Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

13:17 / 23.04.2020
Baxılıb: 834

Goyce.az saytı Modern.aza istinadən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovla müsahibəni təqdim edir.

Əhliman müəllim, koronavirusun dünyada artan sürətini nəzərə alsaq, belə iddia etmək olar ki, Azərbaycan koronavirusun ciddi fəsadlarından yan keçməyi bacarır. Siz necə düşünürsünüz?

Həm əhalinin hər yüz min nəfərinə düşən xəstə sayına, həm sağalanların sayına, həm də ölüm sayına nəzər salsaq, Azərbaycanın göstəricilərinin virusdan az zərər çəkmiş ölkələrlə eyni sıralarda olduğunu görərik. Bizdə hazırda 1480 koronavirusa yoluxan xəstə var. Virusdan ölənlərin sayı 20 nəfərdir ki, bu da öz növbəsində digər ölkələrlə müqayisədə 10 milyonluq əhali üçün böyük rəqəm deyil. Xəstəlikdən sağalanların sayı isə artmaqda davam edir. Əvvəl virusa yoluxanların sayı sağalanların sayından qat-qat artıq olurdu. Amma bu gün sağalanların sayının virusa yoluxanların sayını üstələdiyini görürük. Yəni bu rəqəmlər onu göstərir ki, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər öz nəticəsini verir. Bu işlər hansılardır?: Birincisi, əgər yadınızdadırsa dünyada koronavirusla əlaqədar yoluxma halları meydana çıxanda ölkəmizdə cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.

İkinci, göstəriş verildi ki, ölkənin bütün səhiyyə müəssisələrində bu işə çox ciddi hazırlıq görülsün. Ölkədə ilk xəstə aşkar edilməmişdən əvvəl hazırlıq işləri görülməyə başladı. Bundan başqa, sərhədlərimizi vaxtında bağladıq ki, bu da çox ciddi addım idi. Sosial məsafənin qorunması, tibbi maskalardan istifadə edilməsi, gigiyenik qaydalara əməl olunması məsələsi vaxtında aktuallaşdığı üçün bu gün biz görürük ki, Azərbaycanda vəziyyət digər ölkələrlə müqayisədə xeyli yaxşıdır.

Ancaq yoluxucu xəstəliklərin, xüsusilə koronavirusun xüsusiyyətlərinə nəzər salsaq, onun yayılması, ağırlaşmaları göstərir ki, bu virus çox təhlükəlidir. Əvvəllər də müxtəlif viruslar olub. Koronavirusun digər viruslardan fərqi çox sürətlə yayılmağa meylli olmasıdır. Heç bir yoluxucu xəstəlik belə sürətlə yayılmır. Bundan başqa, virusun bədənə daxil olub xəstəlik törətmə dövrü də çox uzun -14 gündür, bəzən deyilir ki, 21 gündür. Yəni təsəvvür edin ki, hər hansı insan bu gün virusa yoluxursa simptomları hiss etmir və nəticədə 14 gün ərzində ətrafdakı onlarla, yüzlərlə insanı yoluxdurur. Bundan başqa virusun müalicə və profilaktikası üçün bu gün əlimizdə təsirli bir üsul- vaksin, dərman yoxdur. Ona görə deyə bilərəm ki, koronavirus çox təhlükəlidir.

Düzdür, bizdə virusa yoluxanların sayı artıq azalır, amma bununla da arxayınlaşmaq olmaz. Buna görə də karantin müddəti mayın 4-nə kimi uzadıldı. Hesab edirəm ki, bu, çox düzgün qərar oldu.

İndi birinci olaraq, sərhədləri bağlı saxlamaq lazımdır. Çünki ətrafımızdakı ölkələrdə koronavirusa yoluxma halı çox yüksəkdir. Hansı tərəfə baxırsan, bax, yüksək göstəricilər izlənilir. İkinci, bir tərəfdən ölkəmizin regionlarında da bu xəstəlik az da olsa aşkara çıxmağa başladı. Əvvəllər virus xaricdə olan vətəndaşlardan bizə ötürülürdüsə, sonradan artıq bölgələrdə koronavirusa yoluxanların sayı artdı. Ona görə də bu zənciri qırmaq üçün çox düzgün qərar qəbul olundu ki, rayonlararası miqrasiya dayandırıldı və rayonlardan Bakı və Abşerona yollar bağlandı. Yəni miqrasiya, insanların hərəkəti xəstəliyin yayılmasında böyük rol oynayır. Viruslar tarixən əvvəllər də mövcud olub. O zamanlar həmin virusların sürətlə yayılmamasının səbəbi miqrasiyanın zəif olması idi. Yəni Çində aşkarlanan bir virusun Avropaya çatması üçün həftələr, aylar lazım idi. Bu müddət ərzində isə virusa yoluxanlar ya dünyasını dəyişirdi, ya da sağalırdı və beləliklə mövcud virusun bütün dünyaya yayılması mümkün olmurdu. Amma indi elə bir zamanda yaşayırıq ki, dünyanın bir tərəfindən o biri tərəfinə 7-8 saata gedirsən. Yəni miqrasiya çox intensivləşib və bu da əsas təhlükədir. Ümumdünya Səhiyyə Təşkilatı və bütün dünya da bunu qəbul edir ki, Azərbaycanda koronavirusla mübarizədə çox ciddi işlər görülür, mühüm addımlar atılır. Buna görə də əminəm ki, yoluxma sayı günü-gündən azalacaq. Amma bir şərtlə ki, vətəndaşlarımız karantin qaydalarına əməl etsin.

Koronavirusdan öncə ölkəmizdə həkimlərə münasibət o qədər də yaxşı deyildi. Ancaq indi sanki həm də ölkəmizdə həkimlərə inam və etibar artıbdı. Yəni insanlar gördülər ki, səhiyyə işçiləri hətta öz sağlamlıqlarını təhlükəyə ataraq virusla mübarizə aparır. Siz bu məsələni necə qiymətləndirirsiniz?

Çox təəssüflər olsun ki, Azərbaycanda öz həkimlərimizə olan münasibət həmişə qeyri-adekvat olub. Hər zaman mətbuatdan oxuyurduq ki, Azərbaycanda həkim, mütəxəssis yoxdur, azərbaycanlı xəstələr xarici ölkələrə gedir və.s. Yəni həkimlərimizin ünvanına belə xoşagəlməz ifadələrə çox rast gəlmişik. Mən həmişə demişəm ki, Azərbaycan həkimlərinə verilən bu cür qiymət düzgün deyil. Azərbaycanda çox böyük həkim ordusu var. Bu həkimlərin böyük hissəsi öz sahəsinin biliciləri, mütəxəssisləridir. İndi bu gün gördüyünüz kimi bu cür ağır xəstəliklə mübarizə aparan, uğurlu nəticələr əldə edənlər də məhz öz həkimlərimiz oldu. Bizə kənardan köməyə ehtiyac yoxdu. Öz həkimlərimiz, səhiyyə işçilərimiz bu çətin və ağır yükü öz çiyinlərinin üzərinə götürdü. Cənab Prezident də onların əməyini yüksək qiymətləndirərək koronavirusla mübarizə aparan səhiyyə işçilərinin maaşlarını 3 dəfədən 5 dəfəyədək artırdı. Ümumiyyətlə, ümumi nəticələr göstərir ki, Azərbaycanda yüksək ixtisaslı tibb işçilərinin, mütəxəssislərin hazırlanması yaxşı səviyyədədir. Bizim bu sahədə olan universitetimizin də fəaliyyəti təqdirəlayiqdir. Həm universitetin maddi-texniki bazası, həm də kadr potensialı imkan verir ki, bu gün biz ən yüksək səviyyədə fəaliyyət göstərən mütəxəssislər hazırlayaq. Şübhəsiz ki, son illər, müstəqillik qazandıqdan sonra azərbaycanlı həkim və mütəxəssislərin inkişafında xaricə göndərdiyimiz həkimlərin də böyük rolu var. Hələ 1992-ci ildən Azərbaycandan Türkiyəyə, Avropaya universiteti bitirən, yaxud da təhsil alan tələbələri göndərirdik. Onlar Azərbaycanın ehtiyacı olduğu sahələr üzrə mütəxəssis kimi yetişib ölkəyə qayıdırdılar. Əvvəllər, bilirsiniz ki, hardasa 15-20 il bundan qabaq ölkəmizdə açıq ürək əməliyyatı, stendləşmə əməliyyatları, orqan transplantasiyası, sümük iliyi transplantasiyası və bu kimi digər əməliyyatlar olunmurdu. Amma indi bu əməliyyatların, müalicə üsullarının hər biri azərbaycanlı mütəxəssislər tərəfindən yüksək səviyyədə yerinə yetirilir. Burada tək mütəxəssislərlə işin öhdəsindən gəlmək olmaz. Bunun üçün möhtərəm Prezidentin diqqəti sayəsində ölkəmizdə Bakı da daxil olmaqla bölgələrimizdə ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalar tikildi. Bu gün o avadanlıqlarla işləyən həkim kadrlarımızın olması sayəsində bu çətin xəstəliklə mübarizə çərçivəsində mən deyərdim ki, Azərbaycan həkimləri qəhrəmanlıq göstərirlər. Ona görə də insanlarımız həkimləri tənqid etməmişdən qabaq diqqət yetirsinlər ki, həkimlər necə ağır xəstəliklərlə mübarizə aparırlar və həkimlərə münasibətdə gərək ehtiyatlı davranaq.

Dünyada, eləcə də Azərbaycanda da virusa yoluxanların bir hissəsi həkimlərdir. Elə ötən gün də koronavirusla mübarizə aparan həkimlərimizdən biri virusdan dolayı dünyasını dəyişdi. Necə düşünürsünüz, koronavirus səbəbi ilə ölən səhiyyə işçilərimizə hansısa xüsusi status verilə bilərmi?

Nəinki xəstəlikdən ölən həkimlərimizə, hətta bu xəstəliklə mübarizədə böyük xidməti olan səhiyyə işçilərimizə pandemiya başa çatdıqdan sonra böyük adlar, statuslar veriləcəyinə inanıram. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə həkimlərin işini yüksək dəyərləndirib. Ona görə də hesab edirəm ki, bu sahədə böyük mücadilə vermiş həkimlər ən yüksək fəxri adlara layiqdirlər.

Dünyada bizə nisbətdə bu virusdan həyatını dəyişən həkimlərin, tibb işçilərinin sayı dəfələrlə çoxdur. Bəzən izləyirəm ki, xəstəliklə mübarizədə bu sahənin tanınmış mütəxəssisləri, professorlar dünyasını dəyişir. Ümumiyyətlə, həkim vəzifəsi çox böyük risk daşıyır. Hər nə qədər həkim izolyasiya olsa, qoruyucu vasitələrdən istifadə etsə də, xəstələrlə təmas qaçılmazdır. Bu da həkimlərin xəstəliyə yoluxmasını adi insanın xəstəliyə yoluxma ehtimalından qat-qat yüksək edir. Ona görə də həkimlər ən yüksək adlara, ən yüksək mükafatlara layiqdirlər.

Əhliman müəllim, Milli Məclisin Səhiyyə Komitəsinin sədri olaraq Azərbaycan xalqına xəstəliklə bağlı çağırışınız, müraciətiniz necə olardı?

Birinci onu deyim ki, bu məsələ ilə bağlı Milli Məclisin ilk iclasının olduğu günün səhəri Səhiyyə Komitəsi olaraq 10-a yaxın komitənin iştirakı ilə geniş toplantı keçirdik. Toplantıda TƏBİB-in rəhbəri də iştirak etdi. O, ölkəmizdə mövcud olan vəziyyət, görülən işlər barədə məlumat verdi. Birinci vitse-spiker də daxil, orada səhiyyə komitəsinin üzvləri, digər komitələrdən nümayəndələr iştirak edərək, geniş müzakirələr aparıldı. Ümumiyyətlə Milli Məclis koronavirusla bağlı qarşıya qoyulan bütün məsələləri çox yüksək səviyyədə həll edir. İlk növbədə biz koronavirusla bağlı bir çox qanunlarda dəyişikliklər etdik. Mülki məcəllə, cinayət məcəlləsi, sığorta ilə bağlı, əhalinin sağlamlığının qorunması haqqında qanuna dəyişikliklə bağlı səhiyyə komitəsi olaraq biz qanunlar hazırladıq və Milli Məclis öz plenar iclaslarında bu qanunları təsdiq etdi. Biz koronavirusla mübarizədə üzərimizə düşən bütün vəzifələri vaxtında həll etməyə çalışırıq. Mən əminəm ki, yenə də əhalinin sağlamlığının qorunması ilə bağlı qanuna eləcə də, digər qanunlara dəyişikliklər olacaq və plenar iclaslarda biz bunları müzakirə edəcəyik.

İstərdim ki, möhtərəm Prezidentin bu yaxınlarda 3 ayın yekunu ilə bağlı keçirdiyi onlayn toplantıda çıxışı ilə bağlı fikrimi bildirim. Cənab Prezident bu çıxışı ilə təkcə koronavirusla əlaqədar olaraq yox, ölkəmizdə mövcud olan bütün problemlər üzrə öz fikrini bildirdi və geniş miqyasda müzakirə apardı. Orada çox geniş olaraq istisadi-sosial məsələlərə toxunuldu, əhali üçün ən vacib olan sağlamlıq məsələsindən söhbət açıldı. Prezident ilk növbədə qeyd etdi ki, iqtisadiyyatdan, sənayedən, maliyyədən də əlavə vacib olan bir nömrəli mühüm məsələ əhalinin sağlamlığının qorunmasıdır. Bu onu göstərir ki, ölkə prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir. Bundan başqa insanların maddi təminatı ilə bağlı da ciddi işlər görülür. 600 minədək insan 190 manat birdəfəlik ödəmə alır, bəzi tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir və işsiz insanlara yardım məsələsi onu göstərir ki, biz koronavirus qarşısında aciz deyilik, çox uğurlu işlər görülür. Əhali də nizam-intizama riayət etsə, karantin qaydalarını pozmasa mən əminən ki, biz yaxın zamanlarda koronavirusun öhdəsindən gələcəyik.

Goyce.az


Etiket:
Xəbərlər

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020
Bütün xəbərlər