Mənim bir dostum var - Aida Eyvazlı  

17:29 / 23.04.2020
Baxılıb: 434

Mənim bir dostum var. Yollar yolçusudur, dünyanın uzaqlarından  yurdumuza yollar çəkib. Könül yolları, etibar, dostluq yolları.

İlk dəfə onu “168 saat” qəzetinə gələn yolda görmüşəm. O zaman gənc jurnalistlər Varisin başına yığılıb müstəqilliyimizə çatmağın yollarında keşik çəkirdik. Bizim arzularımızı Tanrı eşitdi. Biz cəmiyyətimizdəki çirkili, tozlu yollara, bizə yaraşmayan yollara etiraz etdik. O yolları kəsib atdıq.

Müstəqilliyimizi qazanandan  sonra Vətənimizə gələn və Vətənimizdən xeyrə gedən  yollar çoxaldı. O yollardan biri də Ukraynadan gəlirdi.

Dostlarla eyni idealar yoluna çıxdığımız Vətənimizdə hərəmiz bir sahədə cəmiyyətə, dövlətə alnıaçıq-üzüağ xidmət etdik. Və günlərin bir günündə, 2002-ci ildə xoş bir xəbər eşitdik. Azərbaycan Dövlət Televiziyasının gənc müxbiri Möhsüm Qədiroğlunu mərkəzi  Kiyev şəhərində olmaqla Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyin rəhbəri vəzifəsinə təyin ediblər. 2003-cü ildə Ukraynanın  Xarkov şəhərinə qonaq getdim. Möhsüm Qədiroğlu Kiyevdən xəbərimi aldı. Birdə gördüm ki, qonaq qaldığım evdə qapı döyüldü. Ünvanımı öyrənib, Kiyevdən Xarkova maşın sürmüşdü. Bu bir dostun sədaqəti idi. Və axı, qəriblikdə yaşayanlar yaxşı bilirlər, Vətəndən gələn insanlar sanki  özü ilə Vətənin havasını gətirir. Əlbəttə, bu hiss vətənsevənlərin könlünə hakim olur. Xarkovda elə mənim iştirakımla Möhsüm Qədiroğlu dövlət orqanları, diaspora nümayəndələri ilə bir günün içərisində bir neçə görüş keçirdi. 33 yaşlı bu oğlan gözlərimdə böyüyüb yaşlı bir siyasətçi və diplomatiyanı bilən bir şəxsiyyətə döndü.

O gün-bu gün hərdən “qardaş”, hərdən də “dədə” dediyim Möhsümün uğurlarını izlədim.

Möhsüm Qədiroğlunun Ukrayna Azərbaycanlıları Konqresinin (UAK), Belarus Respublikasında Belarus Azərbaycan İcmaları Konqresinin, Moldova Respublikasında Moldova azərbaycanlıları Konqresinin qurulmasında və formalaşmasında yaxından iştirak etdiyini gördüm. Azərbaycan həqiqətlərinin Ukrayna və Şərqi Avropa ölkələrinin ictimaiyyətinə çatdırılması məhz onun fəaliyyətinin uğuru idi. Çünki çalışdığı ölkələrdə quruca müxbirlik etmədi, özünə həmin ölkələrdəki ən fəal, ədalətli jurnalistlərdən dost qazandı. Bu gün o dostlar Azərbaycanı Möhsümə görə tanıyırlar. Bir ölkəni digəri ilə dost etmək üçün həmin ölkənin qəzet və jurnallarında, televiziyalarında dost qazanmalısan. İndi Möhsüm Qədiroğlunun belə dostları onlarcadır. İnanmırsınızsa, həmin ölkələrə gedəndə Möhsümün adını çəkin. Bax, o gördüyünüz reaksiya, bu Vətən oğlunun orada Vətənin bir parçasını yaratmasının misalıdır.

Möhsüm Aslanov  2003–cü ildən başlayaraq “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Ermənistanın Ukraynadakı səfirliyinin, BMT-nin və ATƏT–in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz aksiyalarının əsas təşkilatçılarından biri oldu. Böyük ölkələrdə səfirliklərimizin bacarmadığı bir işi gördü.

Möhsüm Aslanov xarici ölkələrdə bütöv bir Azərbaycan İnstitutu oldu. Həmin institutda onun ssenarisi əsasında  Ukraynada  və Moldovada  “Heydər Əliyev iki əsrin Fenomeni” filmləri (1-ci 2-ci hissə), Ulu Öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev–İnsanlığa bağışlanan ömür”, "Oddan Doğulan Xalq”, ”Azərbaycan–Minilliklərin tarixinə yeddi günlük səyahət”, ”Qarabağ tarixin burulğanında” və bir sıra sənədli filmləri qızıl fonda düşdü. Azərbaycan, Ukrayna və Moldovanın  dövlət televiziyalarında efirə getdi. Bu layihələr bu gün də Ukrayna, Moldova  və Azərbaycan arasındakı tarixi-mədəni əlaqələrin inkişaf etdirilməsində müstəsna rol oynamaqdadır.

Özünün tarixi şəxsiyyətlərinə dəyər verən, keçmişini unutmayan insan harada olursa olsun, onun ideaları “Öncə Vətən” olmalıdır. Möhsün Qədiroğlu harada oldusa, “Öncə Vətən”i düşündü. Və Vətəndən həmin ölkələrə qonaq gedən dostların da hər birinə qucaq açdı. Ləyaqətini göstərdi. Onun yanında qonaq olan ləyaqətlilər unutmadılar, unutqanlar isə unutdular.

Möhsüm dostluğa dəyər verən bir oğuldur!!!

Möhsüm özündən böyüyə də, rəqibinə də mərdanə münasibət göstərən bir oğuldur. Onunla eyni dairədən namizədliyini vermiş Hafiz Hacıyevlə birlikdə seçicilərinin görüşünə getməsi də onun müdrikliyinin, uzaqgörənliyinin mərdliyinin ifadəsidir. Həm də özündən böyük həmyerlisinə olan hörmətidir! Möhsüm dağlar oğludur! Sinəsində  doğulduğu Göyçə mahalının, Basarkeçər rayonunun, Nərimanlı kəndinin  dağ boyda həsrətini gəzdirir. O həsrətin içərisində Çalmalı Dağı, Kehdi-Mehdi dağı, Daşdı yurdu, Güney yurdu, Dərə yurd, Nəbi dərəsi, Sarı yer, Qumlu bulaq, Sarı bulaq, Südlü bulaq göyərir.

Ona görə də  indi bir YOL-a çıxıb! Əslində “həsrətə gedən yol” deyərdim o yolun adına. 1988-ci ildən vətənindən, ocağından, yerindən-yurdundan – Göyçədən məcburi didərgin düşənlərin YOL-una gəlib çıxdı ki, o YOLU eli-obası, elinin-obasının ağsaqqalları, gəncləri ilə birlikdə açsın. Bu yolların açılmasında Vətənimizə, vətəni sevənlərə, yol axtaranlara, dövlət başçımıza, Ali Baş Komandana dəstək olmaq istəyir. Xalqın, elin-obanın sözünü  Prezidentimiz Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan jurnalistikasının sütunlarından biri olan, 70 yaşlı Qədir Aslanovun oğlu  Möhsüm kimi kim çatdıra bilər?! Möhsümün YOLU  doğru yol olub. Ancaq onun yolları hələ tükənməyib. Hələ ömrün 50-ci yolayrıcından ayrılıb, 51-ə qədəm qoyur.

Möhsüm yurdumuzun köhnə kişilərindən qalan toxumdur. Qanı saf, sözü saf, ürəyi safdır.  Möhsüm ömrün yarı yaşında xalqının, elinin, dostlarının məhəbbətini qazanmış bir dağlar oğludur! Hər zaman dağ kimi uca ol, qardaşım və dostum!!!

Sən qardaşlıq, dostluq heykəlisən ürəyimizdə! Mərdlik mübarizlik timsalısan. Olduğun hər yerə şərəf gətirirsən. O adam xoşbaxtdır ki, səninlə dostdur, qardaşdır. De görüm, o balaca bədənə bu boyda ürəyi necə yerləşdirmisən?! Tanrı sənə gördüyün bütün gözəl işlərində yardımçı olsun. Zaman hər şeyi yerinə qoyur... Ələnib xəlbirdən keçənlərlə qalmışıq. Ömrün çoxu gedib azı qalıbdır. O qalan illəri də balalarına sərf et, onları sağlam və xoşbəxt böyüt!

Qədim türklər yola çıxan ərənlərə, igidlərə deyərdilər ki, haqqa gedən 9 yolun  AĞ olsun ki, elinə gününə AĞLIQ gətirəsən!!! Möhsüm Qədiroğlu - Çalmalı Dağı, Kehdi-Mehdi dağı Daşdı yurdu, Güney, Dərə yurdu, Nəbi dərəsi, Sarı yer, Qumlu bulaq, Sarı bulaq, Südlü bulağa gedən yolların açılmasında öndə gedənlərdən olasan!!!(modern.az)

GOYCE.AZ


Etiket:
Xəbərlər

Həm təklikdən, həm də qaranlıqdan çox qorxuram - Rəşad Səfərov

05.06.2020

Sözsüz nəğmə - Məti Osmanoğlu

05.06.2020

Ziya Bünyadov Sumqayıt hadisələri haqqında : «XX əsrin mədəni ermənilərinin vəhşiliyi budur!»

04.06.2020

"Zorakılığa qarşı zorakılıq Şərdir!"

03.06.2020

Atəşlə doludur küllərim mənim

31.05.2020

İKİNCİ MAHMUD - "Babamın dişi" (hekayə)

30.05.2020

Mirzə Ələkbər Sabirin Salman Mümtaza verdiyi ilk və son müsahibəsi

30.05.2020

Rəsulzadənin yaxın dostu olan Kəngərlinın qızı İNANILMAZ SİRLƏRİ AÇDI.

28.05.2020

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."

28.05.2020

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020
Bütün xəbərlər