəsi idi. Deputat seçilməyə özümdə əminlik olub-olmamağına gəldikdə isə, bəli, ilk gündən məndə belə bir əminlik vardı. Birincisi, ona görə ki, mənim arxamda Ulu Öndərimizin yaratdığı, cənab Prezidentimizin rəhbərlik etdiyi ölkəmizin ən böyük siyasi təşkilatı – Yeni Azərbaycan Partiyası dayanırdı. İkincisi, mən 2010-cu ildə böyük bir seçki təcrübəsi keçmişdim. Həmin vaxt namizədliyimi Suraxanı rayonundan vermiş, müxalifətin iki ən ziddiyyətli nümayəndəsi – keçmiş AXC funksionerləri Əli Kərimli və Fərəc Quliyevlə eyni dairədə inamla mübarizə aparmışdım. Seçki prosesinin bir çox incəliklərinə artıq bələd idim...

- Belə məqamda ailənin də xeyir-duası olur. Bu yola çıxanda ailənizlə bölüşmədiyiniz və bölüşdüyünüz məqamlar oldumu?

- Özüm kimi, ailəm də, dostlarım da mənim hansı formadasa bu parlament seçkilərində iştirak edəcəyimi hələ əvvəldən bilirdilər. Təbii ki, ailəm də istəyirdi, çünki onlar məni hamıdan yaxşı tanıyır və mənə güvənirdilər. Amma etiraf edim ki, anam hamıdan çox istəyirdi. Bu yola çıxanda ailəmlə bölüşüb-bölüşmədiyim elə bir məqamın olmasını güman etmirəm. Görünən dağa nə bələdçi? Bu, bir seçki yarışı idi, hər kəs öz potensialını ortaya qoyurdu və son sözü də xalq seçki günü deyəcəkdi. Əslində, seçkinin taleyi seçki günü yox, seçkiyə qədərki təbliğat kampaniyası zamanı həll olunurdu. Əsas o idi ki, namizəd olaraq seçicilərimizin arasına gedəndə içimizdə böyük bir inam vardı, bu inam da bizi qələbəyə apardı.

- Artıq Milli Məclisin deputatısınız. Siz hər zaman qaçqın və məcburi köçkünlərin ən yaxın dostu, müdafiəçisi kimi tanınırsınız. Milli Məclisdə bu məslələlərlə bağlı hansı təkliflər verməyi düşünürsüz?

- “Dövlətqaçqınkom”un internet saytına daxil olsanız, səhifənin başında Ulu Öndər Heydər Əliyevin belə bir cümləsini oxuyarsınız: “...İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.

Bu, mənim sözbəsöz beynimə həkk etdiyim və illərdir hər gün beynimdə təkrarladığım cümlədir. Mən ömrümün son 30 ilini xalqımızın qaçqınlıq tarixinə, qaçqınların, məcburi köçkünlərin problemlərinə həsr etmişəm, bu məsələ ilə bağlı 20-dən artıq kitabın, yüzlərlə məqalənin müəllifiyəm. Təbii ki, Milli Məclisdə bu məslələlərlə bağlı təkliflər verəcəm, insanlarımızın bir deputat olaraq məndən ən böyük gözləntiləri də elə bununla bağlıdır. Hansı təkliflərdən başlayacam, bunu da zaman göstərəcək və zaman diqtə edəcək.

- Maraqlı bir məqam var. Milli Məclisdə 15 komitə fəaliyyət göstərir. Ancaq qaçqın və məcburi köçkünlərlə bağlı komitə yoxdur. Necə hesab edirsiniz, belə bir komitəyə ehtiyac varmı?

- Ehtiyac, məncə, çox yumşaq kəlmədir, ehtiyac yox, böyük bir zərurət var. Milli Məclisin komitələri sırasında siyasi-ictimai-mədəni həyatımızın, demək olar ki, bütün sahələri əhatə olunub. Amma nədənsə Ulu Öndərimizin “mənim üçün bir nömrəli problem” dediyi sahə yoxdur. Xüsusilə, cənab Prezidentimizin 2019-cu ilin oktyabrında Soçidə keçirilən “Valday” Klubunun sessiyası çərçivəsindəki qətiyyətli çıxışı, 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Paşinyanla debatda parlaq diplomatik qələbəsi, mən deyərdim ki, nəinki Ermənistan rəhbəri və erməni ictimaiyyəti, bütün dünya ictimaiyyəti üçün bir dərs oldu. Hər iki tədbirdə cənab Prezidentin qaçqınlar, köçkünlər problemi, işğal altındakı və tarixi torpaqlarımız barədə dedikləri hamının yadındadır. Yeni Parlamentin ilk iclasındakı açılış nitqində də cənab Prezident bu məsələlər üzərində xüsusi dayandı. Bütün bunlar kifayət deyilmi ölkə əhalisinin beşdən birini təşkil edən qaçqınların, məcburi köçkünlərin problemləri ilə bağlı Milli Məclisdə də bir komitə fəaliyyət göstərsin? Azərbaycanda bu gün bundan böyük problem varmı?  Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin böyük bir hissəsi bu gün də məhz qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunub.

- Azərbaycanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi var, bəlkə ikinci bir komitəyə ehtiyac olmadığından...?

- Bu məntiqlə, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş Komitəsi və s. də var. Onları Milli Məclisin komitələri ilə eyniləşdirmək olmaz. Milli Məclisin komitələrinin öz funksiyaları var. Qaçqın və məcburi köçkünlərlə bağlı çoxlu beynəlxalq qanunvericilik aktları, konvensiyalar mövcuddur, Azərbaycanda da müvafiq qanunlar hazırlanır, onların beynəlxalq qanunlara uyğunluğu məsələləri var və s. Bir sözlə, mənə elə gəlir ki, Milli Məclisdə həyatımızın bu mühüm və “bir nömrəli məsələsi” ilə bağlı sahəyə dair komitənin olması son dərəcə vacibdir. Milli Məclisin yeni sədri Sahibə xanım Qafarova özü də 2016-2017-ci illərdə AŞ PA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri olub, elə bilirəm ki, bu məsələyə də öz obyektiv münasibətini bildirəcək. AŞPA-da belə bir komitənin mövcudluğu da problemin mühümlüyünün daha bir sübutudur. Bu gün Azərbaycanda məcburi köçkünlərin sayı bir milyon yarıma, qaçqınların sayı 500 minə yaxınlaşır, 100 minə yaxın Axıska türkümüz var, miqrasiya problemi dünyanı yeni dalğa ilə silkələməkdədir. Bu məsələlərin hər biri spesifik yanaşma tələb edir. Bütün bunları nəzərə alaraq mən Milli Məclisin Qaçqınlar, məcburi köçkünlər və miqrasiya üzrə komitəsinin yaradılmasını son dərəcə zəruri hesab edirəm.

 

- Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədrisiniz. Bu sahə ilə bağlı hansısa qanun layihələrinin hazırlanması ideyası barədə fikirləriniz varmı? Cəmiyyətin üzvlərinin də təkliflərini dinləyib reallaşdırmağı düşünürsüzmü?

- Artıq bir müddətdir ki, Azərbaycan Qaçqınlar Cəmiyyətində və Qərbi Azərbaycan İcmasında məsləkdaşlarımızla çox vacib və şərəfli bir yola qədəm qoymuşuq. Bu, son iki yüz ildə xalqımızın başına gətirilən deportasiya və soyqırımı həqiqətlərini ortaya qoymaq, dünya ictimaiyyətinə təqdim etmək, Azərbaycanın itirilmiş tarixi torpaqları və bu gün işğal altında olan əraziləri uğrunda mübarizə aparmaqla erməniyə qarşı ikinci ideoloji cəbhə açmaq yoludur. Biz Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmətin bu yolunu tutmuşuq. Əsas şüarımız da cənab Prezident İlham Əliyevin “İndiki Ermənistan bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir”, – sözləridir. Biz həmişə belə bir fikirdə olmuşuq ki, bizim Qərbi Azərbaycan uğrunda mübarizəmiz Qarabağ uğrunda mübarizənin tərkib hissəsidir və bu problemləri daha ucadan səsləndirmək, dünya ictimaiyyətinə çatdıra bilmək üçün Parlament tribunasına ehtiyac var. Cəmiyyətin üzvlərinin təkliflərinə gəldikdə, biz hər həftə Cəmiyyətdə toplaşır və fikir mübadiləsi aparır, bütün məsələlərlə bağlı kollegial qərar veririk. 

- Qaçqınlar sizə böyük ümid edir. Bu mənada onların ümidini doğrulda biləcəksinizmi?

- Bilirəm və bu, mənim üzərimə ikiqat məsuliyyət qoyur. Parlamentsiz də biz bu ümidləri doğrultmaq üçün əlimizdən gələni etmişik və edirik, bundan sonra elə hesab edirəm ki, bu ümidləri doğrultmaq üçün daha inamla fəaliyyət göstərmək imkanımız olacaq. Elə hesab edirəm ki, parlament də qaçqınlarla bağlı bu günə qədərki susqunluğuna son qoyacaq. Bütün şüurlu ömrünü qaçqınlıq probleminə həsr edən bir insanın bundan sonra bu problemi yaddan çıxarmasını düşünmək sadəlövhlük olardı. Amma mən həm də Saatlı rayonunun millət vəkiliyəm və Saatlıdan olan seçicilərimin problemləri də daim mənim diqqət mərkəzimdə olacaq.

- Zaman -zaman Milli Məclisin aktiv və passiv deputatları olub. Bizə maraqlıdır, Əziz Ələkbərli 5 il ərzində aktiv olmağa can atacaqmı? Jurnalistlərlə necə işləməyi düşünürsünüz?

- Tanıyanlar bilir ki, həyatımda heç vaxt passiv insan olmamışam. Fəaliyyət sahəm də xeyli geniş olub. Elmdə də, mediada da, siyasətdə də, nəşriyyat işində də, vətəndaş cəmiyyəti sahəsində də fəaliyyətim və uğurlarım olub. Bütün bunlarla yanaşı, 46 kitabın müəllifiyəm. Sizcə, belə bir adam passiv deputat ola bilərmi? Aktiv fəaliyyət mənim həyat tərzimdir. Jurnalistlərlə işləmək isə mənim üçün problem deyil. Özüm uzun müddət mediada çalışmışam, iki ayrı-ayrı qəzetdə baş redaktor olmuşam, bu sahəyə xüsusi önəm verirəm və bu sahədə xeyli dostlarım var. Çalışacam ki, bütün fəaliyyətim və düşüncələrim bu və ya digər şəkildə operativ şəkildə oxucuya çatsın.

QEYD: Milli Məclisin deputatı Əziz Yusif oğlu Ələkbərli,1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olub.

1984-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1986-cı ildə AMEA Ədəbiyyat İnstitutunun dissertanturasına daxil olub. 1988-ci ildə ailəlikcə Qərbi Azərbaycandan deportasiya olunublar və həmin ildən Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlayıb. 1992-ci ildə namizədlik dissertasiyası müdafiə edib. 2000-ci ildən AMEA Folklor İnstitutunda şöbə müdiri kimi elmi fəaliyyətini davam etdirib. Hazırda həmin institutun aparıcı elmi işçisi, dosentdir. Doktorluq dissertasiyası müdafiəyə təqdim olunub. Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, erməni işğalı nəticəsində soydaşlarımıza dəymiş maddi və mənəvi ziyanın hesablanması üzrə İşçi Qrupunun üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. 46 kitabın və 500-dən artıq məqalənin müəllifidir. Kitabları Azərbaycanda və xaricdə Azərbaycan, türk, rus, ingilis, fransız və alman dillərində nəşr olunub. Daha çox Qərbi Azərbaycan, erməni məsələsi və xalqımızın qaçqınlıq tarixi ilə məşğul olur .VI çağırış Milli Məclisin deputatıdır. Ailəlidir, üç övladı var.

 


Etiket:
Xəbərlər

Ermənilərin “Qarabağ” imtinası: “Arsax” nə deməkdir?

15.07.2020

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın bu gün şəhid olmuş general-mayor Polad Həşimova məktubu 

14.07.2020

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri.

14.07.2020

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020
Bütün xəbərlər