Unudulmuş Türk Yurdu

15:22 / 27.03.2020
Baxılıb: 690

Şərqi Türküstan Xaç yürüşləri haqqında tarixçilər hər zaman fərqli fikirlər söyləmişlər. Amma Xaç yürüşlərinin əsl simasını açıb göstərən Qüdsü xristianlardan geri alan, xristianları Səlib müharibəsində məğlub edən Səlahəddin Əyyubi olmuşdur. Onun məsləhətçisi Üsamə İbn Münkiz Səlibçilər, Xaçlılar haqqında bunları deyirdi:

“İndi buraxın zülm ilə öldürənlərdən bəhs etməyi, belə ki, onların hekayələri yeni doğulmuş uşağın saçlarını ağardar”. Bu kəlam Səlib yürüşlərinin əsl məqsədinin nə olduğu, necə zülmkar olduqlarının bir sübutudur. Əvvəl İslam-Türk dünyasına qarşı Səlib yürüşlərini Qərblilər, Avropalılar təşkil edirdilərsə sonrakı illərdə XVI əsrdən başlayaraq bu missiyanı Ruslar öz öhdələrinə götürdülər. 

Bəs rusların Türk dünyasına qarşı bu cür təcavüzkar siyasətinin arxasında nə dayanırdı? Bunun səbəbi nə ilə bağlı idi? Bildiyimiz kimi Rusiya özünü daima Bizans İmperiyasının varisi hesab edir və bu gün də Bizansın varisi özünü hesab edir. Belə ki, Kiyev Rus dövlətinin başçısı Oleq təkallahlığı qəbul etmək məqsədilə dinləri öyrənmək üçün dünyanın dörd yanına nümayəndələr göndərir ki, hansı dinin daha mütərəqqi olduğunu müəyyənləşdirsin. Nümayəndələr geri döndükdə İslam dinin məziyyətlərinə üstünlük verdiklərini söyləyirlər və Kiyev Rus dövləti İslamı qəbul etmək istədiyi ərəfədə Bizans ordusunun tərkibindəki ermənilər güclü qiyam qaldırırlar və Bizans qeysəri qiyam yatırmaq üçün Kiyev Rus dövlətindən kömək istəyir. Oleq böyük bir ordu göndərib qiyamı yatırır. Bizans imperatoru minnətdarlıq nişanəsi olaraq öz qızını Oleqə ərmağan göndərir. Oleq Bizans imperatorunun qızını özünə övrət etməklə həm də xristanlığı qəbul edir və X əsrdən etibarən slavyanlar xristianlaşmış olurlar. Bizans İmperiaysı 1453-cü il mayın 29-da Konistantinopolun fəthi ilə süqut etdiyindən, Rusiya provaslav dinin varisinə çevrlir düz 10 əsr Osmanlı İmperiyasını məhv etmək üçün mübarizə aparır. Bu Məhəmməd Əsəd Bəy və Volfqanq Fon Vaysılın “Allahu Əkbər İslam dünyasının II Əbdülhəmiddən İbni Səuda qədər çöküşü və qalxışı” əsərində belə ifadə olunub: “Osmanlının ən təhlükəli düşməni Rusiya idi. Çünki Rusiya sultana qarşı müharibəni təkcə iqtisadi sahələri ələ keçirmək üçün aparmırdı, onunku həm də Səlib yürüşü idi. Siyasi səbəblərin hamısı Rusiyanın açıq dənizə ehtiyacı əhəmiyyətsiz idi, əsas məsələ deyildi. Osmanlını məhv etmək cəhdi Rusiya üçün əslində Böyük Pyotrdan tutmuş II Nikolaya qədər bütün rus çarlarının səlib yürüşünün romantikasını təşkil edirdi. Çar özünü Bizans imperatorunun davamçısı, bundan yaxşı müqayisə ola bilməz, yunan ortodoks kilsəsinin “xəlifəsi” sayırdı. İslam xəlifəsinin başını əzmək, ayparanı Aya Sofiyadan düşürüb İsanın xaçını yenidən ora asmaq, Osmanlıya qarşı bütün rus müharibələrinin motivi idi. Bundan başqa çarın Bosforu və Dardaneli rus istehkamlarının müdafiəsi altında görməsi səlib yürüşünün gözəlliyini və ləzzətini rus dünya siyasətinin bəhrəsi ilə bağlamaq demək idi”. Bütün bunlar Rusiyanın niyə Türk-İslam dünyasına düşmən olmasının bir dəlilidir. Məhz buna görə də ruslar Xəzər Xaqanlığının mövcud olduğu dövrdən başlayaraq türk torpaqlarına gəlmiş, burada sayca azlıq təşkil etmələrinə baxmayaraq,  burada yerləşmiş daha sonra Xəzər Xaqanlığı zəifləməyə başladığı dövrdən Kiyevi ələ keçirərək öz müstəqil dövlətlərini qurmağa nail olmuşlar. 

XIV-XV əsrlərdə isə Əmir Teymurun Qızıl Orda dövlətini zəiflətməsi ilə ruslar yenidən dirçələ bilmiş və XVI əsrdən başlayaraq, XIX əsrə kimi qədim türk torpaqlarının işğalını davam etdirmişlər. Təkcə Türk millətinə qarşı bu siyasəti Rusiya deyil, Çin də aparmışdır. Rusiya bu siyasəti Qafqazda, Volqaboyunda, Altayalarda, Orta Asiyada aparırdısa, Çin də Şərqi Türküstanda bu siyasəti davam etdirirdi. Xüsusən Çində digər etniklərə qarşı ən əsası da uyğur türklərinə qarşı bir irqçi siyasəti Çin aparır. Bunun kökündə yenə də tarixdə Böyük Hun İmperiyası dövründən Çinlə aparılan müharibələrlə izah etmək olar. Baxmayaraq ki, 1938-ci ildə Çin kommunist partiyasının altıncı qurultayında Çində yaşayan digər millətlərə çinlilərlə bərabər eyni hüquqlu olması haqqında bəyanat vermişdilər amma zaman-zaman Şərqi Türküstanda biz bunun əksinin şahidi olmuşuq. Bəyanat vermələrinə baxmayaraq bunun əksinə hərəkət etmişlər. Əsasən Çindəki milliyətçilik ölkə daxilindəki etnikləri özünə bənzətmək üzərində, yəni milli kimliyi, mədəniyyəti və s. məhvi üzərində qurulmuşdur. 

Baxmayaraq ki, Şərqi Türküstana muxtariyyət vermişlər amma bu bölgədə Çin zaman-zaman öz irqçi siyasətini zor gücünə də olsa həyata keçirir. Əsas məqsəd də uyğur türklərinin milli mənəvi dəyərlərini məhv etməkdir. Lakin uyğur türkləri buna qarşı qətiyyətlə mübarizə aparırlar. Bir gün mübarizənin nəticəsi mütləq olacaq. Buna əmin ola bilərik. Burada bir sual ortaya çıxır. Deyilə bilər ki, böyük dövlət olan, əhalisi dünyada çox olan bir ölkə buna necə mane ola bilməz? Vaxtilə Nihal Atsız SSRİ üçün belə deyirdi: “ Çox iri, çox güclü yumruğu olan, amma qəlb xəstəsi bir boksçudur”. Atsızın dediyi kimi də oldu qəlb xəstəsi SSRİ günün birində yenidənqurma adı ilə tarix səhnəsindən yox olub getdi. Bir gün Çində bu aqibətlə rastlaşacaq. Çünkü o da bir qəlb xəstəsidir. Bəs uyğur türkləri bunun öhdəsindən necə gələcəklər? Bunun üçün tarixə müraciət edək. 639-cu ildə Kür Şad Çin əsarətində olan millətini xilas etmək üçün Çin sarayına 40 Türk igidi ilə hücum edir, qəhrəmancasına döyüşür, igidləri ilə birlikdə şəhid olur. Bəs bunun nəticəsi nə oldu? Necə ki İslam tarixində Həzrəti Hüseynin şəhidliyini məğlubiyyət kimi yox, düşmənləri üzərində mənəvi qələbə kimi qiymətləndirirlər. Kür Şad üsyanı da Türk tarixində, türklərin düşmənləri üzərində mənəvi qələbəsi idi. Kür Şadın 40 Türk igidi ilə şəhid olandan sonra Çinlilər türkləri çinliləşdirmək siyasətindən əl çəkməyə məcbur oldular. Bu gün də uyğur türkü Çinin bu təcavüzkar, irqçi siyasətinə qarşı mübarizə aparır. Çin dövlətinin uyğur türklərinə qarşı apardığı bu təcavüzkar, irqçi siyasətin nəticəsi budur : “1949-cu ildə Şərqi Türküstanda 87% uyğur türkü yaşayırdısa, 2002-ci ildə bu 53% düşmüşdür. Amma Çinin digər etnikləri, çinli müsəlmanları Şərqi Türküstana köçürməsi nəticəsində onlar bölgənin 45% təşkil etmişlər”.

Çin Şərqi Türküstanda apardığı bu siyasəti Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı apardığı siyasətlə yalnız müqayisə etmək olar. Bölgədə bir türk də belə olsun qoymamaq, bu bölgə (Şərqi Türküstan) üzərindən gələcəkdə Orta Asiya Türk dövlətlərinə qarşı təcavüzkar siyasəti həyata keçirmək də Çinin irqçi, təcavüzkar siyasətinə daxildir. Fərqi yoxdur bu siyasət hansı rəngə boyanır boyansın mahiyyəti tamam təcavüzkarlıqdır. Şərqi Türküstan strateji əhəmiyyətinə, Orta Asiyaya çıxışı olan bölgə olduğuna görə Çinə lazımdır.

Necə ki, vaxtı ilə ruslar Ermənistan dövlətini Anadolu ilə Qafqaz türklərinin, Orta Asiya türklərinin əlaqəsini kəsmək üçün bufer bir dövlət yaratdı. Elə vaxtilə Rusiyanın Xarici İşlər Naziri olmuş Lobanov Rostovski öz memuarında yazırdı:

“Bizə ermənilərsiz Ermənistan lazımdır”. Bəli, Qərbi Azərbaycan necə ruslar üçün əhəmiyyətlidirsə, Şərqi Türküstan da Çin üçün Türklüyə qarşı mübarizədə həmin strateji əhəmiyyətə malikdir. İmperialist güclər Azərbaycan Türkünü, azərbaycanlıları Qərbi Azərbayacandan, Qarabağdan, Zəngəzurdan çıxarmaqla, etnik siyasəti öz nökərləri vasitəsilə necə həyata keçirirdisə hal-hazırda bu siyasət Şərqi Türküstanda həyata keçirirlər. Təkcə Şərqi Türküstanda əhalini məhv etmək, onların nüfuzunu, sayısını azaltmaqla deyil, onların öz ana dillərində də təhsil almalarına belə icazə vermirlər. Yalnız 1996-cı ildən Şərqi Türküstanda uyğurca danışmağa icazə verilmişdir. 2002-ci ildən isə Sincan Universitetində uyğurca təhsilə icazə vermirlər. Amma Qazaxıstanda yaşayan 30000 uyğur türkü öz ana dilində təhsil alır. Qırğızıstanda da uyğur türkcəsində təhsil almağa, bu dildə tədris edən məktəblər vardır. 1994-cü ildə Qırğızıstanda Dövlət Universitetində uyğur filologiyası fakultəsi açılmışdır. Orta Asiyada Qazaxıstan və Qırğızıstanın bu cür hərəkətləri, uyğur türklərinə qarşı bu cür münasibətləri təqdir olunmalı və digər uyğur türklərinə biganə yanaşan Türk dövlətlərinə dərs olmalıdır. Bu gün bəzi Türk dövlətləri tərəfindən Şərqi Türküstan unudulmuş bir türk yurdudur. Onları unutmaq ata-babalarımızı, soykökümüzü unutmaq deməkdir. Onlarda milli varlığımızın, millətimizin Çin Türküstanında unudulmuş bir hissəsidir. Onlara sahib çıxaq ki, nə vaxtsa onlar kimi biz də unudulmayaq!!! (karabakhmedia.az)

Cavid Bayramov


Etiket:
Xəbərlər

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020
Bütün xəbərlər