Tofiq Abdullayevin şeirləri

20:03 / 18.04.2020
Baxılıb: 1160

 

 

 

 

 

QALDI

Hanı ulduzum, ayım?
Hanı köpüklü çayım?
Vətən harayım-hayım,
Əlim uzana qaldı.

Nə yay gördüm, nə də yaz,
Qayğı milyon, ümid az.
Dərin olsun, ya dayaz,
Quyu qazana qaldı.

Həzin əsmir bu külək,
Nə gül bitir, nə çiçək.
Elin dərdini çəkmək,
Dağda ozana qaldı.

Əlim yetmir vətənə,
Bu qəm haçan ödənə?
Rəhmət qurub gedənə,
Lənət pozana qaldı.

Mən Tofiqin qəm taxtı,
Yana dönüb nə vaxtı...
Bu taleyi, bu baxtı,
İnsaf yazana qaldı.

HARA GEDİRSİZ?

Hara gedirsiniz, deyin, ay illər?
Saçıma dən töküb, məndən xəbərsiz.
Barı sadiq olun, ay qırov tellər,
Kəhərtək çapırsız, yəhər-yüyənsiz,
Ay gənclik illərim, hara gedirsiz?

Dərd üstünə dərdi, gətirmə barı,
Vəfasız dünyadır, ömür-gün yarı.
Kal tökülür, yox bəhrəsi, yox barı,
Ömürmü sürdünüz, barsız-bəhərsiz?
Ay gənclik illərim, hara gedirsiz?

Hansı günüm çatar, ötən günlərə?
Səsim yetməz, fəryadlara-ünlərə.
Baş qoşmayın, qəzəblərə -kinlərə,
Yoxsa siz də səbirsizlik edirsiz?
Ay gənclik illərim, hara gedirsiz?

Tofiq boş bir qəfəs, siz ötəri quş,
Sizsiz əfsanəyəm, bihuşam-bihuş.
Yaşadım həyatda, möhlətlərə tuş.
Belə gəldiz, belə getdiz xəbərsiz,
Ay gənclik illərim, hara gedirsiz?

Dostum Qılman İmana

Şair Qılman, ömrün ixtiyar çağı,
Vətən axtarıram, el axtarıram.
Məngənətək sıxır divarlar məni,
Çəmən axtarıram, çöl axtarıram.

Yollarım bağlanıb, meydanım dardı,
İstidən dodağım cadar-cadardı.
İstəyim Keytidən bir əlçim qardı,
Leysan axtarıram, sel axtarıram.

Lənətə gələydi belə dövranı,
Güldürdü üstümə dostu, düşmanı.
De, Yelli dərənin dumanı hanı?
Kölgəyə girməyə kol axtarıram.

Yol uzundu, dolaylanma, kəsmə gəl,
Əl mənimdi, ətək sənin, kəsmə, gəl,
Dostlar dönük çıxdı, sənsə küsmə gəl,
Başıma tökməyə kül axtarıram.

Aşna olan qoyuna bax, qurda bax,
Qərib qalan vətənə bax, yurda bax,
Fələk vərən dərd üstündən dərdə bax,
Dəvələr çəkəmməz, fil axtarıram.

Kəkotu dəmləmə, dəmə düşməsən,
Arzumdu kədərə, qəmə düşmə sən,
Ayə, dərdin alım, bəmə düşmə sən,
Bəm məni bezdirib, zil axtarıram.

Tofiqəm, meyl etdim şeir yazmağa,
Fala baxdırmağa, yuxu yozmağa.
Qərib taleyimə məzar qazmağa,
Külüng axtarıram, bel axtarıram.

Uşaqlığım sizdə qaldı

Uşaqlığım sizdə qaldı,
Hardadı de, bilim, dağlar!
Baş açmadım bu nə haldı,
Ötdü ayım, ilim, dağlar.

Kimə deyim ərzi halım?
Artıb qüssəm, dərd-məlalım.
Harda qaldı cah-cəlalım,
Zəngin obam, elim, dağlar?

Bu nə qəza, bu nə sovdu?
Şəvə saçım qar-qırovdu.
Ömür ki var, o bir ovdu,
Tətiyində əlim, dağlar.

Gün keçirrik ahu-zarda,
Arzu böyük, qismət darda.
Gözüm qaldı qayalarda,
Ətəyində əlim, dağlar.

Qartalların qıy verirmi?
Quzğunların pay verirmi?
Qayalardan hay verirmi,
Gur şəlalən, selin, dağlar?

Tofiq qaldı diləyində,
Zəncir ola biləyində.
Dəliqanlı küləyində
Daranaydı telim, dağlar!


Uşaqlığın ayaq izi

Uşaqlığın ayaq izi,
"Gors"un ocağında qaldı.
Bəxtimin zöhrə ulduzu,
Tərsə yaylağında qaldı.

Dəryazla ot biçdiyim gün,
Bir gözəli seçdiyim gün,
Eşq badəsi içdiyim gün,
"Qiblə" bulağında qaldı.

Biləmmədim diləyini,
Oxumadım ürəyini...
Öpdü nərgiz çiçəyini,
Ləçək dodağında qaldı.

Yığdım dəymiş çiyələyi,
Göyçəsultan, quşəppəyi.
Oxudum "Sarıköynəyi"
Bəlkə qulağında qaldı.

Göyçəmənə süfrə sərdi,
Gördüm çəmən-çiçək zərdi.
Gülə-gülə qatıq verdi,
Gözüm qaymağında qaldı.

Tofiq, harayla elləri,
Ağartdın qara telləri.
Ömrünün xoşbəxt illəri,
Şorcanın dağında qaldı.

Goyce.az


Etiket:
Xəbərlər

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020
Bütün xəbərlər