"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

13:40 / 24.04.2020
Baxılıb: 1138

“Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə Azərbaycanın iqtisadi və sosial imkanlarının, o cümlədən inkişaf strategiyasının təqdimatında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın bütün ölkələrində koronavirusla bağlı problem yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri qaçılmazdır. Amma ölkəmizin ilk gündən uğurla həyata keçirdiyi qabaqlayıcı tədbirlər, eyni zamanda, düşünülmüş siyasəti yaranmış çətinliklərin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır".

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirədə etdiyi çıxışını şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, müşavirədə də bu fikir xüsusi qeyd edilib ki, 2020-ci ilin yanvar-fevral aylarının sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə Azərbaycanın iqtisadiyyatının möhkəm təmələ əsaslandığını böyük əminliklə deyə bilərik:

"Bu dövrdə ümumi daxili məhsul 3 faizə yaxın artıb. Qeyri-neft sektorunda artım 7 faizə yaxındır. Məhz bu uğurlara söykənərək cənab Prezident İlham Əliyev 2020-ci ilin də çox dərin və geniş islahtlar ili olacağını böyük inamla qeyd edib. 2019-cu ildə islahatların böyük hissəsi həyata keçirilib. Daim qeyd olunduğu kimi, islahatların yeni mərhələsinə məhz 2018-ci il prezident seçkilərindən sonra verilib. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşması da atılan addımların, təkmil islahatların nəticəsidir”.

A.Vəliyev bildirib ki, müşavirədə pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, imzalanın fərman və sərəncamlardan, bu səndələrə uyğun olaraq Nazirlər Kabinetinin qəbul etdiyi qərarlardan və onların uğurlu icrasından geniş bəhs olunaraq vurğulanıb ki, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır:

"Ən əsası ölkəmizdə iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması, onların vəhdətliyinin qorunması uğurların davamlığını şərtləndirən əsas amillər sırasındadır. Azərbaycan hakimiyyətinin dövrün, zamanın tələblərinə uyğun həyata keçirdiyi təkmil islahatlar, yeni iqtisadi və sosial inkişaf modeli beynəlxalq səviyyədə də təqdir olunur. Məhz bu gün böyük əminliklə qeyd edirik ki, dünyanın əksər ölkələri Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsindən istifadə edərək istər insanların sağlamlığının təminatı, istərsə də iqtisadi və sosial fəsadların aradan qaldırılması istiqamətində addımlar atırlar".

Millət vəkilinin sözlərinə görə, müşavirədə həyata keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığı bir daha önə çəkilərək vurğulandı ki, Ölkə Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli «Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Sərəncamı ilə Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı.

"Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və maliyyə imkanlarını səfərbər etməkdir. Həmçinin 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqrama əsasən qarşıda dayanan bu kimi məsələlərin həlli məqsədilə lazımi məbləğdə vəsaitlər ayrıldı. Dövlətimizin başçısı İlham Əliyev pandemiyaya qarşı mübarizə tədbirlərə başlandığı ilk gündən iş yerlərinin azaldılmamasını, sahibkarlar diqqət və qayğının, maliyyə dəstəyinin göstərilməsini qarşıya bir tələb kimi qoydu. Ölkə Prezidentinin müşavirədə qeyd etdiyi kimi, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, uğurlarımız daha da böyük həcmli olardı. Amma biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.

Təbii ki, Azərbaycanın istər cari ilə, istərsə də qarşıdakı illərə nikbin baxmağa böyük əsaslar vardır. Ölkəmizdə bütün sahələrə təkmil islahatlar həyata keçirilir. Cənab İlham Əliyev müşavirədə də bu məqamlara xüsusi diqqət yönəltdi. Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələr, Prezident Administrasiyasında, Nazirlər Kabinetində kadr dəyişikləri, gəncləşmə siyasəti bir məqsədə xidmət edir ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin, insanların rifahı yüksək səviyyədə olsun. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əsasında sosial müdafiə gücləndirilir, ölkəmizdə işsizlik və yoxsulluq səviyyəsi aşağı enir. Son 16 ildən artıq dövr ərzində həyata keçirilən Dövlət proqramları nəticəsində paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırılıb, bütün rayon, kənd və qəsəbələrin siması dəyişmiş, infrastruktur beynəlxalq standartlara uyğun yenilənib. Həyata keçirilən infrastruktur layihələri günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına geniş imkanlar yaradır. Bu baxımdan ki, bölgələrimizin su, elektrik enerjisi təminatı yüksək səviyyədədir, yol infrastrukturunun təkmilləşməsi istiqamətində davamlı addımlar atılır. Bir sözlə, ölkəmiz bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu əminliyi də ifadə edib ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi qeyd edir ki, görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Xalqımız, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın həyata keçirdiyi tədbirləri, görülən işləri yüksək dəyərləndirir, ölkəmizi koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu bəlanı da dəf edəcək, bu mübarizədə qalib gələcək”, - deyə A.Vəliyev vurğulayıb.

Ağalar Vəliyev onu da söyləyib ki, müşavirədə dövlətimizin başçısı radikal müxalifətin ölkəmizin və xalqımızın əleyhinə yönəlmiş fəaliyyətini pisləyib:

"Əlbəttə ki, antiazərbaycançı mərkəzlərin maraqlarına qulluq göstərən radikal müxalifətin, “5-ci kolon”un belə fəaliyyəti yolverilməzdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan cəmiyyəti onları rədd edir".

Goyce.az


Etiket:
Xəbərlər

Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya

30.11.2020

Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar

28.11.2020

Demarkasiya gündəmdə !  - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”

28.11.2020

Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO  

26.11.2020

Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO

26.11.2020

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO

25.11.2020

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ

25.11.2020

Azərbaycan ordusu Kəlbəcərə yola düşüb 
 

24.11.2020

Şuşaya çəkilən yoldan fotolar

24.11.2020

Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
 

24.11.2020

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

24.11.2020

Polkovnik leytenant Rasim İbrahimov

24.11.2020

“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev

21.11.2020

Ermənilərin dağıtdığı 3 əsrlik abidəmiz - Qarğabazar məscidi

20.11.2020

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub - RƏSMİ
 

20.11.2020

Gülşən Qurbanovanın ölümündən 14 il ötür - Fotolar

17.11.2020

Oğluna velosiped almağı şəxsi heyətdən xahiş edən şəhid Ülvi Hüseynovun hekayəti   

17.11.2020

Bu gün Milli Dirçəliş Günüdür

17.11.2020

“Noyabrın 16-sı həyatımda xüsusi tarix kimi qalacaq” - Prezident

17.11.2020

"Azərbaycan 28 ildən sonra 44 günə torpaqlarını azad etdi"

16.11.2020

Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin cəsur zabiti...
 

16.11.2020

Göyçəni, Zəngəzuru azad etsəydik belə,onlar yenə hakimiyyəti tənqid edəcəkdilər”  

14.11.2020

Dağıdılan abidələrlə bağlı vətəndaşlara müraciət

13.11.2020

Ermənistan 28 abidəni tamamilə dağıdıb - Fotolar

13.11.2020

Hikmət Hacıyev Polad Bülbüloğlunu açıqlamasına görə tənqid etdi

13.11.2020

Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub

13.11.2020

Əsgərimizin hamını kövrəldən mesaji - Fotolar

13.11.2020

“Qarabağda Azərbaycan qanunları icra ediləcək” - Məhərrəm Əliyev

12.11.2020

Azərbaycanda Konstitusiya Günüdür

12.11.2020

Qarabağ müharibəsi bitdi: Anlaşmanın şərtləri bizə nə vəd edir? - BİZİM ŞƏRH

10.11.2020

İlham Əliyev və Vladimir Putin imzalanmış sənədin mətnini açıqlayıb

10.11.2020

“Biz alçaltmışıq onu, əcəb də etmişik” - Prezident

10.11.2020

Paşinyan İlham Əliyevə təslim olduğunu açıqladı

10.11.2020

Atəşkəs elan olundu!

10.11.2020

"Övladımın qisası alındı" - Polad Həşimovun anası

09.11.2020

İlham Əliyev: " Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"

09.11.2020

Azərbaycanda Dövlət Bayrağı günüdür

09.11.2020

Mədəniyyət Nazirliyi Qubadlıdakı məscidlə bağlı bəyanat yaydı

07.11.2020

Xocalı soyqırımından bəhs edən film "Amazon Prime"da yerləşdirilib

06.11.2020

Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana aparılıb

04.11.2020

Qalib Xalqın qalib Sərkərdəsi: İlham Əliyev
 

04.11.2020

İşğaldan azad edilmiş şəhər və kəndlərin sayı 200-ü keçdi - Siyahı

04.11.2020

Qarabağda bədnam erməni layihəsi: Tələbə və məktəbliləri... - Faktlar
 

04.11.2020

Fikrət Yusifov: “Mehrinin geri qaytarılması üçün əsaslar kifayət qədərdir”

04.11.2020

Cəbrayıl və Qubadlıdan reportaj - Fotolar

03.11.2020

Bu kəndlər də düşməndən azad edildi

02.11.2020

Türk PUA-larının atası - Bayraqdar haqqında maraqlı faktlar+Fotolar

01.11.2020

İstanbulda "Qarabağ Azərbaycandır" aksiyası - Fotolar  

01.11.2020

Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

31.10.2020

Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası

31.10.2020
Bütün xəbərlər