Türkiyəni xəritədən silinməyə qoymayan dahi azərbaycanlı – Nərimanov haqqında bilmədiklərimiz  

14:24 / 21.03.2020
Baxılıb: 1028

Bu gün ictimai-siyasi xadimi, yazıçısı, publisisti, həkim, Azərbaycan tarixində ən çox danışılan şəxsiyyətlərdən olan Nəriman Nərimanovun anım günüdür. Goyce.az saytı Kulis.az-a istinadən bu münasibətlə yazıçı haqqında maraqlı faktları təqdim edir.

Müstəqillik illərinə yenidən qədəm basan Azərbaycanda bütün ideallar düzgün tənzimlənmədi, canını millətinə qurban edən bəzi şəxsiyyətlər küçümsündü, Sovetin çörəyini bəh-bəhlə yeyərkən milli qüruru zərrə qədər də narahat olmayan şəxslərin adı bu gün də sonsuz rəğbətlə anılmaqdadır.

Azərbaycan müstəqillik qazanandan sonra cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən şəxsiyyətlərdən biri də yazıçı, həkim, ictimai xadim Nəriman Nərimanovdur.

Nəriman Nərimanov sosializm bayrağı altında gələn Rusiyanın Qafqazı ələ alacağından əmin idi.

Qarşıda bir neçə yol var, ölkədən qaçmaq, fərdi mübarizə aparıb həbs olunmaq, susmaq və bir də, bütün bacarıqlarını səfərbər edib son ana qədər millətinin xilasına çalışmaq. Nüfuzundan istifadə edərək, sonuncunu seçdi və Lenin qarşısında bəzi öhdəliklər götürdü, Lenin də öz növbəsində Şərqlə bağlı qərarlarında Nərimanovla hesablaşdı.

N.Nərimanov Xalq Komissarları Sovetinin sədri vəzifəsində olarkən Rusiya və mərkəzin iddialarına qarşı durub, bolşevizm şəraitində Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına inanıb və bu yolda aktiv fəaliyyət göstərib.

Gün gəlir, artıq mərkəz Nərimanova verdiyi sözlərə xilaf çıxmağa başlayır. Əks halda Nərimanov Leninə yazdığı məktubları günü-gündən kəskinləşdirməzdi. Leninlə bu müstəvidə danışan ikinci Azərbaycanlı çətin ki, tapıla:

"Vladimir İliç! Çoxmillətli əhalinin hüququ və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?"

Digər bir məktubunda isə o Leninə belə bir sual verir: Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” sizin dilinizdən çıxmamışdırmı?”

Nərimanov SSRİ rəhbərliyində təmsil olunmasaydı, çox güman ki, keçdiyi bütün vəzifələrdə onun yerində erməni dövlət xadimi əyləşəcəkdi. Belə olduqda isə Azərbaycan üçün nəticələri təsəvvür etmək belə qorxuludu.

1918-ci ildə Bakıda ermənilərin şəhəri ələ almaq cəhdlərini qarşısının alınmasında Osmanlı ordusu xidmət göstərmişdisə, Sovet işğalından həmən sonra bu işi görən, Bakının əsl simasını ermənilərdən qoruyan, onu bir müsəlman, şərq şəhəri kimi saxlayan Nəriman Nərimanov oldu.

Nərimanov Stalinə məktubunda yazırdı ki, Bakını erməniləşdirmək planı var və bunun qurucusu məhz Mikoyandır:

“Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və dəqiq hesablanmış bütöv bir plandır. Lakin elə işimin ilk günlərindən açıq deyirəm: bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir. Cənubi Qafqazın keçmişi, xüsusilə 18-ci ildə Bakıdakı vəziyyət bu məsələ üzərində düşünməyə məcbur edir”.

N.Nərimanov digər bir məktubunda Leninə mərkəzin siyasətindən narazı olduğunu bildirir:

Əgər qısa bir müddətdə mərkəz daşnak-kommunistlərin bütün bu murdar hərəkətlərinə son qoymaq iqtidarında olmasa, bütün müsəlman Şərqi bizdən üz döndərəcək. Mən bu barədə Sizə ciddi surətdə bildirirəm”.


Nərimanov Qarabağın Azərbaycan tərkibində qalmasında misilsiz xidməti olub. Qarabağ mövzusunu dəfələrlə, son anda ermənilərin lehinə səs verən komisiyaların müzakirəsindən çıxara bilib.

Nərimanov 1921-ci il iyul ayının 19-da keçirilən iclasda deyir:

"Sovet Konstitusiyası çərçivəsində vilayət icraiyyə komitəsi başda olmaqla daxili özünüidarə hüququ verilməklə Dağlıq Qarabağ Sovet Azərbaycanının ayrılmaz hissəsi kimi qalacaq”.

N.Nərimanov sonralar bu məsələ ilə bağlı Stalinə məktubunda yazırdı:

Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edildi. Mənim vaxtımda bu mümkün olmamışdı”.

Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanıb. Məsələn, Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək verib, nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı mücadilədə pay sahibi olub.

Müttəfiq dövlətlərə qarşı Qurtuluş savaşı başladan Türkiyə Cümhuriyyəti dəstək almaq üçün bolşevik Rusiyasına nümayəndə heyəti göndərir. Həmin heyət öncə Bakıya gəlir və Nəriman Nərimanov da Leninə məktub yazaraq öz nümayəndəsini Türkiyə heyəti ilə birlikdə Moskvaya göndərir. Nəticədə Leninlə danışıqlar baş tutur və Moskva Türkiyəyə yardım edir. Nərimanovun Leninə Türkiyəyə görə yazdığı məktubda, eyni zamanda erməni məsələsini də çox dəqiqliklə qeyd edir. Nərimanov Leninin Şərq məsələləri üzrə ən önəmli eksperti və nümayəndəsi olduğundan Lenin uzun müddət bu məsələlərdə Nərimanovun istəklərinə müsbət cavab verib. Türkiyə məsələsində də biz Leninin məktuba müsbət reaksiya verdiyini görürük. Həmin məktubdan kiçik bir hissəni təqdim edirik:

"Əziz Vladimir İliç:

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti bizim nümayəndəmiz Behbud Şahtaxtinski ilə birlikdə Moskvaya gəlirlər. Mən burada Türkiyə nümayəndələri ilə geniş və ətraflı söhbət etdim. Mən türklərin İngiltərəyə qarşı çıxaraq öz qədərlərini tərtəmiz bir könüllə bizə bağlamaq istədiklərindən əsla şübhə etmirəm. Onlar üçün ən əhəmiyyətli məsələ erməni məsələsidir. Bu məsələni öz lehlərinə həll edə bilmək üçün maksimum səy göstərirlər. Mən Batum və Arxangelsk haqqında danışdım. Lakin onlar “Erməni məsələsi bizim ölüm qalam məsələmizdir. Əgər biz bu məsələdə lehimizə bir qərar ala bilməzsək xalq bizim arxamızca gəlməz. Buna görə bu məsələnin bizim lehimizə həll edilməsi bizim xalq arasındakı gücümüzü artırar” deyirlər.

Şübhəsiz ki, onlar mütəfiq dövlətlərinin əleyhinədirlər. Onlar bizimlə birlikdə İngiltərəyə qarşı qanlarının son damlasına qədər vuruşmağa hazırdırlar. Lakin Moskva erməni məsələsinə görə türkləri özündən uzaqlaşdırsa, onlar incik düşər və İngiltərə ilə razılaşma yolları araya bilərlər. O zaman nələrin ola biləcəyini düşünmək lazımdır".

Daha sonralar Atatürk Nərimanova bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə Nərimanov ona "Paşam, Türk millətində bir ənənə var, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar", deyə cavab göndərir.

Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında ilk roman olan "Bahadır və Sona"nın (1896-1898) müəllifidir. Bütün fəaliyyəti boyu Bakının simasının qorunmasına, şəhərin erməni rəhbərlərdən arınmasına çalışan bir şəxs romanında, yəni daha yüksək müstəvidə erməni qız və azərbaycanlı oğlanın sevgisindən yazıb, bu münasibətdə sevgini bütün maraqlardan yüksəkdə saxlamağı bacarıb.

N.Nərimanov - Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabın müəllifidir.

N.Nərimanov - ruslar üçün Azərbaycan dilli, azərbaycanlılar üçün rus dilli dərsliklərinin ilk müəllifidir.
Şərqdə ilk abidə 1922-ci ildə N.Nərimanovun göstərişi ilə görkəmli şair M.A.Sabirin əziz xatirəsinə ucaldılıb.

N.Nərimanov milli aviasiyanın yaradılmasına, Bakı-Tiflis-Batum neft kəmərinin, Bakı-Culfa dəmiryolunun çəkilməsinə birbaşa xidməti var.

Sərdar Amin


Etiket:
Xəbərlər

Şəhidlərimizin qisası alındı - TƏFƏRRÜATLAR

15.07.2020

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın bu gün şəhid olmuş general-mayor Polad Həşimova məktubu 

14.07.2020

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri.

14.07.2020

ŞƏKİ ÜSYANI İşğalçı rusiya ordusuna bitməyən nifrətin dastanı.

11.07.2020

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub.

09.07.2020

İKİ DİLLİLİK (BİLİNGUALİSM)

08.07.2020

Alman qəzeti İrəvan xanlığından nə yazıb?

08.07.2020

Nazim Hikmətin yeni şeirləri tapıldı -FOTOLAR

06.07.2020

Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri”

04.07.2020

Semaşko”nun həkimi Hicran Mustafayeva: “Mən cəhənnəmi yerdə gördüm”

04.07.2020

Nazir mənzilindən sürgün düşərgəsinin barakına – Gözəl yazıçı xanım 18 il boyunca iztirablar çəkib.

03.07.2020

Cek Londonun pandemiya ilə bağlı öncəgörməsi
 

02.07.2020

"SÖZÜN XAQANI” HAQQINDA SÖZ  

30.06.2020

Həsən bəy Zərdabinin ailəsi haqqında bilmədiyiniz – Faktlar

28.06.2020

Ermənistanda yetişdirilən “Azərbaycan Türkləri”

28.06.2020

26 iyun Azərbaycanın Milli Ordu Günüdür

26.06.2020

Ağcabədinin Salmanbəyli kəndi Şaumyanın silahdaşının adını daşıyır - ARAŞDIRMA

25.06.2020

Anadoluda erməni etnosu necə ortaya çıxdı?-Şahlar Hacıyev

24.06.2020

Kremlin məmurlarının ölümündə Andropov müəmması-SSRİ tarixinin sirli hadisələri...

23.06.2020

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

22.06.2020

Buhenvald düşərgəsində əsirlərə cəhənnəm əzabı yaşadan ər-arvad – biri həşərilik edib, o biri sifilis tutub.

21.06.2020

Nuh yurdu Naxçıvanı erməni hücumlarından qoruyan xilaskar

20.06.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

18.06.2020

Xalqın ən birinci günahı kitab oxumamaqdır.

18.06.2020

Kompleks yanaşma olmazsa, virus pik həddə çatacaq..." - ATU-nun dosenti ilə MÜSAHİBƏ

17.06.2020

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

15.06.2020

Müasir Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasında Qurtuluş məfkurəsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

14.06.2020

Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Akademik YAZDI

13.06.2020

Qətlə yetirilən nazir, azad edilən qatil

12.06.2020

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

10.06.2020

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır
 

08.06.2020

Erməni vandalizmi: Qarakilsə necə Sisian rayonu oldu? - İnanılmaz faktlar

07.06.2020

Stalin ölənə qədər Hitlerin sağ olduğuna inanırdı – İspan mediası

07.06.2020

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020
Bütün xəbərlər